İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə66/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
İstər  toplama,  istərsə  də  paylama  sistemi  olsun,  qatılmalı 
sosial müdafiə sistemi dövlət əli ilə qurulur, dövlət tərəfindən 
yaradılan bir rəsmi qurum tərəfindən işlədilir. Buna qatılmaq 
məcburidir. Demək olar ki, hər dövlətin dövlət orqanları tərə‐
findən idarə edilən təməl (basis) xüsusiyyətli bir sosial müda‐
fiə sistemi vardır. Əlaqədarların bunun xaricinə çıxması müm‐
kün deyil. 
Özəl  (xüsusi)  fondlaşdırma  və  ya  özəl  təqaüd  (private 
pension) sistemində isə dövlətin başçılığı ilə qurulub onun təf‐
tişi  daxilində,  fəqət  özəl  sekor  tərəfindən  işlədilən  və  sığorta 
texnikasına əsaslanan və şəxsi ödəmələrdən təşkil olunmuş bir 
fonddan  şəxslərin  sosial  müdafiə  ehtiyacı  qarşılanır.  Xatırla‐
daq ki, özəl təqaüd sistemi bəzi ölkələrdə qatılmalı sosial mü‐
dafiə sisteminin əsasını təşkil etdiyi halda (məsələn Çili), bəzi 
ölkələrdə  əsas  rejimin  tamamlayıcısı  (supplementary  retire‐
ment) şəklində də qurula bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 257 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 258 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
İqtisadi dirçəliş və 
institusional investorlar
*
 
İbrahim Nəzirli 
 
Bir ölkənin hər hansı bir perioddakı iqtisadi inkişafı və iqti‐
sadi artımı o periodda həmin ölkəyə qoyulan real aktiv inves‐
tisiyaların  toplamı  ilə  yaxından  əlaqədardır.  Bu  real  aktiv  in‐
vestisiyaların  maliyyə  mənbəyini  isə,  o  periodda  ölkə  içində 
həyata keçirilmiş yığımlar ilə ölkə xaricindən təmin edilən ka‐
pital fondları təşkil edir. 
Kapital ehtiyatının azlığı inkişaf etməkdə olan ölkələrdə iq‐
tisadi dirçəlişin önündəki ən böyük maneələrdən biridir. Şəxs‐
lərin  yığımlarından  təşkil olunmuş  kapitalın  iqtisadi  dirçəlişə 
lazım olan investisiyaları həyata keçirmək üçün ehtiyac duyu‐
lan kapitaldan az olması inkişaf etməkdə olan iqtisadiyyatlar‐
da artımı  azaldan  önəmli bir  amildir.  Bu  fərq  səbəbi  ilə  yara‐
nan əngəlin aşılması üçün xarici investisiyaların cəlb edilməsi‐
nə xüsusi əhəmiyyət verilir. 
Azərbaycanın da bu yolu seçdiyini statistik göstəricilər or‐
taya qoymaqdadır.  Belə  ki,  Dövlət  Statistika  Komitəsinin  mə‐
lumatına əsasən, keçən 2003‐cü il ərzində ölkə iqtisadiyyatına 
yönəldilən  toplam  3981,5  milyon  ABŞ  dolları  həcmindəki  in‐
vestisiyanın 3273,3 milyon dollarını, yəni 82,2 faizini xarici in‐
vestisiyalar təşkil edir. Ümumiyyətlə müstəqillik qazandıqdan 
sonra  isə,  Azərbaycan  iqtisadiyyatına  bütün  maliyyə  mənbə‐
lərindən yatırılan investisiyaların 71,4 faizi xarici sərmayələrin 
payına  düşür.  İlk  baxışdan  xarici  investisiyaların  bu  qədər 
yüksək  payı  sevindirici  fakt  kimi  görünür.  Fəqət,  Azərbayca‐
nın sağlam iqtisadi dirçəlişini arzulayan insanlar üçün, 70 faiz‐
                                                 
*
 1 iyun 2004. 
 
‐ 259 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
dən çoxu ancaq neft sənayesinə yönəldilmiş xarici investisiya‐
ların  çoxluğuna  sevinməkdənsə  daxili  investisiyaların  acına‐
caqlı  dərəcədə  az  olmasına  heyfsilənməyin  daha  məntiqli  bir 
davranış  olacağını  düşünürük.  Çünki  bu  fakt  ölkə  daxilində 
yığılan kapitalın ölkə xaricinə axması və ya “ölü kapital” şək‐
lində  şəxslərin  daxıllarında  mühafizə  edilməsi  deməkdir.  Da‐
ha təhlükəlisi isə odur ki, yuxarıdakı fakt ölkə iqtisadiyyatını 
xarici kapitaldan asılı vəziyyətə gətirərək ölkənin müstəqil iq‐
tisadi  siyasət  izləməsinə  imkan  verməyəcəkdir.  Xarici  kapital 
isə təbii olaraq öz sahiblərinə daha yüksək gəlir gətirən sahə‐
lərə  yönələcək  və  bu  prosesdə  Azərbaycanın  uzun  müddətli 
mənafeyi nəzərə alınmayacaqdır. Bu fikrimizi rəqəmlər də təs‐
diq edir. Belə ki xarici investisiyalardan neft sənayesinə yönəl‐
dilənlərin payı 2001‐ci ildə 75 faiz, 2002‐ ci ildə 76 faiz, 2003‐cü 
ildə isə 86 faiz təşkil etmişdir. 2003‐cü ildə Azərbaycan iqtisa‐
diyyatına  yönəldilən  toplam  xarici  investisiyalardan  neft  sek‐
toru xaricindəki iqtisadi sahələrə yönəldilənlərin payı 14 faiz, 
miqdarı 463,1 milyon ABŞ dollarıdır ki, bu həmin ildə yönlən‐
dirilmiş  daxili  investisiya  miqdarından  (708,2  milyon  dollar) 
belə  azdır.  Azərbaycanın  başqalarının  deyil  öz  mənafeyinə 
xidmət  edən,  ölkənin  iqtisadi  dirçəlişini  və  xalqın  rifahını  tə‐
min  edəcək,  ancaq  bir  sahənin  deyil  bütün  gərəkli  sahələrin 
inkişafı üçün gərəkli infrastrukturları formalaşdıracaq investi‐
siyalara ehtiyacı var. Bunun üçün isə müstəqil iqtisadi siyasət 
izləmək və bu siyasəti həyata keçirə bilmək üçün kifayət edə‐
cək daxili kapital həcminə ehtiyac var. 
İqtisadi dirçəliş probleminin kökündən həlli daxili yığımla‐
rın artırılması və bu yığımlardan təşkil edilmiş kapitalın kapi‐
tal  bazarı  (capital  market)  alətləri  ilə  investisiya  sahələrinə 
cəlb edilməsidir. Bu nöqteyi‐nəzərdən, ölkədə daxili investisi‐
ya  mənbələri  çatışmazlığı  probleminin  həlli  üçün  bir‐biri  ilə 
yaxın  əlaqəli  digər  iki  problemin  həll  edilməsi  gərəklidir.  Bu 
 
‐ 260 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə