______________Milli Kitabxana_______________
nəsildən sonra itir, OdAğÜzdəkilər isə lap Olam zamanından yadda saxlayarlar
nəsillərini, "Yer"də bir uşaq anadan olanda orda - yuxarıda sevinişirlər, ordan-
bura uşağı İşığa bələyə-bələyə güldürürlər, oynadırlar "Yer"dəki bircə körpənin
təhrifı OdAğÜzdə min-min insana dərd verir! Bu münasibətnən, birinci
GurOdun adına – ƏrEyə bir də diqqət yetirək: ƏrEy - Uca İşıq. Yəni birinci
GurOd bütün planeti - EyƏri təmsil eləyir. İkinci GurOdun adı - ƏrÜz də,
üçüncü GurOdun adı -AğÜz də, dördüncü GurOdun adı ÜzAğ da birinci adnan
bağlıdı: bu mənalar təhrif ediləndə bütün planet EyƏrdon - Uca İşıqdan məhrum
olur, yəni EyƏrin - Uca İşığın mənbəyi OdÜnEyƏsi - "Günəş"i tanımır, insan
şüurca və demək, həm də cismən yalnız torpağa bağlanır, OdƏrliyini - Həqiqət
İşığı olduğunu dərk eləmək qabiliyyətini itirib, OdƏrBağdan yox, "torpaq"dan
yarandığına inanır.
Beşinci GurOdun EyÜn ÜzAğdı adı, şərti olaraq Yarı ÜzAğ deyirik. Əslində
dördüncü GurOd ÜzAğnan beşinci GurOd Yan ÜzAğ -"Qanzak" - "Qazax" da
üçüncü GurOd AğÜz ərazisi sayılıb, geri sananan tarixin axırına yaxın "Qrek"lər
Bağdayın
içərilərinə
soxulub
ərazini kiçik-kiçik xanlıqsayağı dövlətlərə
parçalayanda Ulu Bağ, məcburiyyət qarşısında, bütün AğÜz - "Oğuz" OdƏrlərini
şərti olaraq dördüncü adlandırılan ÜzAğ ərazisinə, sonra da mərkəzi Yan ÜzAğ -
"Qazax" sayılan şərti beşinci GurOdun ərazisinə köçürüb. Yeni tarixin
başlanğıcında Qrek-Latın-Fars qoşunları beşinci GurOdu da tutanda Ulu Bağ özü
OdƏrMən - "Türmən"
1
qoyun yataqlarında, çobanlarının arasında gizlənib,
əhalinin böyük əksəriyyəti isə, BağOdEy - Uca Həqiqət Bağı ərazisindən
kənarda, təhrif insan ərazisində, müvəqqəti altıncı GurOd UcAğda yerləşib. Bu
UcAğa SarUcAğ
2
da deyilir. Çünki təhrif ərazidə, adətən hər şey yalnız Sar
iradəsindən asılı olur. Adı sonralar "Sircik", "Selcuq" şəklində təhrif olunan o
SarUcAğa ixtiyar verilib ki, fatehləri Bağday ərazisindən çıxarmaq üçün könüllü
"ölümə" - ikinci doğuluşa razılıq verən OdƏrlərdən ƏrSarlar
3
hazırlasın. ƏlAğ
EySanmızın SimOd məclisinin qərarıynan ƏrSarlara indi bizə möcüzə kimi
görünən
qabiliyyət
verilib:
döyüşə
girişəndə
bədənlərindən-əllərindən
"Türmən" indiki Ağstafa (qedim AğÜz OdEv) rayonunun ərazisində Ceyrançöl adlanan örüş
yerlərinin, Muğanlı kəndinin yaxınlığındadır.
Türməndən qərbi Sibirə qədər ərazi.
ƏrSar - "Rıtsar".
______________Milli Kitabxana_______________
qılınclarına SafAğ İşıq keçirmiş, atlarıynan bərabər özləri də möhkəm zirehli
"Qrek-Latın" legionerlərinin zirehlərini qılıncnan yox, qılıncın ucundan çıxan
SafAğ İşıqnan kəsirmişlər. Sonralar təhriflərin dilində "ntsar"a çevrilən
ƏrSarlara daha bir möcüzəli qabiliyyət verilibmiş: uzaq məsafədən SarUcAğın
Ünüynən bərabər ƏsAğÜz - "Saz" Ünü eşidə-eşidə vuruşurmuşlar. Arada deyim
bil ki, bütün dəstanlarımızda, o cümlədən "Koroğlu" dostanında qılıncnan yanaşı
Saz Yeni tarixin başlanğıcındakı ƏrSarlarnan əlaqədardı, "dəstan"a - OdƏs
OdÜnə keçib. Tiflisdən o yanlarda "Sak" - ƏsAğ, Tiflisdən bəridə "Kəpənəkçi",
"Saraclı" kəndlərində "Səlcuq"lardan doğulan uşaqlar da "Saz"ı lap birinci
dəfədən çalırlar: irsiyyətdən!
Tariximizin son dərəcə maraqlı səhifələri var, oğul. Vaxtı çatanda hamısını
biləcəksən. O altıncı, ərazidən kənar GurOdun mərkəzi OdEv ƏlƏs adlanıb,
sonralar təhriflərimizin dilində "Tiflis"ə, "Tbilisi"yə dönüb. OdEv ƏlƏsin əhatə
elədiyi ərazilər də geniş olub. "Atilla"nın - OdƏlin vaxtında "Sibir" də UcAğ
sayılırmış. "Vərəsə"mizi oxuyanlardan basqa, heç kəsin xəbəri yoxdu ki, İlan
legionlarının, hətta ƏrSarlan üstəliyən, Sibirə qədər gedən vaxtları da olub. Məhz
o vaxtlar SarUcAğı "Zir ciy"ə, "Sir ciy"ə, "Səl cuq"a çevirən də "mədəni
Qrek"di.
İlanın Moskva "alim"ləri haray çəkirlər ki, "Sılcuq"ların nəinki "Midiya"ya,
heç "Azərbaycan"a da dəxli yoxdu! Halbuki, fatehləri beşinci GurOd Yan
ÜzAğdan - "Qazax"dan məhz ƏrŞarlar qovublar, SağSan - SağƏsÜn Ulu Bağ
məhz ƏrSarların sayəsində qayıdıb Qazağa.
İlanın yazdırdığı "tarix" "Fars səltənəti" adlandırır Ulu Bağ Sağ-ƏsÜnün beş
GurOdlu Bağdayını! Yalnız biz bədbəxtlərə məlumdu ki, EvƏrƏs - "Pers"iya"
özü də Bağdaya daxil olan ərazidi, əhalisi də OdƏrlərdi, İsgəndər "Kəbir" ayınb
bizdən o OdƏrlori. "Pers" dili tədricən ayrılıb "Dəri" adlanan "dil"dən yaranıb.
Bayaq bu barədə danışanda deməliydim ki, "Qrek", "Ərəb" dili qarışıb "Dəri"
"dil"inə.
Oxuyursan: "Sasani hökmdarı Yəzdigird!" Farsdilli Nizami də "Yəzdigird"
yazırsa, necə inanmayasan ki, doğrudan da "Fars"dı bu "Yəzdigird", "Sasani"di,
"Bəhram Gurun atasıdı!" Nə yaxşı ki, Nizaminin rəmzlərinin hamısını
pozmayıblar: Bircə sətrdə qalıb: "Bəhramın atasının Odu Qazaxda idi!" Fəhmli
oxucu duruxur: "Qazaxda?!" "Sasani paytaxtı "Rey" sayılırsa, Bəhramın təxti-
tacı "Rey"dədirsə, atasının "Atəş"i - Odu niyə Qazaxda olsun?!" Axtar bu
"niyə"nin cavabını, daha "Vərəsə"də də tapmazsan. Yalnız Sultan Əmirlinin
dilindən eşidə bilərsən ki, "Bəhram Gur"un - BağƏrim Gurun atasının Odu - adı,
rütbəsi "Yəzdigird" deyil, ƏsOd GurOddu. Bayaq dediyim GurOd -"kürd"
ordusunun Sarları həmişə ƏsOd GurOd rütbəsi daşıyıblar. Bu