İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə63/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   59   60   61   62   63   64   65   66   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
kişaf etməmiş ölkələrdə müşahidə edilən alternativ isə, siyasi 
partiyanın iqtidara yamanması və köklü islahatlar yerinə, nis‐
bi dəyişikliklərə razı olmasıdır. 
Siyasi iqtidar prizmasından hadisəyə baxdığımızda, iqtidar 
ya səmimi bir şəkildə demokratiyanı mənimsəyər, cəmiyyətin 
inkişaf  dinamikalarını  göz  önündə  tutar  və  lokal  şərtlərə  ən 
yaxşı şəkildə adaptasiya edər, ya da bir çox şərq ölkəsində gö‐
ründüyü  kimi  yuxarıdan  aşağıya  lokal  şərtlərdən  müstəqil, 
xalq adına fəqət xalqa qarşı fəaliyyətlərə girişməkdədir. 
Nəticə  olaraq,  az inkişaf etmiş  ölkələr üçün  ən  uyğun  yol, 
xaricdəki mütərəqqi insan, təşkilat, qrup kimi hər cür formasi‐
yalarla  əməkdaşlığa  gedilməsi,  bu  arada  xalqa  demokratiya‐
nın onun mənfəətinə ən uyğun, onu zənginləşdirəcək tək ida‐
rəetmə  şəkli  olduğunun  anladılmasıdır.  Burada  mütərəqqi 
qrup deyərkən nəzərdə tutulan sadəcə qərb dünyası olmadığı 
kimi, bütün qərb dünyası da deyildir. Bu qrup dünyadakı bü‐
tün çağdaş dəyərləri müdafiə edənləri əhatə etməkdədir. Mal 
və  xidmətlərin,  kapitalın,  əməyin  qloballaşdığı  bir  dünyada, 
sanki bir “internasional” olaraq, bu, düşüncənin qloballaşma‐
sını  ifadə  edəcəkdir.  Unudulmamalıdır  ki,  inkişaf  etmiş  ölkə‐
lərdə geri düşüncəli qruplara rast gəlmək mümkün olduğu ki‐
mi, iqtisadi yöndən inkişaf etməmiş ölkələrdə də çox mütərəq‐
qi görüşlü demokratik insan qruplarına rast gəlmək mümkün‐
dür. 
Son  söz  əvəzi:  “Demokratiya  xalqın  qərar  alma  prosesinə 
qoşula  bilməsinə  maksimum  şərait  yaradacaq  şəkildə  liderlə‐
rin və təşkilatların alternativ dövlət siyasətləri üçün yarışdıq‐
ları rəqabətçi bir siyasi sistemdir.” (E.E.Schattschneider) 
 
 
 
 
 
‐ 246 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Oriental demokratiya
*
 
Natiq Sabiroğlu 
 
Öncə  ideologiya  mərhələsini  ələ  alaq.  İdeologiya  dedikdə 
nəzərdə  tutulan  dövlətin  rəsmi  olaraq  mənimsədiyi  inkişaf 
modelidir. Bu ideoloji seçim sosializmə, faşizmə bənzər despo‐
tik,  monarxik,  totalitar  və  avtoritar  rejimlər  ola  biləcəyi  kimi, 
liberalizm kimi demokratik rejimlər də ola bilər. Bu seçim öl‐
kənin iqtisadi, siyasi, sosial, hüquqi, texnoloji və s. quruluşunu 
da  şəkilləndirir.  Totalitar  sistemlərdə  Sovet  İttifaqı  nümunə‐
sində olduğu kimi vətəndaşların heç bir önəmli mövzuda sər‐
bəst  fikri  ola  bilməz,  qadağan  edilmişdir.  Avtoritar  sistemlər 
isə  Çin  nümunəsində  olduğu  kimi  fərdə  bir  miqdar  iqtisadi 
sərbəstlik  versə  də,  siyasi  mövzularda  qatı  radikal  davranır. 
Bu gün, fərdiyyətçiliyi təşviq edən, iqtisadi və siyasi fəaliyyət‐
lərin sərbəst olduğu, mülkiyyət toxunulmazlığının qanunla tə‐
minat altına alındığı, sərbəst rəqabət şərtlərinin hakim olduğu, 
dolayısilə layiq olanın öz haqqını əldə etdiyi bir sistemi ifadə 
edən plüralist‐demokratik sistemlərə sahib ölkələrin hərtərəfli 
inkişaf etdiyinin şahidi olmaqdayıq. 
Bir  çox  halda  ölkələr  demokratik  üsul  idarəni  ideologiya 
olaraq, hüquqi baza təməlli qəbul etdikləri halda, bunun prak‐
tikasını inkişaf etdirəcək olan institutlaşma mərhələsini yerinə 
yetirməzlər. Halbuki liberal‐demokratik sistemi qəbul etmənin 
olmazsa olmaz şərti, qanunlar qədər ictimai praktikada da bu 
prosesin müvəffəqiyyətli bir şəkildə mənimsənməsidir. Bunun 
üçün klassik qüvvətlər ayrılığı prinsipi (qanunvericilik, idarə‐
etmə  və  məhkəmə)  tətbiq  edilməlidir.  Xalqın  iradə  və  idarəsi 
hakim  olmalıdır.  Yəni  xalq  seçilmiş  və  təyin  edilmiş  sivil  bü‐
rokratiya  üzərində  nəzarət  qabiliyyətini  qoruya  bilmə  poten‐
                                                 
*
 26 yanvar 2004. 
 
‐ 247 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
sialına  sahib  olmalıdır.  İdarəetmə  mümkün  olduqca  aşkarlıq 
və  şəffaflığı  ön  plana  çıxarmalıdır.  Çünki  bürokratik  quruluş 
günümüzdə ətaləti, zaman israfını və süründürməçiliyi təmsil 
etməkdədir. Bundan yayınmanın ən sağlam yolu öncə dövləti 
iqtisadiyyatın  xaricinə  çəkmək  və  əsas  klassik  vəzifələrinə 
(ədalət, müdafiə, asayiş və müəyyən səviyyədə təhsil, səhiyyə 
və ətraf mühit) geri dönməsini təmin etməkdir. Minimal döv‐
lət  daha  az  bürokratiyaya  ehtiyac  duyar.  Ayrıca  professional 
idarəetmə  dövlət  sektorunda  ömür  boyu  məşğulluğu  aradan 
qaldıraraq  idarəni  daha  effektiv  hala  gətirəcəkdir.  Bu  da  bü‐
rokratiyanın sürətli, dinamik, dəyişən şərtlərə qarşı daha həs‐
sas,  rasional  bir  struktura  bürünməsini  təmin  edəcək.  Ayrıca 
bəzi çox önəmli dövlət qurumlarının siyasi iqtidara qarşı mü‐
əyyən  səviyyədə  muxtariyyət  qazanmasını  təmin  edərək 
kadrlaşmanı əngəlləyəcəkdir. 
Yuxarıda  bəhs  edilən  sivil  idarəetmənin  ictimai  nəzarəti 
(müstəqil məhkəmə nəzarətinə paralel) sadəcə müəyyən inter‐
vallarla  keçiriləcək  sərbəst  seçkilərlə  də  təmin  edilə  bilməz. 
Yəni  bir  kərə  sərbəst,  demokratik  seçki  keçirildikdən  sonra 
xalqın  passivləşdirilərək  siyasətdən  uzaqlaşdırılması  halı  ya‐
rana bilər. Bunun üçün bu nəzarəti daimi qılacaq mexanizmlər 
inkişaf etdirilməlidir. Bu da qeyri‐hökumət təşkilatlarına, təz‐
yiq  və  mənfəət  qruplarına  mərkəzi  bir  status  qazandıracaq. 
Vergi  verənlər  vergilərinin  hara  xərcləndiyini  görə  biləcək. 
Həmkarlar  ittifaqları,  ixtisas  birlikləri  və  digər  açıq  cəmiyyət 
təşkilatları xalqın tamamı və ya bir hissəsi ilə iqtidar arasında 
vasitəçi olacaq, beləcə J.Rousseaunun “sosial anlaşma” dediyi 
fenomen sağlam təməllərə oturacaq. 
Mədəniyyət mərhələsi isə, bütün bu yuxarıda anlatdığımız 
proseslərə cəmiyyətin uyğunlaşa bilmə kültürünün (cəmiyyə‐
tin  demokratiyanı  arzulama  dərəcəsinin)  hansı  səviyyədə  ol‐
ması ilə bağlıdır. Bizim kimi oriental kültürlər bu mərhələləri 
 
‐ 248 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə