İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Qərbdə müsəlman qızların hicab iddiası



Yüklə 1,54 Mb.
səhifə53/77
tarix06.05.2018
ölçüsü1,54 Mb.
#42356
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

Qərbdə müsəlman qızların hicab iddiası


Bir müsəlman qız uşağı nə zaman cürət edərdi ki, küfr və fəsad dünyasının ürəyində müsəlmançılıq və müsəlman hicabını iddia etsin?!

Xorasan vilayətinin alimləri, ruhaniləri, məmurları və müxtəlif təbəqələrdən olan əhalisi ilə görüşdə çıxışdan; 5 iyun, 1990

Başörtüyü davası – Qərbdə İslamın nüfuzunun əlaməti


Son həftələrdə Fransada və Avropa ölkələrinin bəzisində başörtüyü davası adlanan məsələ əslində Qərb mədəniyyətinin dövlət başçıları tərəfindən onların İslam mədəniyyətinin tərəqqi sıçrayışı və İslamın günbəgün artan nüfuzunun əlaməti hesab etdikləri halla tələsik və naşı mübarizəsidir. Onlar bu işdə öz səbir və mətanətlərini o qədər əldən verirlər ki, birdən-birə ölkə başçıları bir neçə dindar qızın və dindar müsəlman ailəsinin qarşısında pəhləvanlıq göstərirlər. Bunlar həmin şəxslərdir ki, azadlıqların və fərdi istəklərin riyakarcasına müdafiə fəryadları dünyanın qulağını kar etmişdir.

Bəsic (könüllü keşikçilik) komandanlarının ümumrespublika toplantısına müraciətdən; 23 noyabr, 1989

Qərbdə hicablı qızlarla mübarizə - kül altındakı od əlaməti


Qəribə hücum mövcuddur. Sizin eşitdikləriniz, Fransada hicab məsələsi və hicablı qızlarla mübarizə kül altındakı oddan görünən qığılcımlardır və pərdə arxasındakı əzəmətli işdən xəbər verir. Məsələ təkcə bundan ibarət deyil ki, misal üçün, laik bir dövlət hicabı istəmədiyini desin. Xeyr, bunlar ümumiyyətlə İslam sarıdan ciddi təhlükə hiss etmişlər. Əlbəttə, bu yeni məsələ deyil, əvvəllər də olmuşdur.

Qum Elmi Hövzəsinin alim və tələbələrinin nümayəndələr heyətilə görüşdə çıxışdan; 28 noyabr, 1989

Qərbin çadra əleyhinə təbliğatından təsirlənməmək


Bizcə, qadın geyimi haqqında olan söhbətlər çox yaxşı söhbətlərdir. Lakin diqqət yetirmək lazımdır ki, bu sahədə olan heç bir məsələ Qərbin əks təbliğatından təsirlənməməlidir. Əgər ondan təsirlənsə, zərərli olacaq. Məsələn fikirləşək ki, hicabımız olsun, lakin çadramız olmasın. Bu yanlış fikirdir. Əlbəttə, demək istəmirəm ki, çadra yeganə geyim növüdür. Xeyr. Mən deyirəm çadra hicabın ən yaxşı növüdür. Bizim milli əlamətimizdir. Heç bir eybi də yoxdur, qadının heç bir hərəkəti ilə ziddiyyət təşkil etmir. Əgər həqiqətən məsələ hərəkət, ictimai-siyasi işlər və fikir işləri olsa, çadra qadının rəsmi geyimi ola bilər. Dediyim kimi, çadra hicabın ən yaxşı növüdür.

Düzdür, çadrasız da hicablı olmaq mümkündür. Lakin onun sərhədlərini mütləq müəyyənləşdirmək, tapmaq lazımdır. Bəziləri Qərbin əks təbliğatından qurtulmaq üçün çadradan qaçırlar. Lakin çadradan qaçarkən çadrasız həqiqi hicaba sarı da getmirlər. Çünki Qərb onu da hücuma məruz qoyur.

Siz elə bilirsiniz ki, biz çadranı kənara qoysaq, məsələn Qurani-Kərimdə də göstərilən1 paltarlar və örpəklər hazırlasaq, bizdən əl çəkəcəklər? Xeyr. Onlar bununla qane olmayacaqlar. Onlar istəyirlər ki, özlərinin çirkin mədəniyyəti eynilə burada tətbiq olunsun; şah dövründə olduğu kimi. O zaman qadının ümumiyyətlə hicabı yox idi. Hətta bu yerlərdə növbə belə işlərə çatdıqda pozğunluq daha çox olur. Şahın dövründə elə bu Tehranda və bizim ölkənin başqa şəhərlərində olan pozğunluq Avropa şəhərlərində olan pozğunluqdan daha artıq idi. Avropada adi qadının paltarı və geyimi vardı, amma burada elə deyildi. Biz gördüklərimiz, eşitdiklərimiz, bildiklərimiz və indi o zamandan mənim yadımda qalan mənzərələr haqqında düşündükdə, insan doğrudan da təəccüblənir ki, nə üçün belə olmalıdır. Çox təəssüf ki, bu gün geri qalmış müsəlman və qeyri-müsəlman ölkələrinin çoxunda vəziyyət eynilə belədir. Buna görə də, gərək dəyər məsələlərinə çox diqqətlə, həssaslıqla və geri çəkilmədən yanaşaq.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Cənab Mütəhhərinin “Hicab” kitabından istifadə etmək


Ustad şəhid Mütəhhərinin “Hicab” kitabından istifadə edin. Mütəfəkkirləri və elm adamlarını dəvət edin bu məsələ barəsində çıxış etsinlər.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Hicab üzərində incəsənət işi


İncəsənət qəlibinə sığan hər bir ideya, düşüncə və inqilab əbədi qalacaq. İdeyaları tarixdə saxlayan və cəmiyyət səviyyəsində yayan, insanların canına hopduran, bu nəsildən digər nəslə köçürən sənətkarcasına bir rabitədir.

İncəsənətdə mühüm olan onun məqsədidir. Əgər incəsənətdə iman cəhəti olsa, gözəldir. Hicab məsələsi üzərində incəsənət işi, gözəl təbliğat işi aparılmalıdır ki, bu məsələ bu qrupun beyninə otursun.



İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may 1984.

Kişilərin hicabı


Mən bu müddət boyunca yayda İslam hicabına və münasib geyimə riayət etməyə çalışan əziz bacılara təşəkkür etmək istəyirəm. Bizim bacılarımızın çoxu buna çalışdılar. Onlara salam olsun! Deyirlər sən bizə dedin, biz də qulaq asdıq. Lakin qardaşlar açıq yaxalarla, qısaqol köynəklərlə, münasib olmayan formada küçələrə çıxır, hətta cümə namazında iştirak edirlər. Mən tövsiyə etmək istəyirəm ki, mütləq bu məqamı yadda saxlayın. Hicab bacılar üçün o formada, qardaşlar üçün də bu formadadır.

Cümə namazı xütbəsindən; 5 sentyabr, 1980

Kişilərin iffəti


Hicab və iffəti qorumaq bacılara məxsus deyil. Ey müsəlman qardaşlar! Ey gənc qardaşlar! Siz də İslam iffətini və İslam hicabını qoruyun. Siz də işə və cəmiyyətə layiqli paltarda çıxın.

Cümə namazı xütbəsindən; 5 sentyabr, 1980

Hicabın açılması və hicabsızlığın yayılması


Hicabla mübarizə barəsində keçmiş rejimdən bir sənəd

Bizim xalqımızın təbii ki, əksəriyyətinin İslamın müəyyən etdiyi məhdudiyyətlərə və lazımi hicablara imanı vardır. Bu gün bizim bu məsələ üzərində az mədəni və təbliğat işi görməyimizin əksinə olaraq, ötən əlli ildə keçmiş rejim Qərb mədəniyyəti əsasında bu sahədə bir hərəkət edirdi və bariz nümunəsi hicab olan qadın və kişi əlaqələrində işləyirdi.

1931-ci ildən və hətta ondan öncədən bu iş başlandı və hicabın açılması məsələsinin qarşıya çıxdığı 1935-ci ilə qədər davam etdi. Keçmiş rejimin bir qrup məsul şəxsinin son zamanlarda, yəni 1976-cı ildəki müzakirələrinə və qərarlarına aid bizim əlimizə bir sənəd keçmişdir. Orada deyilmişdi ki, biz kütləvi informasiya vasitələrindən maksimum istifadə etməliyik.

Cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə