İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə127/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   123   124   125   126   127   128   129   130   ...   180

______________Milli Kitabxana_______________

divanda rahat yat". Deyirdi: "İxtiyarım yoxdu". Bir dəfə soruşdum ki, "Niyə elə

atılırsan?  Vayğa

1

görürsən,  nədi?"  Dedi:  "OdƏrləri  görürəm.  Yupiterdən  dalğa



göndərirlər, tavanı tıqqıldadırlar, oyanım işləyim". Bilirsən nə deməkdi bu? Əgər

Nəcəfoğlu  sağ  qalsaydı,  o  tıqqıltılardan  sonra  Ün  eşitməliydi.  Elmimizin

qanunudu bu. Hər kəs SafAğ Elmiynən bir müddət gecə-gündüz, ardıcıl məşğul

olursa, beynində SafAğ İşıq artır və hökmən Bağlarnan danışır.

"Beyin" təhrif sözdü. OdƏr dilində yoxdu "beyin", BağÜn var. BağÜn!.. Mən

ardıcıl  məşğul  olammamışam. Əmma  Bağ  nəslinden  çox  uzaqlaşmıyan

adamlarda irsiyyət güclü olur. Belələri Elm barədə lap cüzi məlumat alar-almaz

beyinlərində SafAğ  İşıq  artır. Əger İlan  mühiti  çox  sıxmırsa,  sən  atanı  necə

görürsənsə,  onlar  da  ikinci  doğuluşdan  sonra  Yupiterdə məskunlaşan əzizlərini

eləcə görürlər,  səslərini  eşidirlər.  Heç  bir  möcüze  yoxdu  bu  dediklərimdə.

İstəyirəm  bizim  o  vəziyyətimiz,  Nəcəfoğlunun  vəziyyəti  bütün  aydınlığıynan

çatsın sənə, oğul... Naxçıvandan qayıdanda təhlükə başqa cürdü. Onda tərəzinin

bir  gözünə "Vərəse"  qoyulmuşdu,  o  biri  gözünə bizim  həyatımız.  Atan  getdi,

"Vərəsə"  qaldı.  Mərdəkanda  isə mübarizəmiz  son  həddə çatmışdı.  Bizi  ideoloji

təxribatda  taqsırlandırmaqnan  Mirqəzəb "şef"inin əl-qolunu  açırdı  ki,  "xüsusi

qrup"un  təşkilinə əsas  verən  sənədləri  SSRİ  prokurorundan  istəsin,  mənim

məktubumu,  Məhərrəmin  SSRİ  prokuroruna  yazdığı  məlumatı  alıb,  ideoloji

təxribatçıların,  siyasi  düşmənlərin  böhtanları  kimi  məhv  eləsin.  Beləliknən,

cinayətlərin  üstü  örtülürdü.  Yəni  Cənubda  iyirmi  ikinci  ilin,  otuzuncu  ilin,  qırx

altıncı  ilin  hadisələri  obyektiv  səbəbləri  olan  məğlubiyyətlər  kimi  qələmə

verilirdi,  çoxəsrlik  azadlıq  hərəkatına  zəif  hərəkat  damğası  vurulurdu,

mühacirləri  ruhdan  salırdı,  "Pəhləvi  hakimiyyəti"  adı  altında  imperializmin

"İran"da hökmranlığını möhkəmləndirirdi.

Sənə o  qədər  çatmır  bu  söhbət.  Bayaq  dedim,  Pəhləvi  Fars  deyil.  Qedim

BağOd  EvÜn  OdƏrləri əvvəlcə "Paxtavan",  sonra  "Pəhləvan" -Pəhləvi

adlanıblar, yəni Bağdayı Qrek - Latınların, Suriyalıların basqınlarından mühafizə

edən  hərbçilər.  İrsən  indinin  özündə də hərbçidilər.  Düşmənimiz  haqqında

rəğbətlə danışıram.  Niyə?  HəmOdÜnün  darvazasında,  enişə düşən  yerdə ƏsÜz

(yaradan məna) deyilən hasarlı bir yer var, indi də durur əlamətləri. BağOd EvÜn

sərkərlər (Sar Od-

Faciəli röya.



______________Milli Kitabxana_______________

Ərlər  həmin ƏsÜzdəcə oturub,  Ün  eşidə-eşidə əvvəlcədən  bilirmişlər  ki,

hansı  düşmən  ordu  harda,  necə hazırlaşır  ki,  döyüşə,  basqına  gəlsin.  Qreklər

"Suz"  deyirlor, ƏsÜzə,  monasım  da  bilmirlər.  Biz  iso  burda  Şimalda  da  o

Pəhləvilərimizi  görən  kimi  tanıyırıq.  Hələ də hərbçi  ifadələri  ilə,  təhrif  OdƏrcə

danışırlar.  Cənubda əhalinin  heç  beşdə biri  də deyillər.  Üzdə özlərini  Fars  kimi

qələmə verirlər. Niyə, bilirsən?

İndiki "Fars körfəzi"ndən bir az bəridə EvƏrSu və ya EvƏrƏs ərazimiz olub.

İndiki  Pəhləvilər - Pəhləvanların  nizami  orduları  o ərazidə olublar.  Bağdayı

qoruyublar. Zaman keçdikcə, Qreklər içərilərimizə yeridikcə, dilə də çox pis təsir

eləyiblər.  BağOd  EvÜnə "Paxtavan"  dedikləri  kimi,  EvƏrƏsə "Pers",  "Pars",

"Fars" deyiblor, Farslar da BağOd EvÜnə əvvəlcə "Paxtavan", sonra "Pəhləvan",

axırda  "Poxləvi"  deyiblər.  Bunlar  çox  vacib  şeylərdi,  təkrar  eləyirəm  ki,

unutmuyasan.  Belə şeyləri  bilməsən,  keçmişimizi  dərk  eləməzsən,  babalarını,

millətini,  özünü  tanımazsan,  yoxa  çıxarsan,  bəşəriyyətin ən  ülvi  tarixini  də

özünnən  birlikdə həmişəlik  məhv  eliyərsən.  Daha  dəqiq  desək,  bəşəriyyət  indi

düşdüyü dini əfsanələr selindən də güclü  selə düşüb, idraknan  yox, stixiyayrıan

yaşayar, bətnən tamam çürüyər.

İlan bilir bunu. Keşiş Vissarion Cuqaşvili "Stalinə" geniş hərbi dərs deyib bu

barədə.  Çünki  Pəhləvi  irsindən  hələ də qorxurlar.  Tarixi,  Elmi  öyrənib  biznən

yenidən birləşsələr, Pəhləvüər Bağdayı bərpa edə bilərlər.

Biz  EvƏrEy  OdƏrlərini  vaxtilə çox  sevirmişlər  BağOd  EvÜn  Od-Ərləri.

Heyif indi çoxu "Bayod" deyir özünə,  yəni bizdən tətik düşüblər. İlanın Stalinə

ən  ümdə tapşırığı  bu  olub  ki,  "Yevrey"ə dönən  EvƏrEyi,  "Pəhləv"iyə dönən

BağOd EvÜnü öz kökünə - Bağtara, Türkə qarşı qoysun.

Yadına sal, otuz altıncı ildə nə deyib o Qrek casusu "Stal": "Vı ne Turki, vı

azerbaydjansı". "Tat"larımız, "Fars"lanmız dillərınin kökündəki "Dəri"nin OdƏr

dili  olduğunu,  qədim  Tərik – türklüklərini  bilə-bilə,  "rəhbəri"in  arzusuynan,

həmən  otuz  altıncı  ildən  etibarən  "Pantür-kizmə qarşı"  döyüşürlər.  Bax  buna

görə də Stalin,  Beriya,  Mirqəzəb  üçlüyü  bir  ovuc  cahil  hərbçi  "Pəhləvan"ı -

"PəhləvP"ni  lap  asanlıqnan  qaldırıb  çoxmilyonlu  OdƏr  Türkünün  belinə

mindirib!  İngilislərin  arxeoloji  materiallarında  təhrif  "Paxtavan",  "Paxlavan"

sözlərı Çerçillin ən çox təkrar elədiyi sözlərmiş, məhz o - Çerçill çox çalışıb ki,

Stalin  Pəhləvi  şahına  hər  cür  kömək  eləsin,  qırx  altıncı  ildə bizim  Demokrat

firqəsini məğlub eləsin.



______________Milli Kitabxana_______________

Bizim  "xüsusi  qrup"dan  savayı  hələ heç  kəsə məlum  deyil  ki,  Stalınin

Çerçilnən  gizlin  müqaviləsi  var.  O  müqavilənin  rus  variantında  çox  açıq  və

kobud  şəkildə yazılıb:  "Posle  pobedı  nad  Germaniyey  çasti  Sovetskoy  Armü

pokinut Yujnıy Azerbaycan, kuda voydut Pexlevidı.."

1

Bircə o  qalıb  yazılsın  ki,  "Pexlevidı  perestrelyayut  yujnoazerbaycanskix



Demokratov".  Yazmayıblar,  eləyiblər.  Tohrif  "Yevrey"  adı  altında  necə

ümumbəşəri  EvƏrEy - Uca  İşıq  Evi  oiduğunu  yaxşı  bilən  Vissarion  yetirməsi

qodər  EvƏrEy - Tərik - Türk  qanı  içən  ikinci  hökmdar  yoxdu,  oğul!..

Bədbəxtliyə bax  ki,  tək  russkoyazıçnılar  yox,  bütün  planet  "Yevrey"lori  Stalini

ən  qüdrətli  hökmdar  kimi  sevirlər!..  "Potop" ələ keçsəydi,  elə özümüzünkülərin

oliynən güllələtdirəcəydi bizi o qaniçən.

Vəziyyətimiz beləydi, qardaşoğlu.

Heyrətnən  deyirsən

əl  qaldırıb  mənə

səs  verənlər  Bezobraziyenin

tapdağmdamı  qalsın?!.  Bir  kondin,  bir  rayonun  taleyindən  yox,  vətəniyin,

xalqıyın  taleyindən  danışıram  mən  sənə.  Bir  az  sonra  tamam  inanacaqsan  ki,

EvƏrEy 

OdƏrləri 



bəşəriyyətimizin 

köküdür, 

deməli, 

mən 


ümumən

bəşəriyyətimizin  taleyi  barədə

danışıram.

"Stal"  "kliçka"sında  ilandan,

hümmətçilərin  mehvindən,  iyirmi  il  hakimiyyət  başmda  oturan  Mirqəzəbin

törətdiyi  ümumbəşəri  faciədən  danışıram.  Aparacam  səni  o  məhkəməyə,  otur

qulaq as, gör kimlər danışırlar tribunadan, nələr açılır tökülür... Nə qədər alimini,

şairini, ədibini  sürgünlərdə çürüdüb  "Stal!"  Nə qədər  Şeyx,  Axund  adı  altında

gizlin  "Muğ"larını  itirib-batırıb!  Qədim  OdƏr əraziləri  Misirdən,  İraqdan

başlamış,  Türkiyənin  özündən,  o  tay-bu  taydan  min-min  cildlərlə həqiqət

kitablarını 

yığışdırıb 

yandırtdırıb.'.. 

Bütün 


olub-keçənlərdən 

sonra 


o

"ustanovka"ynan  yazanların  arasında  yeganə

cəsarətli  tarixçimiz  vardı,

dissertasiyasında  Nərimanovun  adını  saxlamaqdan  ötrü  şəxsən  Kalininə

2

müraciət  eləyib  icazə almışdı,  o  yeganə ləyaqətli  tarixçimiz  də əldən  gedirdi!



Ömrünün doqquz ilini "Vərəsə"mizin tədqiqinə verib, doqquz il məhrumiyyətlər

içində yaşayan yeganə fılosofumuz əldən çıxırdı!

Beləydi vəziyyətimiz, yeganə balam!

Mənim əvəzimdə sən olsaydın, özünü oda vurardın, yandırardın. Əmma mən

saxladım özümü.

"Almaniya  üzərində qələbədən  sonra  Sovet  Ordu  hissələri  (bu  hissələr  azərbaycanlılardan  ibarət

olsa da (M) Cənubi Azərbaycanı tərk edəcəklər və Pəhləvilər  oraya girəcəklər..."

SSRİ Ali Sovetinin sədri.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə