İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə65/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
haqq  və  sərbəstliklər  istəyən,  adəmi‐mərkəziyyət  idarə  siste‐
mini müdafiə edən cənubla, unitar dövlət quruluşunu istəyən 
və  bu  məqsədlə  bəzi  sərbəstlikləri  aradan  qaldırmağı  və  ya 
məhdudlaşdırmağı müdafiə edən şimal arasında baş vermişdi. 
Demokratlar  birinci,  Cümhuriyyətçilərsə  ikinci  qrupu  təmsil 
və müdafiə edirdilər. 
Bunun ABŞ‐da hələ də belə olduğunu söyləyə bilərik. Son 
İraq müharibəsi ilə əlaqədar olaraq ölkədə yaşanan mübahisə‐
lər  bu  konteksdən  dəyərləndirilməlidir.  Cümhuriyyətçilərin 
sözcüsü J.Bush demokratiya adı altında, artıq ömrünü tamam‐
lamış olan neft və silah burjuaziyasını təmsil edərkən, Demok‐
ratlar isə inkişaf etmiş və 21‐ci əsrin qabaqcıl sektorları sayılan 
və gerçək demokratiyanı təmin edən informasiya və kommu‐
nikasiya texnologiyaları (İKT) sektorunu təmsil edirlər. 
İkinci  Cümhuriyyətçilərə  görə,  Türkiyənin  əsas  problemi 
siyasi dövlətdən liberal dövlətə heç bir vəchlə keçə bilməməsi‐
dir.  Dövlətin  iqtisadiyyatdakı  çəkisinin  çox  yüksək  olması  və 
bunun nəticəsi olaraq, ifrat dərəcədə israfçı və müdaxiləçi ol‐
masıdır. Ölkədə ‐ demokratiyada, xalqın iradəsinin təcəssümü 
üçün sərbəst seçkilər qədər əhəmiyyətli olan ‐ ictimai nəzarət 
prinsipinin  lazımi  səviyyədə  tətbiq  olunmamasıdır.  İkinci 
Cümhuriyyətçilər dövlətin funksiya və güclərinin məhdudlaş‐
dırılmasını,  fərdin  hər  şeydən  uca  tutulmasının  vacibliyini 
vurğulayırlar. Daha çox sərbəstlik üçün, cümhuriyyətin əsaslı 
bir  şəkildə  yenidən  gözdən  keçirilməsi  məcburiyyəti  ortada‐
dır... 
Türkiyənin  yuxarıda  dilə  gətirilən  problemlərdən  azad  ol‐
ması  üçün  Avropa  Birliyinə  üzvlük  prosesi  çıxış  yolu  olaraq 
görünür.  Çünki  bütün  oriental  cəmiyyətlər  kimi,  Türkiyənin 
də ən önəmli problemi, demokratik dəyişikliklər üçün özünün 
daxili  dinamikalarını formalaşdıra  bilməməsidir.  Əgər  milita‐
rist və bürokratik cümhuriyyəti demokratik bir cümhuriyyətə 
transformasiya  etmək  istəyiriksə,  xarici  dinamikaları  öz  ehti‐
 
‐ 253 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
yaclarımız  yönündə  istifadə  etməliyik.  Bu  baxımdan  Avropa 
Birliyinə üzvlük prosesi hər keçən gün İkinci Cümhuriyyətçi‐
lərin  ölkə  içində  sahib  olduğu  güclü  mövqeyi  getdikçə  daha 
da gücləndirməkdədir. 
Bütün azlıqların  da  haqqını  diqqətə  alaraq,  xalqın qeydsiz 
şərtsiz  dövlətin  gerçək  hegemonu  olduğu  liberal‐demokrat 
sistemə keçmənin vaxtı gəlmişdir, keçməkdədir... 
Son söz əvəzi: “Bütün güc xalqda toplanır və xalqdan gəlir, 
səlahiyyətli  insanlar  xalqın  vəkilləridir,  xalq  üçün  çalışırlar, 
xalqa  qarşı  hər  zaman  məsuldurlar.”  (Virginia  İnsan  Haqları 
Bəyannaməsi, Maddə 2) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 254 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Sosial müdafiə qurumları
*
 
İbrahim Nəzirli 
 
Həm  bir  düşüncəni,  həm  də  bu  düşüncəyə  işləklik  qazan‐
dıran  strukturu  ifadə  edən  sosial  müdafiə  ifadəsi  cəmiyyətin 
bütün üzvlərinin meydana gəlmə ehtimalı olan sosial risklərin 
iqtisadi və sosial nəticələrindən qorunması məqsədi ilə lazımi 
tədbirlərin alınması mənasını daşıyır. 
Sosial müdafiə fondlarının qurulmasına bağlı olaraq, müa‐
sir  sosial  müdafiə  ifadəsinin  əsasları  19‐cu  əsrin  sonlarında 
atılmışdır. Buna baxmayaraq, “sosial müdafiə” termini ilk də‐
fə  1930‐cu  illərdə  Amerika  Birləşmiş  Ştatlarında  istifadə  edil‐
məyə  başlamışdır.  Amerika  iqtisadiyyatında  olduğu  kimi  di‐
gər ölkələrin iqtisadiyyatları üzərində də şiddətli təsirlər yara‐
dan “1929 böhranı” sosial nöqteyi nəzərdən də böyük sarsıntı 
meydana  gətirmişdir.  Həmin  periodda  ABŞ‐da  mövcud  olan 
sosial  müdafiə  sistemi  xüsusilə  sürətlə  artan  işsizlik  və  buna 
bağlı gəlir itkilərini qarşılamaqdan çox uzaq idi. Daha çox in‐
kişaf etmiş olan qərbi Avropa ölkələrinin işsizlik sığortalarının 
da  işsizlik  problemi  qarşısında  çox  yetərsiz  olduğu  anlaşıldı. 
Bu proseslər nəticəsində 1935‐ci ildə məqsədi yaşlıları, şikəst‐
ləri, korları və işsizləri sosial risklərə qarşı qorumaq olan sosi‐
al müdafiə qanunu çıxdı. 
Beynəlxalq  hüquq  çərçivəsində  ilk  dəfə  Atlantik  Şərtində 
keçən  “sosial  müdafiə”  termini  1942‐ci  ildə  İngiltərədə  Lord 
Bevericin (Lord  Beveridge)  başçılıq etdiyi  bir qrup  tərəfindən 
hazırlanan “Beveric Planı” ilə yayılmağa başlayaraq bugünkü 
mənasını qazanmışdır. 
Sosial  müdafiənin  tərifi  və  çərçivəsi  mövzusunda  dünya 
ədəbiyyatında  bir  fikir  birliyi  yaranmışdır.  Ancaq,  sosial  mü‐
                                                 
*
 11 aprel 2004. 
 
‐ 255 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
dafiənin hansı metodlarla təmin ediləcəyi və hansı resurslarla 
maliyyələşdiriləcəyi  mövzusunda  fikir  və  icraat  birliyi  möv‐
cud deyil. Son 25 ildə sosial müdafiənin maliyyələşdirilməsin‐
də problemlər yaşanması bir çox ölkə tərəfindən sosial müda‐
fiə  sistemlərində  köklü  islahat  və  dəyişikliklərin  həyata  keçi‐
rilməsinə  səbəb  olmuşdur.  Ölkədən  ölkəyə  fərqli  olmaqla  bə‐
rabər həyata keçirilən dəyişikliklərdə ortaq icraat və istiqamət‐
lənmələr gözə çarpmaqdadır. 
Dünyada tətbiq edilən başlıca iki növ sosial müdafiə rejimi 
vardır. Bunlar qatılmalı (contributory) və qatılmasız (non con‐
tributory) rejimlərdir. Qatılmalı rejimdə əlaqədarlar (sığortalı, 
iştirakçı,  işə  götürən)  rejimə  müəyyən  miqdar  ödəyərək  qatı‐
lırlar. Bu rejimdə fondlar yaradılır. Qatılmasız rejimdə isə döv‐
lət  ya  da  müxtəlif  dövlət  qurumlarının  ümumi  və  ya  xüsusi 
büdcələrindən  ölkədə  yaşayan  ehtiyacı  olan  şəxslərə  yardım 
edilir.  Dövlət  xərcləri  vergilərlə  qarşılanır.  Dövlət  təşkilatları 
olmayan cəmiyyət ya da dərnək xüsusiyyətindəki özəl yardım 
quruluşlarının könüllü xidmətləri də bu kateqoriyaya daxildir. 
Burada əlaqədarların ödəmələri yoxdur. 
Qatılmalı rejim əsasən iki şəkildə işləyir. Birinci halda, əla‐
qədarlardan toplanan ödəmələrlə bir fond təşkil edilir və mü‐
əyyən müddət sonra şərtlər həyata keçərsə bu fonddan sığor‐
talılara  yardım  edilir.  Buna  toplama  (kapitalizasiya)  metodu 
deyilir.  İkinci  halda  əlaqədarlardan  müəyyən  bir  periodda 
toplanan  ödəmələr  həmin  perioddaki  yardımları  maliyyələş‐
dirmək  üçün  istifadə  edilir.  Paylama  (pay  as  you  go)  sistemi 
deyilən bu sistemdə ödəmələr müəyyən bir müddət üçün top‐
lanmır. Toplama metodunda əlaqədarların ödəmələri ya müş‐
tərək bir hovuzda (fond) toplanır, ya da hər əlaqədar üçün ay‐
rıca müəyyənləşdirilən bir hesabda toplanır. Birincisinə ümu‐
mi fondlaşdırma, ikincisinə isə özəl (xüsusi) fondlaşdırma sis‐
temi deyilir. 
 
‐ 256 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə