İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə72/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   68   69   70   71   72   73   74   75   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
müdafiə edən və bunun tamamən sosializmdən fərqli olduğu‐
nu  haqlı  olaraq  qeyd  edən  Karl  Popper  isə,  holizmin  başıboş 
toplumçuluqdan  fərqli  və  liberal  dəyərlərin  daha  təkmil  bir 
versiyası olduğu görüşünü müdafiə edirdi. Popperə görə, ho‐
lizm tamamən müstəqil fərdlərin meydana gətirdiyi bir toplu‐
mu ifadə edir. Yəni fərdlər daha öncə liberal dəyərlər çərçivə‐
sində tam müstəqilləşir və daha sonra ortaq könül bağına söy‐
kənən  birlikdəlik  (konsensus)  yaradırlar  ‐  Azad  İnsanlar  Bir‐
liyi. 
Müasir elmin gəldiyi pik nöqtə olan Kvant fizikasının inki‐
şafı yuxarıdakı son iki görüşü (metodik fərdiyyətçilik və meto‐
dik  holizm)  də  zəiflətmişdir.  Əvvəlcə  qeyd  edək  ki,  yeni  elm 
holistdir. Fəqət bu holizmin fərdiyyətçiliyə daha yaxın durdu‐
ğu söylənə bilər. Belə ki, yeni holizm əsas vurğunu fərdiyyət‐
çiliyin  üzərinə  gətirməklə  birlikdə,  fərdi,  sosial  münasibətlər, 
bu münasibətlər nəticəsində yaranan dəyər və normalar təmə‐
lində ələ alır. Dolayısilə müasir holizm fərdiyyətçiliyin yanın‐
da  azad  fərdlərin  bir  araya  gələrək  meydana  gətirdiyi  sosial 
institut  və  quruluşların  da  önəmini  vurğulamaqdadır  (məsə‐
lən,  Peter  Drucker  ABŞ‐da  çalışan  əhalinin  böyük  bir  hissəsi‐
nin iş xaricindəki zamanlarının ciddi bir qismini heç bir maddi 
mənfəət əldə etmədikləri qeyri‐hökumət təşkilatlarında keçir‐
diklərini qeyd etməkdədir). Bu baxımdan müasir iqtisad elmi‐
nin də, iqtisadi hadisələri açıqlarkən fərdi təşəbbüslərin yanın‐
da sosial qurumları, tarixi alt‐strukturu, dini dəyərləri və mə‐
dəni normaları və s. qəbul edən Heterodoks İqtisada getdikcə 
daha da yaxınlaşdığı söylənə bilər. Yəni liberal dəyərləri tama‐
mən rədd edən və kollektivist olan Marksist holizmdən fərqli 
olaraq, müasir holizm plüralist, fərdi haqlara tam sayğılı, libe‐
ral  dəyərləri  qucaqlayan  və  insanı  ən  müqəddəs  hala  gətirən 
bir xüsusiyyətə sahibdir. 
 
‐ 278 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Kvant  elmi  sübut  edir  ki,  ən  mükəmməl  varlıqlar  xaosla 
düzən  arasındakı  sərhəddədir.  Buna  “kaodüzən  sərhədi”  de‐
yilir. Kristal və qazlar ən ucdakı iki nöqtəni ‐ düzən və xaosu ‐ 
təmsil edirlər. Ancaq ikisinin də quruluşu çox bəsitdir. Heç bi‐
rində xüsusi mesaj yoxdur (bunun üçün ya kristala mesaj yaz‐
malıyıq, ya da qaza səs dalğaları göndərməliyik). 
Politologiya  elminə  tətbiq  etsək,  krisal  totalitar  (sosializm, 
kommunizm  kimi)  və  avtoritar  (faşizm  kimi)  kimi  basqıcı  re‐
jimləri, qaz isə, ifrat düzənsiz və anarxist rejimləri doğurur. Bu 
İslam  dinindəki  “ifrat  və  tefritdən  qorunmaq”  anlayışına  da 
tam  uyğundur.  Yenə  müasir  elmdəki  yeni  inkişaflar  göstərir 
ki,  bütün  canlı  və  cansız  varlıqlar  həm  parça  (maddə,  kütlə), 
həm  də  dalğa  (enerji,  qüvvət)  funksiyalarına  sahibdirlər  (dal‐
ğa‐parça dualizmi). Bu da fəlsəfədə, gərəkli şərait yaradılarsa 
insanların  içindəki  cövhərlərin  üzə  çıxacağı  düşüncəsini  do‐
ğurmuşdur. Dolayısilə bacarıqsız kimi görünən insanların mü‐
əyyən  bir  şəraitin  nəticəsi  olduğu  və  gərəkli  və  yetərli  şərtlər 
təşkil  olunduğunda  bu  insanlarda  inanılmaz  keyfiyyət  dəyi‐
şikliyi və performans artışlarının görülə biləcəyi fikri doğmuş‐
dur. 
Müasir  holizm  paradiqmasının  yaranmasında  XX  əsrdə 
yüksək  kimyəvi  reaksiyalar  nəticəsində,  atomların  özlərinin 
də daha kiçik parçalardan (elektron, neytron və pozitron) təş‐
kil  olunmasının  böyük  rolu  olmuşdur.  Bu  düşüncə,  eyni  za‐
manda,  bütünün  meydana  gəldiyi  parçaların  toplamasından 
daha çox olduğu (sıfırdan fərqli müsbət toplamalı) fəlsəfəsinə 
dayanır.  Buna  elmdə  sinerji  təsiri  deyilir.  Riyazi  olaraq  ifadə 
edərsək  1+1>2’dir.  Yəni  iki  nəfər  ayrı  ayrılıqda  istehsal  etdik‐
lərindən  daha  çoxunu  bir  araya  gəldikləri  zaman  istehsal  et‐
məkdədirlər. 
Çox  sevindirici  haldır  ki,  yuxarıda  qeyd  edilən  elmi  həqi‐
qətlər  Azərbaycanlı  akademik  Xudu  Məmmədov  tərəfindən 
çox  öncədən  anlaşılmış  və  “Quruluş  Nəzəriyyəsi”  adı  altında 
 
‐ 279 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
sistematik şəklə qovuşdurulmuşdur. Bu nəzəriyyə eyni tərkib‐
dən ibarət olan müxtəlif quruluşların müxtəlif varlıqlara müx‐
təlif  mahiyyət  verməsi  ilə  bağlı  təməl  bir  prinsipə  dayanır. 
Məsələn, qrafit və almaz eyni atomlardan təşkil olunmaqlarına 
rəğmən,  xüsusiyyətləri  olduqca  fərqlidir.  Dünyadakı  ən  sərt 
maddə olan almaz eyni zamanda çox parlaqdır. Qrafit isə, çox 
yumşaq və tutqundur. Eyni şəkildə, almaz əmsalsız və təmiz, 
qrafit isə, dəyərsiz və çirklidir. 
Əslində son illərdə inkişaf etmiş Qərb ölkələrində liberalla‐
rın yanına demokratiya sözcüyünü alaraq liberal‐demokrat və 
sabiq  sosialistlərin  də  sosial‐demokrat  olmaları,  bu  ölkələrin 
qeyd etdiyimiz elmi gerçəkləri görmüş olmalarından qaynaq‐
lanır. Bu baxımdan “Üçüncü Yol” axımını başladan və son se‐
çimləri də qazanan İngilis Leyborist Partiyası xüsusilə maraqlı 
bir  misaldır.  Bu  görüş  mülkiyyət  bərabərliyi  anlayışı  yerinə 
fürsət  (şans)  bərabərliyini  önə  çıxarmaqda,  çalışanların  firma 
içi qərar mexanizminə qatılmasını tələb etməkdə və bazar iqti‐
sadiyyatının axsadığı nöqtələrdə bazar mexanizminin işləyişi‐
ni pozmayacaq şəkildə yeni axtarışlara yönəlmək gərəkliliyini 
müdafiə etməkdədir. 
Son olaraq qeyd edək ki, müasir liberalizm düşüncəsi icti‐
mai qurumları tamamən rədd etmir. Tam tərsinə bu qurumla‐
rın bazarı inkişaf etdirici rolunu qəbul edir. Sadəcə olaraq iqti‐
darın  mütləq  olaraq  tək  əldə  (dövlət)  toplandığı  monocentric 
bir sistem yerinə bu iqtidarın dövlət içindəki lokal hökumətlər 
və qeyri‐hökumət təşkilatlarından qlobal təşkilatlara qədər ge‐
niş  bir  yelpazə  tərəfindən  paylaşıldığı  polycentric  bir  sistemi 
müdafiə  edir.  Qısaca  yeni  liberalizm  decentre  (adəmi‐mərkə‐
ziyyətçi) qərar alma mexanizminə dayanır. 
Göründüyü kimi, artıq ideologiyalar çağı bitmişdir. Və bü‐
tün  duyğu,  düşüncə  və  davranışlarımız  gedərək  daha  çox 
kvant  paradiqmasına  uyğun  hala  gəlməkdədir.  Tarix  isə  da‐
 
‐ 280 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə