“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

29
İrəvan  xanlığından  da  əvvəlki  dövrlərdən  başlayaraq  burada  dekorativ-tətbiqi 
sənət sahələri arasında xalçaçılıq xüsusi yer tutmuşdur. Naxış kompozisiyasına görə 
Qazax-Borçalı, Qarabağ və Təbriz qruplarına daha yaxın olan İrəvan xal ça qrupu-
nun  nümunələri  zaman-zaman  xarici  ölkələrə  daşınmış,  erməni  kolleksiyaçıları-
nın  sərvətinə  çevrilmişdir.  Bu  gün  “erməni  xalçası”  kimi  təqdim  edilən  bu  incilər 
azərbaycanlı ilmə ustaları tərəfindən toxunmuşdur. 
Xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də tikmədir. İrəvan xanlığı-
na məxsus olan bədii tikmə nümunələrindən ikisi hazırda Milli Azərbaycan Tarixi 
Mu zeyində saxlanılır. 1827-ci ildə ruslar İrəvan şəhərini zəbt edərkən qənimət kimi 
götürdükləri İrəvan xanlığının bayraqları bədii tikmə sənətinin nadir nümunələrindən 
hesab olunur. Tarixi faktlar təsdiqləyir ki, vaxtilə İrəvanın mərkəzində yerləşən Şiləçi 
məhəlləsində boyaq bitkilərindən al-əlvan rənglər alınmış, basma naxışlı parçalar is-
tehsal edilmişdir.
Qərbi  Azərbaycanın  Loru,  Pəmbək,  Şəmşəddin,  Apa ran,  Talın,  Əştərək,  Ərzin, 
Axtı, Qırmızıkənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə, Dərələyəz, Vedi, Qəmərli, 
Zən gibasar, Soylan kimi bölgələri rəngarəng xalçaları ilə seçilirdi. İrəvan xanlığının 
həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. 
Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuq və dulusçuluq bütün 
Qərbi Azərbaycan  boyunca  geniş  yayılmışdı.  Toxuculuq,  o  cümlədən  xalça,  palaz 
məmulatı istehsalı xüsusilə seçilirdi. O dövrün səyyahları yerli əhalinin qoyun sax-
ladığını və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün 
isti paltarlar, əlcək, corab toxuduğunu qeyd etmişlər. İ.Şopen hər ailədə toxuculuq 
dəzgahının  olmasından  xüsusi  bəhs  etmişdir.  Toxuculuqla  bağlı  olan  digər  sənət 
sahəsi boyaqçılıq idi. Bölgə həm də gön-dəri məmulatlarının istehsalı, sabunbişirmə, 
yağçəkmə və duz istehsalı ilə məşhur idi.
1
Bölgənin tarixi kökləri çox qədimə gedən xalçaları vaxtilə bütün dünyada məşhur 
olmuşdur. Lakin azərbaycanlıların İrəvan bölgəsindən məqsədyönlü şəkildə depor-
tasiyası nəticəsində minlərlə insan öz torpağından çıxarılmış, başqa ərazilərə köçürül-
müşdür. Təbii ki, bu kəndlərdə xalçaçılıq ənənələri də itib-batmışdır. Azərbaycanın 
İrəvan bölgəsində toxunan xalçaların tədqiqi üçün tarixi mahallar üzrə təhlil xüsusi 
əhəmiyyət kəsb edir.
1
   İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi... s. 107


30
2.1. Ağbaba və Şörəyel
1
Ağbaba mahalında yer-yurd adları arasında İbiş, Öksüz, Dəlisərsəran, Çələb, İlan-
lı adlarına rast gəlinir. Adların mənşəyi burada yaşayan tayfaların adları və inanc-
ları  ilə  bağlı  idi.  Qədim  türk  dilində  “Allah”  anlamını  verən  “çələb”  sözü Ağbaba 
ərazisində türklərin animistik görüşləri ilə əlaqədar olan yer adı idi. Müqəddəs ruhla-
ra və bu ruhların obraz kimi çıxış etdiyi heyvanlara münasibət, eləcə də şaman inan-
cının izləri özünü xalçalarda da göstərirdi. Ağbabada yaşayan türklər islamı qəbul 
etdikdən sonra yeni din onların dünyagörüşünə sirayət etməyə başladı. Bölgədə olan 
məscidlər və evlər üçün toxunan “Namazlıq”lar burada yaşayan türklərin islam döv-
rü mədəniyyətini əks etdirir. Bu bir daha göstərir ki, Ağbabada tarixən türklər yaşa-
mış və bütün tarixi dövrlərdə öz dünyagörüşlərinin izlərini abidələrə, xalçalara həkk 
etdirmişlər. İnanclar xalqın ruhunu yaşadan xalçalarda maddiləşmiş, işarələrə çevril-
miş və bu günümüzədək gəlib çatmışdır. 
Xalça ağbabalıların məişəti üçün olduqca vacib atribut sayılırdı. Eyni zamanda pa-
lazlar, çullar, duz torbaları, xurcunlar, məfrəşlər və d. məmulatlar əhalinin məişətini 
asanlaşdırırdı. Bu məmulatların toxunma texnologiyası, rəng-kompozisiya həlli yerli 
əhalinin estetik dünyagörüşündən xəbər verir. Əsasən, heyvandarlıqla məşğul olan 
yerli əhali cins qoyunlar yetişdirmişdir. Dənli bitkilərdən buğda, arpa, zəyərək əkilir 
və bu bitkilərdən yağ, bəzir, dağda bitən kollardan və çiçəklərdən müxtəlif dərmanlar, 
həmçinin ipləri boyamaq üçün cürbəcür rənglər alınırdı. 
Ağbaba  bölgəsi  qərbdən  və  şimaldan  dağlarla  əhatə  olunmuşdu.  Qışı  olduqca 
sərt keçən bu ərazi dağ bitkiləri ilə də zəngindir. Mənbəyini Ziyarət, Göy dağ, Ağ-
baba dağlarından götürən gur, bolsulu Qaraxan, Civinli, Seldağıdan, Moküz çayları 
dərənin gözəlinə çevrilmiş Arpa gölünə axıb tökülür. Qədim türk torpağı olan Ağba-
bada “Kitabi-Dədə Qorqud”un və digər dastanların izlərini az qala hər kəndin, hər 
dərənin, hər dağın adında görmək olar. Dastanda adı çəkilən Ənsə Qoca Oğlu Oxçu 
adından Oxçu oğlu kəndi, Qazan xanın adını çəkdiyi Köçkə dağının adından Göy da-
ğın, Dəli Domrulun adından Güllücə kəndi yaxınlığındakı Domrul qalaçasının, Qa-
zan xanın qardaşı Qara Günənin adından Qara Güney təpəsinin adı götürülmüşdür. 
Ağbaba  bölgəsində  yerli  adətlər,  adlar  və  onların  obrazları  xalçalarda  da  öz 
ifadəsini tapırdı. 
Təəssüflər olsun ki, indi Ağbabada bircə ilmə belə vurulmur. Xalçanın göy qurşağı 
kimi rəngarəng iplərini özünə dost-sirdaş seçmiş, ilmələrdən tumarını əsirgəməyən 
əllər bu ərazidən didərgin düşüb. Ermənilər tərəfindən azərbaycanlıların bölgədən 
qovulması ilə bərabər, Ağbaba torpağı sanki bütün gözəlliklərini in sanlardan gizlədib 
və müqəddəs yurd indi bir xara bazara çevrilib. Uzun qış axşamlarında buradakı qa-
1     Burada və daha sonra İrəvan bölgəsi mahallarının tarixi-coğrafi, sosial-iqtisadi vəziyyəti və topo-
nimiyası haqqında aşağıda göstərilən ədəbiyyatdan və müvafiq folklor antologiyasından istifadə 
edilmişdir: Bayramov A.Ə. Qədim oğuz ellərinin – Ağbaba, Şörəyəl və Pəmbək bölgələrinin 
yer-yurd adları. Sumqayıt, 1996; Bayramov İ. Qərbi Azərbaycanın türkmənşəli toponimləri. Bakı, 
2002.
 
Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 
1998; Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995; Həbib Rəhimoğlu. Silinməz 
adlar, sağalmaz yaralar... Bakı, 1997; Ələkbərli Ə. Qərbi Azərbaycan. I c. Vedibasar mahalı (Vedi 
və  Qarabağlar  rayonları).  Bakı,  2003;  Флоровский  Н.  Бамбако-Шурагельская  дистанция  // 
Обозрение. ч. II. СПб., 1836.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə