______________Milli Kitabxana_______________
Diqqət yetir: "beyinsizlik" deyirəm!
"İnd" - ÜnOd - Həqiqət Ünü!
En - Ün!
"Dertal" - OdƏr OdƏl! (dil)
Bəs niyə "ilk insan" mənası verilib?
Çünki, fatehin "dili" belə olub.
Sonra da qəsdən əyiblər.
ƏrEv (İşıq Evi) adlananlara "Ərəb", "Aran" deyiblər.
EvƏrƏsə, bayaq dedim, "Pers", "Pars" - "Fars".
ÜnƏsə - "ins"+an"! Və sairə.
İndi təsəvvür elə ki, Yerdə bütün xalqlar bax belə yaranıb!
Yəni necə?
Yəni OdƏr dilinin təhrif variantlarıynan:
"Basqın", "Batım" əvəzinə "Poton" da Qrek "söziTdü, "OdMən" əvəzinə
"Atman" - "Atom" da!
Birinci əlliminillik tarixin axırında "Potop" - Subasqını nədən olub? Eynilə
ikiminillik tariximizin indiki dövründə olduğu kimi, hədsiz dərəcədə "Atom"
şüalanması nəticəsində buz dağlan əriyib, okeanlarda, dənizlərdə su artdıqca,
artıq suyun təzyiqi nəticəsində Yerin su qatında su çoxalıb, gil, qum, torpaq
laylarının boşurğu yerlərini partladıb dağıdıb, "Yer"in üzünə çıxıb, yayıldıqca
yayılıb, buxarlanma, yağış birdən-birə yüz dəfə artıb, olub "Potop" - Subasqını.
Nədən? Atom şüalanmasından? Xeyr, əzizim. "Potop"un başlanğıcı OdMən
(Həqiqətim) adında yüksək mədəni icmaların bir-birinə Elmi bağlılığı kimi,
zərrələri də bir-birinə bağlı olan OdMənin "Atman"a - "Atom"a çevrilməsindən,
yəni təhrif dilli alimlərin "Atom"u parçalamaqlarından başlanıb.
EyOdƏr Babamızın hər şcyə qabil Ünü ilk növbədə o "alim"lərin təhrif söz -
təhrif məna yaddaşını, "sivilizasion" yaddaşını alıb. Sonra Bağday ərazisindən
kənarda – təhrif ərazilərdə Subasqınından xilas olanların yaddaşını alıb.
Necə baş verir bu yaddaşı almaq? İnsanın təsəvvürü yoxdu bu barədə. Mən
öz təcrübəmdən bildim. Üzümü tutdum OdAğÜzə babamdan xahiş elədim ki,
heç olmasa yarım saatlığa yaddaşımı alın. Dedi: "İşığla beynini tutub fəaliyyəti
kütləşdiririk, yaddaş olmur". Dedim: "İstoyirəm təcrübədə bilim". Dedi: "Yaxşı.
Yazı stoluyun siyirməsində nə var, yada sal." Ha çalışdım, xatırlayammadım.
Dedi: "İndi bura - OdAğÜzə gələnləriyin adlarını yada sal." Babamın öz adını da
unutdum bir müddət, təsəvvür eləyirsən?!
______________Milli Kitabxana_______________
"Poton" vaxtı bəşəriyyətin bütün yaddaşını yox, "sivilizasion" yaddaşını
alıblar. O gündən, yəni insan üçün proqressiv fəaliyyət yaddaşının alındığı
gündən də tarix geri sananıb. Yəni beyində, planetd’, bülün həyatda reqres
başlanan gündən tarix geri sananıb.
Burda bir az da diqqətli ol.
"Atom"dan şüalanmış su planeto hopandan sonra yenə nəhəng heyvanlar,
külli miqdarda həşərat, meymuna bənzər məxluqlar yarıdılıb, təbiəti tənzim
eləməkdən ötrü. Lap az bir qisminə nisbi proqressiv şüur verilib. Təhrif dillər
irsiyyəti oyandıqca qruplaşmalar gedib, qəbilələr, xalqlar və sair, geri sananan
ikinci əlliminillik tarixin təhrif şüur əməlləri başlanıb: quldarlıq-fılan!
Bəşəri həqiqətlər birdən-birə beyinə dolmağa başlayanda həyəcandan sarsılır
insan, bir ara beyni tutulur, heç nə dərk eliyəmmir.
Kamilləşmə Ünnən bağlıdır.
İşıqnan gəlir Ün. Təbiətin bərpası, şüalanmaqdan xilası da Ər - işıq proqram
içində gəlib "Yer"də materiyalaşır. Bizə elə gəlir ki, proqram torpağın özündədi.
Halbuki, hər bir tumurcuq da işıq içində gələn proqramnan açılıb yarpağa
çevrilir. Fəsillər müddətində işini görüb yeni proqram alır- saralıb candan düşür,
torpağa qarışır. İlkplanet saydığımız EyOdƏr planetinin dövrəsində milyon
kilometrləmən uzanan əbədi metal OdÜnƏsEy - "KiÜnƏsEy" - "Günəş" belə
proqramı İşıq yaradandı.
Bunu bir az da, imkan daxilində izah eləyim.
Proqramı nəynən yazırıq biz? Söznən. Ün - Səsdi. Sos - sözdü. Demək,
proqramlı İşıq - Ər nədi? - Sözdü! Demək, İşıq həm Ərdi, həm də Ündü. Ün həm
sözdü, həm də İşıqdı. Təkrar eləyirəm, planetimizin adı EyƏrdi. Uca İşıq, gözəl
İşıq!
Yenə təkrar deyirəm: Olam ərazisindən sonra OdƏrlərimiz ƏrEy - j "Rey"
vilayətində məskunlaşıblar. Orda OdƏrlərin evlərinə EvƏrEy deyiblər, özlərinə
ƏrEy deyiblər. ƏrEy! - Uca İşıq. Beyni qapalıların dilləri ƏrEyi "Ariy", "Ari"
eləyiblər. Hayları "ariyskaya nasiya" adlandırırlar. Çünki yazıqların OdƏldən -
"dil"dən xəbərləri yoxdu. Soruş "ƏrEy" nə deməkdi, hansı məkanın adıdır?
Gözünü döyəcək.
ƏrEyin dəhşətli təhrifi "ray"dı. "Bibliya"nın izahında başa düşəcəksən bu
məhz dəhşəti. Bağdayın vilayəti ƏrEyin necə əfsanəvi "ray"a döndərildiyini
biləndə dərk edəcəksən hər şeyi.
De görüm "idealizm" nədi? Kökü "ideya"dı. Düzdü? Bəs ideyanin kökü nədi?
Sözdü? - Mənadı - proqramdı. Bəli, əzizim! Söz materiya-
______________Milli Kitabxana_______________
dırsa, demək, idealizmnən materializmin arasında fərq yoxdu? Yoxdu, ay idrak
acı balam!
Əmma mühitimizin "materialist" adlanan "dahi"ləri "Ray"ı
materiyadan kənar - "idealist" təsəvvür məhsulu sayırlar.
Hələlik unut bu ƏrEydən yaranan "Ray"ı. "Adəm ata", "Həvva ana",
"Cənnətdən qovulmaq" və sair belə şeylər düşür yadına. Unut hələlik hamısını.
Din kitabları barədə söhbətimiz ayrı olacaq. Başıyın tükləri ayağa qalxacaq
"Tövrat"ın, "İncil"in, "Quran"ın lap körpə uşaq təfəkkürü qədər bəsit hökmlərini,
yalanlan eşidəndə!
Söhbətin sistemini pozmalıyam, fantastik dərəcədə qeyri-adi bir həqiqət
açmalıyam indi sənə.
Bayaq dedim OdƏr dilində milyonlarnan söz var və sözlərin hamısı
Bağlarımızın, OdƏrlərimizin Odları-adları-rütbələri ola bilər.
Ulu Bağın Odlarından-adlarından-rütbələrindən bir neçəsini deyim, şərh
eləyim, gör bəşəriyyətimiz nələr eləyib.
"ƏsƏlMən"M demişik: Mənim Yaradan Əlim - Oğlum deməkdi. Təhrifiərini
də demişik: "Solomon", "Süleyman".
İkinci Odu - adı – rütbəsi BağSardı. Sarlar - hökmdarlar Bağı deməkdi. Yəni
"Yer" - EyƏr planetində nə qədər Sar olub, hamısını Ulu Bağ ƏsƏlMən BağSar
bağlayırmış biri-birinə. Bu rütbənin - BağSarın təhriflərini deyirəm: "Mu sa",
"Moi sey".
Diksindin... Əlbəttə diksinərsən: necə təsəvvür eləyəsən ki, "Süleyman"nan
"Musa" eyni adamdı? "Süleyman" - padşah, "Musa" - çoban, bu lap dəhşətdi!
"Təkrar biliyin anasıdı" ifadəsi biz Ağlardandı. Çünki biz, Elmə aid nə varsa,
xüsusən ilk mərhələlərdo dönə-dönə təkrar eləyirik.
Bağ Atamızın ikinci oğlu EySar ÜnEvdən neçə peyğəmbər düzəldib bu təhrif
bəşəriyyət? "İsay" və "Noy" - "Nuh!"
Ulu Bağ ƏsƏlMənin sonrakı parçalanmağı lap müsibətdi.
Üçüncü Odunu - adını - rütbəsini deyirəm: SarOdƏs. Yaradan Hə-qiqət San -
hökmdarı deməkdi. "OdƏs"i - "Atoş"ə döndəron bəşəriy-yətimiz SarOdƏsə
türkcə sarOddaş (Oddaşlar Sarı) deyəndən sonra SarOddaşı "Zərdüşt"ə,
"Zoroastra"ya, "Zaratuştra"ya döndərib! Yəni Ulu Bağ ƏsƏlMən BağSar
SarOdƏsdon üçüncü bir "peyğəmbər" də yaradıblar: "Zərdüşt!" - mənasız söz!
Dördüncü Odunu - adını - rütbəsini deyirəm: ƏsÜn. Yaradan Ün.
Qrek-latınca "sion" deyirlər. Qrek-latın təhrifindən yaranmış sionistlər də
ƏsÜn əvəzinə "sion" deyirlər. Bildinmi hardandı təhrif "sionizm?!"
Dostları ilə paylaş: |