______________Milli Kitabxana_______________
da dili dəyişdirilib! "Budda" tamam anlaşılmaz "Riqvedi"nin əslindəki BağOdƏr
adından düzəldilib!
Təkcə bu ölkənin başına gətirilən müsibəti dərk eləsən, bütün planetin
xəstəliyini başa düşərsən.
Son vaxtlar İlan hətta birinci "sivilizasiya"nın məhvinin səbəbini -"Atom
fəlakəti"ni də gizlədir. Müxtəlif yollarnan məktəblərdə də "Nuh" komediyası
yayılır. Soruş uşaqlardan, Subasqınından sonra nə olub, hamısı deyəcək su yeri
basanda bütün kürreyi-ərz suyun altında qalıb. Nuh peyğəmbərnən oğul-
uşağından savayı səlamət adam qalmayıb. Nəinki adam, heç heyvan da
qalmayıb. Nuh peyğəmbər hər heyvandan, hər canlıdan bir cütünü mindirib
gəmisinə, gətirib buraxıb Ararat dağının başına ki, su çəkiləndə artıb çoxalsınlar.
Yer üzündə nə qədər canlı var, hamısı Nuhun gəmisindəkilərdən törəyib, nə
qədər millət var, hamısı Nuhun oğul-uşağından törəyənlərdi. Budu
bəşəriyyətimizin bildiyi! Əlbəttə, "Dini əfsanədi" deyənlər, "Tövrat"ı, "İncil'M,
"Quran"ı lap alt-üst eliyənlər də var. Əmma bəşəriyyət nə "Tövraf"dan -
"Bibliya"dan əl çəkir, nə "İncil"dən - "Novıy zavef"dən, nə də "Quran"dan!
Niyə?
Keçirəm Din kitablarına...
* * *
Deyək ki, nə Mədəddən bir şey eşitmisən, nə Abıdan, nə də məndən. Gör indi
bu
müəllimin
necə
cırıb
dağıdacaq
"Bibliya"nı,
"Novıy
zavet"i
("Yevangeliya"nı), "Quran"ı!
Çox arvadhlıq barədo çox eşitmisən. Hardandı bu? "Quran" deyir: "Birini al,
gördün təmin eloyə bilmirsən (seksual mənada ha!), ikincini al (yəni təzələ
arvadı), gördün onu da təmin eləyəmmirsən, üçüncü-sünü al. Gördün onu da
təmin eləyə bilmirsən, dördüncüsünü al. Gördün onu da təmin eləyəmmirsən,
daha evlənmə, elə qulluqçularınla keçin". Budu bax Din!
Gör sonra nə deyir "müqəddəs" "Quran": "Qadınla əlaqədə olandan və
ayaqyoluna gedəndon sonra əlini quma çək, sonra əlini üzünə çək!"
Kim üçün yazılıb bu, ay oğul?!
Dedim ki, bir irəli sananan əlliminillik tarix olub, bir də geri sananan
əlliminillik tarix. Bəşəriyyətin yaddaşı alınandan sonra tarix əllimininci ildən
başlayıb üzü bəri gəlib. Qırx doqquz min doqquz yüz doxsan doqquzuncu il, qırx
doqquz min doqquz yüz doxsan səkkizinci il və
______________Milli Kitabxana_______________
sairə, gəlib çıxıb birinci ilə. Arxeoloqların nə bilim neçə milyon bundan əvvəlin
əşyalarına inanma! Geri sananan tarixdən sonra yeni tarix başlanıb: bir, iki, beş...
yüz, min, nəhayət, min doqquz yüz əlli dördüncü il. Bu bəşəriyyətin tarixi, qısa
desək, cəmisi yüz iki minildisə, niyə "milyon", "milyard" illər deyilir?! İnsan
meymundan yaranmayıbsa, "Noy" -"Nuh" da EySar ÜnEvdisə, "Potop" vaxtı
Ulu Bağ ƏsƏlMən Yerin sahibi, Eysar ÜnEv isə QalAğımızm ƏlAğı - "Allah"ı
olubsa, Subasqınından xilas olanlar EySar ÜnEvi o illərdə həm də Hoy (kömək)
adlandırıblarsa, guya qədim mənasında olan "Nuh"u niyə belə qoruyur İlan?!
Necə yəni "hər canlıdan bir cüt?!" Dünyada nə qədər canlı var? At, eşşek, it,
pişik, qoyun, keçi, canavar, tülkü, çaqqal!.. O gəmi nə boyda gəmiymiş ki, ilana-
çayana, qarışqaya qədər bütün canlıları doldurub içinə, gətirib buraxıb "Ararat"
dağının başına?! Araratın o qar-tar beli neçə min kvadrat kilometrlik çöl-
çəmənli, ot-ələfli sahədi ki, bu dünyanın filinə, camışına, inəyinə buğasına,
şirinə, pələnginə qədər bütün heyvanatı yedirib-içirdib, ərsəyə gətirib?!
Əfsanə deyil bu, əfsanə "Nuh" əfsanəsini yaradan beyindi, EvƏs-Ünü -
"əfsanə"yə döndərib!
Görürsənmi, beyin dəyişdikcə, dil-dodaq, damaq dəyişdikcə söz və məna
necə təhrif olunur! İnsanın beyni, gözü, nə qədər bəsitləşdirilməlidir ki, dünyanı
bir gəmiyə, bir dağın belinə sığışdıran əfsanəyə inansın?! İnanırlar axı, ay oğul!
Yoxdu boşəriyyətimizin beyni, puçdu!
İlan indi məhz beyinsizlikdən sui-istifadə eləyir! Bağların mövcudluğunu,
insanlığını, planetimizə gəlib getdiklərini dilə də gətirmir! Ulu Bağ ƏsƏlMənin
başçılığıynan yüz iyirmi dörd min nəfər OdƏrin İşıq gəmilərində OdAğÜzdən
EyƏrə gəlib Olamda məskunlaşmasına lap cüzi işarəni də pozurlar!
Abıdan da, Ələskərdən, məndən də tez-tez soruşurlar ki, ilkin yaranış barədə,
Kainatda həyatın başlanğıcı haqqında niyə bir söz demirsiniz? On səkkiz min
"Qalaktika"dan - QalAğdan başqa, Kainat sonsuzluğu adlanan planetsiz, insansız
boşluqda "Element"lərin - ƏlMənlərin yaranış tarixi varmı? Varsa, bizə niyə
demirsiniz?
Bax belə suallara cavab verən Elmin var, oğul!
Kainatda insan ölümsüzdüsə - əbədidisə, bəs "Yer"də ölümün səbəbi nədi?
Subasqınından əvvəlki "sivilizasiya"da ölüm nə vaxt, necə başlanıb?
______________Milli Kitabxana_______________
Belə suallar da var. Hamısına cavab almaq üçün Ün eşidosən gərək. Ün
eşitmək qabiliyyəti olan "beyin" - BağÜn yetirməkdən ötrü irsiyyət sağlamlığı
lazımdı.
Sənin "irs"iyyətin - ƏrƏsin (Yaradan İşığın) ucadı, gözümün işığı! Təkrar
elədiyim şeyləri səbrnən dinlə.
Bir də eşit ki, demək, OdMən sözünün ən qədim təhrifi "Atman"dı, sonrakı
"Atom".
"OdMən" EyOdƏr Babamızın və bütün Bağların sözüdü.
OdMənin üçüncü təhrifi daha dəhşətlidi. Qreklərin, Latınların "ki men"i
Avropada "komun", "kommuna", "kommunizm" olub. Söz formaca dəyişib,
məzmunu qalıb? Yox, oğul. Od - həqiqət də itib, "Mon" - Bağ da. "Kommunizm"
məfhumu OdƏr bəşəriyyətindən, OdAğÜzdən ayrılıb, ancaq "Yer"ə bağlanıb,
təhrif nəzəriyyələrnən təhrif olunub.
Nə vaxt baş verib bu bədbəxtlik? Yeni tarixdə? Yox, əzizim. Birinci
"sivilizasiya"nın axırında "Avropa" sözü də olub, "Kommuna" da, "kommunizm"
də. Heyrətlidi? Əlbəttə! Demişdim sənə ki, OdMən quruluşlu, biri-birinə və
Kainata bağlı icmalar, insanı daim təzyiq, qorxu altında saxlayan hərbi
kommunizmə döndərilib. "Vərəsə"dən kənar zəmanəmizdə heç kəs heç kəs dərk
eləmir ki, QalAğ adlanan məkandakı bəşəriyyətin hər bir fərdi bu "Yer"də
fərdlərə bağlıdır, "Yer"də bir nəfərin məhvi Kainatda bir çoxlarına dərd, xəstəlik
gətirir və o xəstələr elementlər cəmi ilə dolu məkanlarda əzab çəkə-çəkə müalicə
olunurlar. Bu dərəcədə bağlılıqdan xəbərsiz "Yer"də beyinləri qapalılar Yerə
bağlanıb, nəinki OdMəni, hətta özlərinin qurduqları hərbi "kommunizm"i də
məhv eləyirlər. Bax onda, əlli mininci ildə selləmə yağışların suları çayların,
göllərin, dənizlərin sularına qarışıb, EySar ÜnEvin Ününü eşitmiyən, OdƏr dilini
qanmıyan bəşəriyyətin üstünə yeriyib. İnsan heyvandan da alçağıymış onda,
oğul. Lap qısası, sadəsi budu ki, cəzalanıb bəşəriyyətimiz; Təhrif "sivilizasiya"
öz beyinsizliyi, əxlaqsızlığı, möcüzəli ixtiraları ilə birgə batıb suda. Bəzi dağlar,
bir də Bağday ərazisi, ƏrEy - "Rey"dən indi "Qafqaz" adlandırılan QapıAğÜz
dağları arasında OdƏrlərin yaşadıqları nisbi təmiz ərazilər səlamət qalıb.
İndi özün deyə bilərsənmi "Yer"də ölümün səbəbi nədi? De görüm!
-
Dil təhrifi? Söz-məna təhrifi? Yəni Ün eşitməmək?..
-
Afərin, Bircə balam!.. OdƏrlərdən birinci ayrılıb ayrı xalqa çevrilənlər
kimlərdisə, ilk ölüm də onların içində olub.
GurAğ ordusu ikən, Olamı - "olimp"i, sonra ƏrEyi - "Rey"i planetin vəhşi
heyvan sürülərindən qoruya-qoruya kobudlaşan, bətnində,
Dostları ilə paylaş: |