İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə57/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
kommunikasiya  şəbəkələri  ilə  əlaqədar  belə  fürsətlər  yaradır. 
Əldə  ediləcək  olan  yerli  informasiya,  texnologiya  ilə  zəruri 
bağlar qurmaq şərti ilə, ölkəyə müqayisəli üstünlük qazandıra 
bilər. Bunların həyata keçirilməsində milli innovasiya sistemi‐
nin müəyyənləşdirici rolu vardır. Kiçik və orta miqyaslı müəs‐
sisələrin  dünyadakı  elmi  və  texnoloji  infrastrukturla  lazımi 
bağlarının  yaradılmasıyla  bərabər  ixtisaslaşmış  işçilərin  də 
varlığı zəruridir. Bu nöqtədə sistematik təhsil sistemi ön plana 
çıxır. 
Ümumiyyətlə, milli innovasiya sistemi və ya elm və texno‐
logiya  siyasətinin  dayandığı  səbəb  bazar  uğursuzluğudur 
(market  failure).  Bazar  uğursuzluğu  həyata  keçirilən  iqtisadi 
fəaliyyətlərin səmərəsini, fəaliyyəti göstərənin yetərli dərəcədə 
mənimsəyə  bilməməsi  ya  da  iqtisadi  fəaliyyətin  səmərəsinin 
riskli  olmasından  qaynaqlanır.  R&D  (research  and  develop‐
ment – tədqiqat və inkişaf etdirmə) fəaliyyətlərinin özəl səmə‐
rəsinin  ictimai  səmərəsinin  altında  olduğunu  ifadə  edir.  Bu 
durum  müəssisələrin  R&D  fəaliyyətlərini  gerçəkləşdirmələri‐
nə  mane  olur.  Əslində  bu  söylədiklərimizin  daha  çox  inkişaf 
etmiş ölkələrə aid olan bir problem olduğunu düşünmək olar. 
Ancaq  inkişaf  etməkdə  olan  ölkələr  baxımından  da  bazar 
uğursuzluğu  keçərlidir.  Burada  bazar  uğursuzluğu  xaricdən 
doğru texnologiyaların transfer edilməməsi və transfer forma‐
larından qaynaqlanır. Bu nöqtədə Kiçik və Orta Sahibkarlığın 
(KOS)  texnologiya  transferlərini  bir  sistem  daxilində  yönlən‐
dirmə  məcburiyyəti  ortaya  çıxmaqdadır.  Bu  problem  isə  yet‐
kin bir innovasiya sistemini zəruri qılır. Azərbaycan kimi ölkə‐
lərdə R&D fəaliyyətləri ilk növbədə yeni texnologiyaların seçi‐
mi,  yerli  şərtlərə  uyğunlaşdırılması,  idxal  edilən  texnologiya‐
ların təmiri kimi çalışmaları əhatə edir. Bunu adaptasiyaya yö‐
nəlik R&D fəaliyyətləri mərhələsi olaraq da adlandıra bilərik. 
Bu mərhələnin sonunda nail olunan texnoloji qabiliyyətlər ye‐
ni  texnologiya,  məhsul  və  istehsal  sistemlərinin  yaradılması 
 
‐ 221 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
üçün  baza  rolu  oynayır.  Bu  mərhələyə  çata  bilmək  üçün  isə 
dövlətin KOS‐lara gərəkli və doğru köməyi göstərməsi zəruri‐
dir.  Dövlətin  bu  sahədəki  fəaliyyəti  milli  innovasiya  sistemi 
içində, geniş mənada; 
‐ Uyğun texnologiyaların idxalını və idxal formalarının se‐
çimini müəyyənləşdirməyi, 
‐ Fikri və sənaye haqlarının müdafiəsini, 
‐  Dövlətin  tələbatlarını  KOS  məhsullarıyla  qarşılama  siya‐
sətini, 
‐ R&D çalışmalarına dövlət yardımlarını, 
‐ KOS‐larla bazarlar və bazar xarici qurumlar (universitet‐
lər,  özəl  və  dövlətə  aid  elmi‐tədqiqat  mərkəzləri,  infrastruk‐
turlar)  arasında  informasiya  mübadiləsinin  təmin  edilməsi 
üçün lazım olan strukturun inkişaf etdirilməsini əhatə edir. 
Yuxarıda çox qısa da olsa xüsusilə kiçik ölkələr və KOS‐la‐
rın inkişafı baxımından milli innovasiya sisteminin əhəmiyyə‐
tini vurğulamağa çalışdıq. İndi isə Azərbaycandakı mühiti də‐
yərləndirərək  ölkəmizdə  bu  önəmli  mövzuda  nə  kimi  dövlət 
fəaliyyətlərinin  həyata  keçirilməsinin  mümkün  olduğunu  ay‐
dınlaşdırmağa  çalışacağıq.  Hər  şeydən  əvvəl  onu  qeyd  edək 
ki, Azərbaycanda KOS‐ların yeni texnologiyaları mənimsəmə‐
lərinin önündə ən böyük əngəl maddi vəsaitin yetərli olmama‐
ğıdır.  Ancaq  sahib  olunan  maddi  vəsaitlərin  doğru  yönləndi‐
rilməsi  nəticəsində  müəyyən  bir  dönəm  sonrasında  bu  prob‐
lem aşıla bilər. 
Əslində innovasiya sistemindən bəhs edərkən ilk növbədə 
ölkədə  R&D  fəaliyyətlərinə  ayrılan  vəsaitin  Ümumi  Daxili 
Məhsuldakı  (ÜDM)  payına  baxmaq  lazımdır.  Ancaq  əfsuslar 
olsun  ki,  ölkəmizlə  əlaqədar  bu  məlumatı  əldə  edə  bilmirik. 
Bu  durum,  Azərbaycanda  R&D  fəaliyyətlərinə  heç  bir  önəm 
verilmədiyini və dolayısilə da R&D‐yə ayrılan vəsaitin ÜDM‐
dəki  payının  yox  deyilə  biləcək  səviyyədə  az  olduğunu  ifadə 
 
‐ 222 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
edir.  Halbuki  sözün  həqiqi  mənasında  inkişaf  etmək  is‐təyən 
ölkələrdə  ÜDM‐dəki  R&D  fəaliyyətlərinin  payı  önəmli 
səviyyələrdədir.  Aşağıdakı  qrafikdə  bunu  görmək  mümkün‐
dür. Sütunların üstündəki rəqəmlər ölkənin 49 ölkə arasındakı 
sırasını göstərir. Siyahıya İsveç 3,8 faizlə liderlik edir. 
 
Ölkələrin toplam R&D xərclərinin 
ÜDM‐dəki payı (2000‐ci il) 
 
 
 
Mənbə: “Türkiye’de Girişimcilik”, (WCI‐2001), TÜSİAD, İstanbul, 
Yayın No: 340, Dekabr 2002, səh.67. 
 
Hal‐hazırda KOS‐ların inkişafı və R&D fəaliyyətlərinə dair 
həyata keçirilən dövlət tədbirləri çox yetərsizdir. Ona görə də 
Azərbaycanda  milli  innovasiya  sistemindən  bəhs  edərkən  bir 
start  nöqtəsi  olaraq  müəssislərin  innovasiya  prosesinə  mane 
olan amilləri ələ alacağıq. Dilə gətirilən amillər ölkəmizdə mil‐
li innovasiya sistemi baxımından nələrin həyata keçirilməsinin 
zəruri olduğuna dair bizə yol göstərəcəkdir. Azərbaycan Res‐
publikası  Dövlət  Statistika  Komitəsinin  rəsmi  saytında  ümu‐
miyyətlə  sənaye  müəssisələrində  innovasiyaya  mane  olan 
amillər  aşağıdakı  cədvəldəki  kimi  sinifləşdirilib.  Göründüyü 
 
‐ 223 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
kimi,  ən  önəmli  əngəl  müəssisələrin  öz  pul  vəsaitlərinin kifa‐
yət  qədər  olmamasıdır.  Bunu,  təzə  məhsullara  çəkilən  xərclə‐
rin əvəzinin ödənilməsi müddətlərinin uzun olması və dövlət 
tərəfindən  maliyyə  yardımının  kifayət  qədər  olmaması  izlə‐
məkdədir. 
Aşağıdakı cədvəli diqqətli bir şəkildə incələməklə çox ma‐
raqlı nəticələr hasil etmək mümkündür. Belə ki, sadəcə 1 mü‐
əssisə  ixtisaslı  işçilərin  çatışmamağını  innovasiya  prosesinə 
mane olan əsas və ya həlledici amil olaraq qeyd etmişdir. Hal‐
buki inkişaf etmiş ölkələrdə bu amil çox böyük bir əngəldir və 
ixtisaslı işçilərin hazırlanması üçün böyük vəsait ayrılır. Bu öl‐
kələrdə ixtisaslı işçilərə olan tələbat isə təbii ki, istehsal prose‐
sində  istifadə  edilən  yeni  texnologiyaların  varlığından  qay‐
naqlanır. 
Azərbaycanda sənaye müəssisələrində 
innovasiyaya mane olan amillər 
 
İnnovasiyalara mane olan amilləri 
aşağıdakı kimi dəyərləndirən 
müəssisələrin sayı 
əsas və 
ya 
həlledici 
əhəmiy‐
yətli 
az 
əhəmiyyətli 
 
2002 
İqtisadi amillər: 
 
öz pul vəsaitinin kifayət 
qədər olmaması 
34 
17 

dövlət tərəfindən maliyyə 
yardımının kifayət qədər 
olmaması 
22 
17 
16 
təzə məhsullara ödəniş 
qabiliyyətli tələbatın aşağı 
olması 
11 
14 
30 
 
‐ 224 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə