“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   2   3   4   5   6   7   8   9   ...   52

11
Son  dövrlərdə  İrəvan  bölgəsinin  tarixi  coğrafiyası
1
,  folkloru
2
,  toponi miyası
3

etnoqrafiyası
4
,  azərbaycanlıların  Ermənistan  SSR-dən  depor tasiyası
5
,  ermənilərin 
azərbaycanlılara qarşı soyqırımı
6
 və digər problemlərə dair geniş ədəbiyyat meydana 
gəlmişdir. Bu tədqiqatlar xalçaçılığın inkişaf etdiyi mühitin, xalq həyatının müxtəlif 
məsələlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Qeyd  etdiyimiz  kimi,  sovet  dövründə  İrəvan  xanlığı,  Rusiya  işğallarından 
sonra  isə  həmin  ərazidə  yaradılmış  inzibati-coğrafi  vahidlərin  tarixi  Azərbaycan 
tarixşünaslığında  öyrənilmədiyi  halda,  erməni  tarixşünaslığında  geniş  tədqiqat 
obyekti  olmuşdur.
7
  Həmin  əsərlər  birmənalı  şəkildə  bölgənin  tarixini  təhrif  etmiş, 
1
 Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995; Ələkbərli Ə. Qədim türk-oğuz yurdu 
– “Ermənistan”. Bakı, 1994; Yenə onun, Qərbi Azərbaycan. I c. Vedibasar mahalı (Vedi və Qarabağlar 
rayonları).  Bakı,  2000;  Yenə  onun,  Qərbi  Azərbaycan.  II  c.  Zəngibasar,  Gərnibasar  və  Qırxbulaq 
mahalları. Bakı, 2002 və s.
2
  Azərbaycan  folkloru  antologiyası.  III  kitab  (Göyçə  folkloru).  Bakı,  2000;  Azərbaycan  folkloru 
antologiyası.  VII  kitab  (Qaraqoyunlu  folkloru).  Bakı,  2002; Azərbaycan  folkloru  antologiyası.  VIII 
kitab (Ağbaba folkloru). Bakı, 2005; Azərbaycan folkloru antologiyası. XII kitab (Zəngəzur folkloru). 
Bakı, 2005; Azərbaycan folkloru antologiyası. XV cild (Dərələyəz folkloru). Bakı, 2006 və s.
3
 Bayramov A.Ə. Qədim oğuz ellərinin – Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. 
Bakı, 1996; Bayramov İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002; Budaqov B., Qey-
bullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998; Məhərrəmov S. 
Ermənistan SSR-də Azərbaycan (türk) mənşəli toponimlər // Elm və həyat, 1986, №10; Rüstəmov Ə. 
Ermənistan SSR Qafan, Gorus və Sisyan rayonları ərazisinin Azərbaycan mənşəli toponimləri. NDA., 
Bakı, 1990 və s.
4
 Şükürov Ş. Uluxanlı (Bədii – tarixi, etnoqrafik oçerk). Gəncə, 1999; Абдуллаев А.И. Материальная 
культура  азербайджанцев  проживающих  в  Армении  в  XIX  –  начале  ХХ  веков  (Историко-
этнографическое исследование по материалам Вайоцдзорской зоны). АКД. Тифлис, 1981 və s.
5
  Arzumanlı  V.,  Nazim  M.  Tarixin  qara  səhifələri.  Deportasiya.  Soyqırım.  Qaçqınlıq.  Bakı,  1998; 
Deportasiyа. Elmi konfrans materialları. Bakı, 1998; Deportasiya. Bakı, 1998; Didərginlər. Bakı, 1990 
və s.
6
  Mir  Möhsün  Nəvvab.  1905-1906-cı  illərdə  erməni-müsəlman  davası.  Bakı,  1993;  Ordubadi  M.S. 
Qanlı  illər.  1905-1906-cı  illərdə  Qafqazda  baş  verən  erməni-müsəlman  davasının  tarixi.  Bakı,  1911 
(Təkrar nəşr. Bakı, 1991) və s.
7
 Агаян Ц.П. Роль России в исторических судьбах армянского народа. К 150-летию присоединения 
Восточной  Армении  к  России.  Отв.  ред.  акад.  А.Л.Нарочницкий.  М.,  1978;  Его  же,  Победа 
Советской  власти  и  возрождение  армянского  народа.  М.,  1981;  Аграрная  политика  царизма 
и  крестьянское  движение  в  Армении  в  начале  ХХ  века.  Сост.  проф.  В.Рштуни  при  участии 
К.Степаняна.  Ереван,  1951;  Адонц  М.А.  Экономическое  развитие  Восточной  Армении  в  XIX 
веке. Ереван, 1957; Акопян Т.Х. История Еревана (1801-1879). АДД. Ереван, 1960; Его же, Очерк 
истории Еревана. Ереван, 1977; Амбарян А. Развитие капиталистических отношений в армянской 
деревне. Ереван, 1959; Аракелян Г.Р. Кустарные промыслы в Восточной Армении во второй пол. 
ХIХ в. АКД. Ереван, 1976; Арутюнян Ш. Социально-экономическое отношения в уезде Сурмалу 
(1828-1915). АКД. Ереван, 1971; Бадалян А.Л. Население Армении со времени присоединения 
ее к России и до наших дней // Изв. АН Арм. ССР, общ. науки 1953, №5, с.49-71; Григорьян З.Т. 
Присоединение Восточной Армении к России. М., 1959; Гуланян Х. Экономическое состояние 
Армении  в  первой  половине  XIX  века  и  экономические  взгляды  Х.Абовяна.  Ереван,  1955; 
Зубиетян В.Г. Даралагяз (Экономико-географический очерк) // Изв. АН Арм. ССР. Общ.науки. 
1950, №9, с.3-23; Его же, Экономика Зангезура // Изв. АН Арм. ССР. Общ.науки. 1952, №1, с.87-
97; История армянского народа: с древнейших времен до наших дней / Под ред. М.Г.Нерсисяна. 
Ереван,  1980;  Кафтарян  С.М.  Россия  и  армяно-турецкие  отношения  от  Туркменчайского 
договора до Берлинского конгресса (1828-1878 гг.). АКД. Киев, 1953; Карапетян С. К истории 
освобождения Зангезура от дашнакских банд // Изв. АН Арм. ССР. Общ. науки. 1955, №1, с.31-42; 
Марухян А.О. Положение крестьян в досоветской Армении (1900-1920). Ереван, 1948; Парсамян 
В.А. Колониальная политика царизма в Армении. Ереван, 1940, ч.I; Его же, История армянского 
народа. 1801-1900 гг. Кн.1. Ереван, 1972 и др.


12
onun  qədim Azərbaycan  ərazisi-Qərbi Azərbaycan  olması  hər  vəchlə  inkar  edilmiş, 
azərbaycanlılara məxsus maddi-mənəvi irs qəsdən sərf-nəzər edilmişdir. Xarici erməni 
tarixşünaslığında da Azərbaycanın İrəvan bölgəsinin tarixi təhrifə məruz qalmışdır.
1
Azərbaycanın İrəvan bölgəsinin tarixinin bəzi məsələlərinə xarici tarixşünaslıqda 
da toxunulmuşdur. Bu məsələ Z.Hacıyevanın yuxarıda da qeyd etdiyimiz “İrəvan 
xanlığının tarixşünaslığı” kitabında ətraflı şərh edilmişdir.
2
Xarici tarixşünaslıqda Azərbaycanın tarixi torpaqlarında təşkil edilmiş Ermənistan 
tarixi  məsələləri  Səmyuel  Uimzin  əsərində
3
  əksini  tapmışdır.  Kitab  2004-cü  ildə 
Azərbaycan dilinə tərcümə edilərək, Bakıda nəşr edilmişdir.
Beləliklə, problemin öyrənilmə səviyyəsindən aydın olur ki, Azərbaycanın İrəvan 
bölgəsinin  siyasi  tarixi,  ermənilərin  azərbaycanlılara  qarşı  apardığı  deportasiya  və 
soyqırımı  siyasəti,  toponimiya,  tarixi  coğrafiya  kimi  məsələlər  müəyyən  dərəcədə 
öyrənilsə də, xalçaçılıq sənətinin inkişafı tədqiq olunmamışdır.
Tədqiqatın  əsas  mənbə  bazasını  İrəvan  bölgəsinə  aid  1970-1980-ci  illər  ərzində 
tarixi  Qərbi Azərbaycan-Ermənistan  SSR  ərazisindən  toplanmış  və  hazırda  “Azər-
İlmə”nin “Sehrli ilmələr” qalereyasında nümayiş etdirilən 100 xalça təşkil edir. (Bax: 
Azərbaycanın İrəvan bölgəsi xalçalarının kataloqu)
Xalçaların  toplanılması  prinsipinə,  kəmiyyətinə,  xronologiyasına,  coğra fiyasına 
və növ lərinə əsasən söyləmək olar ki, bu xalçalar Azərbaycanın İrəvan bölgəsində 
xalçaçılıq sənətinin inkişafı və sənətkarlıq xüsusiyyətləri haqqında tam elmi fikir irəli 
sürməyə imkan verir. 
Xalçalar xronoloji baxımdan 1786-1920-ci illəri əhatə edir. Xanlıq dövrü (1746-1827) 
9 xalça ilə təmsil olunmuşdur. Qeyd edildiyi kimi, onlardan ilki 1786-cı ilə aiddir. 1791 
və 1794-cü illərin hərəsi də bir xalça ilə təmsil edilmişdir. 1814-cü ilə aid iki, 1816-1817-
ci illərin hərəsinə aid bir, 1824-cü ilə aid iki xalça vardır. Qalan 91 xalçadan 90-ı Rusiya 
imperiyası dövrünə aiddir. Həmin xalçaları da xronologiya üzrə qruplaşdıra bilərik. 
Onlardan 6-ı XIX əsrin 20-ci illərinin sonu-30-cu illərə, 3-ü 1840-cı illərə, 20-i 1850-ci 
illərə, 12-i 1860-cı illərə, 15-i 1870-ci illərə, 6-ı 1880-ci illərə, 14-ü 1890-cı illərə, 14-ü isə 
XX əsrin əvvəllərinə aiddir. Bir xalça imperiyanın dağılmasından sonrakı dövrə - 1920-
ci ilə aiddir. İllər üzrə nəzərdən keçirsək ən çox xalça 1854-cü ilə (6 xalça) və 1875-ci ilə 
(5 xalça) aiddir.
Xalçaların ərazi coğrafiyası da ciddi əhəmiyyyət kəsb etdiyindən, bu məsələ də 
təhlil olunmuşdur. Xalçalar İrəvan şəhəri və bölgənin tarixi mahalları üzrə aşağıdakı 
kimi  bölünmüşdür:  İrəvan  şəhəri  -  14,  Göyçə  mahalı  -  13,  Zəngəzur  və  Dərələyəz 
mahallarının hər biri -11, Loru, Pəmbək, Vedibasar, Əştərək və Dərəçiçək mahallarının 
hər biri - 5, Ağbaba mahalı - 4, Şörəyel, Gərnibasar, Sərdarabad və Talın mahallarının 
hər biri - 3, Şəmşəddin, Zəngibasar, Qırxbulaq, Aparan və Üçkilsə mahallarının hər 
biri üzrə - 2 xalça.
100  xalçanın  növünə  görə  təsnifatı  da  maraqlı  nəticələr  çıxarmağa  imkan  verir. 
Həmin xalçalardan 16-ı xovsuz, 84-ü isə xovlu xalçalardır. 16 xovsuz xalçadan 10-u 
kilim, 1-i çiyi palaz, 2-i vərni, 2-i zili və 1-i at çuludur.
1
 Bournoutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828. Mazda Publishhers in associa-
tion with Bibliotheca Persia. Costa Mesa, California and New York, 1992; Ibib., The ethnic composi-
tion and the socio-economic condition of Eastern Armenia in the first half of the nineteenth century // 
Transcaucasia Nationalism and Sosial change. The University of Michigan Press, 1996
2
 Hacıyeva Z.Ə. İrəvan xanlığının tarixşünaslığı. Bakı, 2012.

Səmyuel A.Uimz. Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri: Ermənilərin böyük fırıldaqlar 
seriyası. I c. Bakı, 2004


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə