______________Milli Kitabxana_______________
məlumatı olmadı Bağ qırğınından! Bax, belə kəsilir planetlər arası əlaqələr! Get
danış o sevdiyin yoldaşlarına, gör bircə nəfərin xəbəri varmı ki, Yupiter
planetiynən danışan insanlar var bu "Yer" - EyƏr adlı planetdə! Telefonu əsrin
ən böyük nailiyyətlərindən sayırlar. Xəbərləri yoxdu ki, beyindən beyinə danışan
beyinlər lap adi şeymiş Bağday, OdƏr mədəniyyəti dövründə. "Dövr" yox,
"dövrlər" deməliyəm. Yadında saxla bunu. Sonra görəcəksən neçə dəfə süquta
uğradıblar Bağdayı, neçə dəfə məhz hansı əsrlərdə yenidən yaranıb!.. Həqiqəti
gizlətməkdə mahirdi bizim bu fatehlər zəmanəsi!
Nəcəfoğlunun ölümünün səbəbi elə gizlədilib ki, məhkəmədə açmağı da
məsləhət görmədik. Qorxduq psixoloji cəhətdən pis təsir eləyər cəmaata. Əmma
sənə açacam. Ona görə yox ki, bizi cəsarətsizlikdə, passivlikdə təqsırləndırırsən.
Açacam ona görə ki, Varisson. Cəhalətin necə dərin kök atdığını dəqiq
bilməlisən. İnsanın xilasının yalnız və yalnız SafAğ Elmində olduğunu dərk
etməlisən!.. Qurban bar-bar bağırırdı telefonda, tələb eləyirdi ki, Çax-çuxun
dalınca adam göndərək. "Əşyayi-dəlil əlimdədi, - deyirdi. - Gəlin aparın qatili!"
Xəbəri yoxdu ki, o naldan savayı, min bir əşyayi-dəlil var bizim əlimizdə. Əmma
Çax-çuxa toxunmaq olmaz.
Səməd diksindi.
-
Ne?! "Çax-çuxa toxunmaq olmaz?!"
Sultan sakit inamla:
-
Olmaz, əzizim, olmaz! - dedi. - Nə Çax-çuxu tərpədə bilərik, nə
Xudiyevi, nə Xəlvəti, nə Gülənovu, nə Sayılovu!.. Xəlvət sədrliyində qalmalıdı,
Gülənov rəisliyində, Sayılov prokurorluğunda. Hətta, Qurbanın şallaqnan
döydüyü zənənlərə də toxuna bilmərik!
Səmədin əmgəyində soyuq çimildəşmə gəzirdi.
-
Əmi! Sən nə danışırsan?!
Sultan yenə köksünü ötürdü.
-
Təsəvvür eləyə bilərsənmi ki, dörd ay bundan əvvəl Xəlvətin evindəki
Bezobraziye məclisinə tora salındığım gecə könüllü getmişdim... Özüm!
Könüllü!
Səmədin üşütməsini qəfil hərarət əvəz etdi.
-
Demək, mənə yalan danışmısan?!
-
Bəli, əzizim, əmin, idealın sənə yalan danışdı mehmanxanadan sonrakı
söhbətimizdə... Düz deyib sənə Təftiş Abbas! İndi özüm öz
______________Milli Kitabxana_______________
acizliyimi etiraf eləyirəm. "Kürüyüb atmaq" nədi?! İnqilab deyilmi bu "kürüyüb
atmaq?!" Ən asan qalib gəlmək və ən asan nadanlaşmaq yolu deyilmi "kürüyüb
atmaq?!" Səni sakitləşdirməkdən ötrü demişəm mən bu sözləri Qurbana, o da
inanıb sözümə, sən də inanmısan!.. Bəli "rumka döyüşdürmüşəm!" Tost
demişəm o məclisdə! Ayıq başnan! Tostun içində bircə saat sadə, anlaşıqlı
şəkildə Elmi söhbət eləmişəm. Bayaq gördüyün o iki tərəfə işləyən sürməgözlü,
hətta o yaramaz Xəlvəti xeyli inandırmışam ki, Elm, idrak, saflıq deyilən
anlayışlar mövcuddu bu Bezobraziye dünyasında!.. Gördüm sözüm havayı deyil,
az-çox təsir eləyir, coşdum, köyrəldim, "Əziz eloğlularım!" - dedim o yırtıcılara.
Utopiyaya yuvarlandım?! Xeyr, məclisin axırına yaxın o heyvan Xaş, o beyinsiz
Zərri Gülənov gəlməsəydi, Qudalıların mənnən mehribançılığını görüb təşvişə
düşüb Xalıqı məclisə çağırtdırmasaydı və o qatil çaxırın içinə nə isə töküb məni
şüurdan məhrum eləməseydi, inan ki, axırda Elmə aid vəsait verəcəydim ki,
oxusunlar o yırtıcılar, azdan-çoxdan insan olsunlar!.. Sahələrdə, pambığın ara-
bərəsində dalınca sürünüblər, əmin barışıb, sən də barış deyiblər. "Vərəsə"siz
Varisimiz, gözü xançalda olanımız, əlbəttə, barışmaz yırtıcı insannan. Əksinə,
Xəlvətin təkidiynən çamadanı, qızılı, diplomu qaytaran Xaşı ikiqat artıq kinnən
qarşılayar quyunun üstündə, Xəlvətnən Qıllıda, Piylidə de yenidən kin
qayrıadar!.. Zor zor yaradır, kin kin yaradır axı, ay oğul! Sonrakı hərəkətlərini
xatırlatmağa ehtiyac varmı? Qurban deyib "getməlisən", onun sözü də çatmayıb
sənə: "qovdu" deyirsən... Ələsgər deyib "çıx get burdan!" Dəhşətə gəlmisən ki,
Dam direktor ağlayır, "kişiliyi yoxdu". Elmin Varisi Elm mücahidlərinin
sözlərini başa düşmür!.. Sultan Əmirlinin əlində imkan olduğu halda Mədədin
qatilinə toxunmur, "toxunmaq olmaz!" - deyir. Niyə dəhşətə gəlirsən? Çünki
tanımırsan əmini-idealım! Bəli, sən məni zərrə qədər də tanımırsan, əzizim!
"İdeal" həmin fateh Qrekin təhrif sözüdü. Türkcəsi "Dil"di; OdƏr
bəşəriyyətinin OdƏr dili. Əsli - OdƏrcesi OdƏldi (Həqiqət Əli). Adım Abıdan
eşitdiyin BağBağÜn Babamızdı Od Əli - Həqiqət Əli! Bağ Atamızın Oğlu, ulu
baban Ulu Bağ ƏsƏlMəndi Od Əli! Bağ Atamızın ikinci Oğlu, təhrif "İsay"
adrynan tanınan EySar ÜnEvdi Od Əli! ("Noy", "Nuh" deyiləndi). Bağ Atamızın
üçüncü Oğlu, təhrif "Avram" adıynan tanınan EvƏrimdi Od Əli! Bağ Atamızın
axırıncı, kiçik Oğlu, təhrif "İisus", "İsa" adlanynan tanınan EySardı:
"Qalaktika"mızda - QalAğı-
______________Milli Kitabxana_______________
mızda "Əllah" - ƏlAğ EySarımızdı OdƏl - "İdeal!" Mənə "idealım" deyə-deyə,
təkcə bu bir kəlmənin, təkcə bu təhrif sözün arxasında necə həqiqətlər olduğunu
bilsən, yalnız o vaxt inam və etiqadnan deyərsən "əmim idealımdı". Hələ idealın
deyiləm mən sənin, oğul. Fəlsəfə öyrənirsən, deyirsən: "po Platonu Boq vne
mira". O məşhur Qrekin necə dəhşətli təhrif insan olduğunu biləndən sonra
deyəcəksən: "Bağ dünyanın özündə və insandadı". O vaxt mən özüm də
təxminən deyərəm: "Varisimiz mənim idealımdı... səcdəgahımdı".
Eşit və dərk elə ki, "insan" ÜnƏs sözündəndi, yəni Yaradan Ündü. EySanmızın
Ününü eşidə-eşidə, Elm əsasında böyük hərfnən kamil İnsan yaradır, SafAğ
İnsanın Əli - işləyəni, yaradam olan ƏlAğ - "Əl-lah" - "Allah" yaradır. Təhrif
Yerin təhrif "cinayət məcəlləsi" əsasında cəza verməknən, əzaba salmaqnan
insan yaranmaz! Hər dövlətin bir cür "cinayət məcəlləsi" insanı bir cür pozur.
Qurban əmin bilir bunu. Əmma başqa "məcəllə"si yoxdu. Yəni mənim o əzizim
də bir cür Zor nəçənnikdi. O şallaqladığı – cəzalandırdığı zənənlər bilirsənmi
indi necə kin mücəssəmələridi! Canavarddar indi. Qurbanın özünün də, Təftişin
də, Xızr Abının, Ələsgərin, hətta Çürüyün də qanını içərlər! O şallaqların
şaqqıltılarını eşitdim mən burda xəstə halımda, daha da xəstə oldum! Xaş
nəçənnik nədi, ondan da murdardı indi Qılıncımız!
Qatil Xalıqın dərin-dərin qatil kökləri var, oğul! Kökləri üzə çıxarmaqdan
ötrü nə qədər Qılınc ehtirası lazımdı. Əmma işləri korlayan da elə Qılınc
ehtirasıdı. "Kopirovalnaya bumaqa" yaddaşı ölüm silahı olmamalıdı! Asmaq,
kəsmək olmaz! Bildin?! Qırğınlardan, sürgünlərdən yaxa qurtarmaqdan ötrü
bütün planet tanımalıdı Sahiblərimizi. Siyasi-ictimai mühit, insanın bətni tamam
dəyişməlidi! Sultan Əmirli, Xızr Abı kimi adamlar az deyü. Hamısı da işləyir!..
Ürəyim şişib mənim, əmma, görürsənmi, hələ də işləyirəm! Ədalət qapısıynan
üzbəüz cinayət qapısının açan kamillikdi!
Səməd saçını daraqlayıb əlini əmgəyinə basdı.
-
Mən necə koram, ilahi! Necə ağılsız, şüursuz heyvanam!
Sultan papirosu sümürürdü.
-
Nə korsan, nə də şüursuz... Qurbannan söhbətinizi yadına sal.
İkicə kəlmə "moy rabotnik" bəs eləyib ki, Çax-çuxun fəaliyyət sferasının
genişliyini görəsən. Ağılsız adam bacarmaz belə şeyi. Özünü üzmə, qulaq as, gör
nə deyirəm.
Dostları ilə paylaş: |