İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə79/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Sərbəst  bazar  iqtisadiyyatı  yolu  ilə  inkişaf  edən  ölkələrin 
təcrübəsi  göstərir  ki,  bu  inkişaf  ölkədə  yüksək  təşəbbüskarlıq 
ruhuna  sahib  olan  vətəndaşlar  tərəfindən  həyata  keçirilir. 
Dövlətin qarşısında duran əsas vəzifə isə, iş adamlarının mül‐
kiyyət  hüquqlarını  qorumaq  və  eyni  zamanda  ölkədə  təşəb‐
büskarlıq  ruhunu  yüksəltmək  üçün  əlverişli  iqtisadi  mühiti 
yaratmaqdır. 
Lakin Azərbaycanda kiçik biznes adamlarına qarşı olan be‐
lə  ədalətsiz  münasibətin  nəticəsidir  ki,  respublikadan  Rusiya 
və Türkiyə iqtisadiyyatına yönələn kapitalın həcmi, həmin öl‐
kələrdən respublikaya daxil olandan qat‐qat yüksəkdir. Çünki 
hökumətin  bu  addımı  vətəndaşlarda  ona  qarşı  olan  cüzi  eti‐
madın daha da sarsılmasına səbəb olmuşdur. Həmçinin ölkə‐
də mülkiyyət hüquqlarının qorunmaması, iri layihəli investisi‐
yaların həyata keçirilməsinə öz mənfi təsirini göstərə bilər. Di‐
gər tərəfdən qeyd edilməlidir ki, ölkə vətəndaşlarının gələcək‐
lərinin təminat altında olduğuna inanmaları həmin ölkədə si‐
yasi stabilliyin başlıca qarantiyası sayılır. Mülkiyyət hüquqla‐
rının tanınması da bu təminatın tərkib hissəsidir. 
Nəticə olaraq deyə bilərik ki, hökumətin itirmiş olduğu eti‐
madı yenidən qazanması onu itirdiyi qədər asan olmayacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 307 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 308 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Özəlləşdirmə sonrası iqtisadi 
təhlükəsizlik problemi
*
 
Əkbər Eldaroğlu 
 
2001‐ci il mart ayının 22‐də Azərbaycan Respublikası döv‐
lət başçısının sərəncamı ilə, ölkədə aparılan özəlləşdirmə isla‐
hatları  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Dövlət  başçısının 
imzaladığı sərəncama əsasən “Azərkimya Dövlət Şirkəti”, “Bi‐
yan”  İstehsalat  Birliyi,  Azərbaycan  Respublikası  Dövlət  Neft 
Şirkətinin,  Azərenerji  və  Azəriqaz  Səhmdar  Cəmiyyətlərinin, 
həmçinin neftkimya və neftmaşınqayırma sənayesinin bir sıra 
müəssisələri özəlləşdirməyə açılmışdır. Bu müəssisələrin əksə‐
riyyəti  investisiya  müsabiqəsi  yolu  ilə,  institut  proqramının 
16.4 bəndinə uyğun olaraq (profil saxlamaq şərti ilə kiçik mü‐
əssisə və ya orta və iri müəssisə), qalan müəssisələr isə qanun‐
vericilikdə  nəzərdə  tutulan  üsullarla  özəlləşdiriləcək.  Dövlət 
əmlakının  investisiya  müsabiqəsi  yolu  ilə  özəlləşdirilməsi 
üçün  investisiya  proqramının  yerinə  yetirilməsi  tələb  olunur. 
Bunun üçün tələb  olunan şərtlər  dövlət  başçısı  və  dövlət  əm‐
lak naziri tərəfindən müəyyən edilir. İnvestisiya müsabiqəsinə 
özələşdirilən  müəssisənin  səhm  paketinin  51  və  ya  daha  çox 
hissəsi çıxarılır. Müəssisənin səhmlərinin qalan hissəsinin satış 
nisbəti və bölgüsü dövlət başçısının və dövlət əmlak nazirinin 
müvafiq qərarında göstərilir. 
Bununla bərabər, özəlləşdirmədə yerli investorlarla yanaşı, 
xarici investorların da iştirakına icazə verilib. Lakin Azərbay‐
canda  özəlləşdirmə  prosesinə  cəlb  edilən  xarici  investorların 
özəlləşdirmədə iştirak edə biləcəkləri sahələr və özəlləşdirmə‐
də iştirak payları hələ də müəyyənləşdirilməyib. Azərbaycan‐
                                                 
*
 26  aprel 2001. 
 
‐ 309 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
da iri müəssisələrin özəlləşdirilməsində xarici investorların iş‐
tirakı mühüm yer tutmuşdur. Bu günə qədər xarici investorlar 
50‐dən çox müəssisənin səhmlərini əldə etmişdir. Eyni zaman‐
da  birinci  mərhələdə  xarici  investorlar  tərəfindən  18  milyon 
ədəd  opsionların  satın  alınması,  onların  özəlləşdirmə  prose‐
sində  iştirak  etmək  marağında  olduqlarına  əyani  sübut  kimi 
göstərilməlidir. 
Özəlləşdirmənin  açıqlığı  ölkəyə  xarici  kapitalın axınına  və 
investisiyaların canlanmasında ciddi rol oynaya bilər. Bu gün 
bütün ölkələr xarici investisiyalar uğrunda rəqabət mübarizəsi 
aparmaqdadırlar. Lakin bu prosesin tamamilə nəzarətsiz şəkil‐
də həyata keçirilməsi ölkə iqtisadiyyatının bilavasitə xarici öl‐
kələrin  təsiri  altına  düşməsi  təhlükəsini  yarada  bilər.  Bu  eyni 
zamanda  ölkədə  iqtisadi  inkişafın  xarici  dinamiklərdən  asılı 
olduğu son dərəcə təhlükəli bir vəziyyətin yaranması ilə nəti‐
cələnir.  Belə  təhlükənin  qarşısını  almaq  üçün  hökumət  xarici 
investorların  özəlləşdirmə  prosesində  iştirakına  ciddi  nəzarət 
etməli,  eyni  zamanda  xarici  investorların  iştirakı  nəzərdə  tu‐
tulmayan sahələr (strateji müəssisələr, hərbi sənaye komplek‐
sinə aid olan sahələr, təbii inhisarlar və s.) qabaqcadan höku‐
mət tərəfindən müəyyənləşdirilməlidir. 
Dünya ölkələrinin təcrübəsinə görə, özəlləşdirmə prosesin‐
də  xarici  investorların  iştirakı  həmişə  dövlətin  ciddi  nəzarəti 
altında  həyata  keçirilmişdir.  Avropa  Birliyi  ölkələrində  xarici 
investorların özəlləşdirmədə iştirak payı 25 faizlə məhdudlaş‐
dırılmaqla yanaşı, qanunvericilik səviyyəsində onların iştirakı‐
nı  qadağan  edən  iqtisadi  fəaliyyət  sahələri  də  müəyyən  edil‐
mişdir. Bundan başqa dünyanın bir çox ölkələri iqtisadiyyatın 
mühüm  strateji  sahələrinin,  xüsusilə  hərbi  sənaye  kompleksi‐
nin  və  təbii  inhisar  sahələrinin  özəlləşdirilməsində  xarici  in‐
vestorların iştirakını belə məqsədəuyğun hesab etməmişlər. 
 
‐ 310 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə