İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə53/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
lar  üzərində  təsirinin  heç  olmadığı  mənasına  gəlməməlidir. 
Azərbaycandakı  təşviq  sistemi  içərisində  müxtəlif  problemlər 
mövcuddur. Bu  baxımdan  ilk  öncə  təşviq  praktikasının  bəsit‐
ləşdirilməsi, stabilliyə qovuşdurulması və effektiv hala gətiril‐
məsi  daha  zəruridir.  Avropa  Birliyi  ölkələrinin  investisiya  və 
ixracatı  təşviq  rejimləri  mütləq  nəzərdən  keçirilməli,  mövcud 
təşviq  rejiminin  buna  görə  inkişaf  etdirilməsi  və  effektiv  hala 
gətirilməsi  təmin  edilməlidir.  Təşviq  siyasəti  müəyyənləşdiri‐
lərkən kəmiyyət parametrləri (kapital miqdarı, işçilərin sayı və 
s.) ilə yanaşı keyfiyyət xüsusiyyətləri (texnologiyalardan yük‐
sək  səviyyədə  istifadə,  idarəetmə  şəkli  və  s.)  də  diqqətə  alın‐
malıdır.  Dolayısı  ilə  təşviq  sistemi  ölkənin  ehtiyacı  olan  yük‐
sək  texnologiyanı  önə  çıxaracaq  şəkildə  ələ  alınmalı,  texno‐
park və texnoloji inkişaf bölgələrinə üstünlük verilməlidir. 
Dünyada  təşviq  növlərindən  nağd  və  vergi  təşviqlərinin 
tətbiqinə  daha  çox  üstünlük  verilir.  Yardımlar,  uyğun  şərtli 
kreditlər  kimi  nağd  təşviqlərin  investisiyalar  üzərində  təsiri‐
nin çox məhdud və sui‐istifadəyə açıq olması, vergi təşviqləri‐
nin isə nəticə fokuslu, performansa dayanan və effektiv ixraca‐
tı  inkişaf  etdirmə  xüsusiyyətindən  ötrü,  dünyada  ikinci  növ 
təşviqlər artıq daha çox tərcih edilir. Hər ölkə öz tələbatları yö‐
nündə çeşidli vergi təşviqlərindən istifadə etməkdədir. Bunla‐
rın  içində  ən  çox  istifadə  olunan  təşviq  vasitəsi  aşağı  nisbətli 
gəlir və mənfəət vergisidir. 
Dünyada  KOS‐lara  təmin  edilən  digər  təşviqlər  arasında 
vergi tətili, sürətləndirilmiş amortizasiya, investisiya endirimi, 
sosial  mühafizə  payı  endirimi,  Əlavə  Dəyər  Vergisi  istisnası, 
gömrük  rüsumlarında  güzəşt,  gömrük  vergisinin  geri  ödən‐
məsi, investisiya yerinin əvəzi ödənilmədən təmini, gəlir ver‐
gisindən  məcburi  ayırmaların  geri  ödənməsi,  işəgötürənlərin 
ehtiyat sığorta fondlarına ayırmalardan azad tutulması, enerji 
dəstəyi, bazar araşdırma dəstəyi, xaricdə mağaza açma, firma 
 
‐ 208 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
və marka tanıtma, fəaliyyətlərin dəstəklənməsi, patent, faydalı 
model  sənədi,  sənaye  proyekti,  innovasiya  dəstəyi  və  s.  gös‐
tərmək olar. 
Vergi siyasəti və vergi təşviqləri baxımından vurğulanması 
lazım olan ən önəmli nöqtə, digər bütün şərtlər bərabər oldu‐
ğu zaman, bu təşviqləri tətbiq edən ölkənin KOS‐lar baxımın‐
dan  nisbətən  üstünlüyə  sahib  olacağıdır.  Fəqət  ölkələr  arası 
fərqliliklər  sadəcə  tətbiq  etdikləri  vergi  siyasətlərində  ortaya 
çıxmamaqda  bunun  yanında  ticari  siyasət,  bazar  böyüklüyü, 
idarəetmə  şəkilləri,  təbii  ehtiyat  və  bəşəri  kapital  baxımından 
da önəmli fərqliliklər müşahidə edilməkdədir. Bütün bu şərt‐
lər investisiya qərarının verilməsində önəmli faktorlardır. 
Qısacası, önəmli olan təşviqlərin böyüklüyü deyil, effektiv 
olmasıdır.  Məsələn,  1968‐1998‐ci  illəri  əhatə  edən  30  illik  dö‐
nəmdə, Türkiyədə ödənən qarşılıqsız yardım 325 milyard dol‐
lar təşkil edib. Yenə Sənaye və Ticarət Nazirliyi ixracatçı KOS‐
lar  tərəfindən  istifadə  edilmək  üçün  sadəcə  2004‐cü  ildə  1,5 
milyard dollarlıq yeni bir imkanı ölkə iqtisadiyyatına qazandı‐
racaq.  Fəqət  bu  rəqəmlərin  ölkənin  istədiyi  sənayeləşməyə 
varmada nə qədər yardımçı olduğu və ya ola biləcəyi mübahi‐
səlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 209 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 210 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Azərbaycanda KOS‐lara yönəlik təşviqlər
*
 
Natiq Sabiroğlu 
 
Azərbaycanda KOS‐lara (Kiçik və Orta Sahibkarlıq) yönəlik 
təşviqlərin  əsasını  2002‐ci  ilin  avqust  ayının  17‐də  ölkə  Prezi‐
dentinin Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasın‐
da  kiçik  və  orta  sahibkarlığın  inkişafının  Dövlət  Proqramı 
(2002‐2005‐ci illər)” təşkil edir. Yeni Dövlət Proqramı 6 bölmə‐
dən ibarət olmaqla 63 tədbiri özündə birləşdirməkdədir. Döv‐
lət  Proqramının  baş  icraçısı  Azərbaycan  Respublikası  İqtisadi 
İnkişaf  Nazirliyidir.  Proqramın  maliyyələşdirilməsinin  əsas 
mənbələri kimi dövlət büdcəsi üzrə olan ayırmalar, Sahibkarlı‐
ğa  Kömək  Milli  Fondun  vəsaiti,  əhalinin  məşğulluğu  üzrə 
dövlət vəsaitləri, xarici investisiyalar, beynəlxalq və xarici ölkə 
təşkilatlarının texniki və maliyyə yardımları, bələdiyyə vəsait‐
ləri və digər mənbələr nəzərdə tutulur. 
Başda qeyd edək ki, mövcud təsnifat effektiv bir təşviq sis‐
temi  yerinə,  olduqca  ümumi,  seçicilikdən  (selektivlikdən) 
uzaq və kəmiyyət əsaslı bir xüsusiyyətə sahibdir. 
Proqramın  birinci  bölməsi  sahibkarlığın  dövlət  tənzimlən‐
məsini nəzərdə tutur. Bu bölmədə eyni zamanda KOS sferası‐
nın  sərhədlərinin  dəqiq  müəyyən  edilməsi  məqsədi  ilə  sahib‐
karlıq  subyektlərinin  ölçülərinin  təkmilləşdirilməsi  nəzərdə 
tutulur.  Bununla  əlaqədar  əvvəlki  yazımızda  ətraflı  məlumat 
vermişdik. 
İkinci  bölmədə  KOS‐un  inkişafının  maliyyə  və  investisiya 
təminatının  yüksəldilməsi  tədbirləri  öz  əksini  tapmışdır.  Bu 
bölmədə  KOS‐un  öncül  sahələrinə  investisiya  qoyuluşunun 
stimullaşdırılması,  KOS  subyektlərinin  dövlət  investisiya 
proqramlarında iştirak etməsinə dair mexanizmin hazırlanma‐
                                                 
*
 21 sentyabr 2005. 
 
‐ 211 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə