İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə86/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 334 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Əlvida, proletariat!
*
 
Əkbər Eldaroğlu 
 
(Paris iğtişaşlarına epiloq) 
 
Oktyabrın 27‐də Parisdə pasport yoxlaması sırasında poli‐
sin  təqibindən  qaçmağa  çalışan  iki  Şimali  Afrika  əsilli  gəncin 
yüksək  gərginlikli  transformatorda  gizlənərkən  həyatını  itir‐
məsi  və  bir  nəfərin  ağır  yaralanması  insanlarda  illərdən  bəri 
yığılan qəzəbi küçələrə daşıdı. Bu hadisələr əslində uzun illər 
həll edilməmiş problemlərin üst‐üstə toplanmasının və yaban‐
çılara ögey münasibətin nəticəsiydi. Fransanın daxili işlər na‐
ziri  Sarkozinin  mitinqçilər  haqqında  təhqiramiz  ifadələr  işlət‐
məsi, ardından da məscidlərin birinə bomba atılması hadisələ‐
rin  daha  idarəolunmaz  xarakter  almasına  səbəb  oldu.  Daxili 
işlər nazirinin açıqlamaları dünyanın bəzi ölkələrində Avropa 
Birliyində  feodal  düşüncə  tərzinin  yenidən  təzahürü  kimi  də 
xarakterizə edildi. 
Baş verən hadisələr ölkələrin müasir çağda yalnız təbii fə‐
lakətlərlə deyil, sosial fəlakətlərlə (işsizlik) də yıxıla biləcəyini 
gözlər önünə gətirdi. Ən maraqlı cəhət isə bu hadisələrin Av‐
ropanın  aparıcı  dövlətlərindən  biri  olan  Fransada  baş  vermə‐
sidir. Fransa həyata keçirdiyi inqilablarla, sadəcə, öz ölkəsində 
deyil,  bütün  dünyada  insanlara  siyasi,  iqtisadi  və  mədəni 
haqları qazandıran bir ölkə olub. 
Amma  bu  dəhşətli  hadisələrin  görünməyən  tərəfi  də  var. 
Sənaye inqilabının lokomotivi olan Fransa bilgi çağına keçiddə 
ləngiyir. Ötən əsrin 80‐ci illərində Avropada Tetçerin, Ameri‐
kada isə Reyqanın təşəbbüsü ilə yeni iqtisadi siyasət gündəmə 
gətirildi.  Bu  siyasət  əsasən  iqtisadiyyatda  dövlətin  payının 
                                                 
*
 30 noyabr 2005. 
 
‐ 335 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
azaldılmasına, bazar iqtisadiyyatının daha da gücləndirilməsi‐
nə dayanırdı. Sərbəst bazar iqtisadiyyatına alternativ olan sis‐
temlər yavaş‐yavaş səhnəni tərk etməyə başladılar. 
Artıq  müəyyən  edilib  ki,  ən  çox  korrupsiyaya  uğrayan  öl‐
kələr,  ən  çox  dövlətçi  iqtisadiyyata  malik  olan  ölkələrdir.  Əs‐
lində  bu  gün  Fransanın  özü  Avropanın  ən  dövlətçi  iqtisadiy‐
yatlarından biri hesab edilir. Bununla paralel olaraq informasi‐
ya və telekommunikasiya texnologiyalarında baş verən sürətli 
inkişaf iqtisadi paradiqmaları da dəyişdirir. Böyük fabriklərin 
yerini qutu boyda kompüterlər əvəz edincə, yeni işsizlər ordu‐
su da yaranır. Haradasa qol gücünə olan tələb hər gün azalır, 
yüksək  ixtisaslı  mühəndislərə  tələbat  artır.  Fransada  10  il  əv‐
vəl bir araşdırma mərkəzi fransızlara “Özünüzü hər hansı so‐
sial  sinfə  aid  edirsinizmi?”  sualı  ilə  müraciət  etmiş  respon‐
dentlərin 50 faizi bu suala “bəli” cavabını vermişdi. Bu gün isə 
hər  2‐3  fransızdan  biri  özünü  hər  hansı  sosial  sinfə  aid  edir. 
Bu,  əslində  inkişaf  etmiş  ölkələrdə  olduğu  kimi,  Fransada  da 
işçi sinfinin ortadan qalxdığını göstərir. 
Fransa Avropada ən böyük işsizlik (10%) səviyyəsinə sahib 
olan ölkələrdən biridir. Bu ölkə öz işsizləri ilə bacara bilmədiyi 
halda, Afrika və ərəb ölkələrindən gələn işsizlər vəziyyəti da‐
ha da dramatikləşdirir. Bunların da əksəriyyəti təhsilsiz insan‐
lardır ki, bu insanlara olan tələb hər gün azalır. Ayrıca da bu 
işsiz insanlar dövlət üçün ağır bir maddi yükə də çevrilir. Bir 
tərəfdən  də  Almaniya  Hindistandan  kompüter  mühəndisləri 
idxal edir. 
Hadisələrin  alovlandığı  ərazilərdəki  gəlmələrin  50%‐dən 
çoxunu 20 yaşdan aşağı gənclər təşkil edir ki, onların da 45%‐i 
işsiz  insanlardır.  Gənclər  üçün  baş  verən  hadisələr  işsizliyin 
doğurduğu  cansıxıcı  həyatda  macəradan  başqa  bir  şeyə  bən‐
zəmir. 
 
‐ 336 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Fransa indi bilgi çağına keçidin sancılarını yaşayır. Əslində 
sənaye  inqilabı  yavaş‐yavaş  gerçəkləşmişdi  və  aqrar  ölkələrə 
sənaye çağına uyğunlaşmaq üçün zaman tanımışdı. Bilgi çağı‐
nın ruhu isə sürətə dayanır və bu çağ yaratdığından daha çox 
iş  yeri  yox  etməkdədir.  Modern  istehsal  işçi  əməyinin  yerini 
əvəz  edir.  Bu  çağda  istehsalın  əsas  amili  rolunda  bilgi  çıxış 
edəcək. Bu da bilgili və təhsilli insanlara tələbatı artırır. Çünki 
artıq  təhsil  işsizliyi  ortadan  qaldıracaq  tək  çarə  kimi  görülür. 
Təhsilsiz və işsiz insanlar isə Fransada olduğu kimi, dünyanın 
hər yerində potensial təhlükə mənbəyi kimi qalacaqlar… 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 337 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 338 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə