______________Milli Kitabxana_______________
bələd olan bədbəxt "Pro Metey" - EvƏrEyOd Bağday Abılar, Sultanlar acıb
danışırlar ki, "Skif 'in - "Əskifər"in əsli ƏskiEvƏrEy nə qədər təhqir olunsa da,
öz ucalığını qoruyub saxlayır. Bağ nəslini "Skif", "buğa" adlandırmaqnan cahil
öz murdar beyninin iyrəncliyini göstərir, oğul!
İndi keçirəm başqa şeylərə - daha ciddi təhriflərə. O təhriflər ki, vətənimizi
Yer üzündən köklü-köməcli silir. Diqqətli ol.
* * *
Sultan şüşəni şüşəyə çaqqıldatdı, Müslümü astadan lap yaxına çağırıb
soruşdu:
-
Sui-qəsdin vaxtını öyrənə bilərsənmi?
Müslümün baxışı divara sancıldı.
-
Məhərrəm Abbasoviç oxrananı məhz bu gecə evin tinlərinə düzübsə,
demək, bu gecəyə təyin olunub. Baş tutmuyacaq. Arxayın olun!
-
Afərin! Get işini gör!
Səməd ayaq üstə idi. Gərgin dayanmışdı.
-
Əmi! Belə gecə!.. Olmazmı başqa vaxta saxlayasan söhbətini? Sultan
elə bil heç nə eşitmədi.
-
Olamdan sonra ilk GurOd - "Yurd" (vilayət) bilirsən ki, ƏrEydi.
ƏrEynən birlikdə beş GurOd - "Yurd"u olub Bağdayın. Təfsilatnan deyəcəın
hansılardı beş GurOd.
Fantastikadan da fantastik murdarçılıqlar eşidəcəksən indi.
Beş GurOdu "beş qurd"a, beş canavara çevirib İlan "alim"i, Vətəndən,
Elmdən, Bağlarından tərik düşənlərimə deyir: "Beş qurddan yaranmısan sən",
beş qancıqdan doğulmusan, buna görə də bayrağında qurd başı var. Bağ nədi,
OdƏr nədi! Farsın qədim dilini öyrən, OdƏr dili yox, "Dəri" dili olub sənin dilin!
Beş GurOdun təxminən birində "kird"ləşmişik - "kürd"ləşmişik; GurOd ordu
hissələrimiz "Pəhləvi"lərin arasında qalıb, dili dəyişib! GurOdMən qalalarımıza
"Girdman" demiblər. Min dəfə yaz, ərazidə gəz, haray təp ki, "Kəlbəcər" -
"Gəlibbəsər" deyilsən, "qurd" deyilsən, "Skif" deyilsən sən, kimdi inanan?!
Elmdən, dildən - şüurdan məhrumu necə inandırasan ki, uzun ağac ucunda
aşılanmış qoyun dərisinə həkk olunmuş it başı bayraq deyil, Qrek-Latın
legionlarıynan əsrlər uzunu döyüşlərdə qırılıb azalan
ƏskiƏr ("əskər")
GurOdlarımız Qrek-Latın-Fars qoşunlarından qorunmaq üçün qoyun sürülərinin,
naxırların yaxında it xılları - köpək sürüləri saxlayırmışlar. Volqa boyuna, "qara
torpağ"a qaçan təriklərimiz fürsət tapıb Bağ-
______________Milli Kitabxana_______________
daya qayıdanda ƏskiƏr OdƏrlərini haman it başlı işarələrnən tapırmışlar. "Türk
bayrağı" deyilən şey yoxdu, oğul. Tünd mavi, zümrüdü rəngdə, üstü ulduzlarnan
- kəhkəşannan bəzəkli AğEy ("Əxi") - Uca SafAğ İnsan bayrağı, BağOdEy -
Bağday bayrağı var ki, o da saraylardan yığışdırılıb gizlədilib, əvəzində Xilafətin
bayrağı asılıb.
İndi "Dədə Qorqud" adlanan bədbəxtliyimizi yada sal: "iynəyə tikən demədi
o Dədə Qorqud. Tikənə sökən demədi o Dədə Qorqud". Saysız-hesabsız
"tədqiqat işləri" yazırlar türkoloqlarımız, "Kitabi Dədə Qorqud"u İslama qədərki
möhtəşəm tarixi abidə adlandırırlar! Bilən varsa, o da dillənmir ki, həmin
ikiyüzillik müharibənin əvvəlində, BağHəmOd nəsli qırılandan sonrakı Vatikan
məkridi "Korkud" (yəni "Qorxut"), Od - Həqiqət əvəzində oğul "əti" yedirt.
Varisimizin Vətənə ən böyük xidməti bu olmalıdı ki, "Kitabi Dədə Korkut"
qəbilindən "kitab"ların xalqı məhz tarixi kökdən, OdƏr bəşəriyyətindən,
Bağlardan həmişəlik ayırmaq üçün xüsusi hazırlanmış fateh İlan "kitab"ları
olduğunu açıq yazsın, açıq danışsın. Yəni əbədi Bağlar nəslindən əbədi
insanlığını dərk eləyib ölümdən qorxmamalısan, oğul. GurOdlarda AğÜz (SafAğ
mənası) Bağları əvəzinə "yurd"larda "Oğuz bəyləri", "Oğuz buğaları", yazanların
arxasında İlan qıvrılıb, oğul, "Oğuz" əvəzinə AğÜz yazanı dərhal çalsa da,
qorxmamalısan!
Vatikan monaxları "Dədə Qorqud"un lap ilk kəlmələrindən qorxudurlar:
"Dədə"miz ölkənin hansı səmtinə gedir qəbirqazana rast gəlir. Bu qazannan
"Salur Qazan" adını yanaşı qoy. "Salur" dialektdi, "salır" deməkdi. Qəbri
qazanımız, milləti qəbrə salanımız elmsiz Qazan xandı! İlan "alimlər"i bunu da
görməzliyə vururlar!.. "Zəncir"in – mühasirəni qırmaq ümidiynən əsrlər boyu
"Qapı açaq, Qapı açaq!" – deyən "Qıpçaq"ları "Oğuz bəyləri"nə düşmən qələmə
verən "kitab" ifşa olunmayınca, Odu əvəzində "at"ı, BağBağÜnü əvəzində
"papağı"ynan öyünən "kişi qeyrəti" verib patriarxal bataqlığa sürüyəcəklər
bədbəxt xalqımızı!
Daxilimizdədi
bu
bataqlığa
sürüyənlər
İnstitutlarda,
mədəniyyət
ocaqlarındadılar!
Vətənin həqiqətlərini danan adam vətəndaş olammaz, oğul!
Dilçilərin iddiasına görə "vətən ərəb sözüdü". Bu düzdü. Əmma həm də
yalandı. Çünki "Vətən"in əsli EvOdÜndü. "Ərəb"ə dönənim təhrif eləyib,
qılıncının ucunda qaytarıb verib sənə. "Qorod"a, "Qord"a, "qurd"a döndərilən
GurOdu isə həm "Rus"a dönənim təhrif eləyib, həm "Ərəb" - "Fars", həm də sən
özün: "yurd" demisən.
İndi beş "yurd"unu (vilayətini) - GurOdunu tanı.
______________Milli Kitabxana_______________
Birinci GurOd, dedim, ƏrEydi təkrar eləyirom, "Ray"a (cənnətə), əfsanəyə
döndərilib, "Bibliya"nın səhifələrində qalıb. "Ariy"ə döndərilib, "Hind"ə,
"Fars"a, "Erməni"yə məxsus "ali irq" məfhumu olub. Nəhayət, "Rey" adlandırılıb
verilib İlan müttəfiqi "Fars"a!
İkinci GurOdun adı ƏrÜzdü. Məna işığı deməkdi. Mərkəzi "Təbriz"i
"Təbriz" eləyib xəstə bir xatunun tərləyib sağalması barədə əfsanəynən
bağlayıblar ki, əsli - OdEv ƏrÜz unudulsun. Ağ Əmirnən Boz Əmir xüsusi
yazmışdılar ƏrÜz OdƏrlərinin OdEvi barədə. ƏrÜz- "Ar az" çayının o tay-bu
tayı
ƏrÜz GurOduna aiddi. Geri sananan
əllimin-illik tarix boyunca
"Assuriya"lıların, "Qrek"lərin basqınları dövrlərində, yeni tarixnən əsasən
ikiyüzillik müharibə dövründə tərik düşən, səkkiz yüz ikinci il "Vizantiya" -
"Kiyev" müqaviləsindən sonra "Rus"a, "Bender"ə dönənlər, təkrar eləyirəm,
ƏrÜz GurOdundan gedənlərdi.
Üçüncü GurOdun adı AğÜzdü. SafAğ İnsan Üzü - mənası deməkdi.
Təhriflərin "Oğuz" adlandırdıqları, OdAğÜz Bağlanynan ünsiyyət əvəzinə
"buğa"larnan "güləşdirilən" "bəy"lərin bu yurdunun mərkəzi "Bərdə"
adlandırılan BirOddu. Nizami "Xəmsə"sinin başına oyun açan "fars katiblərinin
sözüdü bu "Bərdə". Üstəlik, Nizaminin adıynan yazırlar ki, əvvəllər ayrı cür olub
"Bərdə"nin adı. Xalqı çaşdırmaq, kökdən ayırmaq üçündü hamısı! "Ağdam"ın
tarixini tamam pozub atıblar. Ağ OdMən adında möhtəşəm şəhər olub BirOdnan
bir yerdə. Dəfələrnən dağıdıblar. Dəfələrnən! İlanın uzun sürən fitnə-fəsadları
nəticəsində "Ermənistan" sayılan ƏrMən, "Rum" sayılan Ərim torpaqları, OdƏr-
"Kür" çayından cənuba, şimala doğru uzanan düzənli, bağlı ərazi bu GurOda
daxildi.
Dördüncü GurOdun adı ÜzAğdı. Bu da SafAğ İnsanın Üzü - mənası
deməkdi. Gah soldan sağa, gah sağdan sola, gah da ortadan sağa, sola oxunan
sirli "söz"lər- ƏsÜzlər- Yaradan mənalar Dilinin sirlərini biləndə "AğÜz"nən
"ÜzAğ"ın fərqini de biləcəksən. Hələlik bunu bil ki, "Yer"də biz OdƏr sözlərini
oxuyanda, yazanda, tələffüz eləyəndə OdAğÜzdən hökmən bağlanırlar bizə,
hansı sözü soldan sağa, hansını sağdan sola və ya ortadan sağa, sola oxumağı
səssiz - Ünsüz deyirlər beynimizə. Belə olmasa, "ÜzAğ"ı "Yer" dili qaydasıynan,
"mənanın SafAğ İnsanı" kimi oxuyarıq. Halbuki, təkrar eləyirəm, "AğÜz" kimi
"ÜzAğ"ı da SafAğ İnsanın mənası kimi anlamalısan və bilməlisən ki, bu Üz -
məna ərazisində tək bircə nəfər insanın təhrifi bütün əhalinin təhrifi qədər böyük
faciə sayılır. Çünki Kainatın bütün varlıqları kimi, insan da insana bağlıdı.
Burdakı - Yerdəki bağlılıq ən uzağı üç-dörd
Dostları ilə paylaş: |