İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə77/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
yişdirilməsi,  ləğv  edilməsi  və  ya  birinin  digərinin  nəzdində 
fəaliyyətinin təşkil olunması arzu olunan nəticəni verməyəcək. 
Məsələn,  Vergilər  Nazirliyi  ilə  Dövlət  Gömrük  Komitəsi  Ma‐
liyyə  Nazirliyinə  birləşdirilərsə,  bu  addım  onların  iş  perfor‐
manslarına da müsbət təsir göstərəcəkmi? Doğrudur, bununla 
büdcə  xərclərinə  qənaət  etmək  mümkün  ola  bilsə  də,  bu  qu‐
rumların  fəaliyyətində  ciddi  bir  dönuşun  yaranacağı  şübhəli 
görünür. 
Azərbaycanda struktur islahatlarını bir neçə nazirlik və ya 
komitənin ləğvi və ya birləşdirilməsi ilə eyniləşdirmək olmaz. 
Əslində bu gün Azərbaycanda struktur islahatlarının prioritet 
istiqamətini  mövcud  iqtisadi  idarəetmə  sisteminin  səmərəlili‐
yinin  artırılması  təşkil  etməlidir.  Çünki,  Uzaq  Şərqi  Asiya  öl‐
kələrinin də inkişaf təcrübəsi göstərir ki, fərqli iqtisadi sistem 
və struktura malik olan ölkələrin iqtisadi inkişafında sistemin 
quruluşundan  daha  çox  idarəetmənin  səmərəlilik  dərəcəsi 
əhəmiyyətlidir.  Bu  isə,  sərbəst  bazar  iqtisadiyyatının  hüquqi, 
siyasi və mədəni mühitinin formalaşdırılması ilə mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 299 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 300 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Struktur reformlarını gecikdirmə 
limiti tükənib
*
 
İlkin Sabiroğlu 
 
Azərbaycanın  müstəqilliyini  qazanmasından  bu  yana 
struktur  reformları  əhəmiyyətinə  görə  ən  aktual  mövzular‐
dan biri olma xüsusiyyətini bu günə qədər qoruyub saxlamış‐
dır və uzun müddət də bu məsələ ətrafında müzakirələrin ge‐
dəcəyini asanlıqla proqnozlaşdırmaq mümkündür. Beynəlxalq 
Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə birgə 1995‐
ci ildən həyata keçirdiyi proqram üzrə ilkin təklifləri sırasında 
makroiqtisadi  stabilliyin  təmin  olunması,  manatın  kursunun 
stabilləşməsi,  inflyasiyanın  və  büdcə  kəsirlərinin  minimuma 
endirilməsi və büdcənin gəlirləri ilə xərclərinin balanslaşdırıl‐
ması, mülkiyyət münasibətlərinin transformasiyası ilə birlikdə 
struktur islahatlarının həyata keçirilməsi də yer almışdı. Lakin 
struktur  reformları  gecikdirildiyindən  Azərbaycana  ayrılan 
son kredit tranşı da verilmədi. 
Bu gün artıq açıq şəkildə məlum olmuşdur ki, struktur re‐
formları həyata keçirilmədən ən mükəmməl iqtisadi siyasətlə‐
rin  tətbiqi  belə  (halbuki  indiki  şəraitdə  bu  imkanlar  belə  çox 
məhduddur) Azərbaycanda ciddi iqtisadi inkişafa nail olmağa 
imkan  verməyəcəkdir.  Lakin  qeyd  edilməlidir  ki,  qanunların 
mükəmməlliyindən daha çox onu icra edənlərin mükəmməll‐
iyi  zəruri  olduğu  kimi,  idarəetmədə  də  islahatlar  aparılmasa 
struktur islahatları formal xarakter daşıyacaq. 
BVF ilə həyata keçirilməsi nəzərdə tutulan son proqramda 
struktur  reformlarının  əsası  kimi  dövlət  idarəçiliyinin  təkmil‐
ləşdirilməsi məsələsi xüsusi yer tutur. Ümumiyyətlə hökumət 
                                                 
*
 29 mart 2001. 
 
‐ 301 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
qurumlarının səlahiyyətləri, onlara bağlı təşkilatlar, qərar ver‐
mə  prosesi,  iş  prosedurası  tamamilə  yenidən  ələ  alınmalı  və 
bu qurumlar yenidən strukturlaşdırılmalıdır. Dövlətin funksi‐
yalarının  nədən  ibarət  olduğunun  yenidən  açıqlanmasına  eh‐
tiyac olduğu bir dövrdə dövlət sektorunun bu yeni funksiyaya 
görə  (bir  çox  sahədə  sadəcə  düzənləyici  və  nəzarət  edici)  re‐
orqanizasiyası  zərurət  halını  almışdır.  Qeyd  edilməlidir  ki, 
korrupsiyaya qarşı ən səmərəli mübarizə metodu da dövlətin 
funksiyalarının  yenidən  gözdən  keçirilməsi,  struktur  reform‐
ları çərçivəsində dövlət bürokratiyasının məhdudlaşdırılması‐
dır.  Bir  çox  ölkələrin  təcrübəsi  göstərir  ki,  dövlətin  çəkisinin 
azaldığı yerdə korrupsiyanın səviyyəsi də azalır. 
Azərbaycanda dövlət sektorunda səmərəliliyin və məhsul‐
darlığın  artırılmasının  yeganə  yolu  struktur  reformlarından 
keçir.  Struktur  reformları  içərisində  əsas  yeri  isə  şübhəsiz  ki, 
dövlət  xidmətlərinin  idarə  olunması  və  mərkəzi  hökumətin 
təşkilatlanması, məmur çalışdırma, əmək haqqı, maaş və bən‐
zər  digər  təşviq  sistemləri  ilə  bağlı  stuktur  dəyişikliklərinə 
əhəmiyyət  verəcək  reorqanizasiya  reformları  tutmalıdır.  Bun‐
lar dövlətin maaş və əmək haqqı ödəmələri ilə məşğulluq siya‐
sətinin yaxşılaşdırılması məqsədilə alınacaq və dövlət sektoru‐
nun həcmini və məsrəflərini məhdudlaşdırmağa yönəlik təcili 
tədbirlər paketindən təşkil olunmalıdır. 
Bu  sahədəki  çatışmamazlıqları  aşağıdakı  kimi  sinifləndir‐
mək mümkündür: 
‐ dövlət sektorunda çalışanların əksəriyyətinin məhsuldar‐
lığı aşağıdır; 
‐ verilən təşviqlər və motivasiyalar yetərsizdir; 
‐ dövlət xidmətlərinin məsrəfləri yüksəkdir; 
‐ əmək haqları çox aşağıdır; 
‐ dövlət qurumlarının tələbatlarından artıq məmur çalışdır‐
maları səbəbindən toplam əməkhaqqı ödəmələri yüksəkdir. 
 
‐ 302 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə