______________Milli Kitabxana_______________
İndi sualım var. De görüm Sasan kimdi? "Fars sülaləsi" kimi tanıdığın
sülalənin ilk hökmdarı sayılan Sasan kimdi?
Susursan.
Təhrifsöz "Sasan"ın əslini - OdƏrcəsini deyirəm: Sağ Əs Ün.
Yenə soruşuram: əgər "ƏsÜn" Ulu Bağın Odu - adı - rütbəsidisə, bəs bu
"Sağ" nədi? Ulu Bağ ƏsƏlMən BağSar SarOdƏs ƏsÜn hara, "Fars sülaləsi"nin
hökmdarı "Sasan" hara?!
Təzkirələrdən də sənə məlumdu ki, yeni tarixin birinci əsrinə qədər Qreklər
ərazilərimizdə olanda, "Sasani paytaxtı" Qazax da tutulubmuş, Sar-hökmdar
yoxa çıxıbmış. Qreklər qovulandan sonra oyanlar axtarıb görüblər çobanlardan
birinin başına göydən işıq ziyası uzanıb. OdAğ-Üzdən göstəriblər? Bəli, əzizim.
"Vərəsə"mizdə əmilərin İlan "alimləri"nin "Sasan" "sözü"nü "fateh qələm
məhsulu" adlandırıb yazıblar ki, "Qazağ"a "Rey"dən gələn əyanlar Ulu Bağı
tanımırmışlar. Buna görə də OdAğÜzdən İşıqnan göstərib deyiblər: "Budur,
sağdır ƏsÜn". Həmən birinci əsrdən başlayaraq, ta səkkizinci əsrin axırına qədər
Ulu Bağ "atəşgah"Marda "Muğanna", "Mağ Mağan" (Mağlar Mağı) adları
altında gizlənib. Qazaxda SağƏsÜn - "SağSan" (sağ rütbə) adı ilə lap qısa
müddətdə Sarlıq eləyib, guya Bağdaya, Bağlara heç bir aidiyyəti olmuyan
"SağSan" varisini təxtdə orurdub, yenə yoxa çıxıb, yəni "batin" - gizlin olub.
Nəsiminin rusca oxuduğun şerində bir beyt var: "Kəs səsini və ob-səm ol,
şərhü-bəyanə sığmazam". "Əbsom ol", yəni lal ol, heç nə soruşma, çünki əbədi
"Həq" - Ağ - SafAğ İnsan həyatı təhrifinsan təsəvvürünə sığışmır, oğul. Məhz
buna görə də belə quruyub qalmısan, minbir sualnan baxırsan üzümə,
dillənəmmirsən, heç bilmirsən nə soruşasan, necə soruşasan. Yüz bir min doqquz
yüz əlli dörd il bundan əvvəl "SimƏrAğ" (Uca SafAğ İşıq) gəmisində OdAğÜz
BağOdƏr planetindən gəlib Olamda, "Elvənd" - ƏlEvÜn dağının yastanasında
"Saray" - SarEy tikdirən Ulu Bağ ƏsƏlMon - "Sar Solomon" - "Süleyman
padşah" yüz min ildən sonra Sağ ƏsÜn - "SağSan" adıynan Qazaxda təxtdə
oturubsa, səkkiz yüz ildən sonra isə yenə köhnə SarOdƏs - SarOddaş
rütbəsiynən, qədim paytaxtlarından bir başqasında - "Ərdəbil" - ƏrOdbil
(Həqiqət bilənin İşığı) şəhərində təxtdə oturubsa, ƏsÜndən, ÜnƏsdən xəbərsiz
"ins" - "insan" bunu necə sığışdırsın beyninə?! "İns" necə dərk eləsin ki, cahillər
təhrif Şeyx "Sofi" adıynan tanınan SafAğ Aliminin zamanında cahillər
"ƏrdəbiF"i - ƏrOdbili dağıdandan sonra Ulu Bağ Yer üzündə sonuncu rütbəsi
BağSar AğEy (AğEy - "Əxi" Sarlarının Bağı) əvəzində təhrif "Musa ağa" adı
altında qaçıb indiki - bu taydakı "Mu-
______________Milli Kitabxana_______________
ğan" düzündə gizlin "Şəhri Yar" şəhərciyində ta on sokkizinci əsrin axırına qədər
"batin Bağ" - "Muğ" olub! Sonra da yenə öz köhnə paytaxtı Qazağın
yaxınlığında "Padşahlıq" adlanan kənd salıb, on doqquzuncu əsrin axırına qədər
orda qalıb.
Dəhşətə gəlmə, oğul! Bəli, atam Məhəmməd Əmirin atası "Musa ağa"! Öz
istəkli, əbədi ƏrEvOdu ("arvad"ı) ŞamAğEynən - "Şamağa" nənəmiznən bir
yerdə!
Qısasını deyirəm hələ. Bu "fantastika"nın təfsilatını da danışacam, Ulu Bağ
ƏsƏlMən BağSar SarOdƏs ƏsÜn BağSar AğEy - "Musa ağa"nın varisindən
dönə-dönə soruşacam: bildinmi kimin Varisisən?!
Burda yenə pozmalıyam söhbətin sistemini. Qayıdıram vahid kökə... - Sultan
dəyirmi stolun üstündəki xırda bloknotu kənara itələyib, ayağa qalxıb pencəyinin
cibindən eynilə Abının bloknotu kimi enli, uzun bloknot götürüb yerinə qayıtdı.
- Yazıram, əyani gör, köklərə bax, kökdən azma təhrif sözlərə bax.
BağOdƏr- "Bahadır", "Batır", "Pədər", "Madər", "Mater", "Padre", "Patri",
"Pater", "Piter", "Mitri", "Materiya", "Matyony" və sairə.
Bağ - "Boq", "Mağ", "Məğ",
1
"Muğ", "Müğ", "Məh", "Mah", "Bay", "Bəy",
"Vay", "Viy", "Piy", "Vay şivon" (Bağ ƏsEvÜndən), "Şiva" və sairə.
BağBağÜn - "Papaqan" - "Papaq" - "Babok" - "Papa", "Baba!"
ƏsMən - "Osman", "Otman", "Ottoman", "Otto", "Ata", "Otes", "Otçe" və
sairə.
Bağ ƏsƏlMən - "Müsəlman", "Müslüm" və sairə.
BağHəmOd - "Muhamməd", "Muxamməd", "Mühəmməd", "Məhəmməd",
"Məhəbbət" və sairə.
Sar - "çar", "tsar", "sir", "ser", "sur", "zur", "zir" və sairə.
ÜnƏr - "nur", "nor", "nar" (od mənasında), "nar" (meyvə mənasında) və
sairə.
OdAğ - "dağ", "tağ", "tığ", "tok".
ƏsAğ- "İşıq", "aşiq", "aşıq", "sak", "sok", "sək" (ati yeri), "sog" və sairə.
SimBağ (Uca Bağ) - "Simbağ" (şir mənasında), "Sambo", "Sima", "sim",
"sam", "som" və sairə.
SimƏl - "Səma", "Zemlya", "Zima", "Zmeya" və sairə.
ƏsƏl - "çel", "çelo"; ƏsƏl EvAğ - "çelovek" və sairə.
Misirdə "Moğ+dur" (OdƏrdon), "Boq" çox yayılıbmış.
______________Milli Kitabxana_______________
GurOd - "qorod", "qrad", "qord", "qrud", "qurd", "kərd", "kird", "kürd" və
sairə.
Gur- "kür", "kir", "kro" (+nun), "kor", "gur" (vəhşi at) və sairə.
EvƏl - "əvvəl", "əfəl", "aval" (əngəl, yük mənasında) və sairə.
AğƏr - "axir", "axır", "axirət" və sairə.
Hər bir OdƏr "söz"ündən - ƏsÜzdən - Yaradan Üz - mənadan nə qədər
darmənalı təhrif sözlər, təhrif dillər yarandığını az-çox duyandan sonra dərk
edəcəksən ki, məsələn, təkcə Bağ Od, Ər, BağOdƏr, ƏlAğ kimi sözlər bərpa
olunub bir növ elmi terminlər kimi işlənsə, nə baş verər bu xaraba "Yer"də?!
Təkcə Əslin bərpa olunub Qrek-Latın "sion"unu pozsa, "Yəhud"i adlanan EyOd
OdƏri əsüni tanısa, təhrif "İsay", "İsay Novin" əvəzində EySar ÜnEv desə,
"İisus" əvəzində EySar və ya ƏlAğ EySar desə, bütün süni arakəsmələrə,
parçalanmalara son qoyulmazmı?!
Ya da, bu həqiqətlər danışıq dilinə daxil edilmədən, dünyamızın həqiqətləri
kimi qəbul edilsə, danılmasa, planetdə necə bir irsi, ruhi, psixoloji yaxınlaşma,
doğmalaşma baş verər! Hər bir kamilləşən insan, ölmüş-çürümüş bildiyi hər
hansı bir əzizinin ikinci doğuluşunu, canlı şəklini, sonra özünü görsə, bu xaraba
"Yer" nə qədər ucalar - EyƏr olar!
"Midi Qiena" "İosif Vissarionoviçi "ustanovka"sıynan rəsmi yazıb:
"Hökmdarların adları hansı dildədirsə, xalq da o dildə danışıb". Hökmdarıyın adı
"Solomon"dusa, xalqın hansı dildə danışıb, ey bədbəxtim?! Hökmdarıyın adı
"Süleyman"dısa, xalqın hansı dildə danışıb, ey bədbəxtim?! SağƏsÜnün
"Sasan"dısa, SağƏsÜn övladı ƏsOd GurOd "Yəzid kird" - "Yəzdi gird"disə,
ƏsOd GurOd övladı BağƏrim Gur "Bohram Gur"dusa, xalqın hansı dildə
danışıb?! "Sasani"Mordən əvvəl AğMən əvəzində "ƏhMən Fars sülaləsi" olubsa,
Qrekin bircə "ki" kəlməsiynən OdƏr xalqı "Kidar"a, Bağday San OdƏr "KiƏr"ə
- "Kir"ə, eyni zamanda "Dara"ya döndərilibsə, "Midi Qiena"ynan yanaşı bir sürü
İlan "alim'M bircə nəfər Sar OdƏri "Birinci, İkinci Kir"lərə, "Birinci, İkinci
Dara"lara döndəribsə, ən məşhur Sarlar məkanı HəmOdÜn "Ağ batan"a, ƏsÜz -
"suz"a, OdƏr Bağday "Atro patona", "Adr biy can"a, Bağıstan "Bi sütun"a
döndərilibsə, varsanmı son?!
Dilimizdəki, bətnimizdəki "kin" də "ki"dəndi!
Diqqət yetir.
Qrek OdAğa - (öz ərazisində) "kiniq" deyib, "kiniqə" hürən - it mənası verib.
Niyə? Çünki sənin SarAğların, OdAğların çoxdanışan, deyinən, məhz it kimi
hürən "kin" mücəssəmələrinə dönüb məhv olublar, oğul!
Dostları ilə paylaş: |