İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə118/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   114   115   116   117   118   119   120   121   ...   180

______________Milli Kitabxana_______________

vəriyə xəbər çatdırıb ki, "Səni bu gün Astara yolunda öldürəcəklər. SeKaya zəng

vur  ki,  ailəm  Ağdamdadı,  gedirəm  görüşüm,  gəlim,  sonra  maşınmı  sür  o  yana,

keç sərhəddi, özünü xilas elə. Pişəvəri çox etibar elədiyi "Nun" kliçkalı yoldaşına

sirr  verib,  onu  da  götürüb,  özü  oturub  rulda,  maşını  sürüb  birbaş  Borjomiyə ki,

orda  dağ  döşündən dar  dolayı  yolnan  Türkiyə sərhəddinə getsin,  ordakı  gizlin

fədailərin  köməyiynən  keçib  getsin". Əmma  həmin  dolayı  yolda  bir  "qruzovik"

çıxıb qabaqdan Pişəvərinin maşınını vurub salıb dərəyə - Kürə! Kür çayı orda lap

balaca  dağ  çayıdı,  daşlı,  qayalıdı.

Əzik-üzük  olub  maşın,  bədbəxt

Pişəvərimiznən..."  Bu  qədər  bədxəbər  sözdən  bir  kəlməsini  eşitmisənmi,  ay

əzizim?! Yox! Çünki fikrin "qara saç, çal saç" yanında olub! Atan danışdı mənə

bu  bədbəxtliyi...  Sonra  özüm  dedim  burda  ki,  "Dağlı  gürcü  dostum  doktor

Revazın oğlu Mark Bortolidə KQB-də həkim işləyirdi. Zəng vurdu məni çağırdı,

getdim  Pişəvərinin  maşınının  dərəyə uçan  yerini  göstərdi:  "Vot  otsyuda  brosili

vaşeqo  Pişəvəri!"  Maşının əziyini  gətirib  Yevlax  tərofdə körpünün  böyrünə

tullayıblar.  Qayıtdım  onu  da  gördüm,  guya  Pişəvəriynən  bir  yerdə avariyaya

düşən  çekistimizi -"Nun"  kliçkalı  dostumu  da  gördüm  xəstəxanada.  Qıçının

üstündən gipsi kəsdirdi, sap-sağlam qıçmı göstərdi, mərd-mərdanə!.. Eşidirsən?!

Suyun  şırıltısını  da  kəsmişəm,  deyirəm:  "Budu əmiyin  cinayəti!"  "Nundan

soruşdum  ki,  Pişəvərinin  heç  bir  son  sözü  olmadımı?"  Dedi:  elə,  "fəlakət!

fəlakət!" deyirdi. "Demokrat firqəsini bağlayacaqlar!" - deyirdi...

Heç kəsə heç  nə demədim. Qanını batırdım Pişəvərinin. Budu əmiyin ikinci

cinayəti!.. Eşidirsən?!

Səmədin beyni uğuldayırdı.

O da öz sözünü deyirdi:

-

Partbiletimin  arasında  şcyx



əmilərimin  qəbirlərinin  şəkillərini

gəzdirirəm.  Necə yəni  "Boqi  obezqlavlenı?!"  Yer  Bağlan,  deyirsiniz,  xaliq

deyillər...  Olmasınlar!  Niyə bu  qədər  acizdirlər?!  Necə yəni  "Bağ  varisi?!"  Heç

cür,  heç  cür  təsəvvür  eliyəmmirəm.  Qəribə-qəribə gizlin  söz-söhbətlər!  Atamın

indi  o  cür  görünməyi!  Nədi  bu,  ay əmi?!  Nədi  bu?!  Kobud  danışıram,  bağışla,

sirr dağarcığısan!

Sultan mələfəyə bürünüb çıxıb, qara dəri "tyubik"lərdən birində oturdu.

Çiməndən sonra rəngi avazımışdı. Pırpız qaşlar çatılıb, enib gözlərinin üstünü

örtmüşdü.

-

Şalvarımın cibinə bax, gör papiros qalıbmı?




______________Milli Kitabxana_______________

"Kazbek" qutusunda beş-on papiros və kibrit vardı. Səməd dedi:

-

İcazə ver birini də mən yandırım.



Nə vaxtsa, uşaqlıqla ilk gənclik arasında Yusif kimi gözəl Yusif Cəfər əminin

tütünündən  oğurlayıb,  qozetə büküb  çəkəndə Səməd  də çəkmişdi,  Yusifdən

ayrılandan sonra tütündən də ayrılmışdı. İndi nədonsə birdən-birə meyl yarandı.

Götürüb "kazbek" yandırıb, tüstü qayrıağma baxdı.

-

Mənə ən  çox əzab  verən  budu  ki,  duman  içindəyəm...  Müslüm  nələr



danışır  mənə!  Heç  nə,  heç  nə başa  düşmürəm.  "İstoriya  Midü"  kitabında  nə

varsa,  hamısı  yalandı?!  Hamısı?!  Niyə bu  dərəcədə?!  Bizim  keçmişimizi  belə

gizlətməkdə sovet alimlərinin qəsdi nə olub?!

Bir  tərəfdən  aydındır; əhali  özünü  tanımasın.  Bos  siz...  Siz  ki  bilirmişsiniz

hər  şeyi!  Elm  barədə eşitdiklərimi  nəzərdə tutsaq,  belə çıxır  ki,  lap  savadsız

qalmışam  mən.  Hamı  "nadan"  deyir.  Hamı!..  "İstoriya  Midü"ni  bittə-bittə

oxumuşam,  Midiya  hökmdarları  barədə Herodotun,  Ktesinin  xronikalarını

əzbərlətdiriblər:  "Astiaq"-filan!..  Bir  nəfər  də OdƏr  Türk  adı  yoxdu  o

xronikalarda. Bütün tələbələr bir səsnən soruşurdular: "Niyə belədi?!" Məhərrəm

Abbasoviç  gülürdü:  "Belə suallara  cavab  vermək  olmaz.!"  Niyə axı?!.  İndi

məlum  olur  ki,  illər  uzunu  oxuduğumun hamısı  yalanıymış! Bağdayı  "Maday",

"Mada", "Midi", "Midiya"  yazıblar!  Bağdayın  ilk əərazisi  Olamın  adını  "Elam"

yazıblar!

Müslüm deyir "Elam" çox təhqiramiz sözdü. "Bağıstan" sözünü necə qəsdən

"Bi sütun" eləyiblərsə, "Olamı" da o cür "Elam" eləyiblər!

Olamın  sahibi  Uhı  Bağı  "Lullu  bəy"  yazıblar!  Sən  də bunun  hamısını

bilirsən!  "Elam",  "Lullu  bəy",  "Bisütun",  "Ar  az",  "Az ər!.."  Gah  "Ac  atan"

yazıblar, gah "Xan adan!", gah "Tavriz", gah "Tər biz", gah da "Təb riz!" Partiya

məktəbində

baş-başa  yığışırdıq,  hamımızın  üzümüzdə

heyrət,  dəhşət:

"Atropatan"  hara,  "Azerbaycan"  hara?!.  Təkcə sənin  dostun  Heydər  Hüseynov

deyirdi:  "Özunüz  də görürsünüz  ki,  başqa-başqa  sözlərdi.  "Az ər"+"bay"+"can"

da sonradan düzəldilmiş şeydi.

Biz bir şey deyəmmirik sizə. Özünüz fıkirloşin, axtarın görün niyə belədi?'."

"Azər"dəki iki sözü - "az ər"i də o deyib bizə, "Araz"da iki söz olduğunu da, "ar

az". Bu cür hırıltı! Təhqir! Bunu yazanı da yaxşı tanıyırmışsan sən, təsdiq eloyon

akademikləri  də!..  "İki  tərəfə işləyən"  şoferin,  açığı, əməlli-başh  şübhə yaratdı

mondə sənə qarşı. Herodotun  yazdığı "neponyatmy  midiyskiy  yazık"m Odu da,

Əri  də,  OdƏr  dili  də "ponyamıy"  olduğunu  vaxtında  deyəmməzdinmi, əmi?!.

Müslüm de-



______________Milli Kitabxana_______________

yəndə ki,  Olamı  "Olimp"  eliyən  Qreklərdə, əslində Ulu  Bağın  sarayındakı  daş

yazılarında  dil  indiki  dilimizdən  çox  az  fərqlənir,  yaş  boğdu  məni!..  Atam  ölən

günü bilməliydim mən ki, şeyx əmilərim Olamın xarabalıqlarından ana dilimizdə

yazılı daş kitablar yığıblar, fədai yurdunda illərnən oturub ərəb dilinə, fars dilinə

tərcümə eləyiblər.  Paytaxtımız ƏrEydən  qovulmuşuq,  Farslar ƏrEyə "Rey"

deyiblər,  "müqəddəs"  din  kitabları ƏrEyi  "Ray"a  döndərib əfsanəyə çeviriblər!

"Ray"dan  qovulan  OdƏrləri  tək  insan  qələmə veriblər!  Dəhşətə bax!..  "Sultanı

dinlə!", "Sultanı dinlə!.." Sultan dillənmirsə, mən necə dinləyim Sultanı?! Yeddi

yüz əlli cildlik kitabxana!.. O tay-bu tay vətənimizin tarixi! Khabxanamızın çox

hissəsi  elə maşın  kalonunun  təkərlərinin  altında  məhv  edilib!  Müslüm  deyir  o

duz soferinin səhərisi Culfadan, Naxçıvandan zəng vurdular Sultan Mamedoviçə,

mən bir də getdim deyir Əlincə qalasınm yanına. İlan dağı var, deyir, orda, İlan

dağının ətəyi,  sağ-sol  düzəngahlar  dümağ  ağarırdı - kağıznan  doluydu.  Külək

yoldan  aparmışdı,  deyir,  maşınların  təkərlərinin  altında  asfalt  da  xınc-mınc

kitabnan,  kağıznan  doluydu  deyir...  Erməni  katolikosların ərazi-fılan  barədə

məktubları  heç  nədi  Ulu  Bağ ƏsƏlmənin - "Süleyman  padşahın  yerin  altında

qalan  "xəzinəsi"nin  yanında!  Ermənilərin  məktublarına,  Stalinin  teleqramına

görə yox, "Vərəsə" kitabxanasına, Bağday tarixinə görə öldürüblər atamı! Məhz

tarixə görə sürülür, ərazilərimizdən uzaqlaşdınlır bu xalq! Düzdü?!. Bu müsibəti

vaxtında  bilsəydi,  kim  olardı  bu  indiki  Dəli  Səməd?! Atam  ölən  günü

büməliydim mən ki, general Persin uydurduğu "qan düşmənçiliyi" üstündə yox,

"Allah" - ƏlAğ  uğrunda,  Bağday  uğrunda,  Ulu  Bağ ƏsƏlMən - "Solomon"

uğrunda  qurban  gedib  sədr  Mədəd!  Sultan Əmirlini  bütün  varlığıynan  sevən

ürəyim var mənim. Əmma sevgim kordu! Beynim boşdu! Deyirik "mühit yetirir

insanı".  Mühitim  də belə qapalı!  "Batin!"  İncimə məndən,  qurbanın  olum, əmi,

səni  sarsıtmağa  gəlməmişəm  bura.  İstəyirəm,  doğrudan  da  açıq,  mərdanə

danışaq,  doğrudan  da  heç  bir  gizlin  şey  qalmasın  aramızda. Bu  saat  sən  qapalı

dünyasan  məndən  ötrü.  Məsləkdaşın  Qılınc  Qurban  bir  cür  qapalı  dünyadı,

sirdaşların  Xızr  Abıynan Ələsgər  müəllim  başqa  cür  qapalı  dünyadılar.  Bütün

millətin  özü  qapalı  dünyadı!  Qapılarmız  təsadüfdən  təsadüfə açılıb  tezcə də

qapanır!  Nəsə eşidirəm,  görürəm,  onda  da  bircə şey  dərk  eləyirəm:  dünyadan

xəbərim  yoxdu!..  Acam  mən, əmi!  Həqiqət  acıyam.  Ağıl,  idrak  acıyam!  Belə

vurnuxa-vurnuxa, əslində, demə, həqiqət axtarıram mən!




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə