İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə78/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Burada görülə biləcək əsas tədbirləri də aşağıdakı kimi sı‐
ralaya bilərik: 
‐ işə yeni məmurun alınmasını müvəqqəti bir müddət üçün 
dayandırmaq; 
‐ dövlət sektorundakı boş qalan iş yerlərini ləğv etmək; 
‐  müəyyən  bir  xidmət  müddətini  doldurmuş  məmurların 
təqaüdə çıxmasını təşkil etmək; 
‐ təhsil qurumlarından dövlət sektoruna avtomatik keçişlə‐
ri önləmək və s. 
Əlavə və yardımçı texniki tədbirlər kimi aşağıdakı addım‐
lar atıla bilər: 
‐ məmurları “yetərlilik testi” adlanan imtahanlardan keçir‐
mək; 
‐ işini itirənlərin təhsil almalarına və yeni iş qura bilmələri‐
nə yardımçı olmaq məqsədilə kredit proqramlarını həyata ke‐
çirmək; 
‐  əməkhaqqı  sistemini  yenidən  düzənləmək,  sadələşdir‐
mək, ən aşağı əmək haqqı ilə ən yuxarı əmək haqqı arasındakı 
fərqi yenidən nəzərdən keçirmək və əmək haqlarını artırmaq; 
‐ işləyənləri məhsuldar ola bilmələri üçün bacarıqlarına və 
təcrübələrinə uyğun sahələrdə çalışdırmaq; 
‐  üst  səviyyəli  idarəçilər  üçün  idarəçilik  bacarıqlarını  inki‐
şaf etdirə biləcəkləri kursları təşkil etmək və s. 
Sonda qeyd edək ki, hətta ən doğru və mükəmməl iqtisadi 
siyasi proqramlarının müvəffəqiyyət dərəcəsi də onları həyata 
keçirəcək olan qurumların gücü və məmurların bacarıq səviy‐
yələri ilə məhdudlaşır. Dolayısı ilə, struktur reform tədbirləri, 
bu  proqramları  həyata  keçirməli  olan  qurumların  iş  perfor‐
manslarını artıraraq daha səmərəli və məhsuldar çalışmalarını 
təşkil edə biləcək tədbirləri də mütləq əhatə etməlidir. 
 
 
 
 
‐ 303 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 304 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Mülkiyyətin toxunulmazlıq 
prinsipi pozulmaqdadır
*
 
Əkbər Eldaroğlu 
 
Son  vaxtlar  Azərbaycan  Respublikasının  paytaxtı  Bakı  şə‐
hərində abadlaşdırma işləri adı altında küçə ticarəti və ticarət 
köşklərinin yığışdırılması əməliyyatına başlanılmışdır. Bu hə‐
yata  keçirilənlər  zahiri  əlamətlərinə  görə  təqdirəlayiq  hesab 
olusa da əməliyyatlar eyni zamanda mülkiyyətin toxunulmaz‐
lıq  prinsipinin  kobud  şəkildə  pozulması  ilə  həyata  keçirilir. 
Əvvəlcə qeyd olunmalıdır ki, paytaxtımızın mərkəzi meydan‐
larında heç bir gigiyenik normalara riayət olunmayan şəraitdə 
ərzaq  məhsullarının  satılması  yolverilməzdir.  Lakin  icra  or‐
qanlarımızın bunu əlində rəhbər tutaraq Bakının bütün rayon‐
larında  vətəndaşların  uzun  illərdən  bəri  rəsmi  strukturların 
sərəncamı əsasında yaratmış olduqları iş yerlərini aradan qal‐
dırması da yolverilməz hesab edilməli idi. Əgər doğrudan da 
bu  günə  qədər  Bakı  Şəhəri  İcra  Hakimiyyətinin  bir  əvvəlki 
rəhbərliyi  tərəfindən  verilmiş  olan  sərəncamlar  qanunsuz  xa‐
rakter  daşıyırdısa,  görəsən  buna  görə  cinayət  məsuliyyətinə 
cəlb edilən olubmu? 
Artıq  yeni  merin  paytaxtda  apardığı  “abadlaşdırma  isla‐
hatları”nın davamı olaraq, paytaxtın bəzi rayonlarında qanun‐
suz tikilən evlərlə yanaşı rəsmi sənədləri olan villaların sökül‐
məsi  prosesi  başlayıb.  Bakı  Şəhəri  İcra  Hakimiyyəti  Mətbuat 
Xidmətindən  bildirilir  ki, bu  binaların rəsmi  sənədi olsa  belə, 
onlar şəhərin ümumi arxitekturasına uyğun qaydada tikilmə‐
yib  və  yaxud  elə  ərazilərdə  inşa  edilib  ki,  seysmik  və  geoloji 
cəhətdən həmin ərazilərdə yaşayış binalarının tikilməsi qada‐
                                                 
*
 19 aprel 2001. 
 
‐ 305 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
ğandır. Bu da ölkədə bu günə qədər qurulan istənilən inşaatın 
sökülməsi üçün kifayət qədər subyektiv əsasların formalaşma‐
sına zəmin yaradır. 
Görəsən  abadlaşdırma  islahatlarının  növbəti  qurbanları 
kimlər olacaq? Başqa bir ifadə ilə, ölkədə istehsala yeni qədəm 
qoyan xırda və orta müəssisələr “abadlaşdırma islahatları”nın 
növbəti  hədəfinə  çevrilməyəcək  ki?  Dünya  ölkələrinin  təcrü‐
bəsində  qanunun  nəzərdə  tutduğu  hallar  istisna  olmaqla  xü‐
susi  mülkiyyətin  dövlətləşdirilməsi  zamanı  hökumətin  bu 
mülkiyyət sahiblərinə kompensasiya ödəməsi nəzərdə tutulur. 
Eyni  zamanda,  ödənən  kompensasiya  mülkiyyətin  həqiqi  də‐
yərinə uyğun olmadığı təqdirdə, vətəndaşın məhkəmə vasitə‐
silə  öz  hüququnu  bərpa  etməsinə  imkan  verilir.  Bu  prinsip 
Azərbaycanda  Mülkiyyətin  Qorunması  Haqqında  Qanunda 
da  öz  əksini  tapmışdır.  Azərbaycan  Respublikasının  Mülkiy‐
yət Qanununun 6‐cı maddəsində göstərilir ki, qanunun nəzər‐
də tutduğu hallar istisna olmaqla, mülkiyyət sahibinin razılığı 
olmadan mülkiyyət haqqının ləğv edilməsinə icazə verilə bil‐
məz.  Ölkənin  qarşılaşdığı  təbii  fəlakətlər  və  bəzi  fövqəladə 
hallarda dövlətin rəsmi orqanlarının qanun çərçivəsində, mül‐
kiyyət sahibinə mülkün dəyərini ödəyərək, mülkü ondan mü‐
vəqqəti  və  ya  birdəfəlik  almaq  səlahiyyəti  verilmişdir.  Buna 
əməl  olunmaması  onu  deməyə  əsas  verir  ki,  bu  gün  ölkədə 
hökumət kiçik biznes adamları ilə konfrontasiya vəziyyətində‐
dir.  Öz  vətəndaşları  ilə  belə  ziddiyyət  halında  olan  bir  siste‐
min iqtisadiyyatının inkişaf etməsi imkansızdır. 
Qərbi  Avropanın  inkişaf  təcrübəsini  tədqiq  edən  iqtisadçı 
alim D.Nört bu ölkələrin inkişafında iki amilin əhəmiyyətli ol‐
duğunu irəli sürmüşdür. 
1. Effektli iqtisadi təşkilatlanmanın formalaşdırılması; 
2. Mülkiyyət hüquqlarının qorunması. 
 
‐ 306 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə