İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə56/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
təşviqlərin  mütləq  şəffaf  və  vergi  qanunlarında  açıqca  müəy‐
yənləşdirilməsi  zəruridir.  Fəqət  Azərbaycandakı  mövcud  qa‐
nunvericilik  dəyərləndirildiyində  hökmlərin  olduqca  ümumi 
olduğu və özəl şərtlərə dair məlumatların (təşviqlərdən yarar‐
lanacaq investisiya miqdarı, məşğulluq kriterləri, istifadə edi‐
ləcək texnoloji səviyyə kimi) yer almadığı görünməkdədir. Bu 
mövzuda  son  qərarın  qanunda  əks  olunması  yerinə  əlaqədar 
rayonların icra strukturlarına buraxılması effektivliyi olduqca 
aşağı salmaqdadır. Çünki bu mövzular milli innovasiya siste‐
mi içində kompleks bir vizyonla ələ alınmalıdır. 
‐ Əgər vergi təşviqlərindən istifadə ediləcəksə bu təşviqlər‐
dən  maliyyəti  qarşılana  bilən  olanlara  üstünlük  verilməlidir. 
Məsələn, bu mövzu ilə əlaqədar olaraq investisiya endirimləri, 
vergi ertələmələri və sürətləndirilmiş amortizasiyalar kimi təş‐
viqlər, vergi nisbətlərinin endirilməsi şəklində tətbiq olunacaq 
olan təşviqlərdən maliyyət yönündən daha səmərəlidir və ma‐
liyyətləri nisbətən daha sonrakı dönəmlərdə qarşılaya bilər. 
‐  KOS‐lar  üçün  finans  kiralama  (leasing)  imkanları  inkişaf 
etdirilməlidir. 
‐  KOS‐lara R&D  fəaliyyətlərində  öncülük  etmək  və uyğun 
platform təmin edilməlidir. 
‐  İşsizlərə,  xüsusilə  gənc  əhaliyə  və  qadınlara  məslək  öy‐
rənmə imkanı təmin edilməlidir. 
‐  Siyasi,  iqtisadi,  hüquqi  və  ictimai  sahələrdə  yenidənqur‐
manı  hədəf  alan  məlumatlandırma  fəaliyyətləri  genişləndiril‐
məlidir. 
‐ KOS‐ların təşəbbüskarlıq, sahibkarlıq və professional ida‐
rə qabiliyyətləri dəstəklənməli və yaxşılaşdırılmalıdır. 
‐ Dünya iqtisadiyyatındakı tendensiyalar işığında yeni stra‐
teji və politikalar inkişaf və tətbiq edilməlidir. 
 
 
 
‐ 218 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Milli İnnovasiya Sistemi və 
Kiçik və Orta Sahibkarlıq
*
 
Bəhruz Məmmədli 
 
1950‐1960‐cı illərdə kiçik Avropa ölkələri də bir çox OECD 
(İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkəsinin əldə etmiş 
olduğu rifah səviyyəsinə çatmış oldular. Skandinaviya ölkələ‐
ri, Hollandiya, Belçika, İsveçrə və Avstriya kimi kiçik Avropa 
ölkələrindəki iqtisadi artım sürətləri böyük Avropa ölkələrin‐
dəki qədər hətta daha yüksək olmuşdur. Bu dövrdə kiçik Av‐
ropa ölkələrinin çoxunun üstün ticari performansı himayəçili‐
yə deyil, rəqabətçi beynəlxalq ixtisaslaşmaya dayanırdı. Buna 
kimya,  polad  və  avtomobil  sənayelərində  mövcud  olan  həcm 
iqtisadiyyatı və xarici ölkələrin həyata keçirdikləri idxal məh‐
dudlaşdırmalarına  baxmayaraq  nail  olundu.  Kiçik  ölkələrdə 
gömrük  rüsumları  daha  aşağı  səviyyələrdə  idi,  yalnız  aqrar 
sahədə himayəçilik davam etdirilmişdir. 
Bu  kiçik  sənayeləşmiş  ölkələrin  öz  rəqabət  qabiliyyətlərini 
mühafizə  etməsi  və  ya  bunu  inkişaf  etdirməsi  ölkədə  müəy‐
yən bir sənaye sektorunun olması ilə əlaqədar olmamışdır. Bu‐
rada  müəyyənləşdirici  olan  vaxtilə  F.Listin  də  qeyd etdiyi ki‐
mi,  ümumi  texnoloji  qabiliyyətdir.  Başqa  ifadə  ilə,  müəyyən‐
ləşdirici  olan  milli  innovasiya  sistemidir;  müəyyən  məhsulla‐
rın  çoxluğu  deyil.  Yəni  iqtisadiyyatdakı  struktur  dəyişikliklə‐
rinin həyata keçirilməsi üçün əsas bazanı universitetlər, müəs‐
sisələr, tədqiqat mərkəzləri, texnoloji infrastruktur və digər el‐
mi  və  texnoloji  mərkəzlər  təşkil  edir.  Sadəcə  bu  qurumların 
varlığı da kifayət eləmir, qurumlar arasındakı effektli əlaqələr 
və müştərək öyrənmə şəraitinin yaradılması zəruridir. İnkişaf 
                                                 
*
 15 iyul 2004. 
 
‐ 219 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
etməkdə  olan  ölkələr  arasında  xüsusilə,  Braziliya  və  Cənubi 
Koreya  və  bir  kiçik  ölkə  nümunəsi  olaraq  da  Finlandiyanın 
təcrübələri incələnirsə, bu söylədiklərimiz daha yaxşı başa dü‐
şülə bilər. Məsələn, Braziliya elmi və texnoloji infrastrukturun 
inkişafına böyük ehtiyatlar ayırmaqla yanaşı telekommunika‐
siya  infrastrukturunun  inkişafı  üçün  də  böyük  investisiyaları 
həyata keçirmişdir. 
Texnologiyada lider olan ölkələrdə böyük quruluşlara məs‐
rəf üstünlüyü tanıyan amillər ‐ mövcud xarici bağlar, hazır in‐
frastruktur və keçmişdən gələn təcrübələrdir. Bununla yanaşı, 
inkişaf etməkdə olan bir çox ölkədə olduğu kimi, əgər böyük 
bir qurum yetərsiz infrastruktur və ixtisaslaşmış işçi problemi 
ilə  qarşı‐qarşıya  qalırsa  yüksək  məsrəflərin  öhdəsindən  gələ 
bilmir. 
Yuxarıda  söylədiklərimizdən  həcm  iqtisadiyyatının  önəm‐
siz  olduğu  anlaşılmamalıdır.  Aydındır  ki,  həcm  iqtisadiyyatı, 
daha  böyük  kompüterlər,  telefon  stansiyaları  və  elastiki 
(flexible)  emal  sistemlərində  olduğu  kimi,  kompleks  dövrələ‐
rin  inkişafında,  dizaynında,  yaradılmasında  və  satışında  da 
böyük əhəmiyyətə sahibdir. ʺMüştərək öyrənməʺnin texnoloji 
tərəqqi baxımından çox əhəmiyyətli rolu vardır. Miqyas iqtisa‐
diyyatı və müştərək öyrənmənin nümunəsini Yaponiya və Cə‐
nubi Koreyanın inteqrasiya olmuş elektrotexnika firmalarında 
müşahidə etmək mümkündür. 
Lakin  həcm  əngəlinin  olduğu  və  böyük  qurumların  olma‐
dığı  kiçik  ölkələrdə  də  məsrəflər  və  rəqabət  baxımından  bir 
çox üstünlüklər əldə etmək mümkündür. Bu məqsədlə, müəy‐
yən bazarlara yönəlik ixtisaslaşmış kiçik və orta miqyaslı mü‐
əssisələrin  bir  arada  toplanması  zəruridir.  Bu  firmalar  arasın‐
da  effektli  əlaqələr  və  müştərək  öyrənmə  şəraiti  yaradılmalı‐
dır. Yeni paradiqma (Postfordizm, Sadə İstehsal Sistemi və ya 
Flexible İstehsal Sistemi) xüsusilə, proqramlaşdırma, yerli tele‐
 
‐ 220 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə