İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə54/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
sı, kiçik sahibkarlıq subyektləri üçün vergi sisteminin səmərə‐
liliyinin  artırılması,  kredit  təminatı  sisteminin  təkmilləşdiril‐
məsi  və  bununla  bağlı  girov  mexanizminin  tətbiqini  nəzərdə 
tutan tədbirlər nəzərdə tutulur, ön sıraya çəkilir. 
Proqramın üçüncü ‐ “KOS sektorunda struktur dəyişikləri‐
nə və texnoloji inkişafa kömək” ‐ bölməsində KOS ilə iri müəs‐
sisələr  arasında  kooperasiya  əlaqələrinin  genişləndirilməsi 
məqsədilə  kompleks  tədbirlər,  o  cümlədən,  hüquqi  normativ 
bazanın  inkişafı,  müəssisələrin  kooperasiyasının  yaradılması, 
metodik  materialların  hazırlanması  və  digər  tədbirlər  müəy‐
yən edilmişdir. 
Dördüncü bölmədə KOS‐a texniki kömək və insan amilinin 
inkişaf üzrə tədbirlər nəzərdə tutulmuşdur. Bu bölmədə sahib‐
karlığın  informasiya  təminatının  yaxşılaşdırılması  məqsədilə 
“İnternet‐biznes”  xidmətinin  təşkili,  KOS  tədris  mərkəzinin 
yaradılması  və  bu  məqsədlə  tədris‐metodiki  və  məsləhət  yö‐
nümlü  dərs  vəsaitlərinin  hazırlanması  və  s.  öz  əksini  tapmış‐
dır. Fikrimizcə, burada dövlət eyni zamanda qurum daxili təh‐
silə və bəşəri kapital yetişdirməyə də aktiv bir şəkildə dəstək 
verməlidir. 
Proqramın  beşinci  bölməsi  isə  sahibkarlığın  regional  inki‐
şafının  sürətləndirilməsi  məsələlərinə  həsr  olunmuşdur.  Bu 
baxımdan, proqram Azərbaycan Respublikasının regionlarının 
investisiya xəritələrinin hazırlanmasını, regional inkişafın mü‐
vafiq  mexanizmlərinin  həyata  keçirilməsini,  regional  infra‐
strukturun yaradılmasını və inkişafını, yerli icra hakimiyyətini 
və  özünüidarəetmə  orqanlarının  bu  sahədə  fəaliyyətinin  güc‐
ləndirilməsini nəzərdə tutur. Bu baxımdan, regional investisi‐
ya  xəritələrinin  hazırlanmasında  lokal  sahibkarların  da  qərar 
mexanizminə cəlb edilməsi faydalı olacaqdır. 
Regionlar üzrə fərqli gəlir vergisi dərəcələri 2003‐cü il yan‐
varın  1‐dən  tətbiq  edilməkdədir.  Bu  qaydaya  uyğun  olaraq, 
 
‐ 212 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Abşeron yarımadasında yerləşən müəssisələr ən yüksək dərə‐
cə ilə ‐ 25 faizlə gəlir vergisi ödəyir. Gəncə, Sumqayıt, Mingə‐
çevir və Əli‐Bayramlı şəhərlərində və bu şəhərlərin ətraf ərazi‐
lərində işləyən müəssisələr gəlirin ‐ 20 faizi, Azərbaycanın dağ 
rayonlarında  və  Naxçıvan  Muxtar  Respublikasında  fəaliyyət 
göstərən müəssisələr ‐ 10 faizi, ölkənin digər rayonlarında işlə‐
yən müəssisələr isə ‐ 15 faizi həcmində vergi ödəyirlər. Fikri‐
mizcə vergi mexanizmində sahə və regional diferensiallaşdır‐
ma sistemini daha da rasional və aktiv hala gətirmək lazımdır. 
Çünki  bu  cür  vergi  tutma  sistemi  regionların  və  iqtisadiyyat 
bölmələrinin balanslaşdırılmış inkişafına xidmət etməkdədir. 
Qeyd edək ki, cari ilin ilk 9 ayında maliyyələşdirilmiş layi‐
hələrin  75  faizindən  çoxu  respublikanın  regionlarının  payına 
düşməkdədir. Ayrıca kredit ayrılmış layihələrin 94 faizinin is‐
tehsal və emal yönümlü olması da müsbət qarşılanmalıdır. Bu 
layihələr üzrə 6 mindən artıq yeni iş yeri yaradılıb. Müvəkkil 
kredit  təşkilatlarının  şəbəkəsi  genişləndirilib  və  onların  sayı 
24‐ə çatdırılıb. Qeyd edək ki, 2004‐cü ildə sahibkarlığın inkişa‐
fına cəmi 100 milyard manat vəsait ayrılıb. 2005‐ci ildə dövlət 
büdcəsindən  Sahibkarlığa  Kömək  Milli  Fonduna  200  milyard 
manat  vəsaitin  ayrılması  nəzərdə  tutulub.  Fəqət  bu  rəqəmin 
KOS‐ların  texnoloji  infrastruktur  investisiyaları  üçün  çox  ye‐
tərsiz olduğu aşkardır. 
Nəhayət,  proqramın  altıncı  bölməsində  sahibkarların  hü‐
quqlarının  müdafiəsinin  gücləndirilməsi  üzrə  problemlərin 
həlli  öz  əksini  tapmışdır.  Bu  bölmə  sahibkarların  dövlət  qey‐
diyyatı və fəaliyyəti sahəsində onların hüquqlarının müdafiə‐
sinin etibarlı müdafiəsi mexanizmlərinin yaradılması ilə bağlı 
məsələləri  əhatə  edir.  Burada  nəzərdə  tutulan  tədbirlər  eyni 
zamanda,  sahibkarlıq  fəaliyyətinə  qanunsuz  müdaxilələrin 
aradan qaldırılmasını təmin edəcəkdir. Bunun istənilən səviy‐
yədə  tətbiq  edilməsi  üçün  isə  tam  ixtisaslaşmış  və  siyasi  ba‐
xımdan müstəqil məhkəmə sisteminə ehtiyac var. 
 
‐ 213 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Qeyd  edək  ki,  Azərbaycanda  KOS‐la  əlaqədar  ən  böyük 
problem əlaqəli qanunvericilik hökmlərinin tətbiq mərhələsin‐
də  yaşanan  çatışmazlıqlardır.  Ayrıca  müəssisələrin  hüquqi 
şəxs meydana gətirmə metodları bürokratik əngəllər minimu‐
ma endirilərək asanlaşdırılmalı və bu təşviq edilməlidir. Çün‐
ki  hüquqi  şəxs  statusu  kommersiya  banklarından  kredit  al‐
maqdan  tutmuş  dövlət  qurumları ilə  münasibətlərə  qədər  bir 
çox  prosesdə  ciddi  sıxıntıların  ortadan  qalxmasına  səbəb  ola‐
caqdır. Yenə hazırda KOS müəssisələrinin 70 faizinin Bakı şə‐
həri və ona yaxın ərazilərdə yerləşməsi də ciddi bir problem‐
dir.  Bu  da  regionlar  arası  qeyri‐bərabər  və  ədalətsiz  bölgü 
problemini  gündəmə  gətirməkdədir.  Bundan  yayınmanın  yo‐
lu stimullaşdırılmış regionlar praktikasını effektiv bir hala gə‐
tirməkdir.  Fəqət  bu  mövzu  təşviqləri  aşan,  o  yerlərdə  keyfiy‐
yətli iş gücü, texnoloji infrastruktur, yetərli kapital kimi ümu‐
mi investisiya şəraitini maraqlandıran mövzulardır. 
Sahibkarlarla bağlı vergi yükü də yüngülləşdirilmişdir. Be‐
lə  ki,  mənfəət  vergisi  35  faizdən  25  faizə  qədər  azaldılmışdır. 
Bu dünyadakı ümumi trendə uyğundur. Belə ki, 1996‐2002 il‐
lərində OECD ölkələrində ortalama Mənfəət Vergisi 7 faiz ge‐
riləmişdir  (38‐dən  31‐ə).  Dolayısilə  Azərbaycanda  mənfəət 
vergisi  OECD  ortalamasından  kiçikdir.  Fəqət  Azərbaycanla, 
KOS‐lardan gözlənən fayda baxımından, müqayisə oluna bilə‐
cək  bəzi  OECD  ölkələrinə  nəzər  saldığımızda  bu  rəqəmin  də 
(mənfəət  vergisinin)  yüksək  olduğu  görülməkdədir.  Məsələn, 
İrlandiyada bu rəqəm 16 faiz, Macarıstanda 18 faiz, İslandiya‐
da 18 faiz və İsveçrədə 24 faizdir. Bu rəqəmlər xüsusilə son 10 
ildə ciddi bir iqtisadi sıçrayış göstərən İrlandiyada 22 faiz (38‐
dən  16‐ya)  və  Macarıstanda  da  15  (33‐dən  18‐ə)  faiz  düşmüş‐
dür. 
Azərbaycan vergi təşviqləri ilə əlaqədar tövsiyə edilə bilə‐
cək  başqa  bir  praktika  da  vergi  tətili  (tax  holiday)  olaraq  ad‐
 
‐ 214 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə