“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

43
fəvvarələr,  gül-çiçək  rəsmləri,  parıltısı  ilə  seçilən  güzgülü  salon,  Təbriz  qapısı, 
Sərdarın sarayı və qala divarlarından bəhs edilir. 
Sərdarın sarayını təsvir edən səyyahlar onun tavanının və divarlarının başdan-ba-
şa bər-bəzəyə qərq olmasından, gül-çiçək, quş rəsmlərindən, kətan parça ilə divarlara 
yapışdırılmış zərif haşiyəli portretlərdən söhbət açırlar.
İrəvanda toxunan xalçalarda da böyükölçülü göllər (medalyonlar) üstünlük təşkil 
edir. (İrəvan şəhərində toxunan xalçalar. bax: Kataloq. № 1, 5, 14, 23, 24, 26, 30, 39, 
46, 68, 70, 73, 83, 87)
Bu  xalçalarda  “qoşabuynuz”,  “S”şəkilli  ,  “çəngəl”,  ”məşəl”,”ox”  işarəli,  beş, 
altı, səkkizguşəli ulduz, “tac”, stilizə olunmuş it və digər heyvanların təsvirləri də 
verilmişdir.  Bu  xalçalarda  stilizə  olunmuş  insan  təsvirləri  də  vardır.  İrəvan  xalça-
larında 8-dən 11-ə qədər rənglərdən istifadə edilmişdir.


44
III. İrəvan bölgəsi xalçalarının təsnifatı
3.1. Xalçaların təsnifatına dair
Xalçalar  toxunuş  texnikasına  görə  xovsuz  və  xovlu  olmaqla  iki  qrupa  bölünür. 
Həsir,  çətən,  buriya,  palaz,  cecim,  kilim,  vərni,  şəddə,  zili,  sumax  və  ladı  xovsuz 
texnika ilə toxunan xalçalardır. Xovsuz xalçalar qrupuna daxil olan xalça və xalça 
məmulatlarında ərqac ipləri “sadə” və “mürəkkəb” üsulla əriş iplərinin arasından 
keçirilir.  Xovsuz  xalçaların  “sadə”  və  “mürəkkəb”  dolama  üsullarında  isə  əlavə 
olaraq yun naxış iplərindən də istifadə edilir. 
Xovlu  xalçalar  isə  “ilmə-düyün”  üsulu,  yəni  “dolama  ilmə”  və  yaxud  “qullabı 
ilmə” texnikası ilə toxunur.
Tədqiqatçılar  xovlu  və  xovsuz Azərbaycan  xalçalarının  keçdiyi  inkişaf  yolunun 
dörd əsas və ardıcıl mərhələsini fərqləndirmişlər:
I  mərhələ  -  xalça  sənətinin  ibtidai  dövrüdür.  Palaz  və  cecimlər  bu  dövrə  aid 
edilir. Bu dövrdə toxunan xalça məmulatı bəzəksiz, saya yerli və birrəngli olmuşdur. 
Sonralar  toxucular  heyvan  yunlarının  təbii  rənglərindən  istifadə  edərək  zolaqlı 
palazlar da yaratmışlar. Xalça sənətinin ibtidai dövrünü təşkil edən və keçirtmə üsulu 
ilə toxunan palaz zolaqlarının üç bədii inkişaf forması vardır:
a) sadə zolaqlar;
b) sulu zolaqlar;
c) naxışlı zolaqlar.
Bu bədii inkişaf formaları cecimlərə də aiddir. Ümumiyyətlə, palaz yaylaq-qışlaq 
həyat tərzi keçirən əhalinin məişətində daha geniş yayılmışdı. Adətən, palazlar dik 
hanalarda, cecimlər isə yer hanalarında toxunurdu.
II  mərhələ  -  xalça  sənətinin  texniki  və  bədii  cəhətdən  inkişafının  ilk  dövrüdür. 
Bu  dövrdə  sadə  dolama  texnikası  ilə  kilim  toxunmağa  başlayır.  Bu  texnikanın 
meydana gəlməsi xalçaların üzərində ibtidai formalı, sadə naxışlar toxumağa imkan 
yaratmışdır.  Palaz  və  kilimlərdən  alaçıqlarda,  dəyələrdə  və  eləcə  də  toyxanalarda 
həm daxili bəzək, həm də xarici örtük kimi istifadə olunurdu. 
III mərhələ - vərni, şəddə, zili, sumax, ladı toxuma üsulunun meydana gəlməsi 
ilə xarakterizə olunur. Mürəkkəb dolama texnikasının çox geniş yayıldığı bu dövr 
xalça bəzəyinin mürəkkəbləşməsi və müxtəlif ölçülü naxış elementlərinin inkişafı ilə 
yadda qalır. Xalça sənətinin üçüncü dövrünü təşkil edən və mürəkkəb dolama üsulu 
ilə  yaranan  şəddə  və  vərnilər  əksər  hallarda  maldarlıqla  məşğul  olan  bölgələrdə 
toxunurdu.  Buna  görə  də  belə  xalçaların  üzərində,  başlıca  olaraq,  stilizə  edilmiş 
heyvan təsvirlərinə daha çox təsadüf edilir. Şəddə və vərninin ilk dəfə Qarabağda, 
Naxçıvanda  istehsal  olunduğu  ehtimal  olunur.  Mürəkkəb  dolama  toxuma  üsulu 
ilə toxunan zili istər toxunuşuna, istərsə də bədii cəhətlərinə görə şəddə və vərniyə 
nisbətən daha mükəmməldir. 
Xovsuz  xalçalar  və  xalça  məmulatları  özünəməxsus  ornamentlərə  malikdir.  Bu 
ornamentlər  arasında  palaz  zolaqları,  kilimlərə  xas  klassik  elementlər,  şəddə  və 
vərni elementləri, zili, ladı, sumax elementləri adı altında qruplaşaraq bir-birindən 
fərqlənirlər.
Qədim  istehsal  tarixinə  malik  xovsuz  xalçalar  bütün  dövrlərdə  yerli  əhalinin 
məişətinin ayrılmaz hissəsi olmuşdur. Xalçaçılar məfrəş, xurcun, heybə, çuval, çul, 


45
yüküzü və s. kimi məişət əşyalarının yüngüllüyünü və yumşaqlığını nəzərə alaraq, 
onların  istehsalında  daha  çox  xovsuz  toxuma  texnikasına  üstünlük  verirdilər.  Bu 
ənənə hal-hazırda da davam etdirilir.
IV  mərhələ  -  düyünləmə,  yəni  əvvəllər  dolama  ilmə,  sonralar  isə  qullabı  ilmə 
texnikası ilə əmələ gələn xovlu xalçatoxuma üsulunun inkişaf etdiyi dövrdür. Xalçaçılıq 
bu mərhələdə istər texniki, istərsə də bədii cəhətdən yüksək inkişaf dövrünu yaşayır. 
Hələ eramızdan əvvəl tətbiq olunan ilmə-düyün texnikası, bütün digər üsullardan 
fərqli olaraq, mürəkkəb kompozisiyaların tətbiqinə imkan yaratmışdır. Bu texnikanın 
inkişafı ilə əlaqədar yeni istehsal alətləri (dəmir qayçı, bıçaq) meydana gəlir. Həm 
xovlu, həm də xovsuz xalçaların toxunma prosesində digər istehsal alətləri - həvə və 
kirkit tətbiq edilmişdir.
1
Xovlu xalcalar istifadə baxımdan müxtəlif ölçülərə malik olmuşdur. Kicik ölcülü 
xalcalar – “Namazlıq”, puştu, taxt üstü, xalça, iri ölçülü xalçalar isə xalı, kənarə, üç-
beş hissədən ibarət olan xalçalar dəst xəli-gəbədir. Xalça kompozisiyasının iki hissəsi 
- arasahə və haşiyə qurşağı fərqləndirilir.
Azərbaycanın  İrəvan  bölgəsində  də  xalçaçılığın  inkişafı  belə  bir  yol  keçmiş  və 
sənətkarlıq nöqteyi-nəzərindən mükəmməl səviyyəyə yüksəlmişdir. İrəvan bölgəsi 
xalçalarının  sənətkarlıq  xüsisiyyətlərini  müəyyən  etmək  üçün  xovsuz  və  xovlu 
xalçaları
2
 ayrı-ayrılıqda nəzərdən keçirək.
3.2. İrəvan bölgəsinin xovsuz xalçaları və 
onların sənətkarlıq xüsusiyyətləri
3.2.1. Kilimlər
Xovsuz xalçalar içərisində kilimlər mühüm yer tutur. İrəvan bölgəsində toxunan 
kilimlərin sənətkarlıq xüsusiyyətlərini müəyyən etmək üçün xüsusi olaraq toplanmış 
on yun və kilim (bax: Kataloq. № 52, 54, 55, 57, 58, 59, 60,63, 67, 74) tədqiqata cəlb 
edilmişdir.  Onların  hər  birinin  xronoloji  ardıcıllıqla  sənətkarlıq  xüsusiyyətlərinin 
şərhini verək. 
İlk belə kilim (bax: Kataloq. №52) h. 1292-ci ilə (1875-ci il) aiddir. Bu kilim İrəvan 
bölgəsinin  Şörəyel  mahalında,  Gümrü  şəhərində  toxunmuşdur.  Ölçüsü  302×193-
dür. Kilimin yuxarı hissəsində sol tərəfdə h. 1292 tarixi işlənmişdir. Bu kilimin əsas 
bəzəyini  rapport  əsasında  qurulan  kompozisiya  təşkil  edir.  Rapportların  dəfələrlə 
təkrarı  əsasında  tərtib  edilən  bu  kompozisiya  tipində  ara  sahədə  kompozisiya 
mərkəzi yoxdur. Rapportlara bölünmüş bu hissələrdə İrəvan kilimləri üçün səciyyəvi 
olan  “kilimgülü”  adlanan  elementlər  təsvir  edilmişdir.  Bu  elementlər  “qarmaqlı” 
elementlər  adlanır.  İrəvan  xalçaları  üçün  səciyyəvi  olan  “qarmaqlı”  elementlərinə 
Qazax-Borçalı və Qarabağ qrupuna daxil olan kilimlərdə də rast gəlinir. Rapportlara 
ayrılmış yaşıl yerlikdəki boşluqlar qırmızı rəngli, qırmızı yerlikli boşluqlar isə sürməyi 
rəngli üz-üzə dayanmış quşu xatırladan qarmaqvari elementlərlə doldurulmuşdur. 
Xalçanın kompozisiya quruluşuna uyğun ölçüsü xalça boyu motivlərin rənglərinin 
ardıcıllıqla dəyişdirilməsinə, ornamental dekorasiyanın orijinallıqla tərtib edilməsinə 
imkan  yaratmışdır.  Xalçanın  haşiyə  hissəsində  toxucular  arasında  “mollabaşı” 
1
    Керимов Л. Азербайджанский ковер. т.II. Баку, 1983, с.9
2
  Müciri C. Azərbaycan xalçaçılığının texnoloji üsulları. Bakı, 1987, s.17-18.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə