“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

54
toxun muşdur. Ölçüsü 302x230-dur. Xalça sənətinin ikinci inkişaf dövrünü təşkil edən 
və mürəkkəb dolama üsulu ilə toxunan vərnilər əksər hallarda maldarlıqla məşğul 
olan köçmə həyat tərzi keçirən əhali tərəfindən toxunmuşdur. Digər xalçalardan fərqli 
olaraq vərnilərdə başlıca olaraq şərtiləşmiş heyvan təsvirlərinə daha çox təsadüf edilir. 
Azərbaycanın dağlıq rayonlarında yaylaq-qışlaq həyat tərzi keçirən əhaliyə məxsus 
vərni toxunuşlu dəvə, at çulu, məfrəş, xurcun, pərdə, yüküzü kimi məişət əşyalarına 
tez-tez  təsadüf  edilir.  Vərnilər  ən  çox  Qazaxda,  Qarabağda,  Qaradağda  (Cənubi 
Azərbaycan) və İrəvanın bir çox mahallarında istifadə olunmuşdur. Kərpiciyə çalan 
qırmızı yerlikli bu vərninin əsas bəzəyi 16 böyükölçülü 2 rəqəminə və yaxud tərsinə 
düzülmüş “S”-ə bənzər elementlərdən ibarətdir. Bu elementlər sürməyi yerliklidir. 
Əjdahaların  quyruğu  və  buynuzları  çox  aydın  nəzərə  çarpır.  Bu  elementlərin 
kənarları  daxildən  və  xaricdən  yaşıl  rəngli  çıxıntılarla  əhatə  olunub.  Çıxıntılar  ağ 
rəngli sularla tamamlanır. Əjdahaların üzərində latın əlifbasının “Z” hərfinə bənzər 
motivlər  işlənmişdir.  Bu  motivlər  mor,  qırmızı,  ağ,  göy,  sarı,  açıq  və  tünd  yaşıl, 
bənövşəyi, açıq və tünd şabalıdı rənglərlə tərtib edilmişdir. Bu motivlərin kənarları 
müxtəlif rəngli “su”larla işlənmişdir. Ara sahənin boşluqları kənarları pilləli klassik 
elementlər və “S”-ə bənzər motivlərlə doldurulmuşdur. Bu elementlər tünd və açıq 
yaşıl, ağ, bənövşəyi, mor, tünd və açıq şabalıdı, sürməyi, qara rənglərlə işlənmişdir. 
Xalçanın haşiyəsi mavi və qara rənglərlə işlənmiş “mollabaşı” elementləri ilə tərtib 
edilmişdir. Haşiyənin kənarları yaşıl və qırmızı rənglərlə tərtiblənmiş mədaxillərlə 
əhatə olunmuşdur. Mədaxillərin kənarları qara rəngli “su”larla, “mollabaşı”motivləri 
isə qırmızı rəngli “su”larla tamamlanır.
İkinci vərni isə h.1299-cu ildə (1881) Dərələyəz mahalında (Soylan) toxunmuşdur. 
Ölçüsü  374x228-dir.  Xalça  (bax:  Kataloq.  №64)  Qarabağ  kompozisiyası  əsasında 
toxun muşdur.Vərninin  mərkəzində  sağ  tərəfdə  h.  1299  tarixi  vardır.  Bu  xalça 
Azərbaycanın  dekorativ-tətbiqi  sənətində,  o  cümlədən  xalçaçılıqda  əsrlərlə  tərtib 
edilmiş klassik, stilizə olunmuş motivləri əks etdirir. Açıq qırmızı yerlikli bu xalçanın 
əsas  bəzəyi  böyükölçülü  sürməyi,  ağ  yerlikli  “S”-ə,  yaxud  “2“  rəqəminə  bənzər 
elementlərdən ibarətdir. Bu elementlər xalçaçılar və sənətşünaslar arasında fantastik 
heyvan  -  “əjdaha”  kimi  yozulur.  Əjdahaların  üzərində  tərsinə  düzülmüş  “Z”-ə 
bənzər  və  yaxud  stilizə  olunmuş  ördəyə  bənzər  kiçikölçülü  motivlər  işlənmişdir. 
Ağ rəngli əjdahaların kənarları sürməyi, sürməyi rəngli əjdahaların kənarları isə ağ 
“su”larla işlənmiş çıxıntılarla tərtib edilmişdir. Əjdahaların buynuzları və quyruqları 
bu motivlərin rənglərinə uyğun olaraq ağ və sürməyi rənglərlə işlənmişdir. Xalçanın 
ara sahəsinin boşluqları stilizə olunmuş dördayaqlı fantastik quşlar, kənarları pilləli 
rombvari kiçikölçülü “S”-ə bənzər, ağaca bənzər motivlər və digər klassik elementlərlə 
doldurulmuşdur.  Xalçanın  ensiz  haşiyəsi  açıq  qırmızı  və  yaşıl  rənglərlə  işlənmiş 
“mollabaşı” motivləri ilə tərtib edilmişdir. Haşiyə hər iki tərəfdən şəkəri rənglərlə 
işlənmiş  “siçandişi”lərlə  tamamlanır.  Xalçanın  baş  və  ayaq  hissəsindəki  haşiyələr 
tünd şabalıdı yerlikli “köhnə su” motivləri işlənmiş mədaxillərlə əhatə olunmuşdur. 
Xalça sənətinin ikinci inkişaf dövrünə aid edilən mürəkkəb dolama üsulu ilə toxunan 
“vərni”  adlanan  xalçalar  əksər  hallarda  maldarlıqla  məşğul  olan  əhali  tərəfindən 
toxunmuşdur.  Buna  görə  də  bu  tipli  xalçaların  üzərində  başlıca  olaraq  şərtiləşmiş 
heyvan  təsvirlərinə  daha  çox  təsadüf  edilir.  Azərbaycanın  dağlıq  bölgələrində 
yaylaq-qışlaq həyat tərzi keçirən əhalinin vərni toxunuşlu at, dəvə, öküz çulu, məfrəş, 


55
xurcun, pərdə və yüküzü kimi məişət əşyalarına tez-tez rast gəlinir. Vərnilər bir, iki 
hissədən  ibarət  olur.  Nadir  hallarda  üç  hissədən  ibarət  olan  vərnilərə  də  təsadüf 
edilir.  Vərnilər,  əsasən,  tünd  qırmızı,  sürməyi,  kərpici  və  bəzən  isə  şəkəri  yerliklə 
toxunur. Yalnız Azərbaycanda toxunan bu xalça özünəməxsus rəng harmoniyası və 
zəngin naxış tərtibatı ilə digər ölkələrdə toxunan xovsuz xalçalardan seçilir. 
3.2.5. At çulu
Azərbaycanlıların həyatında at mühüm rol oynadığı üçün at çullarının toxunması 
da geniş yayılmışdı. At çulu insanların məişət tələbatını ödəməklə yanaşı, qiymətli 
sənət əsəri kimi də dəyərləndirilir. 
Belə at çullarından biri h.1291-ci ildə (1874) İrəvan bölgəsinin Dərələyəz maha-
lında (Keşişkənd) toxunmuşdur. Ölçüsü 193x161-dir. Xalçanın (bax: Kataloq. №51) 
aşağı hissəsində şabalıdı rapportun içərisində h. 1291 tarixi vardır. Zili texnikası ilə 
toxunmuş çul üç hissəyə bölünmüşdür. Şabalıdı yerlikli mərkəzi hissə rapportlara 
ayrılmışdır. Çulun yuxarı hissəsindəki rapportun içərisində “rombvari”, nəbati, ağaca 
və  quşa  bənzər  motivlər  işlənmişdir.  Rapport  yuxarı  və  aşağı  tərəfdən  içərisində 
rombşəkilli  və  digər  klassik  elementlər  işlənmiş  zolaqlarla  əhatə  olunmuşdur. 
Mavi  yerlikli  üfüqi  zolaqlar  qarmaqlı  motivlər  və  üz-üzə  dayanmış  quş  fiqurları 
ilə bəzədilmişdir. Hələ qədim zamanlardan Azərbaycan dekorativ-tətbiqi sənətinin 
müxtəlif nümunələrində, o cümlədən xalçalarda işlənən əfsanəvi obrazlar bu əşyalara 
yüksək bədii məna bəxş etmişdir. Bu obrazlardan biri quş obrazıdır. Araşdırmalar 
göstərir ki, qədim dövrlərdə bir sıra quş obrazları dini ayin və mifik təsəvvürlərlə 
əlaqədar  tətbiq  olunmuşdur.  Əsrlər  ötdükcə  bu  obrazlarda  daha  çox  dekorativ 
məzmun ön plana çəkilmişdir. Sonralar bu obrazlar bəzən ənənəvi bəzək elementinə 
çevrilərək stilizə edilmiş və mücərrədləşmişdir. Şabalıdı yerlikli ensiz zolaqlarda stilizə 
olunmuş  tovuzquşu,  dördayaqlı  fantastik  “qoşa  quş”  təsvirlərinə  Quba,  Qarabağ 
xalça qruplarına daxil olan xalçalarda və tikmələrdə də təsadüf edilir. Azərbaycan 
xalçalarında ən geniş yayılmış quş obrazlarından biri tovuzquşudur. Bu surət əsrlər 
boyu Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif növlərində dönə-dönə təsvir 
edilmiş və hal-hazırda edil məkdədir. Bu at çulunun mərkəzindəki şabalıdı yerlikli 
rapportun içərisində üç at fiquru təsvir edilmişdir. Atların üstündə insan təsvirləri 
vardır. Azərbaycan xalçalarında və xalça məmulatlarında at obrazı ən geniş yayılmış 
obrazlardandır. Bu heyvan xalqımızın təsərrüfatında və məişət həyatında böyük rol 
oynamışdır. Azərbaycan xalçalarında və xalça məmulatlarında təsvir edilən at obrazı 
ona  olan  böyük  ehtiramın  nəticəsidir.  Oğuz  tayfalarında  at  totemi  şərəf,  igidlik, 
qələbə rəmzi olmuşdur. Çulun ara sahəsini hər tərəfdən içərisində rombvari motivlər 
işlənmiş haşiyə əhatə edir. Haşiyə çulun ara sahəsinin sağında və solunda, həmçinin 
aşağı  və  yuxarı  hissəsində  tərtib  edilmişdir.  Haşiyənin  içərisində  “gözqaytarıcı”, 
“qoşabuynuz” motivləri də işlənmişdir. Çulun ara sahəsindəki rapportlar və haşiyə 
zolaqları dilikli motivlərlə və ağ rəngli sularla əhatə olunmuşdur. Sürməyi yerlikli 
sahəni  sağ  və  soldan  kərpici  rəngli  rapport  əhatə  edir.  Bu  rapportlarda  stilizə 
olunmuş  dəvə,  tovuzquşu,  dörd  ayaqlı  fantastik  quşlar,  kiçikölçülü  medalyonlar, 
səkkizguşəli ulduz və müxtəlif nəbati elementlər təsvir edilmişdir. Çulun hasiyəsi 
rombvari  motivlərlə  bəzədilmişdir.  Onların  içərisində  “cütbuynuz”  və  kiçikölçülü 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə