“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə1/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
  1   2   3   4   5   6   7   8   9   ...   52



“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim 
tor paq larımızdır  və  Ermənistan  bu  torpaqlarda  dövlət 
qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin 
qurulmasına biz heç vaxt imkan verməyəcəyik”. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 



Vidadi  Muradov
AZƏRBAYCANIN İRƏVAN BÖLGƏSİ: 
tarixi və xalçaları 
(XVIII əsrin II yarısı-XX əsrin əvvəlləri)
 
 


Elmi redaktor: 
 
Y.M. Mahmudov
 
 
 
 
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,                  
 
 
 
 
Dövlət mükafatı laureatı 
 
 
 
 
 
Rəyçilər: 
 
 
T.Ə. Bünyadov
 
 
 
 
Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü
 
 
 
 
K.M. Əliyeva
 
 
 
 
Əməkdar incəsənət xadimi, 
 
 
 
 
sənətşünaslıq doktoru, professor
 
 
 
 
C.M. Mustafayev
 
 
 
 
Tarix üzrə elmlər doktoru, professor
Vidadi Aydın oğlu Muradov. Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları 
(XVIII əsrin II yarısı-XX əsrin əvvəlləri). - Bakı: “MHS-Poliqraf”, 2015. - 224 səh.
Çap evi: San Ofset. - Ayazağa Mah. Kemerburgaz Cad. No:13 Sisli - İstanbul
Kitabda  Azərbaycanın  İrəvan  bölgəsinin  XVIII  əsrin  II  yarısı  -  XX  əsrin 
əvvəllərinə  dair  tarixi  icmalı  verilmiş,  bölgənin  mahallarında  xalçaçılığın 
vəziyyəti  nəzərdən  keçirilmişdir.  İrəvan  bölgəsi  xalçalarının  təsnifatına  uy-
ğun olaraq, xovsuz və xovlu xalçaların tarixi, sənətkarlıq xüsusiyyətləri və bu 
xalçalarda istifadə edilmiş əsas işarələrin, simvolların mənası ətraflı şərh edil-
mişdir. 
Kitab  xalçaçılıq  sənəti  ilə  məşğul  olan  mütəxəssislər,  tələbələr,  xalça 
həvəskarları, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Bütün  hüquqlar  qorunur.  Müəllifin  rəsmi  icazəsi  olmadan  kitabın  və  ya 
onun  hər  hansı  hissəsinin  surəti  çıxarıla,  informasiya  bazasında  və  axtarış 
sistemində qrafik, elektron və ya mexaniki vasitələrlə yenidən çoxaldıla və ya 
istifadə edilə bilməz.
ISBN 978-99-52-81-15-5-1
www.mhs-poliqraf.com
 
 
  ©Vidadi Muradov


MÜNDƏRİCAT
Giriş 
6
I.   İrəvan bölgəsi XVIII əsrin II yarısı-XX əsrin əvvəllərində 
15
II. İrəvan bölgəsində xalçaçılığın tarixi coğrafiyası:
    mahallar və onların xarakteristikası 
26
2.1. Ağbaba və Şörəyel 
30
2.2. Loru və Pəmbək 
31
2.3. Şəmşəddin 
32
2.4. Göyçə 
33
2.5. Gərnibasar və Vedibasar 
34
2.6. Zəngibasar və Sərdarabad 
35
2.7. Qırxbulaq və Əştərək 
37
2.8. Aparan, Dərəçiçək və Talın 
38
2.9. Zəngəzur 
39
2.10. Dərələyəz 
41
2.11. İrəvan şəhəri 
42
III. İrəvan bölgəsi xalçalarının təsnifatı 
44
3.1. Xalçaların təsnifatına dair 
-
3.2. İrəvan bölgəsinin xovsuz xalçaları və onların sənətkarlıq xüsusiyyətləri  45
3.2.1. Kilimlər 
-
3.2.2. Palaz 
51
3.2.3. Zililər 
52
3.2.4. Vərnilər 
53
3.2.5. At çulu 
55
3.3. İrəvan bölgəsinin xovlu xalçaları 
56
3.3.1. Xanlıq dövrü xovlu xalçaları 
-
3.3.2. XIX əsrin 20-ci illərinin sonu-XX əsrin əvvəllərinə aid xovlu xalçalar  61
IV. İrəvan bölgəsi xalçalarının əsas işarə və simvolları 
109
Nəticə 
118
İrəvan bölgəsi xalçalarının kataloqu 
120
Summary 
221
Резюме 
222


6
Giriş
Azərbaycan  xalçaları  dünya  xalçaçılıq  sənətinin  nadir  inciləridir.  Bu,  ölkədə 
xalçaçılığın qədim tarixi, ən yaxşı xalçaçıların əldə etdiyi təcrübə və ənənənin böyük 
qayğı ilə qorunaraq nəsildən-nəslə ötürülməsi və daim zənginləşdirilməsi ilə bağlıdır. 
İstər Azərbaycanın özündə, istərsə də onun hüdudlarından kənarda burada istehsal 
olunan  xalçalara  həmişə  böyük  tələbat  olmuşdur. Azərbaycan  xalçaları  insanların 
gündəlik məişət ehtiyaclarını və estetik zövqünü ödəməklə yanaşı, həm də əvəzsiz 
sənət nümunələrinə çevrilmişdir.
Azərbaycan xalçaçılığının ən böyük nailiyyətlərindən biri onun inkişafına göstərilən 
dövlət qayğısıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə 
(1969-1982, 1993-2003) bütövlükdə mədəniyyətin, o cümlədən xalçaçılığın inkişafına 
daim diqqət yetirilmişdir. Ulu öndərin dövlətçilik siyasətini uğurla davam etdirən 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  milli-mənəvi  dəyərlərin 
dirçəldilməsinə, o cüm lədən xalçaçılığın inkişafına böyük önəm verməsi nəticəsində 
xalçaçılığın inkişafının qanunvericilik bazası yaradılmışdır. 2004-cü il dekabrın 7-də 
“Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan 
Respublikasının  qanunu  təsdiq  olunmuş,  2005-ci  il  fevralın  7-də  həmin  qanunun 
tətbiq edilməsi barədə fərman verilmişdir. Azərbaycan xalçalarının təbliği və nümayiş 
etdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü il avqust ayının 
26-da Dənizkənarı Milli Parkın ərazisində unikal memarlıq xüsusiyyətlərinə malik 
olan Azərbaycan Xalçası Muzeyinin açılış mərasimi keçirilmişdir.
Azərbaycan  mədəniyyətinin,  o  cümlədən  xalçaçılığın  inkişafı  və  onun  nailiy-
yətlərinin dünya miqyasında təbliği sahəsində Heydər Əliyev Fondunun Prezidenti, 
UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu vardır. 
Mehriban  xanımın  rəhbərliyi  ilə  Azərbaycanın  Dövlət  müstəqilliyinin  iyirmi  illiyi 
münasibətilə Londonda, Parisdə və Moskvada keçirilən Azərbaycan mədəniyyəti və 
incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri mühüm əhəmiyyət kəsb 
etmişdir. Bütün bunlar Azərbaycan xalçasının 16 noyabr 2010-cu il tarixdə UNESCO-
nun  Bəşəriyyətin  Qeyri-maddi  Mədəni  irs  üzrə  Reprezentativ  Siyahısına  daxil 
edilməsinin qanunauyğunluğunu təsdiq etmişdir.
Azərbaycan  xalçalarına  dair  tədqiqatlarda  bu  sahə  üzrə  müxtəlif  lokal  qruplar 
(Qarabağ, Quba, Şirvan, Bakı, Gəncə, Qazax-Borçalı, Naxçıvan, Təbriz) ayrılır. Tarixi-
coğrafi  Qərbi Azərbaycan-Ermənistan  ərazisində  ya şayan  azərbaycanlılar  arasında 
xalçaçılığın  inkişafının  əsas  meylləri  nəzərə  alınaraq,  Qazax-Borçalı,  Qarabağ  və 
digər qruplar daxilində araşdırılırdı. Lakin aparılan tədqiqatlar Qərbi Azərbaycanda 
xalçaçılığın inkişafının obyektiv mənzərəsinin yaradılmasını aktuallaşdırmışdır. Bu 
halda Qərbi Azərbaycan və ya İrəvan bölgəsi xalçalarının əhəmiyyəti nəzərə alınaraq 
onların şərti olaraq “İrəvan qrupu” kimi ayrılması zərurətini irəli sürmüşdür. Bu bir 
sıra  təbii,  sosial-iqtisadi  və  siyasi  amillərlə  (təbii-coğrafi  şərait,  əhalinin  təsərrüfat 
həyatı, Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı 
və  deportasiya  siyasətinin  aparılması,  azərbaycanlıların  dədə-baba  torpaqlarından 
qovulmasının  başa  çatdırılması  və  s.)  izah  olunur. Azərbaycan  xalçalarının  İrəvan 
qrupunun ayrılması xalqın ənənələrinin qorunması, yaşadılması, tarixi torpaqlarına 
sədaqətinin  ifadəsi  üçün  də  əhəmiyyətlidir.  Ulu  öndər  Heydər  Əliyev  demişdir: 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə