“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

35
Vedi  bölgəsinin  Kotanlı,  Avşar,  Türk  gölü,  Ağaslı,  Arazdəyən,  Bayburt,  Böyük 
Vedi, Qaralar, Dəvəli, Yengicə, Kolanı, Taytan, Şidli, Şirazlı, Şıxlar kimi kəndləri də iri 
xalçaçılıq məntəqələri olmuşdur. Özünün füsünkar təbiəti, göz oxşayan mənzərələri 
ilə seçilən, nüfuzlu Seyidlər tayfasının məskunlaşdığı Kotanlı kəndində Əsli xanım 
yaşayırdı. Onun əlləri ilə bir-birindən gözəl xalçalar toxunmuş, incə ilmələr vurul-
muş və yaratdığı naxışlar bütün ətraf kəndlərin xalçaçılarını heyran qoymuşdu. 
Gərnibasar mahalının Qəmərli bölgəsi məşhur xalçaçılıq məntəqələrindən idi. Bu 
bölgənin Arpavar, Baş nalı, Yamancalı, Muğamlı, Sabunçu kimi kəndlərində gözəl 
xalçalar toxunurdu. Bu yerlərdə “Namazlıq”lar, kilimlər, məfrəşlər, çullar üstünlük 
təşkil etmişdir. 
Gərnibasar  və  Vedibasar  mahallarında  toxunan  xalçalarda  göllərin  mərkəzində 
“çərxi-fələk”,  “qoşaquyrum”  (“qoşabuynuz”)  elementləri  işlənirdi.  Bu  xalçalarda 
da “S”şəkilli , “X”şəkilli , “qarmaqlı”, rombvari, kənarları pilləli klassik elementlər, 
müxtəlif ölçülü həndəsi fiqurlar və s. motivlər olurdu.
2.6. Zəngibasar və Sərdarabad
İrəvana bitişik olan Zəngibasar azərbaycanlıların qədim yaşayış məskənlərindən 
biri olmuşdur. Bu ərazini mədəniyyət və təhsil mərkəzi də adlandırmaq olar. Hələ orta 
əsrlərdən bölgənin əhalisi islam dünyasının müxtəlif şəhərlərində təhsil alaraq, bura-
nın sakinlərinin dini və elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış-
lar. İrəvanla coğrafi yaxınlığı bölgənin mədəni mühitinin formalaşmasına öz təsirini 
göstərmişdir.  Bu  mahalı  mərkəzindən  keçən,  mənbəyini  Göyçə  gölündən  götürən 
Zəngi çayı iki yerə bölürdü. Bir çox qədim mənbələrdə adı çəkilən Zəngi çayı bol 
suyu ilə Zəngibasar mahalının torpağını daha da bərəkətli edirdi. Bir çox səyyahların 
bu  bölgə  haqqında  tarixi  qeydləri  mövcuddur.  Yerli  əhalini,  onun  məişətini  təsvir 
edən səyyahlar burada zadəgan ailələrinin yaşadığını, din xadimlərinin, ziyalıların 
olduğunu  vurğulamışlar.  Əsasən,  taxılçılıqla,  bostançılıqla,  tərəvəzçiliklə  məşğul 
olan yerli əhali xüsusi əkinçilik ənənələri yaratmışdır. Bölgədə ipəkçilik və heyvan-
darlıq da geniş inkişaf etmişdir. Ucu-bucağı görünməyən, göz oxşayan biçənəkləri, 
yaylaqları  olan  Zəngibasarın  al-əlvan  bitki  örtüyü  burada  boyaqçılığın  inkişafına 
təkan vermişdir. Zəngibasar boyunca xüsusi boya hazırlayan sənətkarların yaşadıq-
ları məhəllələr var idi. 
Bu  ərazidə  yaşayan  əhalinin  geyimi  haqqında  da  xüsusi  bəhs  etmək  lazımdır. 
Kişi  geyimləri,  əsasən,  arxalıq,  çuxa  və  şalvar,  enli  çit  qurşaq,  dəri  çarıq,  başmaq-
dan  ibarət  idi.  Qadın  geyimlərindən  isə  uzun  arxalıq,  çit  köynək,  ləçək  və  yaylığı 
göstərmək  olar.  Karvan  yolunun  üstündə  yerləşən  Zəngibasar  mahalının  əhalisi 
zinət əşyalarından da çox istifadə edirdi. Xüsusi gümüş pullar, gümüşdən və qızıl-
dan hazırlanan silsilələr, əsas zərgərlik nümunəsi sayılan kəmərlər bu mahalın xa-
nımlarına xüsusi yaraşıq verirdi. Zəngin mətbəxi, folkloru, el-oba oyunları, meydan 
tamaşaları  ilə  yadda  qalan  Zəngibasar  mahalının  xalçaçılıq  ənənəsi  də  zəngin  idi. 
Zəngibasarda şöhrəti bütün Qafqaza yayılmış Uluxanlı məktəbi, müqəddəs Ağdədə 
ocağı, Qarapirim ocağı, Şahin qalası, hamamlar və saysız-hesabsız məscidlər bura-
da yaşayan əhalinin dünyagörüşündən, mədəniyyətindən və türk kökündən xəbər 
verirdi.  Zəngibasar  bölgəsinin Arbat, Aşağı  Necilli,  Qaraqışlaq,  Dəmirçi,  Zəngilər, 


36
Zəhmət, Rəncbər, Uluxanlı, Hacı Elləz, Şorlu kimi məntəqələrində toxunan xalçalar 
öz incəliyi, zərifliyi ilə seçilirdi. Bölgənin əksər kəndləri süni şəkildə ləğv edilsə də, 
əhalisi zorla deportasiya olunsa da, orada toxunan xalçalar bu torpağın yaddaşını bu 
günümüzədək qoruyub saxlamışdır. Bu baxımdan əldə olan sənət nümunələri hələ 
ötən əsrin ortalarından məhv olunmuş böyük bir mədəniyyətdən xəbər verir. Bu ma-
halın Üçkilsə bölgəsində də xalça toxumaq ənənəsi mövcud olmuşdur.
İrəvanın qədim mahallarından olan Sərdarabad öz qalası ilə məşhur idi. İrəvan 
xanı bu ərazilərdən istər müdafiə məqsədi ilə, istərsə də strateji məntəqə kimi istifadə 
edirdi. Bu mahalın İrəvan xanlığının tarixi ilə xüsusi bağlılığı və tarixi əhəmiyyəti 
qeyd olunmalıdır. Sərdarabad şəhərinin özü, Kərimarx, Qatırabad, Xeyirbəyli, Şah-
verdi kimi kəndlər azərbaycanlıların məskunlaşdığı ərazilər olmuş və burada çeşidli 
kilimlər, palazlar, xurcunlar toxunmuşdur. Bu yerlərdə aparılan arxeoloji qazıntılar 
zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri, məişət əşyaları, müxtəlif daş 
fraqmentləri və onların üzərində həkk olunmuş təsvirlər böyük türk mədəniyyətinin 
yadigarlarıdır. 
Kompozisiya quruluşuna görə bu ərazidə toxunan xalçaların Azərbaycanın Qazax-
Borçalı və Təbriz xalça qrupuna aid nümunələrlə yaxınlığı hiss olunur (bax: Zəngibasar 
mahalında toxunan xalçalar. Kataloq. № 43, 48; Sərdarabad mahalında toxunan xal-
çalar. Kataloq. № 59, 79, 85). Bölgənin əhalisinin mifoloji dünyagörüşündən, inanc-
larından irəli gələn, onları ifadə edən həndəsi elementlərlə bərabər, süjetli, daha incə 
naxışlı xalça məmulatlarına da rast gəlinir. Zəngibasar və Sərdarabad mahallarının, 
coğrafi  mövqeyinə  görə  Cənubi Azərbaycanla  yaxınlığı,  həmçinin  burada  yaşayan 
əhalinin Təbriz, Xoy, Maku kimi şəhərlərlə ticari, mədəni əlaqələri Güney Azərbaycan 
mədəniyyətinin izlərini burada barmaqları ilə əvəzsiz sənət nümunələri yaratmış to-
xucuların yaddaşına həkk etmişdir. Nəbati elementlər burada toxunan xalçalar üçün 
də xarakterik idi və bunlar ana təbiətin xalça üzərində bədii təzahürü kimi çıxış edir-
di. Dünyaya inam, əbədiyyət axtarışı, ilahi qüvvəyə səcdə kimi duyğular öz əksini 
xalçalar üzərində tapırdı. Qızılgül, süsən, bənövşə və s. güllərin xalça üzərində təsviri 
onu  toxuyanların  estetik  zövqlərini  təzahür  etdirirdi.  Bunu  da  qeyd  etməliyik  ki, 
İrəvan qrupunun əksər xalçalarında olduğu kimi, Zəngibasar və Sərdarabad xalça-
larının üzərində də hicri təqvimlə tarixlər göstərilirdi. Bu ərazidə zili, cecim, sumax, 
çul, çanta, xaral kimi xalça və xalça məmulatları toxunur, onların üzərində həndəsi, 
nəbati, zoomorf elementlər və süjetlər yer alırdı. Zəngibasar və Sərdarabad mahal-
larında toxunan xalçalarda, əsasən də kilimlərdə rombvari, “damğa”, böyük ölçüdə 
uzunsov “S”şəkilli təsvirlər və həndəsi motivlər işlənirdi. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə