İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə84/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 326 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Konstitusiya və iqtisadi inkişaf
*
 
İlkin Sabiroğlu 
 
Məqalənin adı yəqin ki, sizə konstitusion iqtisadı xatırlada‐
caq. Bilindiyi kimi, Nobel Mükafatı Laureatı iqtisadçı Kenneth 
Arrow ictimai seçim sıralamasını ifadə etmək üçün “ictimai ri‐
fah funksiyası” yerinə konstitusiya kəlməsinin istifadə edilmə‐
sinin daha uyğun olacağını, çünki bir ictimai rifah funksiyası‐
na  sahib  ola  bilmək  üçün  konstitusiyanın  mövcud  olması  zə‐
rurətini  irəli  sürmüşdür.  Həmçinin  “İmkansızlıq  Teoremi”ni 
ortaya atan Arrowa görə (baxmayaraq ki, yazar özü bu teore‐
mi  “İmkan  Teoremi”  –  “Possibility  Theorem”  adlandırmışdı, 
amma  iqtisadi  ədəbiyyatda  ʺİmkansızlıq  Teoremiʺ  olaraq  yer 
almaqdadır),  istənilən  halda  fərdi  seçimlərdən  bir  ictimai  se‐
çim sıralamasını əldə etməyə imkan verəcək və əxlaqi yöndən 
qəbul  edilə  biləcək  bir  metod  tapmaq  imkansızdır.  Bir  digər 
Nobel  Mükafatı  Laureatı  iqtisadçı  James  M.  Buchanan  isə 
Arrowun “İmkansızlıq  Teoremi”nə  etiraz  etmiş  və  ictimai  se‐
çimin  siyasi  bir  proses  içərisində  müəyyənləşdiyini,  bu  siyasi 
prosesə də çox saylı vətəndaşın qatıldığını, bu səbəbdən tutar‐
lı  bir  ictimai  seçim  funksiyasını  əldə  etməyə  ümid  etmənin 
mənasız  olacağını  ifadə  etmişdir.  Konstitusion  iqtisadiyyata 
Fritz  A.  Hayek  və  Milton  Friedmandan  isə  dəstək  gəlmişdir. 
Milton Friedman, inflyasiyanın “hər yerdə və hər zaman mo‐
netar bir problem olduğunu” söyləmiş və konstitusiyaya əlavə 
ediləcək bir maddə ilə siyasi iqtidarın pul təklifini “ildə 5 faiz‐
dən çox 3 faizdən az olmayacaq şəkildə artırmasının təşkilini” 
təklif etmişdir. 
Amma  qeyd  edək  ki,  bu  yazımızın  mövzusu  konstitusion 
iqtisadiyyat deyil. Sən demə bir ölkənin konstitusiyası ilə o öl‐
                                                 
*
 27 avqust 2004. 
 
‐ 327 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
kənin iqtisadi inkişafı arasında qurula biləcək əlaqələr bunun‐
la məhdud deyilmiş. 
Məşhur iqtisad qəzeti Financial Times, konstitusiyası uzun 
mətinlərdən təşkil olunan ölkələrdə iqtisadiyyatın zəif inkişaf 
etmiş, xalqın isə yoxsul olduğunu, qanunlar qısaldıqca zəngin‐
liyin və rifahın artdığını iddia edir. 
Financial Times dünyanın ən sayğın iqtisad qəzetidir və bu 
qəzet anayasa mətninin uzun olduğu ölkələrdə uzun perspek‐
tivdə  iqtisadi  artımın  yavaşladığını  və  xalqın  daha  yoxsul  ol‐
duğunu  irəli  sürərkən,  konstitusiyasında  26  min  316  kəlimə 
olan Türkiyəni buna nümunə olaraq göstərir. 
Amerikalı  riyaziyyatçı  Kazimierz  Wiesak  Financial  Times‐
da  yayımlanan  məqaləsində,  konstitusiyasında  ən  çox  kəlimə 
olan  ölkələrin,  eyni  zamanda  adam  başına  düşən  milli  gəliri 
ən aşağı olan ölkələr olduğunu söyləyir. 
Pennsylvania Əyalət Universitetinin müəllimi olan Wiesak, 
iddiasına  sübut  olaraq  Hindistan,  Braziliya  və  Türkiyəni  nü‐
munə kimi göstərib. Hindistanın konstitusiyasında 77220 kəli‐
mə  varmış.  Braziliya  və  Türkiyə  konstitusiyaları  isə  uyğun 
olaraq 42371 və 26316 kəlmədən ibarət imiş. Bu üç ölkənin sa‐
tın  alma  qabiliyyəti  paritetinə  görə  hesablanan  adam  başına 
düşən milli gəlirləri də uyğun olaraq 2900, 7400 və 6700 dollar. 
Digər  tərəfdən  ABŞ‐ın  konstitusiyasında  7764,  Yaponiyanın 
konstitusiyasında  isə  5044  kəlimə  var.  Bu  ölkələrin  adam  ba‐
şına düşən milli gəliri uyğun olaraq 37800 və 28000 dollar sə‐
viyyəsindədir. 
Yəni konstitusiyası uzun olan Hindistan, Braziliya və Tür‐
kiyədə  xalq,  qanun  sayı  az  olan  ABŞ‐da  yaşayan  bir  şəxslə 
müqayisədə  daha  yoxsul  bir  həyat  standartlarına  sahibdir. 
Wiesak bu prinsipin dünyanın bütün ölkələrində keçərli olma‐
ya  biləcəyini  qəbul  etməklə  birlikdə,  təhlil  etdiyi  20  ölkədə 
 
‐ 328 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
konstitusiyanın uzunluğu ilə zənginlik və rifah arasındakı əla‐
qəni sübut etdiyini söyləyir. 
Görəsən  bu  araşdırmanın  arxasında  duran  məntiq  nədən 
ibarətdir? Wiesakə görə nəticələr heç də sürpriz deyil. Konsti‐
tusiyanın uzun olması bürokratiyanın artmasına və həm şirkət 
həm  də  dövlət  səviyyəsində  digər  iqtisadi  fəaliyyətlərin  də 
məhdudlaşdırılmasına  imkan  yaradır.  Qanunların  məhdud‐
laşdırdığı  hökumət  və  məclislər  korrupsiyanı  əngəlləməkdə 
çətinlik çəkirlər. Dolayısı ilə ölkədə iqtisadi artım aşağı düşür 
və adam başına düşən milli gəlir azalır. 
Nəhayət səbirsizliklə gözlənən rəqəmi açıqlayırıq. Kompü‐
terimizin  hesablamasına  görə  Azərbaycan  Konstitusiyası  təq‐
ribən  11000  kəlmədən  ibarətdir.  Maraqlıdır  ki,  Wiesak  Azər‐
baycanda  korrupsiyanın  və  adam  başına  düşən  milli  gəlirin 
səviyyəsi ilə 11000 kəlmədən ibarət konstitusiyamız arasında‐
kı münasibəti necə izah edərdi? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 329 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə