“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   2   3   4   5   6   7   8   9   ...   52

15
I. İrəvan bölgəsi 
XVIII əsrin II yarısı - XX əsrin əvvəllərində
İrəvan Azərbaycanın  qədim  tarixi-coğrafi  bölgələrindən  biridir.  Hazırda  İrəvan 
bölgəsi “Qərbi Azərbaycan” da adlandırılır. 
Azərbaycanın digər bölgələri kimi, İrəvan bölgəsi də arxeoloji abidələrlə zəngin 
olmuşdur.  Bu  bölgə  həmin  ərazidə  meydana  gələn  müstəqil  İrəvan  xanlığınadək 
Azərbaycanda mövcud olmuş dövlətlərin tərkibinə daxil idi. İrəvan bölgəsi Albaniya 
dövlətinin (e.ə. IV-e.VII əsrlər) meydana gəlməsində və inkişafında mühüm rol oy-
namışdır. VII əsrdə Ərəb Xilafətinin hakimiyyəti ilə islam dininin yayılması bölgənin 
dini  həyatında  köklü  dəyişikliklərə  səbəb  olsa  da,  Albaniya  dövrünün  xristianlıq 
ənənələri  də  davam  etmişdir.  Ərəb  xilafətinin  dağılması  ilə  müstəqil  Azərbaycan 
dövlətləri yaranan zaman, İrəvan bölgəsi Sacilər, sonra isə Şəddadilər dövlətlərinin 
tərkibində olmuşdur. Səlcuq imperiyasının parçalanması yeni və güclü Azərbaycan 
Atabəylər  dövlətinin  (1136-1225)  yaranması  ilə  nəticələnmişdir.  İrəvan  bölgəsi 
Atabəylər dövləti tərkibində də vacib rol oynayırdı. Monqol imperiyasından (XIII-
XIV əsrlər) sonra İrəvan bölgəsi Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501) və 
Səfəvilər (1501-1736) dövlətlərinin tərkibində olmuşdur.
Nadir  şahın  (1736-1747)  ölümündən  sonra  Azərbaycanda  meydana  gələn  xan-
lıqlardan biri də İrəvan xanlığı idi. İrəvan xanlığı “Şimali Azərbaycanın qərbində-
keçmiş  Səfəvi  imperatorluğunun  inzibati-ərazi  vahidlərindən  biri  olan  Çuxursəd 
bəylərbəyiliyinin  ərazisində  yaranmışdı”.
1
  Xanlıq  Ağrıdağ  düzənliyi,  Göyçə  gölü 
hövzəsi və Araz çayından cənub-qərbə doğru uzanan Qərbi Azərbaycan torpaqları-
nı əhatə edirdi (Xəritə 1). İ.Şopenə görə, xanlıq paytaxtı İrəvan şəhəri olmaqla inzi-
bati cəhətdən 15 mahala bölünürdü: Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, 
Şərur,  Sürməli,  Dərəkənd,  Saatlı,  Talın,  Seyidli-Axsaxlı  (xəritədə  Seyid-Axsaqqal), 
Sərdarabad, Karpi, Aparan, Dərəçiçək, Göyçə.
2
İrəvan xanlığının əhalisini demək olar ki, azərbaycanlılar təşkil edirdi. Ermənilərə 
gəldikdə, bu barədə xüsusi tədqiqatda qeyd edilir ki, “ümumiyyətlə, XIX yüzilliyin 
əvvəlində - Rusiya işğalına qədər ermənilərin Azərbaycan torpaqlarında toplu halın-
da yaşamasını dövrün heç bir qaynağı təsdiq etmir”.
3
 
İrəvan xanlığının idarə sistemi Azərbaycanın digər xanlıqlarında olduğu kimi idi. 
Dövlətin başçısı xan idi. İrəvan xanlığını mövcud olduğu dövrdə (1747-1827) Meh-
di xan Qasımlı (1747-1748), Məhəmməd Hüseyn xan Gəraylı (1748-1751), Xəlil xan 
Özbək  (1751-1755),  Həsənəli  xan  Qacar  (1755-1759),  onun  qardaşı  Hüseynəli  xan 
(1759/60-1783), Hüseynəli xanın oğlanları Qulaməli xan (1783-1784) və Məhəmməd 
Hüseyn xan (1784-1805), Əliqulu xan Qacar (1797, iyun), Həsən xan Məkulu (1797, 
yay), Mehdiqulu xan Qacar (1805-1806), Əhməd xan Marağalı (1806, avqust-oktyabr), 
Hüseynqulu xan Qacar (1806-1827) burada hakimiyyətdə olmuşdur.
4
 İrəvan xanları-
nın əsas siyasi xətti xanlığın müstəqilliyini təmin etməkdən ibarət idi. 1790-cı illərədək 

İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi... s.37
2
 Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к 
Российской империи. СПб., 1852, с. 442-443
3
 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi... s.80
4
 Yenə orada, s. 60-61


16
dövrün gərgin siyasi hadisələrinə baxmayaraq, İrəvan xanları müstəqilliyi qorumağa 
nail ola bilmişdilər. Ağa Məhəmməd Qacarın hakimiyyət uğrunda mübarizədə qalib 
gəlib, mərkəzləşdirmə siyasəti yürütməsi ilə İrəvan xanlığının müstəqilliyi üçün də 
təhlükə yarandı.
Ağa Məhəmməd Qacar 1795-ci ilin yayında 35 günlük mühasirədən sonra İrəvan 
qalasını tutdu. 1796-cı ildə V.Zubovun hücumu zamanı Məhəmməd xan diplomatik 
manevr edərək, Rusiyaya meylləndi. Qacarın yeni hücumu zamanı Məhəmməd xan 
tutuldu və hakimiyyət Əliqulu xana keçdi. Qacarın ölümündən sonra Əliqulu xan 
İrəvandan qovuldu. İranın yeni şahı Fətəli şah Məhəmməd xanı yenidən hakimiyyətə 
gətirdi. 1804-1813-cü illər Rusiya-İran müharibəsi zamanı Rusiyanın İrəvan xanlığını 
iş ğal planı baş tutmadı. Gülüstan müqaviləsilə İrəvan xanlığı İranın tərkibi nə keçdi
1
 
(Xəri tə 2). 
1
 Muradov V. Azərbaycan xalçaları. İrəvan qrupu. Bakı, 2011, s. 15


17
1826-1828-ci  illər  Rusiya-İran  müharibəsi  zamanı  hər  iki  tərəfin  əsas  strate-
ji hədəflərindən biri İrəvan şəhərinin və xanlığın işğalı idi. Rusiyanın hücumlarına 
qarşı  dəfələrlə  qəhrəmanlıqla  müqavimət  göstərilməsinə  baxmayaraq,  ermənilərin 
xəyanəti  üzündən  1827-ci  ilin  oktyabrında  İrəvan  şəhəri  işğal  olundu  (Xəritə  3)
Türkmənçay müqaviləsilə xanlıq Rusiyaya birləşdirildi və ləğv edildi.
1
 
İrəvan xanlığının iqtisadi həyatında kənd təsərrüfatı əsas yer tutsa da, sənətkarlıq 
da inkişaf etmişdi. Sənət sahələri arasında xalçaçılığın mühüm rolu var idi. Şopen 
toxuculardan bəhs edərkən, xalça məmulatları istehsalına da diqqəti cəlb etmişdir.
2
 
İrəvan xanlığının tarixinə aid tədqiqatlarda qeyd edilir ki, “İrəvan xanlığında fərdi 
sənətkarlıqda xalçaçılıq əsas yerlərdən birini tuturdu. Xalçaçılar həm özləri, həm də 
1
 Muradov V. Azərbaycan xalçaları. İrəvan qrupu. Bakı, 2011, s. 15
2
 Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к 
Российской империи..., 336-365 СПб., 1852, с. 442-443


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə