İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə64/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
keçmədiyindən  demokratiyanı  mənimsəməkdə  çətinlik  çəkir‐
lər.  Vurğulamaq  istədiyimiz  ana  fikir,  demokratiyanın  şərqə 
məxsus xüsusi formasının olmamasıdır. Yəni liberal‐demokra‐
tiya bütün dünyada universal olaraq azad və ədalətli seçkiləri, 
insan haqq və azadlıqlarını, hüququn üstünlüyünü, sərbəst tə‐
şəbbüskarlığı, pozitiv hüquq qarşısında hər kəsin bərabərliyini 
(irq,  irs,  milliyyət,  din,  cins,  dil  və  s.  fərqi  qoymadan),  fərdin 
üstünlüyünü, inanc və ibadət sərbəstliyini və s. ifadə etməkdə‐
dir. Azərbaycana, Amerikaya, İngiltərəyə məxsus ayrı demok‐
ratiya formaları yoxdur. Sadəcə olaraq, hər kəs arzuladığı qə‐
dər  demokratiya  istehlak  edir.  Qısaca,  oriental  demokratiya 
yoxdur...  Demokratiya  adı  altında  tətbiq  edilən  Leninizm, 
Maoizm kimi despotik rejimlər var. 
Artıq  mövcud  dünya  konyukturunda demokratiya,  bir  se‐
çim  olmaqdan  daha  çox  məcburiyyət  halını  almışdır.  Dünya‐
nın  getdikcə  kiçilməsi  mənasına  gələn  qloballaşma  fenomeni 
eyni  zamanda  informasiyanın  daha  rahat  əldə  edilməsini  tə‐
min  edir.  Eyni  dünyada yaşadığımızdan  özümüzü  dünyadan 
təcrid  etmək  imkanlarımız  da  tükənməkdədir.  Demokratiya‐
nın  milli  kültürümüzlə  nə  qədər  uyğunlaşdığı  kimi  qısır  mü‐
bahisələr  yerinə,  ən  qısa  zamanda  liberal‐demokratiyanı  böl‐
gəmizdə hakim dünya görüşü halına gətirməyə çalışmalıyıq. 
Son söz əvəzi: İdarə yuxarıdandırsa, nəzarət aşağıdandır… 
 
 
 
 
 
 
 
 
 
 
‐ 249 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 250 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Türkiyədə “İkinci Cümhuriyyətçilik” 
müzakirələri
*
 
Natiq Sabiroğlu 
 
“İkinci Cümhuriyyət” ifadəsinin ilk dəfə səsləndirildiyi 31 
yanvar 1991‐ci il tarixindən günümüzə qədər on ildən artıq bir 
zaman  keçməsinə  baxmayaraq,  bu  mövzu  Türkiyədə  hələ  də 
ən çox müzakirə edilən mövzulardan biridir. İkinci cümhuriy‐
yətçiliklə  bağlı  müzakirələr  Türkiyənin  Avropa  Birliyi  (AB) 
perspektivi  ilə  birbaşa  əlaqəlidir.  Bu  ifadə  ilə  cümhuriyyətin 
demokratikləşməsi zərurəti xüsusi olaraq vurğulanmaqdadır... 
İkinci  Cümhuriyyətçilər  kimi  tanınan  və  əsasən  çox  yaxşı 
akademik  təhsil infrastrukturuna  sahib intellektuallardan  təş‐
kil  olunan  bu  insanlar,  Türkiyə  Cümhuriyyətinin  demokratik 
inkişafının  yetərsiz  olduğunu  və  bunu  əngəlləyən  kifayət  qə‐
dər  amillərin  mövcudluğunu  qeyd  edirlər.  Bu  şübhə  doğur‐
mayan  gerçəyin  səbəblərini  daha  yaxşı  anlamaq  üçün  tarixə 
qısaca nəzər yetirmək faydalı olacaq. 
29 oktyabr 1923‐cü il tarixində qurulan cümhuriyyət, o za‐
mankı modern dünyada keçərli dəyərləri müəyyən ölçüdə al‐
maya  və  Türkiyəyə  tətbiq  etməyə  çalışmışdır.  Lakin,  təəssüf 
ki,  bu  işlər  görülərkən  təqliddən  və  səthilikdən  irəliyə  gedil‐
məmişdir.  Yəni  qərbin  istehlak  qəlibləri,  arxasındakı  istehsal 
münasibətləri  diqqətdən  qaçırılaraq  ölkəyə  gətirilməyə  (daha 
doğrusu, məcburi şəkildə idxal edilməyə) çalışılmışdır. İnkişa‐
fın  öncə  insanların  beynində  olması  gərəkliliyi  unudulmuş, 
qərblilər  kimi  geyim‐keçim  ön  plana  çıxmışdır.  Qərb  üsulu 
təhsil sistemi burada öyrənmədən çox əzbərləməyə dayanmış‐
dır. Demokratiya mənimsənmiş, fəqət bunun necə və nə şəkil‐
                                                 
*
 19 mart 2004. 
 
‐ 251 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
də  olacağını  müəyyənləşdirmək  xalqa  deyil  mərkəzi  idarəet‐
məyə buraxılmışdır və s... Qısacası, qərblilərin həyat fəlsəfələri 
və istehsal münasibətləri sorğulanmadan, Türkiyə şərtləri diq‐
qətə alınmadan formal qəliblər ölkəyə idxal edilmişdir. 
Demokratiya konstitusiya səviyyəsində mənimsənilmiş, la‐
kin xalqın iradə və idarəsi mənasına gələn gerçək demokrati‐
yanın  yerinə,  militar  və  təyin  edilmiş  bürokratiyanın  (elitist‐
dövlətçi) hegemoniyasını təmin edən şəkli demokratiya prak‐
tikası cümhuriyyətə hakim olmuşdur. 
Cümhuriyyətçilik  tərifi  əsasən,  anti‐monarxizmi  və  anti‐
teokratizmi  təmsil  etməkdədir.  Yəni  cümhuriyyət  modelində 
iqtidar atadan oğula vərasət yolu ilə (xanədanlıq sistemi) keç‐
məz.  Eyni  zamanda  bu  model  dünyəviliyi  təmsil  edər.  Fəqət 
cümhuriyyət  sistemi  demokratiya  məfhumunu  çox  vurğula‐
maz. Məsələn, Türkiyə bir cümhuriyyətdir... Və bu cümhuriy‐
yətin əsasını təşkil edən altı ox, cümhuriyyətçilik, milliyyətçi‐
lik,  xalqçılıq,  dünyəvilik,  inqilabçılıq,  dövlətçilik  prinsiplərini 
əhatə  etməkdədir.  Göründüyü  kimi,  demokratiya  bir  prinsip 
olaraq  Türkiyə  Cümhuriyyətinin  təməlində  yer  almamışdır. 
Əslində demokratiyanın cümhuriyyət üsul idarəsinin təməlin‐
də yer alması məcburiyyəti də yoxdur. Məsələn, İran, Suriya. 
Liviya,  Şimali  Koreya  və  s.  da  bir  cümhuriyyətdirlər.  Amma 
heç  biri  demokratik  bir  idarəetmə  sistemini  mənimsəməmiş‐
dir. Böyük Britaniya, Hollandiya, Norveç kimi ölkələr cümhu‐
riyyət  olmadıqları  halda  (hamısı  krallıq  sistemiylə  idarə  olu‐
nur) çox inkişaf etmiş demokratiyaya sahibdirlər... 
Əslində  bu  müzakirələri  Türkiyə  ilə  məhdudlaşdırmaq 
yanlış olar. Amerika Birləşmiş Ştatlarının tarixindəki ən önəm‐
li  iki  partiyanın  adının  Cümhuriyyətçilər  və  Demokratlar  ol‐
ması təsadüfi deyil. Bu mübahisələrin başlanğıcı 1861‐65‐ci il‐
lərdəki  Amerika  Vətəndaş  Müharibəsinə  qədər  uzanmaqda‐
dır.  O  zamanlar  müharibə  daha  çox  müstəqillik  və  daha  çox 
 
‐ 252 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə