İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə123/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   119   120   121   122   123   124   125   126   ...   180

______________Milli Kitabxana_______________

dəxli  yoxdu,  Bağday  BağOdEy  adları  guya  heç  olnıayıb!  Ele  "Midiya"dı

vəssəlam!

İlanın  Moskvadakı  zəhərlisi  İosif  Vissarionoviç  iki  tarixçi  göndərmişdi

Mirqəzəbin  sərəncamına.  Cəlladımız  özü  də öz  alimlərimizdən  bir  neçesinə

professorluq  vermişdi,  Merdəkanda,  Bilgəhdə bağ  bağışlamışdı,  şəxsən  özü

"ustanovka"  verə-verə "Azərbaycan  tarixi"  yazdırırdı.  İyirminci əsrin,  partiya

tarixinin yazılmağına imkan vermirdi. Çünki Nərimanov, Həmid Sultanov, Baba

Əliyev  kimi  nadir  çekistlərin  fəaliyyətləri  varıydı;  başlarını 

yediyi


Hümmətçilərin  adlarını  partiya  tarixindən  silməkdən  ötrü  alimləri  daimi

məngənədə saxlayırdı  Mirqəzəb.  Qədim  dövr  barədə də şəxsən  "ustanovka"

verirdi,  sübut  elətdirirdi  ki,  guya  nə qədim  dilimiz  olub,  nə ərazimiz,  nə də

dövlətimiz.  Köçəri  qəbilələrdən  ibarətiymiş  Azərbaycan  xalqı!  "Türk"

demirdilər! Guya  müxtəlif  etaik  qruplann,  qəbilələrin  qarışığından əmələ

gəlmişik.  Halbuki  etnik  qrupları  özləri  köçürürdülər  içərimizə!  Belə dəhşətli

platformanın  müqabilində həqiqətimizi  dilimə gətirə bilərdim,  ay  gözümün

işığı?! Budu bax əmiyin ən böyük cinayəti: həqiqəti həyatı bahasına car çəkmək

əvəzinə özünü qorudu: susdu!.. Məhkəmədə təzə-təzə açılırki, "Şərqə münasibət"

adlanan gizlin siyasi platformanın,  gizlin "milli siyasət"in bütün bəlaları Stalinə

bağlıymış!  Deyilib  sənə,  İlanın  sadiq  təbəəsi  keşiş  Cuqaşvilinin  tərbiyəsindən

çıxmış fateh casuslar başçısıymış İosif adlı, Vissarion oğlu Qrek!

Dönə-dönə yazmaq,  təkrar-təkrar  car  çəkmək  lazımdır  ki,  bəşəriyyətimizin

həqiqət  yoluna  qayıda  bilməməyinin əsas  səbəbkarları  Qrek-Latın  fatehləri

olduğu  kimi,  "Yer  üzündə Ədalət  Səltənəti"  adlanan  UluBağ ƏsƏlMən -

"Solomonovoe  tsartstvo"  haqqında  təsəvvürün  yerli-dibli  dəyişməyinin

təqsirkarları da  məhz Qrek-Latın cahilləridi. Vaxtı çatanda ətraflı danışacam bu

barədə.  Hələlik  bircə bunu  bil  ki,  Ulu  baban  Ulu  Bağ  "OdMən"  deyirdi  öz

səltənəti  Bağdaya.  OdMən!  Yəni  mənim  həqiqətim!  Tək  bircə "Od"  sözünün

qrekcə "ki"  sözüynən əvəz  olunmasından  "komun",  "kommuna"  yaradıblar.

HəmOd -Vahid  həqiqət ətrafında  birləşən  azad  AğEy  icmalar  quruluşunu  hərbi

"kommunizm"  quldarlıq  cəmiyyətiynən əvəz  eləyiblər.  Budu  bax  İosif  bəlası!

Qrek  bəlası!  Doktorumuzun  öz əliynən  yazdığı  "Hümmət"  proqramını  verəcəm

oxuyacaqsan.  İnsanı  insana  qarşı  qoymur  Nərimanov.  Marksizmin,  Leninizmin

daxilində Ulu Bağın cəmiyyətinin ab-havasını qoruyub, məhz buna görə də hərbi

kommunizm cəlladlarının "ustanovka"larıynan heç vaxt razılaşmayıb.




______________Milli Kitabxana_______________

Bildinmi niyə susmuşuq "Azərbaycan tarixi" yazılanda?

Nakam  dostumuz  Nəcəfoğlu  da  sən  kimi  danışırdı.  Mədədin  faciəsindən

sonra hər ay Mərdəkana - bağına çağırırdı məni, dişinin dibindən çıxanı çırpırdı

üzümə:  "Gətir  tök  "Vərəsə"ni  bura,  sonrasınnan  işin  yoxdu", - deyirdi. -

"Otuzuncu ildən otuz səkkizinci ilə qədər sandıqda saxladıq. Otuz səkkizdən qırx

altıya  qədər  Şeyx  Xorasan  məqbərəsində saxladıq,  sonra  da  divarlara  basdıq,

dəfn  elədik!" - deyirdi.  Fikri  buydu  ki,  mühacirlərdən  Moskvaya  oxumağa

gedənlərin  çamadanlarına  doldurub  aparıb  SSRİ  Elmlər  Akademiyasının

Şərqşünaslıq İnstitutuna versin, öz köhnə aspirant yoldaşlarından, Bağdayın indi

"Rey"  adlanan ƏrEy  vilayətindən  olduqlarını, əslən  EvƏrEy  OdƏri  ikən  təhrif

mühitdə "Yevrey"ə döndüklərini yaxşı bilən şərqşünasların imzalarıynan məqalə

çap elətdirib, Mirqəzəbi fakt qarşısında qoysun. Məhərrəm razılaşmırdı. Deyirdi

"Akademiya  da  KQB-nin,  şəxsən  Beriyanın  nəzarəti  altındadı".  "Səbr  elə, -

deyirdi, - yoxsa "Vərəsə"ni də güdaza verərsən, özünü də".

Səbr eləmədi rəhmətlik...

Məhərrəmnən mən ən ağır, ən dözülməz günlərimizdə də dözmüşük. Pişəvəri

dözümlü 



idi. 

Nəcəfoğlu 

dözmürdü. 

Sürgünlərdən, 

katalikosların

məktublarından, o teleqramdan sonra banta dönmüşdü.

Əllinci  ilin  yanvarında  Mərdəkanda  axırıncı  söhbətimiz  oldu.  Məhərrəmdən

sonra  mən  də "səbr"  deyəndə Nəcəfoğlu  konspirasiyanı-zadı  da  unutdu,  qışın

günündə,  küləkli  gündə pəncərələri,  qapıları  açdı,  qışqırdı  ki,  "Partlayrram!

Bəsdi! "OdƏr dili" əvəzinə "Midiyanın ölü dili"  yazanların arasında  gündə min

dəfə ölənəcən  bir  dəfə ölərəm"...  Bəli, əzizim,  məhz  "ölü  dil"  yazırdılar

"ustanovka"ynan yazanlar! Əsasları da vardı: Herodotun "Tarix"i: "Midiya!" Nə

"deməkdi?  "Atropatan!"  Nə deməkdi?!  "Astiaq!"  Nə deməkdi?!.. - Sultan

papirosu papirosun oduna yandırıb, Səmədə baxdı. - Od-həqiqət, Ər-işıq. OdƏr -

həqiqət işığı! Necə gəlib yer üzünə bu həqiqət işığı? Xalqıyın niyə xəbəri yoxdu

həqiqət işığından? Bircə-bircə danışacam hamısını, idrak verəcəm sənə, idrak acı

balam!

Nakam dostumuz da irdak aşiqiydi...



Nəcəfoğlunun  ölümünü  də Sultan Əmirlinin  növbəti  cinayətidi  dedilər  sənə,

sən də inandın!

Qulaq as, gör necə öldü o, - Mədəd əvəzi Nəcofoğlu!

Səməd öz "korluğunu, nadanlığını, cahilliyini" daha aydın duya-duya, sarsıntı

içində:



______________Milli Kitabxana_______________

-

Bilirəm... Qurban əmi deyib, - dedi. Sultanın dodaqları titrədi.



-

Venasını kəsib. Hə?

-

Hə... Əvvəlcə asıb özünü, ölməyib... sonra vena...



-

Bilmir  Qurban!  Dildə-ağızda  gəzəni  demişik  Qurbana.  Nəcəfoğlunun

necə öldüyünü ancaq o şkafdakı paqonların sahibləri bilirlər.

Məhərrəm  Məhərrəmov,  Sultan Əmirli,  Müslüm...  Bir  də SSRİ  prokuroru

Rudenko...  Stalinin,  Beriyanın,  Mirqəzəbin  cinayətlərinin  kökü  çox  dərindi.  O

kökü axtarıb tapmaqdan ötrü böyük tədqiqat aparılmalıdı.

Hələlik  bircə istintaq  qrupu  var,  o  da  üzdə olan  materiallar əsasında

məhkəməynən  məşğuldu.  Bizim  "xüsusi  qrup"umuz  ayrıdı.  Üç  nəfərdən  ibarət

idi: Məhərrəm, Saşa, mən. İndi ikimiz hələlik sağıq. Ştabımızın biri Moskvadadı.

Vorovski  küçəsində,  vaxtilə Nərimanovun  yaşadığı  binada.  Bir  də bu  gördüyün

mənzildi.  Otuz  yeddinci  ildə atannan  mənim əleyhimizə kompaniya  başlananda

mənim  köhnə çekist  yoldaşlarım  olurdular  burda.  Qəza  komitəsindən  çıxandan

sonra da ÇeKa

1

ynan əlaqəmi  kəsməmişdim, gəlib-gedirdim. Qardaşlığım  Qılınc



Qurban hər yerdə döşünə döyür ki, "Şeyx qardaşlarını o kampaniyadan mən xilas

elədim". Rəhmətlik Mədəd də elə bilirdi. Həmişə də təəccüblənirdi ki, "Qurbanın

bir teleqramıynan nə əcəb əl çəkdi bizdən Mirqəzəb?!" Nə Mədədə düzünü deyə

bilirdim,  nə də Qurbana.  Çünki  bu  yoldaşlarım  o  vaxtdan  Rudenko  kimi

adamlarnan bağlıydılar. O vaxtdan konspirasiyadaydıq biz, qardaşoğlu. Çax-çux

"Bacanaq"  olub  bu  üzbəüz  mənzildə məskən  salandan  sonra  vəziyyət  dəyişdi.

Yoldaşlarımız  bircə-bircə yox  oldular.  Məhərrəmə Bakıdan  kənara  çıxmağı

qadağan  elədilər.  Nəinki  Moskvayrıan,  öz  rayonlarımıznan  da əlaqələrimiz

kəsildi. 

Sonradan 

bildik 

ki, 


rayonlarda 

"kommunist" 

adı 

daşıyan


Hümmətçilərdən dörd yüz nəfəri bircə gecədə qırıb Mirqəzəb! Dörd yüz! Deyilib

bu  sənə. Əlavə olunmalıdı  ki,  mülətin  başı  kəsildi  onda.  İyirminci-otuzuncu

illərdə "Internasionalnıy otryad"ın Cənubda qırdığı kadrlarımızdan sonra o dörd

yüz  nəfərdən  çoxunun  elə yerindəcə güllələnməyi,  bəzilərinin  də birbaş  uzaq

Sibirə göndərilməyi  belimizi  qırdı!  "Muğ"lar- Bağlar,  hamısı  "pantürkist",

"panislamitst"  adıynan  getdi.  Hadisələrin  üstünü  elə örtdülər  ki,  nəinki

xalqımızın böyük qismi, hətta indiki çekistlərimizin də

"Çrezvıçaymy Komitet" - Fövqəladə komitə. Dövlət Təhlükəsizliyi Komitəsinin ilk adı.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə