“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

31
dınlar bir yerə yığışıb bayatı deyər, nağıl danışar, xalça toxuyardılar. İndi o zaman-
lardan cəmi bir neçə iş yadigar qalıb. Bununla belə, həmin nümunələrdə o yerlərin 
naxışı,  rəngi  bu  torpağın  əzəli  sakinləri  olan  azərbaycanlıların  əl  izlərində  yüksək 
bədii sənətkarlıqla əbədiləşmişdir.
Ağbaba və Şörəyel ərazisində toxunmuş xalça və xalça məmulatları (Ağbaba ma-
halında toxunan xalçalar. bax: Kataloq. № 17, 55, 63, 65; Şörəyel mahalında toxu-
nan xalçalar. bax: Kataloq. № 52, 53, 88), özünəməxsus toxunma texnologiyasına və 
buranın təbiətindən irəli gələn çalarlarına, kompozisiya quruluşuna görə Qazax-Bor-
çalı xalça qrupuna yaxındır. Bu ərazidə toxunan xalçalar ağır çəkisi, hündür xovu, 
yumşaqlığı  və  parlaqlığı  ilə  seçilir.  İlk  baxışdan  qalın  görünən  bu  xalçalar  yüksək 
keyfiyyətli yundan toxunmuşdur. Bu xalçaların təbii üsulla alınmış qırmızı, sürməyi, 
sarı, şabalıdı, yaşıl, şəkəri, sürməyi rənglərdən ibarət kolorit həlli göz oxşayır. On-
ların kompozisiya quruluşu azərbaycanlıların həyat tərzi və məişəti əsasında əsrlər 
boyunca formalaşmışdır. Bu xalçalarda abstrakt, həndəsi formalı naxışlar üstünlük 
təşkil edir. Burada rast gəlinən su, ağac, nar, heyvan motivləri, mürəkkəb həndəsi 
elementlər toplusu, çərxi-fələk insanı qoruyan, onu müdafiə edən simvollar kimi an-
laşılır. 
Ağbaba və Şörəyel mahallarında, əsasən, kilim, palaz texnikası ilə toxunan xal-
çalar üstünlük təşkil edirdi. Bu mahalların xalçaları üçün “damğa”, “qoşa damğa”, 
“dilikli damğa” və “qarmaqlı” motivlər səciyyəvi idi. Buranın xalçalarının rəngi şux-
luğu, oynaqlığı ilə nəzərə çarpır. Bəzən şux rənglərlə sakit rənglər uzlaşdırılaraq, çox 
baxımlı, özünəməxsus bir rəng düzümü yaradırdı. 
2.2. Loru və Pəmbək
Loru və Pəmbək mahallarında toxunmuş xalçalar bu bölgədə yetişən meyvələrin, 
bitkilərin sayəsində əldə edilən rənglərlə özünəməxsus çalarlar qazanmışdır. Bu xal-
çaları Qazax-Borçalı xalça qrupunun nümunələrindən ayrı təsəvvür etmək mümkün 
deyil. Bu xalçaların naxışlarını “bədii sənətkarlığın mürəkkəb nümunəsi” də adlan-
dırmaq olar. Zaman keçdikcə bu təsvirlər fərqli tərzdə təcəssüm olunmağa başlamış, 
sənət tarixinin ayrılmaz hissəsinə çevrilmiş, keçdiyi inkişaf yolunun məntiqi nəticəsi 
kimi sabit bədii üsluba yiyələnmişdir.
Loru  və  Pəmbəkdə  qara  yunlu  cins  qoyunların  bəslənməsi  sayəsində  burada 
iplərin fərqli rəng çalarlarını əldə etmək mümkün idi. Bölgədə qoyunla yanaşı, keçi 
də saxlayırdılar. Yerli əhali keçi qəzilindən müxtəlif xalça məmulatlarının toxunma-
sında da istifadə etmişdir. 
Bu  ərazidə  ən  çox  rast  gəlinən  xalça  növlərindən  biri  kimi  “Namazlığ”ı  xüsusi 
qeyd etmək lazımdır. Mürəkkəb və sadə kompozisiyalı xalçalar bu əhalinin dini dün-
yagörüşü, islami inanclarından rişələnərək toxunmuşdur (Loru mahalında toxunan 
xalçalar. bax: Kataloq. № 27, 41, 45, 61, 71; Pəmbək mahalında toxunan xalçalar. 
bax: Kataloq. № 35, 36, 56, 62, 89). Əsas xalçaçılıq məntəqələri kimi mis mədənləri 
ilə  məşhur  olan  Allahverdi,  Böyük  Ayrım,  Yuxarı  Axtala,  Pədik,  Mosul,  kömürü, 
bazalt  qayaları  ilə  tanınmış  Aşağı  kilsə,  qədim  oğuz  qəbirləri,  saxsı  su  anbarları, 
ziyarətgahları ilə tanınan Mollaqışlaq kəndi hələ qədimdən heyvandarlıqla, bağçılıq, 
tərəvəzçiliklə tanınmış Hollavar, Heydərli kəndləri, Voronsovka, Qaraqala, Qızıldaş, 


32
Cücəkənd, Sarıyal, Soyuqbulaq, Barana bölgəsinin Yuxarı körpülü, Ləmbəli, Ləlvər, 
Hamamlı bölgəsinin Qursalı, Qızılörən, Saral, Cəlaloğlu bölgəsinin Çubuqlu, Gərgər 
kimi  kəndlərini  göstərmək  olar.  Xüsusilə  də  Qursalıda  əhalinin  böyük  əksəriyyəti 
xalça və xalça məmulatlarının toxunması ilə intensiv şəkildə məşğul olmuşdur. Loru, 
Pəmbək mahallarının mineral ehtiyatlarla zəngin olması boyaqçılıq işinin inkişafına 
geniş imkanlar yaratmışdır. Loru, Pəmbək mahallarında toxunan palazlar və kilimlər 
rəng düzümü və naxış tərtibatına görə Ağbaba mahalında toxunan nümunələrlə ox-
şardır. Bu mahalda “qoşa damğa”, “tək damğa” və rombşəkilli elementlər çox geniş 
yayılmışdı. Burada toxunan kilimlər və palazlar rənginə, naxışlarına görə Bakı, Şir-
van xalça qruplarının nümunələrinə bənzəyir.
2.3. Şəmşəddin
Şəmşəddin  bölgəsində  toxunan  xalçalar  da  bədii  kompozisiya  quruluşuna  görə 
Qazax-Borçalı xalça qrupunun üslubuna yaxındır. Qazax, Tovuz və Ağstafa ilə inten-
siv mədəni və məişət əlaqələri olan bölgənin əhalisi, əsasən, heyvandarlıqla məşğul 
olduğundan, burada xalçaçılıq xüsusilə geniş yayılmışdır. 
Şəmşəddinin  əsas  yaşayış  məntəqələrindən  biri  Tovuzqala  ərazisi  idi.  Vaxtilə 
Qazax-Şəmşəddin sultanlığının tərkibində olmuş bu bölgənin Vəligah, Qulalı, Qır ğı, 
Haqqın kimi kəndlərində xalçaçılıq inkişaf etmişdi. Meyvə bağları, arıçılıq, üzümçülük 
böl gə əhalisinin əsas məşğuliyyət sahələri sayılırdı. Çox da hün dür olmayan dağların 
əhatəsində yerləşən bölgənin mülayim təbiəti, həmçinin bulaq, göl və mineral ehti-
yatların bolluğu buranın torpağını bərəkətli etmiş, bitki örtüyünü zənginləşdirmişdir. 
Bu mahala aid Karvansara, Dilican kimi ərazilər özünün sıx meşəlikləri ilə tanınır. 
Tərsəçay, Armudlu, Karvansaray rayonunun Ağkilsə, Göyərçin, Polad, Salah, Haq-
qıxlı kəndləri öz xalçaları ilə məşhur idi. Ağstafa çayı Karvansara rayo nunun iqti-
sadi həyatında və kənd təsərrüfatında mühüm rol oynayırdı. Bu ərazinin xalçaları 
əlvan rəngləri və naxışlarının incəliyi ilə seçilirdi (Şəmşəddin mahalında toxunan 
xalçalar. bax: Kataloq. № 10, 12). Bölgədə toxunan xalçalarda və məfrəşlərdə, xur-
cunlarda,  palazlarda,  çul larda  totem  izlərinə,  mifoloji  obrazlara,  müxtəlif  tayfala-
ra məxsus damğalara rast gəlmək olar. Kilim, vərni, şəddə, zili kimi xovsuz xalça 
nümunələrində rast gəlinən rəng ahəngi, bədii quruluş, naxış dəsti-xətti, toxunma üs-
lubu digər bölgələrin nümunələrindən fərqlidir. Bu xalçalarda “qoşabuynuz”, “dörd 
ünsür”, “S”şəkilli, qarmaqlı, həndəsi (üçbucaqlı, dörd bucaqlı), “gözqaytarıcı”, “qay-
çıbalıq”, “qazayağı”, “dilikli” və digər motivlər işlədilirdi.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə