“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   2   3   4   5   6   7   8   9   ...   52

7
“İndi “Ermənistan” adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, 
Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar 
yaşayan  diyarlar  olubdur.  Təəssüf  ki,  bu  ərazilərdən,  diyarlardan  müsəlmanlar 
çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun, müsəlman yoxdur. Bu da Ermənistan 
millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir... İnanıram 
ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar”.
1
 Bütün 
bunlar  Azərbaycanın  İrəvan  bölgəsində  xalçaçılıq  sənətinin  inkişafının  kompleks 
şəkildə tədqiqi zərurətini irəli sürmüşdür.
Tədqiqatın  xronoloji  çərçivəsi  kimi  XVIII  əsrin  II  yarısı-XX  əsrin  əvvəlləri 
müəy  yən  edilmişdir.  Belə  bir  xronoloji  çərçivə  Azərbaycan  tarixinin  xronoloji 
dövrləşdirilməsinə  tamamilə  uyğundur.  Məlum  olduğu  kimi,  Nadir  şah  Əfşarın 
(1736-1747)  öldürülməsindən  sonra  onun  imperiyası  dağılır  və  Azərbaycan 
ərazisində müstəqil və yarımmüstəqil xanlıqlar meydana gəlir. Xanlıqların etnik və 
siyasi sərhədləri Azərbaycanın tarixi-coğrafi ərazisinin xeyli hissəsini əhatə edirdi. 
Bu  dövrdə  meydana  gələn  xanlıqlardan  biri  də  İrəvan  xanlığı  idi.  İrəvan  xanlığı 
Azərbaycan  xanlıqları  tərkibində  özünəməxsus  yer  tuturdu.  Qərbi  Azərbaycan 
ərazisində müstəqil İrəvan xanlığının yaranması burada iqtisadiyyatın, o cümlədən 
onun mühüm sahəsi olan xalçaçılığın inkişafına da təkan vermişdi. İrəvan xanlığının 
ərazisi 1827-ci ilin oktyabrında Rusiya imperiyası tərəfindən işğal edilmiş və İrəvan 
xanlığı ləğv edilmişdi. Azərbaycanın İrəvan bölgəsi digər Şimali Azərbaycan torpaqları 
ilə birlikdə Rusiya imperiyasının dağılmasınadək onun tərkibində qalmışdır. 1918-ci 
ildə tarixi Qərbi Azərbaycan-İrəvan bölgəsi ərazisində erməni dövləti yaradılmışdır. 
Bununla da İrəvan bölgəsinin erməniləşdirilməsi, azərbaycanlılara qarşı deportasiya 
və soyqırımı dövlət siyasətinə çevrilmişdir. Ermənistan hökuməti azərbaycanlıların 
iqtisadi həyatına, o cümlədən xalçaçılığa da ağır zərbə vurmuşdur. Beləliklə, aydın 
olur  ki,  XVIII  əsrin  II  yarısı-  XX  əsrin  əvvəlləri  Azərbaycanın  İrəvan  bölgəsinin 
tarixində xüsusi bir mərhələ kimi ayrıla və bu dövrdə iqtisadi həyatda vacib yer tutan 
xalçaçılıq  sənətinin  vəziyyəti  tədqiq  edilə  bilər.  Bu  dövrdə  xalçaçılığın  hərtərəfli 
tədqiqi  baxımından  bölgədə  Ermənistan  dövləti  yaradıldıqdan  sonrakı  vəziyyətin 
öyrənilməsi  bir  baza  rolunu  da  oynaya  bilər.  Bu  sahədəki  obyektiv  vəziyyətin 
müəyyənləşdirilməsi  Ermənistan  dövlətinin  Azərbaycan  xalçaçılığına  vurduğu 
zərbənin miqyasını da müəyyən etməyə imkan verərdi.
Azərbaycan  tarixşünaslığında  və  eləcə  də  sənətşünaslığa  dair  araşdırmalarda 
İrəvan  bölgəsində  xalçaçılıq  sənətinin  tarixi  uzun  müddət  tədqiqatdan  kənarda 
qalmışdır.  İlk  dəfə  bu  sətirlərin  müəllifi  həmin  problemi  irəli  sürmüş,  bu  sahədə 
tədqiqatlara  başlamış  və  fundamental  kitablar  nəşr  etdirmişdir.
2
  Bununla  yanaşı, 
problemin bəzi məsələləri haqqında araşdırmaları da qeyd etmək lazımdır. Həmin 
məqalə və kitabları aşağıdakı istiqamətlər üzrə qruplaşdıra bilərik:
Tədqiqatın  predmetini  xalçaçılıq  təşkil  etdiyi  üçün,  ilk  növbədə,  həmin  qrupa 
daxil  olan  ədəbiyyatı  ayırmaq  olar.  Tədqiq  olunan  dövrün  ikinci  mərhələsində, 
XIX-XX əsrin əvvəllərində Azərbaycan xalçalarına aid ilk məqalələr çap edilmişdir. 
Y.Zedgenidzenin  məqaləsi  (1891)  Yelizavetpol  quberniyasının  Şuşa  şəhərində 
xalça və palaz istehsalına, İ.M.Qara-Murzanın məqaləsi (1902) Bakı quberniyasının 
1
 Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 18-ci cild. Bakı, 2006, s.375-376.
2
 Muradov V. A. Azərbaycan xalçaları. Bakı, 2008; Yenə onun, Azərbaycan xalçaları. İrəvan qrupu. 
Bakı, 2011


8
Quba  qəzasında  xalçaçılıq  peşəsinə  həsr  edilmişdir.
1
  V.M.Zummerin  1926-cı  ildə 
nəşr  edilmiş  məqaləsində  Quba  xalçalarından  bəhs  olunur.  1920-1950-ci  illərdə 
xalçaçılığa dair Tiflisdə və Moskvada nəşr edilmiş kitablarda Azərbaycan xalçaları 
işıqlandırılmışdır.
2
  1950-ci  ildə Azərbaycanda  da  xalçalara  dair  albom  nəşr  edilir.
3
 
Lakin  bütövlükdə  Azərbaycan  xalçaçılığının  öyrənilməsində  yeni  bir  səhifənin 
açılması  Lətif  Kərimovun  (1906-1991)  adı  ilə  bağlıdır.
4
  L.Kərimovun  1961-1983-cü 
illərdə  nəşr  edilən  məşhur  üçcildliyi
5
  ilə Azərbaycan  xalça  sənətinin  fundamental 
problemləri irəli sürüldü, Azərbaycan xalçalarının tarixi, məktəbləri və s. məsələlər 
araşdırıldı.  Lakin  bu  kitablarda  Azərbaycanın  İrəvan  bölgəsinin  xalçaları  xüsusi 
məktəb kimi ayrılmamışdır. L.Kərimov digər bir kitabında
6
 Azərbaycan xalçalarının 
ornamentlərini tədqiq etmişdir. L.Kərimov xalçaçılıq sahəsində dünya miqyasında 
tanınmış  mütəxəssis  olmaqla  yanaşı,  eyni  zamanda,  xalça  istehsalının  təşkili, 
xalçaçılıq üzrə yeni tədqiqatçıların hazırlanmasında və nüfuzlu elmi konfransların 
keçirilməsində  də  böyük  xidmətlər  göstərmişdir.  1983  və  1988-ci  illərdə  Bakıda 
Şərq xalçaları sənətkarlığı üzrə beynəlxalq konfranslar keçirilmişdir.
7
 Belə nüfuzlu 
konfransların  Bakıda  keçirilməsi  Azərbaycanın  dünya  miqyasında  xalçaçılıq 
mərkəzlərindən biri kimi tanınması demək idi. 
L.Kərimovun Azərbaycan xalçalarına aid çoxcildliyinin birinci cildinin nəşrindən 
az bir müddət sonra, xalçaçılıq sahəsində böyük əhəmiyyətə malik olan bir hadisə 
baş vermişdi. Məşhur arxeoloq S.İ.Rudenkonun (1885-1969) “Pazırık” adı ilə tanınan 
xalça haqqında kitabı nəşr edilmişdir.
8
 Bu kitabdan sonra bütövlükdə xalçaçılıq, o 
cümlədən  xalçaçılığın  tarixi  və  sənətkarlıq  xüsusiyyətlərinə  dair  tədqiqatların  sayı 
daha da çoxaldı. 1971-ci ildə N.Abdullayevanın Azərbaycan xalça sənətinə aid kitabı 
çap edildi.
9
Azərbaycan  xalçaçılığının,  xüsusilə  onun  texnoloji  üsullarının  tədqiqi  və 
öyrədilməsi,  xalçaçılığa  dair  dərslik  hazırlanması  bu  sahədə  mühüm  istiqamət 
kimi qeyd edilə bilər. Bu sahədə C.Mücirinin kitabları
10
 bu gün də elmi və təcrübi 
əhəmiyyətini saxlamaqdadır. 
Azərbaycan  xalçalarının  tarixinin  öyrənilməsində  A.S.Əliyevanın  kitabları  da 
xüsusi qeyd edilə bilər. O, 1987-ci ildə nəşr edilən əsərində
11
 XIX-XX əsrin əvvəllərində 
1
  Зедгенидзе  Я.  Производство  ковров  и  паласов  в  городе  Шуше  Елизаветпольской  губернии//
СМОМПК, вып.XI. Тифлис, 1891; Кара-Мурза И.М. Ковровый промысел в Кубинском уезде Ба-
кинской губернии// Изв. Кавказского кустарного комитета. Тифлис, 1902
2
 Орлов Н.М. Горные богатства и ковры. Экспортные ковры Закавказья. ч.III. Тифлис, 1925; Про-
изводство ковров. М., 1931; Исаев М.Д. Ковровое производство Закавказья. М., 1931; Адамов 
А.К. Советские ковры и их экспорт. М. – Л., 1934; Гогель Ф.В. Ковры. М., 1950
3
 Ковры Азербайджанской ССР. Альбом. Баку, 1951
4
 Bax: Əliyeva K., İbrahimov E. L.Kərimov: həyat və yaradıcılığı. Bakı, 2007
5
 Керимов Л. Азербайджанский ковер. В трех тт. т.I. Баку – Л., 1961; т.II. Баку, 1983; т.III. Баку, 
1983
6
 Его же, Некоторые элементы азербайджанских ковров. Баку, 1983
7
 Международный симпозиум по искусству восточных ковров. Баку, 5-10 сентября 1983 г. Тезисы. 
Баку, 1983; Материалы Международного симпозиума по искусству восточных ковров. Баку, 1988
8
 Руденко С.И. Древнейшие в мире художественные ковры и ткани из оледенелых курганов Гор-
ного Алтая. М., 1968
9
 Абдуллаева Н.А. Ковровое искусство Азербайджана. Баку, 1971
10
 Müciri C. Azərbaycan xalçaçılığı. Bakı, 1977; Yenə onun, Azərbaycan xalçaçılığının texnoloji üsulları. 
Orta texniki peşə məktəbi üçün dərslik. Bakı, 1986; Его же, Мюджири Дж. Технологические приемы 
азербайджанского ковроделия. Баку, 1983
11
 Алиева А. Ворсовые ковры Азербайджана XIX – начала ХХ века. Баку, 1987


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə