İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

44 

 

 



 

epidemiya,  zəlzələ  və  ya  daĢqın,  anarxiya,  iğtiĢaĢ  və  inqilablar  formasında  və  ya 

hansısa  bir  digər  böhranlı  vəziyyət  Ģəklində  nəzərəçarpacaq  böhran  baĢ  verirsə, 

onda  hökümət  reqlamentliyinin  miqyası  və  sərtliyi  artır  və  cəmiyyətin 

iqtisadiyyatı,  siyasi  rejim,  həyat  tərzi  və  ideologiya  totalitar  transformasiyanın 

acısını çəkirlər və böhran nə qədər güclüdürsə, bu transformasiya bir o qədər çox 

olur.  Əksinə,  nə  vaxt  ki,  hər  dəfə  cəmiyyətdə  güclü  böhran  azalırsa,  hökümət 

reqlamenləĢdirməsinin  miqyas  və  sərtliyi  azalırsa,  cəmiyyətin  ideoloji  və  mədəni 

dəyiĢiklikləri  sülh,  daha  az  reqlamentləĢdirilmiĢ  Ģəkildə  və  daha  azad  həyat 

tərzində iĢə baĢlayır və böhran nə qədər aĢağı düĢürsə, azad rekonversiya (əvvəlki 

vəziyyətə, Ģəraitə salınma) bir o qədər çox olur.  

Bu  qanuna  riayət  edilməməsi  ağır  neqativ  nəticələrə  aparır.  Belə  ki,  Rusiya 

dövlətinin  90-cı  illərdə  strateji-innovasiya  tənzimlənməsindən  imtina  etməsi  sülh 

vaxtı  üçün  rekordlu  olan,  uzun  sürən,  sivilizasiyalı  böhranın  dərinləĢməsinin 

amillərindən biri oldu. 

Sosial-iqtisadi  dinamikanın  dövlət  tənimlənməsinin  ikinci  forması  öz  əksini 

aĢağıdakı dörd əsas formalarda həyata keçirilən milli proqramlaşdırmada tapır: 

 



böhranlı fazaları daha az müddətə və az itkilərlə ötüb keçməsi üçün dövlətin 

resurslarının səfərbər edilməsinə imkan verən  milli əks böhran proqramları; belə 

proqramlar çoxdur, geniĢdilər, lakin zaman üzrə məhduddurlar; 

 



dövlətin və cəmiyyətin resurslarını innovasiya yarıb keçməsinin bir və ya bir 

neçə qovĢaq (bağlayıcı) istiqamətlərində təmərküzləĢdirən milli proqramlar; 

 

milli  proqramlara  nisbətən  daha  məhdud  fəaliyyət  sferasına  malik  olan  və 



müstəqil və ya proqramın elementi kimi çıxıĢ edən milli layihələr; 

 



bu  və  ya  digər  sferada  konkret  problemlərin  həllini  təmin  edən  federal, 

regional və ya korporativ səviyyədə məqsədli proqramlar. 

1991-ci  ildən  etibarən  Azərbaycan  Respublikasının  mərhum  Prezidenti, 

ümummilli  liderimiz  Heydər  Əliyevin  uzaqgörən  siyasəti  və  gərgin  fəaliyyəti 

nəticəsində,  ağır  ilkin  Ģərtlərə  baxmayaraq,  1995-  ci  ildən  baĢlayaraq  ölkəmizin 

sosial-iqtisadi  inkiĢafı  və  dünya  təsərrüfat  sisteminə  inteqrasiyası  sahəsində  çox 




45 

 

 



 

böyük nailiyyətlər əldə olunmuĢdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu 

dövrdə  ölkəmizdə  aparılan  müstəqil  dövlət  quruculuğu  prosesində  iqtisadi 

islahatların və inkiĢafın mahiyyət etibarı ilə yeni bir modeli  - Azərbaycan modeli 

yaranmıĢdır. 

Təqdirəlayiq  haldır  ki,  iqtisadi  inkiĢafın  ikinci  mərhələsində  Azərbaycan 

Respublikasında qeyd edilən modelin gerçəkləĢməsinin rəsmi bazası kimi bir çox 

irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuĢ 

(''Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-

ci  illər)'',  "Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlığın  inkiĢafının 

Dövlət 

Proqramı 



(2002-2005-ci 

illər)", 

"Azərbaycan 

Respublikasında 

maĢınqayırma  sənayesinin  inkiĢafının  Dövlət  Proqramı  (2002-2005-ci  illər)", 

"Azərbaycan  Respublikasında  aqrar bölmənin inkiĢafının  Dövlət  Proqramı  (2002-

2006-cı  illər)",  "Azərbaycan  Respublikasının  demoqrafik  inkiĢaf  konsepsiyası", 

"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkiĢafına dair Dövlət 

Proqramı",  "Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  iqtisadi 

inkiĢaf  üzrə  Dövlət  Programı  (2003-2005-ci  illər)",  "Azərbaycan  Respublikası 

regionlarının  sosial-  iqtisadi  inkiĢafı  Dövlət  Programı  (2004-2008-ci  illər)")  və 

digərləri  uğurla  həyata  keçirilmiĢdir.  Eyni  zamanda,  hal-hazırda  "Azərbaycan 

Respublikasının  məĢğulluq  strategiyası"  (2006-2015-ci  illər),  ―Azərbaycan 

Respublikası  regionlarının  2009-  2013-cü  illərdə  sosial-iqtisadi  inkiĢafı  Dövlət 

Proqramı‖,  ―Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-

iqtisadi  inkiĢafı  Dövlət  Proqramı‖,  ―2008-  2015-ci  illərdə  Azərbaycan 

Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkiĢaf  Dövlət  Proqramı‖, 

―2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə 

etibarlı  təminatına  dair  Dövlət  Proqramı‖  və  digər  vacib  sənədlər  uğurla  icra 

olunur. 


Davamlı  və  dinamik  inkiĢaf  məntiqinə  əsaslanan  bu  modelin  strateji 

istiqamətləri aĢağıdakı kimi səciyyələndirilir: 

-  sərbəst  bazar  münasibətlərinə  əsaslanan  və  özünüinkiĢaf  qabiliyyətinə  malik 



46 

 

 



 

olan  sosialyönümlü  bütöv  iqtisadi  sistemin  -  müstəqil  milli  iqtisadiyyatın 

formalaĢdırılması; 

- ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın 

fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması;  

-  milli  iqtisadiyyatın  dünya  təsərrüfat  sisteminə  səmərəli  Ģəkildə 

inteqrasiyasının təmin olunması; 

-  bu  model  üzrə  iqtisadi  siyasətin  həyata  keçirilmə  taktikasının  fərqləndirici 

xüsusiyyətlərini - göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel Ģəkildə 

həyata keçirilən əlaqələndirilmiĢ proqramlar üzrə aparılması;   

-  qeyri-standart, lakin  iqtisadi  inkiĢafın  obyektiv  qanunauyğunluqlarını  nəzərə 

alan, 


gələcəyə 

hesablanan 

və 

cəsarətli 



qərarların 

qəbul  olunması; 

sosialyönümlülüyün gözlənilməsi; milli mentalitetin nəzərə alınması və mütərəqqi 

dünya təcrübəsinə arxalanması təĢkil edir. 

Azərbaycan  iqtisadi  islahatlar  və  inkiĢaf  modelinin  həyatqabiliyyətli  və 

səmərəli  olmasının  ən  yaxĢı  sübutu  son  illərdə  ölkəmizdə  sosial-iqtisadi  inkiĢaf 

sahəsində  əldə  olunmuĢ  nailiyyətlərdir.  Belə  ki,  bu  model  üzrə  həyata  keçirilən 

siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyiĢiklikləri baĢ 

verməsinə  səbəb  olmuĢdur:  inflyasiya  cilovlanmıĢ,  Milli  Bank  tərəfindən  büdcə 

kəsirinin maliyyələĢdirilməsi praktikasına son qoyulmuĢ, büdcə kəsiri ÜDM-in 1-

2%-  i  səviyyəsinə  endirilmiĢdir.  Bu  dəyiĢikliklər  nəticəsində  artıq  1996-cı  ildə 

dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuĢ, növbəti-

1997-ci  ildən  baĢlayaraq  isə  dinamik  iqtisadi  inkiĢafı  təmin  etmək  mümkün 

olmuĢdur.  Belə  ki,  1996-cı  ildə  ÜDM-in  artım  sürəti  1,3%,  1997-ci  ildə  5,8%, 

1998-2004-cü illərdə isə orta hesabla 10% təĢkil etmiĢdir. 2005-2009-cu illərdə isə 

real iqtisadi artım tempi müvafiq olaraq 26,4%, 34,5%, 25%, 10,8% və 9,3% təĢkil 

etmiĢdir. 

1993-cü ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların 

ən  mühüm  istiqamətlərindən  birini  də  dövlət  mülkiyyətinin  özəlləĢdirilməsi  və 

azad  sahibkarlığın  inkiĢafı  üçün  əlveriĢli  Ģərait  yaradılması  təĢkil  etmiĢdir.  Artıq 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə