“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

41
yük tarixə malik olan ərazilərindən biri hesab edilir. İri yaşayış məntəqələri olan Ağu-
di, Ağkənd, Vağudi, Qarakilsə, Şıxlar, Qızılcıq, Dəstəkerd, Murxuz, Urud, Comərdli, 
Şəki kəndlərində xalçaçılıq ənənəsi davam etdirilmiş, bölgə özünün rəngarəng, şux 
xalçaları ilə şöhrət qazanmışdır. 
Zəngəzurda toxunmuş kilimlər nəfis tərtibatı ilə göz oxşayır; bu mahalda “qoşa-
buynuz”, “qarmaqlı”, “S”şəkilli, dörd, altı, səkkiz, on iki ləçəkli güllər, spiralşəkilli, 
ox işarəli, “məşəl”, “şamdan”,“damğa” adlandırılan motivlər çox yayılmışdır.
2.10. Dərələyəz 
Dərələyəz mahalı
1
 özünün xüsusi xalça kompozisiyaları, forma və rəng çalarları 
ilə seçilirdi. Təsadüfi deyil ki, bu bölgədə olmuş İ.Şopen Dərələyəz mahalını “Za-
qafqaziyanın  İsveçrəsi”  adlandırmışdır.  Mahalın  başdan-başa  bərəkətli  torpaqla-
rı,  meşələri,  çəmənlikləri  məşhur  idi.  Dərələyəz  mahalını  Azərbaycan  xalçaçılıq 
sənətinin beşiklərindən biri hesab etmək olar. Burada olan bitkilərin yüksək yağlılıq 
dərəcəsi onlardan alınan boyaqları təravətli və şux edirdi. 
Dərələyəz mahalı Təbrizlə İrəvanı Qarabağa bağlayan yolun üzərində yerləşirdi. 
Məhz buna görə də burada körpülərin, karvansaraların sayı çox idi. Bu mahalda yaşa-
yan əhalinin folklorunda türk motivləri açıq-aşkar duyulmaqdadır. Xüsusən, əjdaha 
ilə bağlı motivlər çox geniş yayılmışdır. Əjdaha və ilan inancları rəmz kimi, istər me-
marlıqda, istərsə də dekorativ-tətbiqi sənətdə geniş işlənmişdir. Qalaların qalıqları, 
mağaraların çoxluğu, mineral bulaqların bolluğu bu bölgənin ecazkar mənzərəsini 
tamamlayaraq, təbiət gözəlliklərinin xalçalara və xalça məmulatlarına köçürülməsinə 
rəvac vermişdir.
Dərələyəz mahalının iri yaşayış bölgələrindən biri də Keşişkənddir. Bu bölgənin 
Almalı, Bülbülölən, Qabaxlı, Qaraqaya, Qovuşuq, Ələyəz, Əmağu, Kədikvəng, Gü-
lüdüzü, Sallı, Hors, Çivə kəndlərində xalçaçılıq geniş yayılmışdır. Soylan bölgəsinin  
Axta, Zeytə, Kabut, Kotanlı, Köçbəy, Gomur, İtqıran, Her-her kimi kəndlərində tarixi 
çox qədimlərə gedib çıxan müxtəlif sənət növləri inkişaf etmişdir. Dərələyəzdə to-
xunan xalçalar kompozisiya quruluşuna görə həm Qarabağ, həm də Qazax-Borçalı 
xalçaçılıq qruplarına yaxındır. Bu bölgədə toxunmuş xalçalarda stilizə edilmiş ilan, 
əjdaha təsvirlərinə tez-tez rast gəlinir. Toxucular, əsasən, qara və qonur rəngli qoyun 
yunundan hazırlanan iplərdən istifadə edirdilər.
Dərələyəz mahalında toxunmuş xalçalar yüksək bədii tərtibatı ilə seçilir (Dərələyəz 
mahalında toxunan xalçalar. bax: Kataloq. № 3, 13, 31, 34, 37, 47, 51, 57, 64, 77, 92)
Bu mahalın xalçalarında “əjdaha”, “Z”şəkilli , “damğa”, stilizə olunmuş quş, “çərxi-
fələk”, “bulud”, “qırxbuynuz”, “əlibelində”, ”T” şəkilli, ”sərmə”, “S”şəkilli, “qoşa-
buynuz”, “məşəl”, “buta” motivlərinə rast gə li rik. Dərələyəz mahalının xalçalarında 
rənglər 7-11 arasında dəyişir.
1
    Azərbaycan folkloru antologiyası. XV cild (Dərələyəz folkloru). Bakı, 2006; Bayramov İ. Qərbi 
Azərbaycanın türkmənşəli toponimləri. Bakı, 2002; Budaqov B., Qeybullayev Q. Ermənistanda 
Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998; Ermənistan azərbaycanlılarının 
tarixi coğrafiyası. Bakı, 1995; Həbib Rəhimoğlu. Silinməz adlar, sağalmaz yaralar... Bakı, 1997; 
Зелинский С.П. Три магала: Нахичеванский, Ордубадский и Даралагезский. Географически-
статистическое и сельскохозяйственное описание // Сборник сведений о Кавказе. т.VII. 
Тифлис, 1880; Зубиетян В.Г. Даралагяз (Экономико-географический очерк ) // Изв. АН Арм. 
ССР. Общ.науки. 1950, №9.


42
2.11. İrəvan şəhəri
İrəvan qrupu xalçaları arasında İrəvan şəhərində
1
 toxunmuş xalçaları fərqləndirmək 
tamamilə  məntiqlidir.  İrəvan  şəhəri  İrəvan  xanlığının  mərkəzi,  onun  mədəni  və 
siyasi  paytaxtı  İrəvan  şəhəri  olmuşdur.  Bu  qədim  türk-oğuz  yurdunun  tarixini, 
mədəniyyətini tədqiq etmək üçün vaxtilə bu torpaqlarda olmuş, buranın gözəlliyini, 
əhalisi nin məişətini təsvir etmiş səyyahların qeydləri xüsusilə əhəmiyyətlidir. Fran-
sız J.B.Taverniye (1655), J.Şarden (1673), Dübua de Monpere (1833), italyan Cemelli 
(1694), ingilis C.Moriyer (1813), Ker Perter (1817), P. Kameron, M. Vaqner İrəvanın 
gözəlliyini təsvir etmişlər. İrəvanın qədim mədəniyyət mərkəzi olduğunu təsdiqləyən 
Jan  Şarden  qeydlərində  İrəvan  sərdarının  sarayında  1664-cü  ildə  Novruz  bayramı 
günündə tamaşaya baxdığını yazmışdır. Burada mahir ifaçıların olduğunu söyləyən 
müəllif  səhnələşdirilmiş  hərəkətləri  Avropa  operasına  bənzətmişdir.  1881-ci  ildə 
Pənah xan Makinskinin evində “İrəvan xanı Novruz bayramında”, 1882-ci ildə isə 
yerli həvəskarların iştirakı ilə “Tamahkarlıq düşmən qazanır” tamaşası göstərilib. Bü-
tün bunlar burada yaşayan azərbaycanlıların yüksək mədəniyyətindən xəbər verir. 
Adı  qədim  mənbələrdə  çəkilən  bu  şəhər  orta  əsrlərdə  öz  məscid  və  minarələri  ilə 
Qafqazın incisi sayılırdı. İ.Şopen 1832-ci ildə bu şəhərdə 12 məscidin olduğunu bil-
dirmişdir. Həmin məscidlərin arasında ən gözəli Hacı Hüseynəli xan tərəfindən inşa 
olunmuş Göy məsciddir. Əvəzsiz sənət möcüzəsi sayılan Göy məscidin bərpasında, 
kitabənin  yazılmasında  və  onun  divarlarının  bəzədilməsində  böyük  Azərbaycan 
rəssamı  Mirzə  Qədim  İrəvaninin  əvəzsiz  rolu  olmuşdur.  İrəvanda  ilk  məscid  Şah 
İsmayılın əmri ilə 1510-cu ildə tikilmişdir. Səfəvi Məhəmməd Şah Xudabəndə XVI 
əsrdə o dövr üçün olduqca möhtəşəm sayılan bir məscidin tikilməsi barədə göstəriş 
vermişdir. Şah Abbas məscidi də həmin dövrdə, Azərbaycanın bütün şəhərlərində 
olduğu kimi, Şah Abbasın şərəfinə ucaldılmışdır. 1655-ci ildə İrəvana gəlmiş Jan Batul 
Taverniye İrəvan qalasını təsvir etmiş və onu “kiçik şəhər” adlandırmışdır. Səyyah 
təsvirində bürclər, darvazalar, yer və çay adları göstərmişdir ki, bununla da ərazinin 
qədim Azərbaycan torpağı olduğunu sübut etməyə imkan yaranmışdır. Lakin 1679-
cu ildə İrəvanda baş vermiş güclü zəlzələ onun bir çox qədim abidələrini yerlə-yeksan 
etmiş, şəhər yenidən salınmışdır.
XVII  əsrdə  İrəvanın  üç  iri  məhəlləsi  olmuşdur.  Şəhərdə  Təpəbaşı,  Dəmirbulaq, 
eyni  zamanda,  səyyahların  təsvir  etdiyi  kimi  şilə  (qırmızı)  boyayanların,  sabun 
bişirənlərin,  göy  rəngli  parça  boyayanların  məhəllələri  olmuşdur.  Səyyahlar  bu 
günədək gəlib çatan “şiləçi”, “sabunçu”, “boyaqçı” adlarını çəkmişlər.
İrəvanın  tikililəri  haqqında  danışarkən  kərpicdən  və  daşdan  zövqlə  inşa  edil-
miş bina, şəbəkəli, tağlı, dördkünc karvansaralar, xüsusi ornamentlərlə bəzədilmiş 
1
    Bayramov İ. Qərbi Azərbaycanın türkmənşəli toponimləri. Bakı, 2002; Budaqov B., Qeybul-
layev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998; Ermənistan 
azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995; Həbib Rəhimoğlu. Silinməz adlar, sağalmaz 
yaralar... Bakı, 1997; Kərimov S. XIX əsrin əvvəllərində Yerevan şəhərinin urbanizasiyası // Elm 
və həyat, 1991, №3; Məmmədov S. İrəvan şəhərində etnik çevrilişlər // Azərbaycan, 1992, №1-2.
 
Onullahi S. Çuxursəəd – İrəvan Səfəvilər dövründə // Elturan, 1995, №1-2; Акопян Т.Х. История 
Еревана (1801-1879). АДД. Ереван, 1960; Акопян Т.Х. Очерк истории Еревана. Ереван, 
1977; Статистическое описание городов Тифлисской и Эриванской губернии // Кавказский 
календарь на 1866; Статистическое описание городов Тифлисской и Эриванской губернии. 
Тифлис, 1894; Шахазиз Ерв. Старый Ереван. Ереван, 1931.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə