______________Milli Kitabxana_______________
dilər əmilərin. Hər kitabın axırında gil, qaya yazılarının, daş kitabələrin rəngli
fotoşəkillərini çap eləmişdilər... Ulu Bağın Olamdakı Saf-Eyinin sütunlarının
şəkillərini ingilisdən almaqdan ötrü, Qrek tacirlərinin Afinadan gizlin gətirdikləri
kitabları - OdƏr- Türk dilində əlyazmalarını almaqdan ötrü ovuc-ovuc qızıl
verirdilər! Bax bu işdən - "Vərəsə"dən başqa neyləyirdilərsə, hamısı, o cümlədən
fədailərə, qaçaqlara tüfəng, "qurğuşun", yəni güllə almaqları da, hamısı cahil
insan - təhrif insan əməlidi. Nə nəticə çıxır burdan?! Əmilərin öz əlləriynən
Özlərini təhrif eləyirdilər? Bəli, əzizim! Niyə? Çünki mühit, bütün planet
Bezobraziye mühitidi, "Allah'Mann SafAğ xəzinəsi üstündə yatan İlan mühitidi!
Diqqət yetir indi, gör necə nəhəng, eyni zamanda necə bədbəxt adamlarıq ki,
bütov bir planetdə bütöv bir bəşəriyyəti "Allah"lara qovuşdurmalıyıq! Bax belə
bir ideal uğrunda əmilərin şüurlu şəkildə müflisləşməyə getdilər ki, həqiqətimiz
torpaqda qalmasın.
Əmma yeddi yüz
əlli cilddən birini də
dünyaya
çıxardammadılar. Fədailər oxudular, biz - aralıqda o tay-bu taya gedib-gələnlər
oxuduq, bir də Moskvadan məqbərəyə xüsusi göndərilən Akademik Mannan
onun şagirdləri oxudular (Sonra danışacanı, Stalinin xüsusi göstərişiynən
məqbərəyə düşmən kimi gələn Man necə dost oldu, Stalinin özüynən tutaşdı!
Çünki Elmimizin hikməti insanı qorxudan xali eləyir!). "Şeyx Xorasan"
məqbərəsinin sirrini bilənlərdən bir də "Müəllim" oxudu. Bunnan da "Vərəsə"nin
işi qurtardı. Ürəyimizdə odu qaldı, özü külə döndü, "İttihadi-İslam" firqəsinin
sandıqlarında, Demokrat firqəsinin arxiviynən bir yerdə, göz dağına çevrildi.
Çünki Stalin, Beriya, Mirqəzəb, Pers varıydı? Yox, oğul... Nə Naxçıvana o "duz
səfərimiz" aydındı sənə, nə də bu danışdığım. İmperializmin, İlanın siyasi
platforması adında bir müsibət var. Əmiləriyin başlarının kəsilməyi toy-
bayramdı o müsibətin müqabilində. Şeyx Ağ Əmir, Şeyx Boz Əmir kimi, sədr
Mədəd kimi qardaşlarımnan yanaşı, milyon insan həyatı qurban verərdim, bu
müsibət olmuyaydı. İngilislər funtitcrlinqi sel kimi axıdırdılar, bütün Avropanın,
özlərinin ən görkəmli arxeoloqlarını, şərqşünaslarını Cənuba doldurub, əslini,
bizdən olduğunu unutmuş Pəhləvi şahının hakimiyyətinin qanuniliyini sübut
eləməkdən
ötrü,
Cənubumuzu
Şimalımızdan
həmişəlik
ayırıb,
əbədi
müstəmləkəyə çevirməkdən ötrü tariximizin üstündən qələm çəkib "Pəhləvi
tarixi" yazdırırdılar. Danışacam, biləcəksən ki, o cahil hərbçi Pəhləvi bədbəxtləri
bizdən necə ayrılıblar. BağOd EvÜn ikən sonralar təhrif olunub "Pixtavan" -
"Pəhləvan" - "Pəhləvi" adlan-
______________Milli Kitabxana_______________
dıqlarını, tədriclə bizdən ayrıldıqlarını Pəhləvilərdən bir nəfər də bilmirdi, buna
görə də "Pəhləvi tarixi" adında yalan kitabın hər kəlməsinə inanırdılar. Adi bir
hərbçi ikən İngilisin əliynən təxtə çıxarılan Şah özü də xüsusi fond ayırmışdı
tarixçilərdən ötrü. Əmilərin Qəsri-Qacarda otursalar da, EySarımızın - Uca
Hökmdarımızın Ününü dinləyib hər şeydən xəbər tuturdular, podpolyalarda
bizimkilərə çatdırırdılar. Atannan mənə də, nakam dostumuz Nəcəfoğluna da
çatırdı, hamımız bilirdik ki, cəhalət "alim"lərinin falsifikasiyası - "Pəhləvi tarixi"
yazıldıqca, hər səhifəsi İngiltərədə, Avropada, Amerikada ingilis, alman, fransız
alimlərinin elmi kəşfləri kimi qələmə verilirdi, dilimiz, dövlətimiz inkar edilirdi.
İzah eliyəcəm, görəcəksən ki, hətta "İran" sözü də olmayıb. Tarixdə yoxdu. Başa
düşürsən? Yoxdu! Təhrif sözdü, mənasızdı. Tamam mənasız!... Mənasızlığa
məna verirdilər. Bütün planet miqyasında qələm çəkilirdi tariximizin üstündən,
oğul. İndi deyəcəm, nakam dostumuz, filosofumuz Nəcəfoğlu Avropada "Tarixin
atası" adlandırılan Qrek casusu Herodotun Sarlarımız hökmdarlarımız barədə
xronikasını necə darmadağın eləmişdi. Heç kəsdə şübhə qalmamışdı ki,
Herodotun "Tarix"ində Bağdayın özünün adından, hökmdarların adlarından
başlamış, vilayotlorin, dağlann, çayların adlarına qədər, hər şey eybocər şəklə
salınıb. Fatehlər ən yaxşı halda gülürmüşlər təhriflərə. Ümumbəşəri həqiqətlər
lazım deyildi fatehlərə. İngilislər "İran"a arxeoloji ekspedi-siya göndərəndə lap
ilk gündən bilirdilər bunu. Sənin oxuduğun "İstoriya Midü" kitabında "Elam",
"Lullubəylər" adlarıynan iki hissəyə bölünən Olam ərazisinin daş kitabələrinin
çoxu, HomOdÜn (vahid Həqiqət Ünü) ikon "Həmədan" şəklində yazdıqları
qədim mərkəz şəhərimizin daş kitabələrinin, əlyazmalarının çoxu onlardaydı.
Qələm
çəkirdilər
üstündən.
Xaç
müharibələrində
qılıncnan
fəth
eliyəmmədiklərini qələmnən fəth eləyirdilər!
Mən bu gün varam, sabah yoxam. Yadında saxla: ordu fatehliyi müvəqqəti
olur, qələm fatehliyi uzun sürür. İlanın İngiltərədəki zəhərliləri, "Coğrafiya
cəmiyyəti" adında casus setində casus "alim"lərin qələmiynən ilk növbədə "elmi
əsas" yaradırdılar. Şahı da işə-başa salmışdılar, gecə-gündüz "Pəhləvi tarixi"ynən
məşğuluydu. Bu taydakı cəlladımız da bilirdi hər şeyi. Stalindən "ustanovka"
varıydı ki, Türkün tarixini onuncu əsrdən başlasınlar. Qədimlik guya yalnız
"Qrek"o. "Fars"a məxsusdu, biz guya sonradan gəlmişik. Açıq deyəmməsələr də
hər vasitəynən sübut eləməyə çalışırdılar ki, "Midiya"nın Türkə