50
2.2. Ġqtisadi inkiĢafa yönəlmiĢ dövlət proqramlarının kompleks təhlili və
qiymətləndirilməsi.
Ġqtisadi əlaqələrin qloballaĢdırılması və beynəlxalq iqtisadi inteqrasiyasının
xarakterinin dəyiĢməsi, indiki Ģəraitdə ölkənin milli maraqlarının təmin edilməsi
problemləri xarici iqtisadi əlaqələrdə dövlətin funksiyalarının təkmilləĢdirilməsini
tələb edir. Ona görə ki, keçid mərhələsində ölkə iqtisadiyyatının normal
fəaliyyətini təmin etmək üçün dövlət spesifik himayədar siyasət yerinə
yetirməlidir. Təəssüf ki, Azərbaycanın 1992-1995-ci illərdə dövlət özünün belə
mühüm bir funksiyanın yerinə yetirməsindən özünü kənarlaĢdırması ölkənin
iqtisadiyyatına necə dağıdıcı təsir göstərdiyini izah etməyə elə ehtiyac duymuruq.
Bazar iqtisadyyatına keçid dövründə Azərbaycanda aparılan iqtisadi-siyasi
proqramların sistemliliyi, məqsədyönlülüyü və müəyyən mənada səmərəli
xarakteri ancaq 1995-ci ildən müĢahidə olunmağa baĢladı. Bütün bunlarla bağlı
respublika prezidenti H.Əliyevin irəli sürdüyü strateji iqtisadi proqram ümumi
halda, iki fundamental prinsipə söykənirdi. Birincisi, güclü (səmərəli) dövlət;
ikincisi, liberal iqtisadi islahatlar. Əgər, bu iki baĢlıca istiqaməti əməli fəaliyyət
məqsədi kimi Ģərh etməyə cəhd etsək, onda qeyd etməliyik ki, bu hər Ģeydən əvvəl
ölkədə, bütün sferalarda qayda və dövlətin zəifliyinin aradan qaldırılmasını,
hamının qanun qarĢısında bərabərliyini, güclü dövlətlə, bazar mexanizminin birgə
mövcudluğunun təmin edilməsini və nəhayət, bütün bazar subyektləri üçün bərabər
təsərrüfatçılıq Ģəraitinin yaradılmasını nəzərdə tutur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından ötən dövrdə
ölkə iqtisadiyyatının ümumi inkiĢafının qiymətləndirilməsi üçün transformasiya
faktorunun rolu istinad nöqtəsi hesab oluna bilər. Çünki indiki mərhələdə
dövlətçiliyin möhkəmlənməsi və müstəqilliyin uzunömürlülüyünü təmin edə
biləcək iqtisadi fundamentin gücləndirilməsi meyarı baxımından transformasiya
proseslərinin sinxronlaĢdırılması zəruridir.
Son on ildə ölkədə aparılan iqtisadi siyasətə və o cümlədən onun tərkib
hissəsi olan radikal proqramlara arqumentli qiymət verilməsi iqtisadi inkiĢafımızın
51
perspektiv paradiqmasının formalaĢdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Çünki ötən dövrdə Azərbaycanda aparılan iqtisadi siyasətin ən mühüm
xüsusiyyəti inkiĢafın əsaslı proqramlar Ģəraitində təmin olunmasıdır. Belə ki,
Dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycanda yeni, bütöv iqtisadi sistemin
qurulmasını radikal proqramların vacib vəzifəsinə çevirmiĢdir. Eyni zamanda yeni
sistemin müstəqil fəaliyyət qabiliyyətinin təmin olunması, dünya təcrübəsinin
müsbət dərslərinin nəzərə alınmasını tələb etdiyindən, proqramların ikinci əsas
vəzifəsi kimi təsərrüfat mexanizminin bazar prinsiplərinə uyğunlaĢdırılması
zərurəti yaranmıĢdır.
On il ərzində ölkəmizdə həyata keçirilən əsaslı iqtisadi transformasiya
tədbirləri hər iki istiqaməti nəzərə almaqla reallaĢdırılır. Statistik yekunlar,
proqramların bir çox sahələrdə və istiqamətlərdə müxtəlif surətə və keyfıyyətə
malik olmasını göstərir. Lakin, fikrimizcə bütövlükdə əldə olunan nəticələr,
Azərbaycanın iqtisadi potensialına heç də tam adekvat hesab oluna bilməz.
Bununla bərabər ötən dövrün iqtisadi inkiĢafma düzgün qiymət verilməsi
üçün müstəqilliyin start Ģəraitini nəzərə almaq vacibdir.
Azərbaycan iqtisadiyyatı SSRĠ tərkibində, kifayət qədər yüksək, lakin
birqiymətli müsbət qiymətləndirilməyən inkiĢaf səviyyəsinə malik olmuĢdur.
Müstəqillik ərəfəsinin son iyirmi illik dövründə Azərbaycan iqtisadiyyatının
inkiĢafı rəvan getməmiĢdir.
Əsasən təbii xammalın, ucuz və bol iĢçi qüvvəsinin intensiv istifadəsinə
əsaslanan material və enerji tutumlu sahələrin inkiĢaf etdirilməsi iqtisadiyyatın,
struktur böhranları üçün əlveriĢli quruluĢunun formalaĢmasına Ģərait yaratmıĢdır.
Məhsuldar qüvvələrin inkiĢafmın "Ümumittifaq" mənafelərinə tabe
etdirilməsi direktiv idarəetmədən, "effektli tələb" idarəçiliyinə keçiddə
multiplikativ reqressiya doğurmuĢdur.
Yuxarıda Ģərh olunan tədqiqatlar göstərir ki, SSRĠ-nin dağılması və
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması ilə baĢa çatan planlı idarəetmə
dövrünün iqtisadiyyatımızda miras qoyduğu əsas problemlər aĢağıdakılardan ibarət
52
olmuĢdur:
Xalq təsərrüfatmm strukturunun qeyri-təkmil formalaĢması. Respublikada
mövcud sənaye-istehsal fondlarının 60%-i xammal və aralıq məhsullar istehsal
edən sahə komplekslərində cəmlənmiĢ, istehsahn səmərəliliyi və texniki tərəqqini
təmin edən sahələrin payı isə cəmi 30,4%, təĢkil etmiĢdir.
Məhsuldar qüvvələrin qeyri-bərabər yerləĢməsi sayəsində iqtisadiyyatm
sahə və ərazilər üzrə qeyri mütənasib cəmlənməsi baĢ vermiĢdir. 90-ci illərin
sonunda sənaye məhsulunun 35%, sənaye-istehsal fondlannm 70%-i və iĢçi
personahnın 41%- i neftqazçıxarma və onunla sıx bağlı sənaye sahələrinin payına
düĢmüĢdür. 1981- 1990-cı illərdə maĢmqayırma sənayesinin yeni baĢlayan
tikintilərinin 60%-i Bakıda, 40%-i isə Gəncədə yerləĢdirilmiĢdir.
Xalq təsərrüfatmm vacib səmərəlilik göstəricisi hesab olunan fond verimi
uzun illər ərzində azalma meyli olmaqla 1985-1990-cı illərdə 10%-dək aĢağı
düĢmüĢdür. Ġstehsal olunan məhsulun, xüsusi ilə xalq istehlak mallarının keyfiyyəti
aĢağı olmaqla bərabər, əhalinin hər nəfərinə düĢən miqdar üzrə keçmiĢ Ġttifaqda 2
dəfə az olmuĢdur.
Ġqtisadiyyatın qeyri-təkmil quruluĢu nəticəsində Azərbaycan aparılan və
gətirilən malların həcmi 80-ci illərin sonlarında stabil müsbət saldoya malik
olmuĢdur. Bu dövrdə ixrac idxalı 30-40% üstələmiĢdir.
Ġqtisadi inkiĢafda yol verilmiĢ nöqsanlar ümumi iqtisadi yüksəliĢə mane
olduğu kimi, əhalinin sosial vəziyyətinə də öz mənfı təsirini göstərmiĢdir. Belə ki,
90- cı illərin əvvəlində Azərbaycan həyat səviyyəsini səciyələndirən əksər
göstəricilər üzrə keçmiĢ Ġttifaqda ən axınncı yerləri tuturdu.
SSRĠ-nin dağılması ərəfəsində Azərbaycan iqtisadiyyatınm düĢdüyü Ģəraitin
qısa xarakteristikası sübut edir ki, Dövlət müstəqilliyinin bərpası, iqtisadi böhranın
dərinləĢməsi kimi arzuolunmaz faktla eyni vaxta təsadüf etmiĢdir.
Təbii ki, belə Ģəraitdə iqtisadi transformasiya müəyyən faktorların ciddi
təsirinə məruz qalmalı olmuĢdur. Bunların ən vacibləri və obyektiv hesab
olunanları müstəqil ölkənin bütöv iqtisadi sisteminin yaradılmasının, təsərrüfat
Dostları ilə paylaş: |