İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə80/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
22  martda  Azərbaycan  Respublikası  dövlət  başçısı  tərəfin‐
dən  imzalanan  sərəncamla  özəlləşdirmə  prosesində  xarici  in‐
vestorların  iştirakına  icazə  verilsə  də,  qanunvericilik  səviyyə‐
sində onların iştirakını məhdudlaşdıran sahələr müəyyən edil‐
məyib. Özəlləşdirilmədə xarici kapitalın rolu düzgün qiymət‐
ləndirilməsə,  bu  Azərbaycan  iqtisadiyyatını  iqtisadi  təhlükə‐
sizlik problemi ilə üzləşdirə bilər. 
Unutmayaq ki, Azərbaycanla Ermənistan arasındakı müna‐
qişə  ilə  bağlı  hazırkı  “nə  hərb,  nə  də  sülh”  vəziyyəti  uzun 
müddət  davam  edə  bilməz.  Bu  gün  Azərbaycanın  işğal  olun‐
muş torpaqlarını hərb yolu ilə azad etmək variantı istisna edil‐
məməkdədir. Belə bir vəziyyətdə, ikili standartların hökm sür‐
düyü dünyada, Azərbaycan üçün bu problemin nə qədər əhə‐
miyyətli  olduğu  nəzərdən  qaçırılmamalıdır.  Müharibənin  ye‐
nidən  başlayacağı  təqdirdə,  həmin  xarici  investorların  təmsil 
etdikləri  dövlətlərin  Azərbaycanın  haqlı  mübarizəsində  tuta‐
caqları mövqe qeyri‐müəyyəndir. Nəzərə alaq ki, həmin döv‐
lətlərin  tutacağı  mövqe  bu  investorların  da  Azərbaycandakı 
fəaliyyətinə birbaşa təsir göstərə bilər. Buna görə də, Azərbay‐
can  hökuməti  özəlləşdirmə  prosesində  ölkənin  iqtisadi  təhlü‐
kəsizlik  problemini  hər  zaman  diqqət  mərkəzində  saxlamalı‐
dır. 
 
 
 
 
 
 
 
 
 
 
‐ 311 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 312 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
İnsan və xarici kapital
*
 
Natiq Sabiroğlu 
 
İnvestorlar Azərbaycana sadəcə altında neft olan torpaq parçası 
kimi baxırlar 
Nəhayət, çox gözlənilən Birləşmiş Millətlər Ticarət və İnki‐
şaf Konfransının (UNCTAD) 2003‐cü il Beynəlxalq İnvestisiya 
Raportu açıqlandı. Raportda diqqəti ən çox cəlb edən ölkə İr‐
landiya oldu. Belə ki, 5 milyon əhalisi olan bu ölkə adı çəkilən 
raporta  görə,  son  on  ildə  157  milyard  ABŞ  dolları  həcmində 
birbaşa xarici investisiya cəlb edib (müqayisə üçün qeyd edək 
ki, xarici investisiyaların həcmi ilə çox öyünən Azərbaycan iq‐
tisadiyyatına son 5 il ərzində cəmisi 6,5 milyard dollar birbaşa 
xarici  investisiya  qoyulub).  90‐cı  illərin  əvvəllərinə  nəzər  sal‐
dıqda İrlandiyada bu rəqəm, təxminən yüz qat az olub. O za‐
man  İrlandiya  Avropa  Birliyi  içində  Yunanıstan,  İspaniya  və 
Portuqaliya  ilə  birlikdə  ən  az  inkişaf  etmiş  dörd  ölkədən  biri 
sayılırdı. Elə isə bu sıçrayışın səbəbi nədir? 
Burada  ən  çox  gözə  çarpan  insan  amilidir.  İnsana  verilən 
əhəmiyyətdəki artış neoliberal iqtisadi siyasətlərin geniş şəkil‐
də  istifadə  olunmasına  yol  açdı.  İrlandiyada  görülən  ən  ma‐
raqlı hadisə, bu ölkənin klassik infrastruktura, demək olar ki, 
heç əhəmiyyət verməməsidir. Burada klassik infrastruktur de‐
dikdə, yollar,  su,  elektrik  şəbəkələri  və  s.  kimi  sabit investisi‐
yalar  nəzərdə  tutulur.  Lakin  UNCTAD‐ın  yeni  infrastruktur 
anlayışında üç əsas sahə var: təhsil, səhiyyə və ətraf mühit. Ye‐
nə  BMT‐nin  yeni  olan  İnsan  İnkişafı  İndeksində  ölkədəki  in‐
sanların  ortalama  təhsil  səviyyəsi,  səhiyyə  sisteminin  inkişaf 
səviyyəsi  və  insanların  fizioloji,  sosial  və  özünü  inkişaf  etdir‐
məsinə yetəcək gəlir səviyyəsi kimi üç əsas meyar nəzərə alın‐
                                                 
*
18 sentyabr 2003. 
 
‐ 313 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
maqdadır.  İrlandiya,  90‐cı  illərin  əvvəllərindən  başlayaraq 
məhz təhsilə verdiyi önəmi artıraraq, buna nail olub. Ölkə bir 
növ əzbərçi, standart və kütləvi təhsil sisteminin yerinə atipik 
(standart  olmayan)  insanlar  yetişdirməyə  yönələn,  fərdlərin 
bilik  və  qabiliyyətini  ön  plana  çıxaran  təhsil  sistemini  gətir‐
məklə inqilab edib. Əhalinin az olması, İrlandiyaya klassik in‐
frastrukturu arxa plana atmaqda kömək edib. 
Bu  investisiya  həcminə  çatmaqda  başqa  amillər  də  rol  oy‐
nayıb.  Burada  bir  zamanlar  İrlandiyadan  Amerikaya  köçmüş 
və  orada  böyük  sənaye  təsislərini  qurmuş  irlandların  varlığı, 
çox mükəmməl və liberal xarici investisiya qanununun olması, 
praktikada  çox  ciddi  təşviqlərin  (5‐10  il  arası  vergidən  azad 
olunmalar,  pulsuz  torpaq  təmini,  banklardan  xarici  kapitala 
dövlət  təminatı  ilə  ucuz  kreditlərin  verilməsi,  bəzi  az  inkişaf 
etmiş bölgələrdə fabriklərin dövlət tərəfindən tikilib xarici in‐
vestorlara verilməsi və s.) həyata keçirilməsinin rolu olub. Ey‐
ni  zamanda  gəlir  transferindəki  çətinliklərin  aradan  qaldırıl‐
ması, gəlir vergilərinin azaldılması da bunlara aiddir. Ayrıca, 
Beynəlxalq Arbitraj Məhkəməsini qəbul etməklə İrlandiya xa‐
rici investisiyaya dövlətüstü bir təminat mexanizmini gətirmiş 
oldu.  Artıq  Avropa  İttifaqına  girmək  istəyən  xarici  kapitalın 
(xüsusən,  Amerikan  mənşəli)  üçdə  birindən  artığının  İrlandi‐
yaya  baş  çəkdiyini  görürük.  Bütün  infrastrukturlar  bir  tərəfə 
qoyularaq, təhsil sistemində köklü inqilabi dəyişikliklərə veri‐
lən  əhəmiyyətin  ölkəni  nə  qədər  inkişaf  etdirdiyinin  şahidi 
oluruq. 
Azərbaycanın  İrlandiyadan  götürəcəyi  dərslər  çoxdur. 
Azərbaycan artıq anlamalıdır ki, sadəcə bol yeraltı və yerüstü 
təbii sərvətlərə malik olmaq həqiqi zənginlik deyil. Yəni ucuz 
işçi qüvvəsinin olması xarici kapital üçün elə də cəlbedici fak‐
tor  sayılmır.  İrlandiya  təbii  sərvətlər  baxımından  o  qədər  də 
zəngin bir ölkə deyil. Xarici kapital da ucuz işçi qüvvəsindən 
 
‐ 314 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə