“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

33
2.4. Göyçə
İrəvan  xalçalarının  arasında  özünün  naxışları,  rəngləri  ilə  fərqlənən  Göyçə  ma-
halının  sənət  nümunələrini  də  qeyd  etmək  olar.  Göyçə  mahalında  yaşayan  azər-
baycanlıların toxuduqları xalçalar öz kompozisiya quruluşuna görə Qarabağın xal-
çaçılıq  nümunələrinə  yaxındır.  Göyçə  gölü  ətrafında  yerləşən  bu  mahalın  əhalisi 
Qarabağla  sıx  mədəni-iqtisadi  əlaqədə  olmuşdur.  Bu  yaxınlıq  məişətdə,  folklorda 
özünü daha qabarıq büruzə vermişdir. 
Göyçə özünün füsünkar təbiəti, aşıq sənəti, bədii tikmə, misgərlik, dulusçuluq və 
digər sənət sahələri ilə məşhur idi. Bu ərazidə qoyunçuluq təsərrüfatları geniş yayıl-
mışdı ki, bu da xalçaçılığın inkişafına münbit şərait yaratmışdır. Göyçənin təbiətindən 
xalçaya hopan rənglər parlaq və şuxdur. Sənətkarlar toxuduqları xalçalara, kilimlərə, 
məfrəş, çul və digər xalça məmulatlarına onları əhatə edən təbiət mənzərələrini, eyni 
zamanda, türk tayfalarının inanclarını, təfəkkürünü köçürmüşlər. Göyçə xalçaları to-
xucuların yüksək mədəniyyətini, zəngin təxəyyülünü, bədii istedadını nümayiş etdi-
rir (Göyçə mahalında toxunan xalçalar. bax: Kataloq. № 6, 21, 32, 44, 50, 67, 75, 76, 
80, 81, 93, 95, 98).
“Kitabi-Dədə Qorqud”da rast gəlinən yer-yurd adlarını Göyçə gölü boyunca hər 
tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bula-
ğı kimi toponimlər qədim türk yaddaşının və mədəniyyətinin izləridir. Göyçə mahalı 
cənubdan - Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, 
Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna 
salınmış güllü bir nəlbəkini xatırladırdı. Öz füsunkar hüsnü, təbii gözəlliyi ilə ürəkləri 
fəth edən, xoş duyğular oyadan əzəmətli Göyçə mahalı çox qədim zamanlardan bəri 
sazın, sözün beşiyi, şöhrəti dünyaya yayılmış el şairlərinin vətəni olmuş, bir sözlə, 
qədim yurdun sənət məbədinə çevrilmişdir. Göyçə mahalında yaşayıb-yaratmış saz 
ustaları səsləri, nəfəsləri ilə bütün türk dünyasının zəngin könül mülkünü isitmiş, aşıq 
sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim 
qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, sızıltısını 
ifadə etmişdir. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara 
Quzeyadlı dağı, Zod aşırımında Soyuqbulaq oğuz türklərinin daş yaddaşı idi. Göyçə 
elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inancları-
nın kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. “Əyə” 
inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə 
tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-
kompozisiya həllində özünü göstərmişdir.
Bu xalçalar üzərində bədii ənənələr əsrlərdən bəri formalaşmış şəkildə təcəssüm 
olunur.  Sınıq,  bəzən  də  əyri  xətlərlə  işlənən  göllərin,  irili-xırdalı  elementlərin 
zənginliyi bu xalça məmulatlarını estetik baxımdan daha da gözəgəlimli edir. Ənənəvi 
mücərrəd həndəsi işarələrin xalçada özünü büruzə verməsi Azərbaycanın əksər xalça 
qrupları üçün xarakterik olduğu kimi, Göyçə xalçalarında da nəzərə çarpır. Göyçənin 
cecimi, ladısı, zilisi, heybəsi, yəhərüstüsü, ləmiqabağı, xaralı olduqca məşhurlaşmış 
və dünyanın bir çox məşhur kolleksiyalarında yer almışdır. Göyçə mahalı Basarkeçər, 
Çəmbərək, Aşağı Qaranlıq, Kəvər kimi bölgələri əhatə edirdi. Bu mahalın Çəmbərək 
hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Ci-


34
yil, Şorca kimi məşhur və böyük kəndlərində xalçaçılıq sənəti yüksək inkişaf etmiş-
dir. Basarkeçər rayonunun Ağkilsə, Kərkibaş, Pəmbək, Çaxırlı kəndlərində də xalça 
və xalça məmulatları toxunmuş, yerli əhalinin məişətində geniş tətbiq edilmişdir.
Dilbər  guşələrdən  biri  də  Aşağı  Qaranlıq  bölgəsi  idi.  Tamamilə  dağlıq  ərazidə 
yerləşən bu bölgənin çəmənləri sanki təbiətin özünün toxuduğu bir xalı idi. Yanıx, 
Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türklərinin toxuduğu 
rəngarəng xalçalar bu günə qədər gəlib çatmışdır. 
Göyçədə  “Kəvər”  adlanan  ərazinin  xalçalarında  Qarabağ  qrupunun  təsiri  hiss 
olunsa da, yenə də əsas üstünlüyü Qazax-Borçalı qrupunun elementləri təşkil edir-
di. Qazax-Borçalı qrupuna aid “Göycəli” xalçası məhz bu ərazidə yerləşən Göycəli 
kəndində toxunmuşdur. Sonralar bu kəndin əhalisinin bir hissəsi Ağstafa rayonuna 
köçmüş, yeni məskunlaşdıqları yeri də “Kəvər” adlandırmışlar. Kəvərin Ağqala, Ağ-
zıbir, Əyrivəng, Əfəndi, Muğan kəndlərində də bir-birindən gözəl xalçalar, kilimlər, 
palazlar, çullar, məfrəşlər, xurcunlar, heybələr toxunmuşdur.
Göyçə mahalında toxunan əksər xalçalarda böyükölçülü göllər, medalyonlar üs-
tünlük təşkil edir. Bu xalçalarda stilizə olunmuş dəvələrin, eləcə də digər heyvanla-
rın, quşların təsvirlərinə tez-tez rast gəlinir. Göyçə mahalının xalçaçıları “çərxi-fələk” 
motivini  həm  əsas,  həm  də  doldurucu  element  kimi  istifadə  etmişlər.  Doldurucu 
elementlərdən rombvari, “buta”, “ulduz”, qarmaqlı, “Z”şəkilli , “X”şəkilli , yarpaq, 
gül-çiçək, kiçikölçülü ağac təsvirləri daha çox işlədilmişdir. Bu mahalın xalçalarının 
ana haşiyəsi üçün səciyyəvi olan “zülfələm” motivi digər mahalların xalçalarında da 
tətbiq edilmişdir.
2.5. Gərnibasar və Vedibasar
Gərnibasar və Vedibasar mahallarında toxunan xalçaların rəng-kompozisiya ba-
xımından  oxşarlığını,  eləcə  də  ərazilərinin  coğrafi  yaxınlığını  nəzərə  alaraq  onları 
bir qrupda birləşdirmək olar. Gərnibasar, Vedibasar mahalları İrəvan ərazisinin ən 
dilbər guşələrindən sayılırdı. Vedi və Qəmərli rayonlarını əhatə edən bu bölgə Ağrı-
dağı vadisində mülayim iqlimli ərazidə, səfalı ərazidə yerləşmişdir. 
Bir tərəfdən Ağrıdağın ətəklərindən axan Araz çayı, Göyçə və Dərələyəz mahal-
ları ilə həmsərhəd olan Vedibasar mahalı özünün füsunkar təbiəti və qədim tarixi ilə 
seçilir. Vedinin dağlıq hissəsi sərt qayalıqlı, çılpaq və meşə zolaqları ilə örtülü yaşıl 
yamaclardan ibarətdir. Bu mahalın düzənlik hissəsi isə daha mülayim iqlimi ilə se-
çilir. Dərələri, çayları, gölləri ilə məşhur olan Vedibasarın bitki örtüyü fərqli çalarlı 
boyaların alınması üçün geniş imkanlar yaradırdı. Naxış kompozisiyasına görə Vedi-
basar, Gərnibasar mahallarının xalçaları Qazax-Borçalı xalça qrupunun nümunələri 
ilə eynilik təşkil edir. Vedibasarın təbii-coğrafi şəraiti onun təsərrüfatına, məişətinə 
birbaşa təsir göstərirdi. Palıd, şam, qoz, alça, yemişan, sarıçiçək, pərpiyan, şirin biyan 
kimi bitkilər və üzümçülük təsərrüfatlarının geniş yayılması iplərin boyanması işini 
asanlaşdırır,  müxtəlif  çalarlar  almağa  imkan  yaradırdı.  Növbənöv  ərikləri,  alçaları 
ilə tanınan bu bölgənin xalçalarının rəngi də digər bölgələrə nisbətən daha parlaq və 
əlvan olurdu (Gərnibasar mahalında toxunan xalçalar. bax: Kataloq. № 15, 19, 38; 
Vedibasar mahalında toxunan xalçalar. bax: Kataloq. № 18, 25, 28, 49, 86).


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə