“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə14/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

37
2.7. Qırxbulaq və Əştərək
Qırxbulaq və Əştərək ərazisində toxunan xalçaların oxşar cəhətləri əsasında on-
ları  bir  qrupda  birləşdirmək  olar.  İrəvandan  13  km  şimal-şərqdə  yerləşən  Əştərək 
qədim türk-oğuz torpağı olmuşdur. Qədim türk dilində “şam ağacı” anlamını verən 
“terek” və türk xristianlığının izi olan “xaç” sözü bu ərazinin adında özünü göstərir. 
Bölgədə qədim türk inancları və islam dini ilə bağlı xeyli abidə vardır. Eyni zamanda, 
səlcuqların bu ərazilərlə bağlılığı xalçalarda, memarlıq incilərində öz izini buraxmış-
dır. 
Əştərək bölgəsinin ərazisi yarı dağlıq, yarı düzən likdir. Bu bölgə əsrarəngiz alp 
çəmənlikləri və dağətəyi meşəliklərlə zəngin idi. Meşələrində palıd, qoz, cır ərik, cır 
alça, yemişan ağacları bitirdi. Yerli əhali kal qozu əncir yarpağı ilə birlikdə qaynadıb 
yaşıl rəng əldə edirdi. Lacivərd daşından isə tünd sürməyi rəng, lazuritdən bənövşəyi 
rəng  alınırdı.  Bölgənin  əsrarəngiz  mənzərələrinin,  güllü-çiçəkli  bağlarının,  yaşıl 
meşələrinin, çəmənliklərinin gözəlliyi xal çalara hopmuş, onlara min bir rəng vermiş-
dir. Əş tərək bölgəsində yaşayan əhalinin folkloru, adətləri, eyni zamanda, mətbəxi, 
məişəti ümumi Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Bu bölgənin əsrarəngiz 
mən zərələrinin,  güllü-çiçəkli  bağlarının,  yaşıl  meşələrinin  və  alp  çəmənliklərinin 
gözəlliyi burada toxunan xalçalardan da yan keçməmişdir.
Qırxbulaq  İrəvan  şəhərinin  yaxınlığında  yerləşən  çayları,  bulaqları  ilə  məşhur 
olan bir mahaldır. Tiflis yolunun üzərində yerləşən bu mahal da qədim körpüləri, 
məscidləri və türk xristianlığının izi olan məbədləri ilə məşhur idi. Burada yaşayan 
əhali hələ qədim dövrlərdən dəvə təsərrüfatları ilə məşhur olmuşdur. Mineral ehti-
yatlarının zənginliyi və boyaq bitkilərinin çeşidliliyi burada tarixi çox qədimə gedib 
çıxan boyaqçılıq sənətinin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Qırxbulaq ma-
halında Ellər bölgəsinin Avdallar, Göykilsə, Cadqıran, Civriş, Ellər qəsəbəsi, Ərzni 
qəsəbəsi, Kənəkir, Nurnus və digər kəndlər xalçaçılıq məntəqələri olmuşdur.
Əştərək  bölgəsinin  Ucan,  Fətrici,  Pərpi,  Kötəkli  və  Əştərək  şəhərində  yaşayan 
qədim azərbaycanlılar da xalçaçılıqla məşğul olmuşlar (bax: Qırxbulaq mahalında 
toxunan xalçalar. bax: Kataloq. № 82, 91; Əştərək mahalında toxunan xalçalar. bax: 
Kataloq. № 8, 66, 94, 97). Qırxbulaq, Əştərək xalçaları kompozisiya quruluşuna görə 
Qazax-Borçalı  xalça  qrupuna  yaxındır.  Qırxbulaq-Əştərək  mahallarında  toxunmuş 
xalçalarda  gül-çiçək,  ağac,  ulduz,  “romb”,  “buta”,  “S”şə killi,  dördbucaqlı,  paxlava 
formalı, kənarları pilləli elementlərdən geniş istifadə edilmişdir.


38
2.8. Aparan, Dərəçiçək və Talın
Bu mahalların da xalçaları kompozisiya quruluşuna və elementlərinə görə Qazax-
Borçalı xalçaçılıq qrupunu təmsil edən xalçalara yaxındır.
Talın mahalı dəniz səviyyəsindən 2047 m yüksəklikdə yerləşir. Burada yerləşən 
möhtəşəm Alagöz dağının hündürlüyü 4095 metrdir. Dağ vulkan mənşəlidir. Göz 
oxşayan  əsrarəngiz  mənzərəyə,  alp  çəmənliklərinə,  hündür  dağlara  malik  olan  bu 
rayonda hələ qədim dövrlərdən nəfis xalçalar və xalça məmulatları toxunmuşdur. 
Burada  heyvandarlıq  yüksək  səviyyədə  inkişaf  etmişdir.  Zərif  yunlu  qoyunların 
bəslənməsi xammal ehtiyatının bolluğuna səbəb olmuşdur. Bu da xalçaçılığın inkişa-
fına təsir göstərmişdir. Təbii üsulla alınan boyaq maddələri burada toxunmuş xalça-
ların kompozisiyasının emosional təsir gücünü artırmış və xalçalara ecazkar görkəm 
vermişdir.
Talında toxunmuş xalçaların (Talın mahalında toxunan xalçalar. bax: Kataloq. № 
2, 54, 69) gözəlliyinin, parlaqlığının səbəbi onların zərif, parıltılı, elastik yundan alı-
nan iplərdən toxunmasıdır. Burada toxunan xalçalarda rənglərin və rəng çalarlarının 
sayı 7-dən 10-a qədər, bəzən isə daha çox olmaqla dəyişir. Talın bölgəsinin Ayna-
lı, Quldərviş, Əkərək, Aşnaq, Mehriban, İrind, Sultanabad kimi kəndləri xalçaçılıq 
məntəqələri olmuşdur.
İrəvan  şəhərindən  59  km.  şimal-qərbdə  yerləşən  Aparan  Qazax  çayının  sahi-
lindədir.  Tarixi  çox  qədimə  gedib  çıxan  bu  şəhərin  və  onun  ətrafındakı  kəndlərin 
əhalisi, əsasən, Azərbaycan türkləri olmuşdur. Bunu yer-yurd adları da təsdiq edir. 
Mürəkkəb  relyefə  malik  olan  Aparan  şimaldan  başı  qarlı  dağlarla,  cənubdan  isə 
çöllərlə əhatələnib. Alp çəmənliklərində və qayalarda bitən kollar buranın xalçaçılıq 
sənətinə öz təsirini göstərmiş, əlvan rənglərin alınmasına imkan yaratmışdır. 
Bu bölgənin Babakişi, Kirəşli, Düzkənd kimi kəndlərində müxtəlif çeşidli xalçalar, 
məfrəş, xurcun, heyvə, çul və s. kimi xovsuz məişət əşyaları toxunmuşdur (Aparan 
mahalında toxunan xalçalar. bax: Kataloq. № 7, 11). Aparan şəhərində isə xalçaçılıq 
sənəti tədricən unudulmuş, yalnız bəzi evlərdə saxlanılmışdır. 
Dərəçiçək mahalına aid olan Axtı bölgəsinin xalçaları olduqca məşhur idi (Dərəçiçək 
mahalında toxunan xalçalar. bax: Kataloq. № 16, 74, 84, 99, 100). İrəvandan 50 km 
məsafədə yerləşən Dərəçiçək mahalı və Axtı İrəvan xanlarının yay iqamətgahı olmuş-
dur. Burada Yay sarayının, Xan bağının izləri mövcuddur. Ərazisindən axıb keçən 
Zəngi və Böyük çayları bu bölgəyə füsunkar gözəllik bəxş edirdi. Dərəçiçək maha-
lının şimaldan Qarakilsəyə qədər uzanan Teş dağları qədim türklərin - Dış Oğuzla-
rın sərhəddini göstərir. Həmçinin Dərəçiçəkdə olan Altuntaxt yaylağı ”Kitabi-Dədə 
Qorqud”da adı çəkilən Altuntaxtla eynilik təşkil edir.
  Bu  bölgə  dağlıq  ərazi  idi  və  dəniz  səviyyəsindən  1500-2000  metr  yüksəklikdə 
yerləşirdi.  Yerli  əhali,  əsasən,  kənd  təsərrüfatı  ilə  məşğul  olurdu.  Hələ  qədimdən 
Alapars,  Qorçulu,  Bığlı,  Qaraqala,  Qarnıyarıq,  Ozanlar,  Ulaşıq  kəndləri  xalçaçılıq 
ənənələri ilə məşhur olmuşdur. Ümumiyyətlə, adı çəkilən hər üç mahalın xalçaçılıq 
ənənələri göstərir ki, bu ərazidə uzun tüklü, qara, qonur rəngli qoyunların, keçilərin 
saxlanılması toxunma texnologiyasına da təsir etmişdir. 
Aparanda, Dərəçiçəkdə, Talında toxunan xalçalarda əsas elementlərlə yanaşı, “sal-
lama”,  “qoşabuynuz”,  “da raq”,“şamdan”,  “S”şəkilli,  “ulduz”,  “dörd  ünsür”  və  s. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə