İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə59/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
kapitalistlərlə  əməkdaşlıq edən  milli azlıqların  əlində  cəmləş‐
mişdi.  Müsəlman  sərmayədarlar  yox  sayıla  biləcək  qədər  az 
idi  və  bunların  inkişafı  üçün  dövlət  dəstəyinə  ehtiyac  vardı. 
Bu  yöndə  ilk  addımlar  Osmanlı  İmperiyasının  son  10‐15  ilin‐
də, o cümlədən İttihad və Tərəqqi partiyasının iqtidarda oldu‐
ğu dövrdə atıldı. 
1923‐cü  ildə  qurulan  Türkiyə  Cümhuriyyətinin  də  əsas 
məqsədlərindən  biri  ölkədəki  milli  burjuaziyanı  inkişaf  etdir‐
mək olub. Bu yöndə atılan addımlardan böyük əhəmiyyətə sa‐
hib olan bir neçəsini aşağıdakı kimi konkretləşdirə bilərik; 
‐1913‐cü  ildə  Sənayeni  Təşviq  Qanunu  qəbul  olundu.  Bu 
qanun bəzi vergi növlərindən azadolmaları və yerli istehsalat‐
da istifadə olunan idxalat mallarından gömrük vergisinin alın‐
mamasını  nəzərdə  tuturdu.  Bundan  əlavə,  fabrik  və  zavodla‐
rın  tikilməsi  üçün  dövlət  öz  ərazilərindən  istifadə  edilməsinə 
icazə verirdi. 
‐  Ticarət  qanunu  və  mülkiyyət  əsasları  özəl  sahibkarlığa 
uyğun hala gətirildi. 
‐  Sənaye  və  bankçılıq  sahələrində  anonim  şirkətlər  qurul‐
du. 
‐  Sahibkarlar  hazırlamaq  və  sahibkarlığı  inkişaf  etdirmək 
üçün dərnəklər quruldu. 
‐ Sənaye sektorunun inkişafı üçün zəruri olan kadrların ha‐
zırlanması məqsədilə Almaniyaya tələbə və fəhlələr göndəril‐
di. 10.000 nəfər Birinci Dünya Müharibəsi ərəfəsində iş təcrü‐
bəsi  qazanmaları  üçün  alman  fabrik  və  zavodlarına göndəril‐
di. 
‐  Sənaye,  ticarət  və  kənd  təsərrüfatı  sektorlarında  özəl  sa‐
hibkarları dəstəkləmək (kredit tələblərini ödəmək üçün) məq‐
sədilə banklar quruldu. 
‐ 1922‐ci ildə İzmirdə Milli İqtisad Konqresi keçirildi. Kon‐
qresə sənayeçi, fəhlə, tacir və kəndlilərin nümayəndələri dəvət 
 
‐ 230 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
olunmuşdu.  İştirak  edənlərin  istək  və  təklifləri  əsasında  qə‐
rarlar  qəbul  edildi.  Türkiyə  iqtisadiyyatının  inkişafinda  İqti‐
sad Konqresində alınan qərarların böyük rolu olub. Milli bur‐
juaziyanın  canlanması  üçün  kredit  sistemi,  təhsil,  nəqliyyat, 
kommunikasiya kimi infrastruktur və texniki xidmətlərin döv‐
lət tərəfindən həyata keçirilməsi qərarlaşdırıldı. 
‐ 1925‐ci ildə “Sənaye və Maadin Bankı” quruldu. Məqsəd 
özəl sektoru kreditlə təmin etmək, özəl sahibkarlarla ortaq şir‐
kətlər  qurmaq  və  dövlətin  əlindəki  sənaye  quruluşlarını  özəl 
sektora transfer etmək idi. 
‐  1927‐ci  ildə,  1913‐cü  ildə  qəbul  olunan  Sənayeni  Təşviq 
Qanununun əhatəsi genişləndirildi. 
Göründüyü  kimi,  milli  burjuaziyanın  olmaması,  Türkiyə 
və  Osmanlı İmperiyasının son illərində iqtisadi və siyasi inki‐
şaf  yolunda  önəmli  bir  maneə  olaraq  görülmüş  və  bu  vəziy‐
yətdən  çıxış  yolları  axtarılmışdır.  1932‐1938‐ci  illər  arasında 
Türkiyədə  həyata  keçirilən  dövlətçilik  siyasəti  ilə  də  özəl  sa‐
hibkarlıq,  dövlət  tərəfindən  dəstəklənib.  Bu  fəaliyyətlərin  nə 
dərəcədə uğurlu olub‐olmaması isə başqa bir məqalənin möv‐
zusudur.  Ancaq  reallıq  budur  ki,  günümüzə  qədər  milli  bur‐
juaziyanın  inkişafına  çalışılmış  və  Türkiyədə  kapital  yığımı 
prosesi  uzun  zaman  almışdır.  Lakin  dövlət‐sahibkar  münasi‐
bətləri  sağlam  təməldə  inkişaf  etməmiş,  bu  da  siyasi  olaraq 
özünü  demokratiya,  insan  haqları  axsaqlıqlarının  ortaya  çıx‐
masıyla göstərmişdir. 
Bu  fakt  bizə  Azərbaycanda  da  milli  burjuaziyanın  forma‐
laşması məsələsində daha diqqətli davranmağı diktə edir. Mil‐
li  burjuaziya  sadəcə  iqtisadi  inkişaf  üçün  deyil,  dünyəvi,  hü‐
quqi,  demokratik,  insan  haqlarına  dayanan,  sərbəst  ifadə 
azadlığına yer verən bir dövlətin varlığı üçün də əsas amildir. 
Buna görə də, ölkəmizdə olmayan milli burjuaziyanın forma‐
laşması prosesinə böyük ehtiyat və diqqətlə yanaşılmalıdır. 
 
 
‐ 231 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 232 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Kapitalizmin memarı: Sənayeləşmə
*
 
Bəhruz Məmmədli 
 
Əvvəlki  məqaləmizdə,  milli  burjuaziyanın  dövlətin  iqtisa‐
di‐siyasi  inkişafı  və  sənayeləşməyə  gedən  yolda  başlıca  amil 
olduğunu  göstərməyə  çalışdıq.  Bu  məqalədə  isə  sənayeləşmə 
konsepti ilə nəyi nəzərdə tutduğumuzu izah edəcəyik. 
Sənayeləşmə sadəcə iqtisadi bir məsələ deyildir. Sənayeləş‐
mə siyasi, ictimai, mədəni inkişaf prosesi ilə paralel olaraq ələ 
alınmaqdadır. Cəmiyyətin hər tərəfli inkişafı ilə bağlı bir kon‐
septdir. Avropada 19‐cu əsrin əvvəllərində meydana gələn Sə‐
naye  İnqilabı  çağdaş  sənayeləşmənin  başlanğıcı  olaraq  qəbul 
edilir. Bu eyni zamanda çağdaş kapitalizmin də başlanğıc tari‐
xidir.  Sənaye  inqilabı  nəticəsində  istehsalat,  yeni  bir  iqtisadi 
orqanizasiya  vasitəsi  ilə  böyük  miqyaslı  quruluşlarda  ortaya 
çıxmağa  başladı.  İqtisadi  ədəbiyyatda  sənayeləşmədən  bəhs 
edərkən ʺkapitalist sənayeləşməʺ nəzərdə tutulmuş və sənaye‐
ləşmə kapitalizmə keçiş olaraq görülmüşdür. İnkişaf etmiş (sə‐
nayeləşmiş)  kapitalist  ölkələrində  müşahidə  edilən  hər  tərəfli 
inkişaf,  bu  prosesdə  geri  qalan  Latın  Amerikası  ölkələri  və 
İkinci  Dünya  Müharibəsindən  sonra  Afrika  və  Asiya  ölkələri 
tərəfindən sənayeləşmənin ana hədəf olaraq seçilməsinə səbəb 
olmuşdur.  İkinci  Dünya  Müharibəsindən  sonra  ortaya  çıxan 
İnkişaf  İqtisadiyyatı  elmi,  ölkələrin  arasındakı  fərqin  aradan 
götürülməsi  üçün  sənayeləşmənin  zəruri  olduğunu  irəli  sür‐
müşdür. 
Günümüzdə  iqtisadi  inkişaf  və  sənayeləşmə  konseptləri 
texnoloji inkişaf təməlli olaraq ələ alınmaqdadır. Yəni yüksək 
texnologiyalara sahib olan ölkələr inkişaf etmiş ya da sənaye‐
ləşmiş  ölkələr,  istehsalatda  geri  texnologiyalar  istifadə  edən 
                                                 
*
 13 fevral 2004. 
 
‐ 233 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə