“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   2   3   4   5   6   7   8   9   10   ...   52

18


19
satış  üçün  xalça-palaz  hazırlayırdılar.  Boyaqçılığın 
inkişafına da diqqət yetirilirdi. Yunun və müxtəlif ev 
əşyalarının  boyanmasında  təbii  bitkilərdən  istifadə 
edilirdi”.
1
Çar hökuməti Azərbaycanın işğal edilmiş Naxçı-
van  və  İrəvan  xanlıqları  əsasında  1828-ci  il  mart  ayının  21-də  “Erməni  vilayəti”
2
 
yaratdı (Xəritə 4). Bu vilayət 1840-cı il islahatı zamanı ləğv edildi. Belə bir addım 
sübut  edir  ki,  həmin  vilayətin  yaradılmasının  heç  bir  tarixi  zəmini  olmamışdır. 
Həmin  vilayətin  əsasında  yaradılan  İrəvan  və  Naxçıvan  qəzaları  Gürcü-İmeret 
quberniyasına  tabe  edildi  (Xəritə  5).  Lakin  bu  da  uzun  sürmədi,  1849-cu  il  iyu-
nun  9-da  tarixi  İrəvan  və  Naxçıvan  ərazisində  İrəvan  quberniyası  təşkil  edildi. 
İrəvan  bölgəsinin  tarixi  mahalları  əsasında,  sonrakı  dəyişikliklərlə  birgə,  İrəvan, 
Aleksandropol,  Eçmiədzin,  Naxçıvan,  Novobayazid,  Şərur-Dərələyəz  və  Sürməli 
1
 Ələkbərli Ə. Qərbi Azərbaycan. II c. Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları. Bakı, 2002, s.46
2
 Высочайший указ Сенату об образов Армянской области // Государственный Исторический 
Архив Российской Федерации, ф. 880, оп.5, д. 389, л.1805.


20
qəzaları yaradıldı (Xəritə 6). İrəvan şəhəri, 
əvvəllər olduğu kimi, mərkəz funksiyasını 
yerinə  yetirməkdə  davam  edirdi  (Xəritə 
7).  Rusiya  imperiyasının  hakimiyyəti 
dövründə  İrəvan  quberniyasında  (Xəritə 
8)  azərbaycanlılara  qarşı  çarizmin  ağır 
müstəmləkə zülmü bərqərar edilmişdi. 
Rusiya  imperiyası  İrəvan  xanlığı-
nı  işğal  etdikdən  sonra  ermənilərin  bu 
torpaqlara  kütləvi  şəkildə  köçürülməsi 


21
siyasətini həyata keçirməyə başladı. Ermənilərin 
Azərbaycan  torpaqlarına,  o  cümlədən  İrəvan 
bölgəsinə  köçü rülməsi  1828-ci  il  Tükmənçay 
müqa vilə sin dən sonra daha geniş miqyas aldı.
1
Ermənilərin köçürülməsini təşkil etmək üçün 
İrəvanda və Naxçıvanda köçürmə komitələri ya-
radıldı. Köçkünlərə mühüm güzəştlər edildi: on-
lar 6 il müddətində vergi və imtiyazlardan azad 
olundu, ermənilərə İrandan ayrılan təzminat he-
sabına vəsait verildi və i.a.
Hazırlıq  tədbirləri  həyata  keçirildikdən  sonra  köçürmə  başladı.  İrandan 
köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu illər rus-türk 
müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 minədək erməni 
köçürüldü.  Köçür mənin  əsas  istiqaməti  Cənubi  Qafqazdakı  Azərbaycan  torpaqla-
rına  yönəlmişdi.  N.Şavrov  1911-ci  ildə  Peterburqda  nəşr  olunmuş  “Zaqafqaziyada 
Rusiya mənafeyinə yeni təhlükə” adlı kitabında yazırdı ki, “Hazırda Zaqafqaziya-
da yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisi de-
yil  və  bura  bizim  tərəfimizdən  köçürülmüşdür”.
2
  Ermənilər  köçürülərkən  onların 
Şimali Azərbaycan  torpaqlarında,  xüsusilə  Naxçıvan,  İrəvan  və  Qarabağda  yerləş-
1
 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi... s.373-499
2
 Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажи Мугани 
инородцам. СПб., 1911 (Баку, 1990, с.63)


22
dirilməsinə  mühüm  əhəmiyyət  verilirdi. 
Nersesin  layihəsinə  görə,  rus  ordusunun 
tutduğu  bölgələrdən  -  Təbriz,  Xoy,  Sal-
mas,  Marağadan  bütün  ermənilər  Nax-
çıvan,  İrəvan  və  Qarabağ  vilayətlərinə 
köçürülməli idi. Onun bu tələbi köçürmə 
işində canfəşanlıq edən ermənipərəst gü-
ruh  tərəfindən  ardıcıl  şəkildə  həyata  ke-
çirildi. Yuxarıda adı çəkilən N.Şavrov da qeyd edirdi ki, müharibədən sonrakı iki 
ildə (1828-1830-cu illər) biz Zaqafqaziyaya İrandan 40 min, Türkyədən 84 min erməni 
köçürmüş  və  onları  ermənilərin  azlıq  təşkil  etdiyi  İrəvan  və  Yelizavetpol  quberni-
yalarında yerləşdirmişdik. Oralara 200 min desyatin xəzinə torpağı ayrılmış, onlar 
üçün müsəlmanlardan 2 milyon manatlıq xüsusi sahibkar torpağı satın alınmışdır. 
Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölü sahili həmin ermənilərlə 
məskunlaşdırılmışdır.
1
Ermənilərin  köçürülməsi  nəticəsində  Qarabağ,  İrəvan  və  Naxçıvan  bölgələrinin 
əhalisinin  etnik  tərkibi  əsaslı  dəyişikliyə  məruz  qaldı.  Rusiya  tərəfindən  işğal 
edilənədək İrəvan xanlığının əhalisinin 20%-dən bir az çoxunu əvvəllər köçürülmüş 
ermənilər təşkil edirdisə, 1834-1835-ci illərdə bu rəqəm 46%-i ötmüşdü.
2
Ermənilərin Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarına, o 
cümlədən İrəvan bölgəsinə köçləri 1853-1856-cı illər Krım müharibəsi, 1877-1878-ci 
1
 Там же
2
 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi... s.397


23
illər  rus-türk  müharibələri,  XIX  əsrin  90-cı  illərində 
Osmanlı  imperiyasında  dövlət  əleyhinə  yönəlmiş 
erməni qiyamlarının yatırılmasından sonra da davam 
etdirilmişdir.
Çar Rusiyası tərəfindən ermənilərin köçürülməsilə 
Azərbaycan  torpaqlarında  etnodemoqrafik  duru-
mun  ermənilərin  xeyrinə  dəyişdirilməsi  ilə  yanaşı, 
onların idarəetmə sistemində və təsərrüfat həyatında 
möhkəmləndirilməsi tədbirləri də reallaşdırılırdı. Bü-


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə