______________Milli Kitabxana_______________
"Duş"dan düşən tək-tək damcıların daha da dərinləşdirdiyi sükut içində ağır
addım səsləri eşidildi, palma ağacı somtindən bəri yaxınlaşıb qapının arxasında
yavaşıdı. Qaşlarını çatıb qapıya baxan Sultanla birlikdə Səməd də hiss etdi ki,
ayaqları çəkələkli, ehtiyatlı Müslüm deyil bu gələn, kim isə başqasıdır.
Sürməli qadın gözləri qapının arasından içəri boylananda prokuror Sayılovun
bu gəlişi Səmədi nə qədər heyrətləndirdisə, Sultanı, əksinə, bir o qədər
sevindirdi.
-
Bu da bir nəfər "iki tərofə işləyən"imiz, qardaşoğlu! Gör indi
neyniyəcək bu qoltuğu qovluqlu Bezobraziye murdarı!
Sayılov gülümsünməyə çalışırdı:
-
"Bezobraziye" elə hamımızın möhürümüzdü, Sultan Mamedoviç!
"Murdar" bir qədər insafsızlıq olar. Kəlbəcərin SafAğ- "Səfa" dağının ab-
həvasından da saf ab-havasında böyümüşəm. İlk dəfə orda prokuror olmuşam,
məhz saflığıma görə yoldaşlarım sənin rayonuna göndəriblər axı məni!.. Belə
danışa-danışa irəli yeriyib, üstündə "Delo" yazılmış qalın kardon qovluğu açıb,
kağızları bircə-bircə göstərməyə başladı: - Bu "Səməd Mədəd oğlu Əmirli
haqqında cinayət işi!" Bu, müxtəlif vaxtlarda müxtəlif həkimlərin tərtib etdikləri,
cinayətləri təsdiqedici sənədlər! Bu da müxtəlif adamların ifadələri, müxtəlif
rabotniklər tərəfindən yazılmış, müzakirələrdən keçmiş, yoxlanmış, milis şöbosi
ilə bizim tərəfimizdən təsdiqlənmiş müxtəlif xarakterli materiallar. Oxusanız, lap
elə-belə, ötəri tanış olsanız, şəxsən sizə pis təsir edər, Sultan Mamedoviç.
Odurki, icazənizlə, qardaşoğlunuzun özünün şahidliyi ilə, sizin gözləriniz
qarşısında cinayət işini büsbütün məhv edirəm. Əvəzində çox adi və çox sadə bir
xahişim var: "Bacanağ"ın məni işdən qovdurmasına yol verməyin, Sultan
Mamedoviç! Qardaşoğlunuz qədər saf insan yoxdu bu dünyada. Mən bilirəm
onun qiymətini. Siz də həqiqətən murdar adamabənzərlər arasında mənim az-çox
insanlığımı qiymətləndirin.
Yaşımın, yaddaşımın, Qılınc demişkən, "kaporavalni" vaxtında sizinlə
AğBizənli Ahnın sazını, sözünü dinləmişəm. Elm öyrənmişəm. Ürək adamıyam
mən, Sultan Mamedoviç, soyuq mühakimələr prokuroru deyiləm! Budur, cırıram
bu Bezobraziye materiallarını!
Kağızların hamısını parça-parça eləyib, həmin qovluğun arasına doldurub
döşəməyə qoydu.
-
Rahatlığınıza xələl gətirdiyimə
görə
üzr istəyirəm!.. Həmişə
qulluğunuzda hazıram! - deyib getdi.
______________Milli Kitabxana_______________
Müslüm gəlib, qovluğu götürdü.
-
Tək Sayılovun işi deyil, hamısı belə qərara gəlib. - dedi. – Başqa
qurğuları var. Təxminən bilirəm, deyəsən sui-qəsddi. Məhərrəm Abbasoviçə
çatdırdım. Öz mühafizəçilərinə göstəriş verdi. Heç narahat olmaypın.
Sultan qovluğu alıb, cırılan sənədləri gözdən keçirdi.
-
Yaxşı oldu, bu valakitadan canımız qurtardı, Müslüm. Qonaqlar
gəlmirlər?
Müslüm qovluğu qoltuğuna vurub qımışdı.
-
Dəniz vurğunu Rudenko dənizdən aralanarmı?
-
Bu da yaxşı oldu, Müslüm. Belə bürküdə qonaqnan oturmaq çətin işdi...
Bircə balaynan oturmaq isə hər ikimizin xeyrimizədi... Demək, sui-qəsd?
-
Bəli... Siz çox narahat olmayın. Mən özüm də nəzarət dəstəsiynən əlaqə
saxlayacam.
Sultan şoferinin səsinin titrəyişinə diqqət yetirməyə bilməzdi. İstər-istəməz
sərtləşib:
-
Yaxşı... get! - dedi...
2
Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.
-
Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda
gətirib nümayiş elətdirdilər qələbələrini! "Boqi obezqlavlem" yazdılar, yenə də
qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar!
Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin
qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə
Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı
Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı
əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni
deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta
Leninə məktubları var: "Baku, eto armyane i ruskiye!" Uddular var-yoxumuzu,
yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli "ziyalı" Beriya Moskvaya
çağırdı, gözümün içinə dedi: "Mı boremsya s boqami, çtobı əsçastlivit lyudey!"
"Vot "Bibliya", proçti, Sultan: "Avrampobedil Boqa". Ponyal?!..
1
"Biz Boqlarla mübarizə edirik ki, insanı xoşboxt edək!" "Budu bax. "Bibliya", oxu, Sultan: "Avram
Boqa qalib gəldi!" Başa düşdün?!"
______________Milli Kitabxana_______________
"Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki,
"Avram" deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı:
"İtak, "Bibliya" vret?!"
1
Yeno çalışdım qandırım ki, "BibF'iya deyil əsli, OdƏrcə - türkcədi orijinalı.
"Tövr+at", "Tora" adları OdEvƏrdəndi, "Bibl" - Bağbildəndi. "Xa! Xa! Xa!" –
qəhqəhə çəkdi... Güllələndi... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç...
Romanovların taleyini danışıram, görün deyirəm necə faciələmən qurtardı
dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma
qorxma. Qurtaracaq bu qan-qırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər
dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ - "Aşıq"dı, Alimdi...
Əmi ilə qardaşoğlunun ürək çırpıntıları ilə dolu, uzun sükutdan sonra
tüstünün arasından diqqətlə Səmədə baxanda Sultan elə bil kimdənsə, nədənsə
ehtiyatlana-ehtiyatlana, lap astadan qəribə suallar verdi.
-
Atanı tez-tez görürsən? Səməd duruxdu.
-
Son günlərdə hə.
-
Lap aydın? - Hə... lap aydın.
-
Bir şey başa düşürsən?
-
Yox, əmi. Vahimələnirəm... Canımdan üşütmə keçirdi, titrəyirdim. İndi
bir az vərdiş eləmişəm. Başa düşürəm ki, nə isə qanuni şeydi, sirdi.
Sultan müəmma ilə qımışdı.
-
Desəm ki, atan sağ-səlamətdı OdAğÜz BağOdƏr planetində, ordan
görür səni, özünü də kino kimi göstərirlər sənə, nə deyərsən buna? Lap canlı
insandan da canlı, aydın görünür!
Səmədin gözləri böyüdü.
-
Əmi!.. Yəni başqa görənlər də var?!
-
Çox şey var, oğul!.. Atan "Əlif", "Lam"dan başlayıb sözünü. Mən
"Boq" kəlməsindən başlayıram. İnsanı insana, bəşəriyyəti Kainatın OdƏr
bəşəriyyətinə bağlayan EvƏrEy Bağların nəslindənik biz. Vətənimiz Olamdan
başlanıb, Bağdayın ƏrEy vilayətindən, ƏlEvÜn dağından. İndi Elvond, Elvon
deyir cəmaat. O ƏlEvÜnün Bağlarına
Demək, "Bibliya" yalan deyir?!"
Dostları ilə paylaş: |