İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə130/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   126   127   128   129   130   131   132   133   ...   180

______________Milli Kitabxana_______________

becərirdi,  mal-qoyun  qəhri  çokirdi.  Gecələr  çarpayısında  uzananda  işıqlanana

qədər  qaranquşların  civiltilərinə qulaq  asırdı,  "Bircə balanın  qaranquşları"

deyirdi.


Əslində, özününüydü quşlar. "İki vətənli quşlar!"

İki  vətənlimi!  Olamdan, ƏrAğdan  başla,  gol  UcRuma  get,  ordan  yenə də

Qrekin əlindən  dad  çəkə-çəkə Avropaya,  Amerikaya  qaç,  gör  neçə vətəni  var

"Dumayın!"

Qrek  adlanan  möcüzəli  qaniçən  bütün  planeti  fəth  eləmişdi  axı  o  ikiyüzillik

müharibədə,  altı  yüz  dörd,  səkkiz  yüz  ikinci  illər  arasında  "Duma"  Afrikada

məskunlaşıb,  saraylar  tikdirib,  arxayın  yaşamağa  başlayanda  yenə Qrek  axını

başlanıb: əvvəlki kimi,  sağ  tərəfində Suriya  orduları,  solunda,  arxasında Ərəb,

Fars  orduları!  O  vaxtlar  da  Amerikaya  qaçış  başlanıb.  Şum Ərləri  çoxdan

bilirmişlər  okeanın  təlatümsüz  yerlərini. Əvvəlcə cəngəlliklərdə gizləniblər,

saysız-hesabsız 

gəmilər 


düzəldiblər. 

Mıxsız-filansız, 

ağacı-ağaca

geyindirərmişlər...  Hətta  Yaponiya  da  "Durna"  vətənidi,  oğul!  Dil  barədə

danışacam,  onda  biləcəksən  ki,  bu  "Yer"in  vahid  milləti  olub,  indi  də həmincə

"Durna"dı: Ulu Bağ ƏsƏlMənin "Duma" qatarları hələ də "qərib-qərib, qəmgin-

qəmgin ötürlər" mühacirliklərdə!..

Mədəd mən kimi deyildi, qəlbən çox köyrəyidi, əmma sınmırdı. Tərəzinin bir

gözünə "Vərəsə"miz,  o  biri  gözünə həyatımız  qoyulanda  da  sınmadı,  ömrünün

son  gününü  də ümidnən  yaşadı  ki,  "Vərəsə"nin  Varisi  var,  böyüyüb  "Elm  və

Eşq" sahibi olacaq, geniş fəaliyyət meydanına çıxacaq...

Lap  tezliknən  hamısınnan  görüşəcəksən!  Ölüm  yoxdu,  oğul!  "Ömrün  son

günü" deyirəm. Əmma şərti sözlərdi bu "ömür", "son gün".

Müslüm  "padnos"da  pendir,  çörək,  tərxun,  dörd  şüşə pivə,  nazik  uzun

"bokal"Mar gətirib, "tyubik"in üstünə qoydu, şüşələrin ağzını açıb getdi.

Səmədi tər basmışdı.

- Əmi!..  Bağışla,  sözünü  kəsirəm...  Necə yəni  "görüşəcəksən?!"  "İkinci

doğuluş"a inandım... Çox şeyə inandım. O dünya var, şübhəsiz...

Sultan əlindəki "bokal"ı "podnos"a necə vurdusa, pivə sıçrayıb əlinin üstünü

islatdı,  barmaqlarının  ortalarındakı  tüklərin  aralarında  tutqun  qabarcıqlara

çevrildi.  Səməd  küt-küt  o  qabarcıqlara  baxa-baxa  Sultanın  xırıltısını  eşitdi.

Qurban əminin, Ələsgər  müəllimin  də belə birdən-birə dəyişən  səslərini

xatırlayıb başını sinəsinə əydi. Çünki əmisinin səsi həm də qəzəbli idi:



______________Milli Kitabxana_______________

-

"O  dünya"  nədi?!  Gör  nələr  danışmışam  sənə duşun altından  çıxandan



bəri! Hələ dərk eləməmisənmi ki, "o dünya" məfhumu ən dəhşətli təhrifdi! Vahid

Kainat var, deyirəm! On səkkiz min "Aləm" var.

"Aləm" yox, EyOdƏr Babamızın diliynən deyilmiş Əlim var. On səkkiz min

Əlimin  saysız-hesabsız  planetlərindən  biridi  bizim  bu  xaraba  "Yer"- EyƏrimiz!

Ün  eşidirik  deyirəm,  danışırıq  deyirəm!  Bax  belə,  sənnən  danışdığım  kimi!

SafAğ  atam  canlı  insan  qədər  canlı  şəklini  göndərir,  şəkil  qənşərimdə o  yan-bu

yana  gəzinir!  Mədəd  bax  beləcə,  sən  kimicə oturur  qənşərimdə. Əlimi əlinə

toxundururam. İşıq canlıdı! Canlı kimi!

Necə deyim ki, aydın olsun?! Canlı ol kimidi da, ay oğul! Hərarəti var hətta.

Hərdən  lap  yaxınlaşıram,  bilə-bilə ki  Mədədin  özü  deyil,  dözəmmirəm,

qucaqlayıram.  O  da  məni  qucaqlayır!  Boynumda-boğazımda əməlli-başlı  nəfəs

kimi nəfəs təması hiss eləyirəm! Ölüb demək olarmı bu adama?! Başa düşdün?!

Mədəd  deyir:  "Səməd  hələ anasının  qoynunda  olmuyanda,  bir  il  qabaqdan  altı

aylıq çağa göstərdilər planetdən".

Rəhmətlik Sura soruşub ki, "nə oldu sənə, a kişi, halın niyə dəyişdi?"

Deyib: "Bir qəşəng oğlumuz olacaq. Röyada gördüm". Başa düşürsən?

Açammayıb ki, röyada yox, aşkar görüb... İnan, oğul, heç bir möcüzə yoxdu,

adi həqiqətdi danışdıqlarım!

Çörək ye. Ac qarına içəndə pivə də dumanlandırır adamın başını. Ye, yeyək.

Başa düşəcəksən hər şeyi... Hər şeyi...

* * *

İndi  keçirəm  çox  vacib,  çox  maraqlı  bir  məsələyə...  De  görüm  Stalinin



"Voprosı yazıkoznaniya"sını oxumusanmı? Səməd diksindi.

-

Stalinin əsərinin nə dəxli var bura, ay əmi?!



-

Oxumusan, ya yox?!

-

Əlbəttə!..  Stalinin  hətta  məktublarını  da  oxutdurublar  bizə.  "Voprosı



yazıkoznaniya"nı  rəsmi  dərslik  kimi,  hamıya  oxutdurdular.  İki  nəfər  dilçinin

iştirakıynan müzakirə oldu. Mirqəzəb özü çıxış elədi.

-

Mənim  mətləbim  elə o  çıxışın  üstədi.  Dilçilərimizin  dilləri  ağızlarına



sığışmırdı ki, "görün dilçiliyin nəzəri məsələlərini necə bilir Kişi!" Əslində, Midi

Qiena  yazmışdı  o  çıxışı.  Özü  də Akademik  Marrın əleyhinəydi  hamısı.  Vaxtilə

Akademik  Marr  bir  silsilə mühazirə oxumuşdu  burda - Bakıda...  Şagirdlərin

olacaq sənin. Onlara xüsusi deyərsən ki,




______________Milli Kitabxana_______________

Akademik Marn şəxsən Stalin özü göndərmişdi "Şeyx Xorasan" məqbərəsinə

ki,  oxusun,  öyrənsin,  "konkretnuyu  spravoy"  yazsın.  Marn  mən,  sonra  da

Nəcəfoğlu başa salmışdıq ki, bu, dünyamızın tarixidi, Bağın, OdƏrin dilini əyri

güzgüdə göstərsən əzabdan  qurtarammazsan.  Dərk  elədi.  Sonralar  Moskvada

"Bakı  kursu"  deyirdilər  burda  oxuduğu  mühazirələrə.  "Yeni  nəzəriyyə"

deyirdilor. 

Moskvada 

da, 

xaricdə


yüksək 


qiymət 

verirdilər.

"Yazıkoznaniye"də Stalin çox qısa yazıb. İki kəlmə - "idealist nəzəriyyə" deyib.

Əmma Nəcəfoğlu "peyğombərlik" adlandırırdı.

-

Marnın nəzəriyyəsini?!



-

Nəzəriyyənin  "təfəkkür  dili"  adlandırdığı  qisminə "peyğəmbərlik"

deyirdi. "Proroçestvo".

-

Stalinin fikrinin əksinə?!



-

Rəsmi  yox...  "Yazıkoznaniye",  bilirsən  ki, əllinci  ilin  iyununda  çıxıb.

Ondan  bir  il əvvəl - qırx  doqquzuncu  ildə o  dəhşətli  falsifikator - Midi,

Mirqəzəbi  qızışdırıb  Marrın əleyhinə qaldırmışdı.  "Yeni  nəzəriyyə"yə görə,

əlifbanın  hərfləriynən,  söznən  ifadə olunan  dil - "səs  dili"  Yer  bəşəriyyətinin

inkişafının  indiki  mərhələsinə aiddir.  Gələcəkdə,  inkişafın  yüksək  mərhələsində

"səs dili" əvəzinə "təfəkkür dili" olacaq, beyindən beyinə, təfəkkürdən təfəkkürə

yol  açılacaq,  insan  insanın  fikrini  eşidəcək.  Yəni  beyindən,  daha  doğrusu,

Bağındən çıxan  fıkir  dalğaları  ikinci  insanın  beynində Ünə,  sözə çevriləcək...

Çaşma,  Bağday  tarixinə toxunmamışdı  Marr.  Ehtiyat  eləyirdi,  deyirdi:  "İndidən

məni  qınayırlar  ki,  "isklyuçitelnost  EvƏrEya  atomom  udarit  na  nas  na  vsey

planete".

1

Əmma qorxmamışdı o nər oğlu nər Marr. Bağ nəslimizin Ün eşitməyi barədə



heç nə yazmasa da, "təfəkkür dili"ni öz şəxsi nəzəriyyəsi kimi qələmə versə də,

alimlərin  fikrini  insanın  perspektivinə yönəltməyə nail  olmuşdu.  KeQeBenin

nəzarət  seti  şəraitində Marr  nə Bağ  adı  çəkə bilərdi,  nə də BağÜn  deyə bilərdi.

"Yazık mışleniya" - "Tə-fəkkür dili" vəssəlam.

Əmma  marksizmə zidd  deyildi  nəzəriyyəsi.  Mohz  marksizm əsasında

"təfəkkürdə

yüksək  faza

-

keyfiyyət  dəyişikliyi"  deyirdi.  Nakamımız



"Proroçestvo akademika Marra" adında məqalədə yazmışdı ki, "Pravda" qəzetinə

göndərsin. Əmma  Mirqəzəbin  qadağası  vardı:  mərkəzi  mətbuata  göndərilən

materiallara şəxsən özü icazə verməliydi.

"...EvƏrEy kafirliyi atom kimi vurar bizi bütün planetdə".




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə