İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə61/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
‐ Avropa‐inteqrasiya modeli. 
Bir  çox  düşünür  müxtəlif  institutlaşma  formaları  baxımın‐
dan  ölkələr  arasında  müqayisə  apararaq  fərqli  tipologiyalar 
meydana  qoymuşdur.  Bu  tipologiyalarda  spesifik  institutlar 
üzərində daha çox yoğunlaşırlar: Məsələn, rifah dövləti və ya 
dövlətin müdaxilə şəkli kimi. 
Fərqli  bir  tipologiya  da  beş  əsas  institusional  sahəyə  baxı‐
laraq  əldə  edilən  kapitalizm  növlərdir.  Buradakı  institusional 
sahələr belədir: 
‐ Əmtəə‐bazar rəqabəti; 
‐ Əmək haqqı ‐ əmək əlaqəsi və əmək‐bazarı institutları; 
‐ Maliyyə intermediativ sektor və korporativ idarəetmə; 
‐ Sosial qoruma və rifah dövləti; 
‐ Təhsil sektoru. 
Bu  beş  sahənin  ölkədən  ölkəyə  dəyişən  işləmə  şəkilləri  və 
xarakterlərinə  baxılaraq  (müqayisə  edilərək)  beş  ayrı  kapita‐
lizm modelindən bəhs etmək mümkündür: 
‐ Bazar əsaslı model; 
‐ Sosial demokratik model; 
‐ Kontinental Avropa modeli; 
‐ Aralıq Dənizi modeli; 
‐ Asya modeli. 
SBİ‐yə bənzəyən “Bazar əsaslı model” xaric digər modellər 
coğrafi əsaslara görə adlandırılmışdır. Bu, kapitalizm modellə‐
rini açıqlamaqda ən yaxşı yolun coğrafi olduğu mənasına gəl‐
məməlidir. 
“Əmtəə‐bazar rəqabəti”, “Bazar əsaslı model”in ən önəmli 
ünsürüdür. Bu rəqabət, firmaları qiymət tənzimləmələri ilə ta‐
mamən  absorbsiya  edilə  bilməyən  əks  şoklara  qarşı  daha  çox 
həssas qılır. Burada miqdar tənzimləmələri önəm ifadə edir ki, 
bu da rəqabətin əmək‐bazar elastikliyinə dayandığını göstərir. 
Əmək‐bazar elastikliyi, firmaların dəyişən bazar şərtlərinə da‐
ha  tez  uyğunlaşmalarına  imkan  verir.  Maliyyə  bazarları  da, 
 
‐ 239 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
firmaların  yeni  rəqabət  şərtlərinə  uyğunlaşmalarına  kömək 
edir. Xüsusilə yaxşı inkişaf etməmiş rifah dövlətlərində, şəxs‐
lərin müxtəlif risk – çeşidləndirmə alətlərinə sahib ola bilmələ‐
rinə yol açır. 
“Sosial demokrat model”də güclü bir xarici (external) rəqa‐
bət prosesi əmək bazarının elastik olmasını vacibləşdirir. Am‐
ma burada əmək bazarının elastikləşməsi bazara dayalı olaraq 
ortaya  çıxmaz.  İşçilərin  özəl  investisiyalarla  qorunması,  yük‐
sək  səviyyədə  sosial  qoruma  və  əmək  sahiblərinin  yenidən 
təşkilinə  şərait  yaradan  aktiv  əmək‐bazar  siyasətləri  ilə  olur. 
Koordinasiyalı əmək haqqı müəyyənləşdirmə sistemi, innova‐
siya və rentabelliyin artmasına səbəb olan qatı bir əmək haqqı 
tənzimləməsinə şərait yaradır. 
“Kontinental Avropa modeli”, “Sosial‐demokratik model”‐
lə  bəzi  müştərək  xüsusiyyətlərə  sahibdir.  Bu  model  işçinin 
yüksək səviyyədə qorunmasına və az inkişaf etmiş Rifah Döv‐
lətinə  dayanır.  Burada  əmək  haqlarının  müəyyənləşdirilməsi 
“Sosial‐demokrat  model”də  olduğu  qədər  koordinasiyalı  de‐
yildir. Əməyin yenidən təhsilləndirilməsi sosial demokrat mo‐
deldə olduğu kimi rahat deyildir. 
“Aralıq  dənizi  modeli”,  “Kontinental  Avropa  modeli”nə 
görə işçini daha çox qoruyur, ancaq daha az sosial qorumaya 
sahibdir. Nisbətən daha aşağı səviyyədə olan əmtəə‐bazar rə‐
qabəti  və  maliyyə  sisteminin  mərkəzləşməsi  nəticəsində  qısa 
dönəmli  mənfəət  məhdudlaşdırmalarının  olmaması  əməyin 
qorunmasını  mümkün  qılır.  Bununla  birlikdə,  yetərli  bacarıq 
və  təhsilə  sahib  olan  əmək  gücünün  olmaması  yüksək  əmək 
haqları  və  yüksək  standartlı  sənaye  strategiyalarının  həyata 
keçirilməsini önləyir. 
Kapitalizmin “Asiya modeli”ndə böyük firmalar və dövlət 
qarşılıqlı əlaqə və işbirliyi içindədirlər. Finans sistemi də mər‐
kəzləşmişdir və aktivdir. Bu durum, uzun dönəmli strategiya‐
 
‐ 240 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
ların həyata keçirilməsinə yaxşı şərait yaradır. Əmək gücünün 
qorunması, firma içərisində yenidən təhsilləndirmə və karyera 
imkanları sayəsində mümkün olmaqdadır. Bu modelin sürdü‐
rülməsi üçün böyük korporativ firmaların istiqrarı çox önəmli‐
dir. 
Yuxarıda gördüyümüz kimi, kapitalizmlə əlaqədar müxtə‐
lif  modellər  irəli  sürülür.  Kapitalist  dövlətlərin  həyata  keçir‐
dikləri  kapitalizm  praktikaları  biri‐birindən  fərqlənir.  Kapita‐
lizmin bu fərqli modellərinin ortaya çıxmasında çeşidli səbəb‐
lər vardır. Əlbəttə ki ölkə mədəniyyəti, coğrafiyası, sahib olu‐
nan yer altı və yer üstü sərvətlər, insan gücünün keyfiyyəti və 
bir çox başqa ünsürlər bu fərqliliyin ortaya çıxmasına yol açır. 
Bəzi kapitalist dövlətlər çox liberal olduqları halda, bəziləri isə 
sosial və rifah dövləti olaraq bilinməkdədir. 
Deməli  kapitalizmdən  bəhs  edərkən  hər  şeydən  əvvəl 
“hansı kapitalizm”i nəzərdə tutduğumuzu müəyyənləşdirmə‐
liyik.  Bu,  bizim  daha  obyektiv  nəticələr  əldə  etməyimizə  kö‐
mək edəcəkdir. 
Digər  tərəfdən  kapitalizmin  fərqli  tipologiyalarının  ortaya 
çıxması fərqli cəmiyyətlər tərəfindən hansı kapitalizmin qəbul 
edilə biləcəyi sualını aktuallaşdırmaqdadır ki, bu da kapitaliz‐
mə alternativ bir sistemin ən azından yaxın gələcəkdə meyda‐
na çıxmayacağına işarət edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 241 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 242 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə