İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə55/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
landırılan  mənfəət  vergisindən  azadolmadır.  Xüsusilə,  Asiya 
(13 ölkə) və Mərkəzi və Şərqi Avropa (19 ölkə) ölkələri tərəfin‐
dən  geniş  bir  şəkildə  tətbiq  olunan  bu  təşviq  növü,  əlaqədar 
ölkələrə  önəmli  miqdarda  birbaşa  xarici  investisiyanın  daxil 
olmasında təsirli olmuşdur. Vergi tətili müddəti sektor bazın‐
da  fərqli  olmaqla  birlikdə  ümumiyyətlə  5‐10  il  ola  bilər.  Orta 
miqyaslı bir sənaye quruluşu ortalama 2‐3 ildə sabit kapital in‐
vestisiyasını  gerçəkləşdirməkdə,  bunu  təqib  edən  müddətdə 
də  müəssisə  kapitalı  investisiyaları  qoyulmaqdadır.  İstehsala 
keçildikdən  bir  neçə  il  sonra  da  firmanın  başabaş  nöqtəsinə 
çatdığı düşünüldüyündə, bu 5‐10 illik müddətin çox da uzun 
bir zaman olmadığı görülür. 
Mövcud praktikaya görə hüquqi şəxslər və sahibkarlıq fəa‐
liyyəti ilə məşğul olan fiziki şəxslər torpaq vergisindən birinci 
stimullaşdırma  bölgəsində  70  faiz,  ikinci  stimullaşdırma  böl‐
gəsində isə 100 faiz azad edilməkdədirlər. Bu baxımdan İrlan‐
diyadakı  mövcud  modelin  gətirilməsi  daha  uyğun  ola  bilər. 
Ölkə texnoloji investisiyaları dəstəkləmək məqsədilə, əlaqədar 
sahədə fəaliyyət göstərəcək firmalara yönəlik pulsuz ərazi tə‐
mini praktikasına yönəlmişdir. 
Yenə Biznes üzrə Məsləhətverici Şuranın (BMŞ) yaradılma‐
sı  müsbət  bir  adımdır.  Fəqət  daha  doğru  olanı  KOS‐ların  in‐
vestisiya  qərarlarında  məsləhət  (consulting)  sərbəstliyinə  sa‐
hib  olmasıdır.  Bu  barədə  KOS‐lar  ehtiyac  hiss  etdiklərində 
özəl  professional  investisiya  məsləhət  şirkətlərinə  müraciət 
edə bilməli və xərcləmələrin bir qisminin də dövlət tərəfindən 
qarşılanması  təmin  edilməlidir.  Azərbaycandakı  mövcud  du‐
rum diqqətə alındığında bunun effektiv bir korrupsiya vasitə‐
sinə dönəcəyi mübahisəsizdir. Bundan yayınmanın yolu səna‐
yeləşmiş  bölgələr  yaradaraq  KOS‐ların  bir  araya  gəlməsinin 
təşkil  edilməsidir.  Dünyada,  son  illərdə  yüksək  keyfiyyətli 
əmək qüvvəsi ilə yüksək texnologiyalı istehsalın daha iqtisadi 
olması kimi səbəblərlə KOS‐lar xüsusilə inkişaf etmiş ölkələr‐
 
‐ 215 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
də toplanmışlardır. Eyni iş sahəsində fəaliyyət göstərən KOS‐
ların idarəetmə, maliyyə, istehsal və marketinq kimi subyekt‐
lərinin  bir  üst  idarəyə  dövr  edildiyi,  fəqət  firmaların  iqtisadi 
müstəqilliklərinin  qorunduğu  bu  sistemdə  firmalar  kapitala 
daha rahat çata bilməkdə (risk kapitalı idarəsi sistemi), yüksək 
texnologiyadan  istifadə  imkanına  qovuşmaqda  və  satın  alım‐
larda  bazarlıq  gücünü  artırmaqdadır.  Daha  sonrakı  mərhələ‐
lərdə  R&D  (innovasiya)  fəaliyyətlərinin  də  tək  bir  mərkəz  al‐
tında  toplanması  gerçəkləşə  bilər.  Bu  da  firmaların  müştərək 
öyrənmələrini  inkişaf  etdirəcəkdir.  Məsələn,  dünya  R&D  fəa‐
liyyətlərinin qəlbi sayılan Silicon və Photon Vadiləri əsasən bu 
tip firmaların araşdırma subyektlərini bir araya gətirməkdə və 
dünyanın  superötürücü,  süpermaye,  lazer,  hardware  və  soft‐
ware sahələrində həyata keçirilən bütün araşdırmaları demək 
olar ki öz üzərilərinə götürməkdədirlər. Yenə bu barədə Avro‐
pa  Birliyindəki  İnnovasiya  Nəql  Mərkəzləri  (ICR)  nümunə 
göstərilə bilər. Bu mərkəzlər Avropa Komissiyasının İnnovasi‐
ya‐KOS  proqramları  çərçivəsində  KOS‐lar  arasında  texnoloji 
ortaqlığa  və  texnoloji  transferə  yönəlik  xidmət  vermək  üzrə 
1995‐ci  ildə  qurulmuş,  konsorsium  quruluşu  içində  fəaliyyət 
göstərən müstəqil iş və texnoloji məsləhət təşkilatlarıdır. İNM 
yeni  firmaları  ölkədaxili  və  xarici  texnoloji  transferlərdə  dəs‐
təkləyərək  Avropanın  texnologiya  bazarlarına  çıxışını  təmin 
edir. Ayrıca R&D çalışmalarının sənayeyə transferini təmin et‐
mək  məqsədilə  universitetlər  və  araşdırma  institutlarının  da 
xidmətlərindən  yararlanmasını  təmin  etməkdədir.  Qısacası 
mərkəzin məqsədi; KOS‐ların texnoloji və innovasiya bazasını 
gücləndirərək Avropada rəqabət gücünü artırmaqdır. 
Görülməsi Zəruri Olan Tədbirlər 
Təşviqlər  müəyyənləşdirildiyi  zaman  ümumilik  yerinə  se‐
çici (selektiv), nağd olma yerinə fiskal, kəmiyyət yerinə keyfiy‐
yət kimi prinsiplər mənimsənməlidir. Burada əhəmiyyət kəsb 
 
‐ 216 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
edən bir nöqtə də, KOS‐la bağlı qanunvericiliyin və təşviq tət‐
biqlərinin  təsirinin,  investor  firmanın  tipinə  və  fəaliyyət  gös‐
tərdiyi  sektora  görə  olduqca  fərqlilik  göstərməsidir.  Məsələn, 
telekommunikasiya, xəbərləşmə, bank işi, sığortaçılıq, fəza va‐
sitələri  və  bunların  təchizatlarına  yönəlik  fəaliyyət  göstərən 
firmalar,  iş  və  ya  çevrə  şərtləri  mövzusundakı  imtiyaz  haqla‐
rıyla  əlaqədar  düzənləmələrdən  o  qədər  də  çox  təsirlənməz‐
kən,  patent,  sənaye  və  fikri  mülkiyyət  haqlarına  yönəlik  dü‐
zənləmələrə olduqca həssasdırlar. Bu firmalar yüksək iş gücü 
standartlarından  da  müsbət  istiqamətdə  təsirlənməkdədirlər. 
Ayrıca  bu  şirkətlərin  orta  və  uzun  müddətdə  iş  qüvvəsinin 
keyfiyyətinin yüksəldilməsi üzərində də önəmli miqyasda tə‐
sirləri  mövcuddur.  Fəqət  daha  aşağı  texnologiyalı,  əməktu‐
tumlu  sektorlarda  fəaliyyət  göstərən  investor  firmalar  (triko‐
taj, mebel sənayesi, mədənçilik, kənd təsərrüfatı və s.) isə, xü‐
susilə maliyyət düşürücü təşviqlərə daha çox müsbət reaksiya 
göstərməkdədirlər. Dolayısilə, bir ölkədəki bazar tənzimləmə‐
lərinin  təsiri,  bir  yandan  istehsal  sektorunun  və  şirkətin  mül‐
kiyyət  quruluşuna,  digər  yandan  da  o  ölkənin  institusional 
quruluşuna və hədəflərinə bağlıdır. Azərbaycan da təşviq po‐
litikalarını müəyyənləşdirərkən, ehtiyacı olan yüksək texnoloji 
investisiyalarını cəlb edəcək şəkildə davranmalı və bu baxım‐
dan,  texnopark,  R&D  və  texnoloji  inkişaf,  infrastruktur,  key‐
fiyyətli iş gücü təmin edilməsi və məşğulluq artımına yönəlik 
fəaliyyətlərə üstünlük verməlidir. Təşviqlərdən minimum ma‐
liyyət  və  maksimum  fayda  təmin  edə  bilmək  üçün  öncəliklə 
bu mövzulara diqqət yetirilməlidir: 
‐  KOS‐ların  effektivliyini  artırmaq  üçün  zəruri  ilk  və  ən 
önəmli tədbir vergi sisteminin bütün ölkə səviyyəsində, mak‐
ro iqtisadi mühitə uyğun, eyni zamanda beynəlxalq normalara 
görə düzənlənməsidir. 
‐ Hansı təşviqin iqtisadi baxımdan effektiv çalışacağını təs‐
bit  etmədə  bəzi  problemlər  olduğundan  tətbiq  olunacaq  olan 
 
‐ 217 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə