İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə71/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   67   68   69   70   71   72   73   74   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
yaya yayılma qayəsi ilə ortaya çıxması da buna örnəkdir. Səlib 
Yürüşləri də verilə biləcək misallardan biridir. Tək istisna olan 
Yəhudilik dini isə, tarixən reaksioner bir şəraitdə ortaya çıxdı‐
ğı üçün, milli keyfiyyətini hələ də qorumaqdadır. 
İnsanlıq tarixinə tarixi materializm (alt‐strukturda yer alan 
istehsal  münasibətləri  və  istehsal  vasitələri  üst‐strukturu  mü‐
əyyənləşdirir) aspektindən yanaşan Marxın deyimi ilə, iqtisadi 
artığın tapınaqlar (məbədgah, kilisə və s.) üzərindən bölüşdü‐
rüldüyü  din  ideologiyasının  hegemoniyası  erkən  kapitalizm 
dövrünə  qədər  davam  etmişdir.  Bilindiyi  kimi,  erkən  kapita‐
lizm  dövrü  1492‐ci  ildə  Kristofor  Kolumbun  “Yeni  Dünya” 
Amerikanı  kəşf  etməsi  ilə  başlamışdır.  Unutmayaq  ki,  dəniz 
ötəri müstəmləkələrə gedən ilk insanlar xəzinə axtaran macə‐
rapərəst səyyahlar ilə keşişlər idi. Hətta Türkiyədə “öncə əllə‐
rində İncil, sonra silahla gəldilər” deyə bir mahnı sözü də var. 
Fəqət ʺYeni Dünyaʺnın kəşfi və Avropada protestantlıq hə‐
rəkatının yayılması din ideologiyasını zəiflətmişdir. Bu da böl‐
günün Kral saraylarında həyata keçirildiyi erkən milliyyətçilik 
dövrünü başlatmışdır. 
Bölgünün aqorada (bazar) gerçəkləşdiyi təkmil milliyyətçi‐
lik  ideologiyası  Sənaye  İnqilabının  nəticəsində  ortaya  çıxmış‐
dır. 1789 Fransa Burjua İnqilabı ilə ən təkmil fəlsəfi nöqtəsinə 
çatan  bu  düşüncə,  müəyyən  bir  millət‐dövlət  təməlində  yerli 
bazar və yerli sənayeçi yaratmaq və onu qorumaq üçün daxili 
ticarət əngəllərinin (məsələn, inqilab zamanı kiçik İsveçrədə 40 
dolayında  Kanton  bölgə  vardı  və  bu  bölgələrin  hər  biri  ayrı 
gömrük  divarlarına  sahib  idi)  qaldırılması  və  xarici  ölkələrə 
qarşı yüksək gömrük vergilərinin tətbiqi kimi məqsədlər daşı‐
maqdaydı.  Milliyyətçilik  ideologiyasının  siyasi  müstəvidə  or‐
taya  çıxmasında  Fransa  ilə  İngiltərə  arasında,  Fransız  Kralın 
kim tərəfindən seçiləcəyi üzündən çıxan, “100 İllik müharibə”‐
nin (1337‐1453) və ABŞ‐ın İngiltərəyə qarşı müstəqillik müba‐
rizəsinin  (1776‐1781)  danılmaz  rolu  olmuşdur.  Ayrıca  siyasi 
 
‐ 275 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
müstəqillik əldə etmək istəyən əkinçiliyin inkişaf etdiyi cənub 
ilə, buradakı bazar və xammal imkanlarını əldən vermək istə‐
məyən sənayeləşmiş şimal arasındakı vətəndaş müharibəsi də 
(1861‐1865) milliyyətçilik düşüncəsinin formalaşmasına böyük 
təsir  göstərmişdir.  Müharibənin  ən  önəmli  səbəbi,  cənubun 
bahalı  şimal  malları  yerinə  ucuz  İngilis  mallarını  almaq  istə‐
məsi idi. Lakin müharibəni qazanan şimal, daha sonra, yüksək 
gömrük  divarları  ilə  İngilis  mallarının  ölkəyə  daxil  olmasını 
əngəllədi. 
Bütünün parçalardan (atomlar) ibarət olduğunu və bu par‐
çaların təməl xüsusiyyətlərindən yola çıxaraq bütün haqqında 
hər şeyi bilə biləcəyimizi önə sürən “Atomçuluq Nəzəriyyəsi” 
liberalizm  düşüncəsinin  nüvəsini  təşkil  etmişdir.  Bu  düşüncə 
əslində  qədim  Yunanıstana  qədər  gedib  çıxmaqdadır.  Qədim 
Yunan  düşüncəsində  kainatın  kiçicik,  ayrı,  bölünməz  və  yox 
edilməz parçalardan təşkil olunduğu haqqında güclü bir qəna‐
ət  mövcud  idi.  Atomçuluq  təbiətin  bütün  müxtəlifliyinin  çox 
az sayda bəsit parçalara endirilə biləcəyini düşünürdü (su, tor‐
paq, atəş, günəş və s.). e.ə. V əsrdə yaşayan Demokritusa görə 
“Tamamən eyni olan atomlar fərqli şəkilləri üzündən bir boş‐
luğun içində mübarizə aparırlar və orada hərəkət edərkən çar‐
pışıb  bir‐birilərinə  bağlanırlar”.  Yəni  bütün  atomların  təməl 
xüsusiyyətləri eyni idi, fərqli olan sadəcə onların şəkli idi (for‐
maları və böyüklükləri). Bir buz parçası suya çevriləndə atom‐
lar  eyni  qalırdı  sadəcə  olaraq  bu  atomların  birləşmə  tərzləri 
dəyişirdi.  Lakin  bütün  bunlara  baxmayaraq,  hələ  Platon  və 
Aristotel  zamanında,  atomçuluğun  təbiətdəki  müxtəliflik  və 
dəyişikliyi  tam  olaraq  açıqlaya  bilmədiyi  bilinirdi.  Atomçu 
dünyagörüşü insanoğlunun ali məqsədini açıqlamaqda yetər‐
siz görünürdü. 
Rezonans dönəmində güclənməyə başlayan və Isaac New‐
ton  mexaniki  fizikasında  son  dərəcə  təkmilləşdirilən  libera‐
 
‐ 276 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
lizm düşüncəsi sistematik bir şəklə XVII əsrdə John Lock tərə‐
findən salınmışdır. Adı keçən mütəfəkkir təməl fərdi haqq və 
sərbəstliklər, insan haqları, inanc, ibadət, düşüncə və mülkiy‐
yət özgürlüyü kimi dəyərləri ön plana çıxarmışdır. 
Son mərhələ olan kommunizmdə dövləti tamamən ortadan 
qaldırmaq qayəsi güdən, istehsal və bölgü proseslərində meto‐
dik holizmi ön plana çıxaran və keçici mərhələ olan sosializm‐
də dövlətin mütləq hegemoniyasını əsas alan və beləcə dövləti 
fetiş  hala  gətirən  sosializm  düşüncəsi  sistematik  şəklə  Karl 
Marx tərəfindən gətirilmişdir. 
Burada metodik fərdiyyətçilik və holizm haqqında qısa bir 
arayış  verməkdə  fayda  var.  Liberalizmin  təməlini  təşkil  edən 
metodik  və  politik  fərdiyyətçilik  prinsipləri  ictimai  o  cümlə‐
dən,  iqtisadi  hadisələrin  açıqlanmasında  ayrı‐ayrı  fərdlərin 
davranışlarını, onların zövq və seçimlərini əsas alır. Bu düşün‐
cənin iqtisadın müstəqil bir elm kimi inkişafında oynadığı rol 
açıqdır. Fəqət bu düşüncə fərdiyyətçiliyi təməl alarkən homo‐
economicus (iqtisadi insan) kimi abstrakt kateqoriyalar yerinə 
daha konkret fərdi xüsusiyyətləri diqqətə almalı idi. Çünki bu 
yanlış  versiya  üzərinə  şəkillənən  Ortodoks  İqtisad  gedərək 
reallıqlardan qopuq riyazi formulların əsiri altına düşən Eko‐
nometriyaya çevrilmişdir. 
Fəqət bu yanlışlıq Marksizm kimi daha böyük bir yanlışlı‐
ğa səbəb olmamalıdır. Metodik və politik holizm prinsiplərinə 
dayanan Marksizm bütün fərdi təşəbbüsləri rədd etmiş və bu‐
nun yerinə ilk mərhələ olan sosializmdə dövləti, son mərhələ 
olan kommunizmdə isə, kollektiv birlikləri ön plana çıxarmış‐
dır. 
Fəlsəfi arenada liberalizm ilə sosializm arasındakı mübahi‐
sələr çox şiddətli bir şəkildə yaşanmışdır. Sosializm kimi holist 
hərəkatlardan çəkinən metodik fərdiyyətçi Avstriyalı iqtisadçı 
Von Hayek “Elmçilik və Cəmiyyətin İncələnməsi” adlı məqa‐
ləsində  pozitiv  elmin  liberal  olduğunu  söyləyirdi.  Holizmi 
 
‐ 277 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə