İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə52/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
da yetərsiz təsnifat mövcud idisə, indikində ciddi qeyri‐müəy‐
yənlik  mövcuddur.  Yəni  fəaliyyət  növləri  üzrə  meyarların 
hədlərinin müəyyən edilməsinin müvafiq icra hakimiyyəti or‐
qanlarına  buraxılması  və  nəticədə  hər  icra  hakimiyyətinin  bu 
meyarlar üçün fərqli hədlər müəyyənləşdirə biləcəyini nəzərə 
alsaq, belə çıxır ki, bir rayonda kiçik sahibkarlıq subyekti sayı‐
lan istənilən bir müəssisə ilə eyni parametrlərə sahib olan, la‐
kin başqa bir rayonda yerləşən müəssisə kiçik sahibkarlıq sub‐
yekti kimi qəbul edilməyə bilər. 
Bu durum respublika üzrə KOS‐lara yönəlik vahid statisti‐
kanın aparılmasını və daha əhəmiyyətlisi bunlara yönəlik va‐
hid bir təşviq sisteminin həyata keçirilməsini müşkülə çevirir. 
Ayrıca bəzi bölgələrdə KOS‐lar təşviq edilmək istənilirsə, bu‐
nu  da  yerli  icra  strukturları  deyil,  dünyada  olduğu  kimi,  qa‐
nun müəyyənləşdirməlidir. 
Ona görə də biz, IqtisadNet olaraq Azərbaycanda KOS‐lar‐
dan bəhs edərkən qanundakı dəyişikliyə qədər olan dövrü ələ 
almışıq.  Çünki  qanundakı  dəyişiklikdən  sonra  KOS‐ların  və‐
ziyyətindən,  dolayısı  ilə  qeyri‐müəyyən  bir  məsələdən  bəhs 
etmək qeyri‐ciddilik olardı. 
Bu yazımızda dünyada KOS‐lara yönəlik təşviqlərdən bəhs 
edəcəyik. Təşviq (həvəsləndirmə) məfhumu, istifadə məqsədi‐
nə  görə  fərqli  şəkillərdə  tərif  edilməkdədir. Praktikada  təşviq 
məfhumu yerinə subvensiya, subsidiya, iqtisadi qayəli maliy‐
yə yardımı, istehsalçılara ayrılan transfer xərcləri, pul mükafa‐
tı, dəstəklər, münasib şərtlərdə kreditlər kimi bəzi məfhumlar 
da istifadə edilməkdədir. OECD (İqtisadi Əməkdaşlıq və İnki‐
şaf  Təşkilatı)  tərəfindən  verilən  tərifə  görə  isə  investisiya  təş‐
viqləri, bir investisiyanın məsrəfinə və ya potensial gəlirinə tə‐
sir edəcək və ya investisiya ilə əlaqədar risklərini dəyişdirərək 
investisiyanın böyüklüyünü, bölgəsini və sektorunu istiqamət‐
ləndirmək üçün hazırlanan hökumət tədbirləridir. Təşviq məf‐
 
‐ 204 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
humunun daha yaxşı anlaşıla bilməsi üçün təməl xüsusiyyət‐
lərini gözdən keçirməkdə fayda var. Bu xüsusiyyətləri altı əsas 
başlıqda incələmək mümkündür: 
‐ Təşviqlər dövlət tərəfindən verilir; 
‐ Təşviqlər çox vaxt özəl sektora verilməklə birlikdə dövlət 
təşəbbüslərinə də verilə bilər; 
‐ Təşviqlər dövlətə bir məsrəf yüklər. Bu məsrəf, nağd təş‐
viqlərdə ucuz kredit və yardım yolu ilə ayrılan transfertlər sə‐
bəbindən  dövlət  fonlarının  azalmasından  qaynaqlanacağı  ki‐
mi,  vergi  təşviqlərində  yaranmış  və  ya  gələcəkdə  yaranacaq 
bir dövlət gəlirinin bağışlanmasından qaynaqlanan gəlir azal‐
ması şəklində də ola bilər; 
‐ Təşviqlər, dövlət baxımından gəlir itkisi və ya fon azalma‐
sına  səbəb  olurkən,  firmalar  baxımından  bir  “yararı”  ifadə 
edər; 
‐ Təşviqlərdən, investisiyanın mahiyyətini, bölgəsini, sekto‐
runu,  böyüklüyünü  və  zaman  seçimini  istiqamətləndirmək 
məqsədilə istifadə edilir; 
‐ Təşviqlər, dolaylı və ya birbaşa verilə bilər. 
Təşviqləri tərkibinə görə, komplekt yeni, genişləndirmə, ta‐
mamlama,  yeniləmə,  modernləşdirmə,  daşıma  (nəqliyyat), 
keyfiyyət düzəltmə, darboğaz aşma, birləşmə/bütünləşmə (in‐
teqrasiya), finans kiralaması, bərpa (restorasiya), əmtəə çeşid‐
ləndirmə və R&D‐yə yönəlik təşviqlər olaraq sinifləşdirə bilə‐
rik. 
Dünyada  investisiya  şəraitini  yaxşılaşdıraraq  KOS‐ları  da‐
ha  da  effektiv  hala  gətirmək  üçün  çox  çeşidli  təşviq  vasitələ‐
rindən  istifadə  edilməkdədir.  Bunlar  maddi  yardım,  nağd 
ödəmə, vergi, qarantiya və təminatlar və s. şəkildə təsnifləşdi‐
rilə  bilər.  Bu  ümumi  təşviq  növlərini  də  alt  növlərə  ayırmaq 
mümkündür.  Tabloda  göstərildiyi  kimi,  alt  növlər  də  nəzərə 
alındıqda,  dünyada  olduqca  çox  və  qarışıq  bir  təşviq  sistemi‐
nin  mövcud  olduğunu  söyləyə  bilərik.  Bu  təşviqlərin  hamısı‐
 
‐ 205 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
nın bir arada istifadə edilməsi, tətbiq olunan ölkə baxımından 
arzulanan  nəticəni  verməyə  bilər.  Önəmli  olan  bunlar  arasın‐
dan  rasional və  ölkə  ehtiyaclarına  uyğun  olanları  seçib  tətbiq 
edə bilməkdir. 
 
Nağd Pul Şəklində 
Olmayan Maddi Təşviqlər 
‐ Torpaq və yer təmini, 
‐ Bina təmini. 
Nağd Təşviqlər 
Qarşılıqsız: 
‐ Yardımlar, 
‐ Pul Mükafatları. 
Qarşılıqlı
‐ Uyğun şərtli kreditlər (aşağı faizli, 
uzun müddətli). 
Vergi Təşviqləri 
Gəlir və Mənfəət Vergisi 
Təşviqləri
‐ Aşağı nisbətli gəlir və mənfəət 
vergisi, 
‐ Vergi istisnası, 
‐ Zərər qarşılanması, 
‐ Sürətləndirilmiş amortizasiya, 
‐ İnvestisiya endirimi, 
‐ Bəzi xərclərin vergidən düşülməsi 
(sosial mühafizə payı, məşğulluqla 
əlaqədar xərclər, reklam, tanıtma 
və marketinq, səhiyyə xərcləmələri 
və s.), 
‐ Vergi krediti (maliyyələşdirmə 
fondu), 
‐ Vergi tətili. 
ƏDV Təşviqləri: 
‐ Kapital mallarına ƏDV istisnası, 
‐ İnkişaf etməmiş bölgələrə və/və 
ya bəzi mallara aşağı ƏDV nisbəti, 
Gömrük Vergisi Təşviqləri
‐ Makina‐təchizat, xammal, parça 
 
‐ 206 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
və yedək parça kimi kapital 
mallarına gömrük istinası, 
‐ Gömrük vergisinin geri 
ödənməsi. 
Qarantiya və Təminatlar 
‐ Kredit qarantiyaları, 
‐ Yüksək ticari risk daşıyan 
proyektlərə dövlət mənbəli risk 
kapitalı iştirakı, 
‐ İqtisadi və ticari riskləri əhatə 
edən imtiyazlı dövlət sığortası 
(devalvasiya, siyasi qarışıqlıq və 
s.). 
Digər Təşviqlər 
‐ İnfrastrukturun hazırlanması, 
‐ Ucuz enerji dəstəyi, 
‐ İnvestisiya öncəsi xidmətlər, 
maliyyə mənbələri, investisiya 
proyekti hazırlama və idarə etmə, 
bazar araşdırması, xammal və 
infrastruktur vəziyyəti, istehsal 
prosesi və marketinq texnikaları, 
təhsil, know‐how və ya keyfiyyət 
kontrol inkişaf texnikaları ilə 
əlaqədar yardımlar, 
‐ İmtiyazlı dövlət anlaşmaları. 
 
Təşviqlərin KOS‐ların investisiya qərarları üzərindəki təsir‐
lərini  araşdıran  müxtəlif  araşdırmalar  aparılmışdır.  Bu  çalış‐
malardan  əldə  edilən  nəticələrə  görə  təşviqlər  KOS‐ların  in‐
vestisiya  qərarlarında  ikinci  səviyyədə  təsirli  amillərdəndir. 
Birinci səviyyədə təsirli amillər arasında isə ölkədəki investisi‐
ya  şəraitini,  dövlətləşdirməyə  qarşı  verilən  qarantiyaları  və 
minimal  dövlət  müdaxiləsini,  əlaqədar  ölkənin  siyasi  stabilli‐
yini,  axtarılan  keyfiyyətdə  texnik  işçilərin  və  idarəçilər  üçün 
yaşamaya uyğun bir mühitin olmasını, yetərli səviyyədə inki‐
şaf  etmiş  nəqliyyat  və  rabitə  imkanlarını  və  hüquqi  düzənlə‐
mələri göstərmək olar. Fəqət bu durum təşviqlərin investisiya‐
 
‐ 207 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə