İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə129/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   125   126   127   128   129   130   131   132   ...   180

______________Milli Kitabxana_______________

Qulaq  assaydın,  nakamımız  kimi,  sən  də deyərdin  möcüzə baş  verib,  cəllad

donüb adam olub.

"Bayrama"  çağırılanların  arasında  "ustanovkayrıan  yazanlar"dan  da  vardı.

Heç birinin üzünə baxmadı Mirqəzəb, təkcə Midiyə söz verdi.

Qalxdı  Midi,  nə qalxdı:  "Da  razve  mı  pişem  istoriyu?  Razve  mı  pıtayemsa

izvleç  iz  kakoqo-nibud  teksta,  dokumenta  xot  maluyu  kripitsu  jizni  ili  istim?!

Pered velikimi şeyxami ya nikto! Po sravneniyu s "Po-top"om moy trud nişto!

1

"Nikto,  niçto"  elədi  özünü,  "İstoriya  Midü"  kitabını,  axırda  da  "respublika



rəhbərliyinin  qarşısmda  məsələ"  qoydu  ki,  şeyxlərin  kitabxanası  tezliklə

akademiyanın  ixtiyarına  verilsin,  Stalin  yoldaş  məsləhət  bilsə,  "Midiya"  adı  ilə

yanaşı, ölkənin həqiqi adı Bağday da kitaba daxil edilsin.

Pers yerindən söz atdı  ki,  yığıncaqdan sonra qalarsan, kitabxana barədə ayrı

danışarıq. Əmma  "bayram"  qurtaranda  birinci  Midi  Qiena  qaçdı.  Dalınca  o  biri

"qienalar" - "ustanovkayrıan yazanlar". Bilirmişlər nəynən qurtaracaq "bayram".

Üç nəfər qaldıq: nakam dostumuz, Məhərrəm, mən.

Cəlladın  sifəti  dəyişmişdi.  Gözlüyünün  şüşələri  lupasayağı  qalınıydı,

"Mirqəzəb"dən başqa ona "Dördgöz" də deyirdi cəmaat. Baxdım ki, kin qayrıayır

gözlüyün dalında.

O cür, üz-gözündən kin saça-saça, kartını açdı, xəbərdarlıq elədi ki, şeyxlərin

kitabxanası ən uzağı bir həftəyə meydana çıxmasa, "Posle potopa" Özülsüz bina

sayılacaq və əlbottə, yandırılacaq.

"itak,  nedelnıy  srok!  Mojeş  idti,  Sultan  Mamedoviç.  İdi  i  podumay,  çem

mojet vernutsa dlya tebya utayeniye naslediya şeyxov".

2

Qapıdan  çıxanda  Pers  də açdı  kartını:  "Pıçıldaşmayın.  Heç  bir  səy



göstərməyin.  "Potop"un  bütün  nüsxələri  xüsusi  seyfdə,  surquç  altındadı.  Nə

kitabın  adı  məlumdu  cəmaata,  nə

məzmunu.  Bilirsiniz,  laureatlığı



Nəcəfoğluna  Şeyx  Şamil  hərəkatına  aid  yazdığı  kitaba  görə veriblər.  Rüşvətdi

bu, səsini kəssin! Kitabxana gətirilməsə, laureatlıq geri alına-

"Bizim  yazdığımız  məgər  tarixdir?  Heç  cəhd  eləyirikmi  ki,  hər  hansı  bir  mətndən,  sənəddən  heç

olmasa az-maz  bir  həyat  nişanəsi  və ya  həqiqət  cıxaraq?!.  Böyük  Şeyxlərin  müqabilində mən  heç

kəsəm! "Potop'la müqayisədə mənim kitabım heç nədir!.."

"Demək  bir  həftə vaxt!  Gedə bilərsən,  Sultan  Mamedoviç.  Get  və fikirləş,  şeyxlərin  vərəsəsini

gizlətməyin əvəzində nə itirərsən?"



______________Milli Kitabxana_______________

caq, akademik  Hüseynov  Heydər  Nəcəfoğlu  ise  siyasi  fitnəkar  və kapitalizm

dünyasına xidmət edən casus sayılacaq".

Nakamımız dözmədi, oğul. Qışqırdı.

İndiyəcən  qulağımdadı  o  qışqırtı.  Bircə kolmə - "Fəlaket" - deyirdi. -

"Fəlakət!  Fəlakət!  Fəlakət!.."  Katalikosların  məktublarının  tələb  olunduğunu

biləndə,  mənim  kabinetimdə yox,  Mirqəzəbin  kabinetində qışqırdı  və elə bu

qışqırtı da onun ölümünə hökm  verdi. İndi deyirəm Sultan Əmirlinin "cinayəti"

nədir:  katlikosların  məktublarını  Mirqəzəbə vermədiyim  kimi,  kitabxananı  da

vermədim. Versəydim, bəlkə də sağ qalardı Heydərimiz.

Cəllad bir həftə hər  gecə zəng vurdu: "Mı jdyom!", "Mı jdyom!" Nəcəfoğlu

da bir həftə, yeməz-içməz, "Fəlaket, fəlakət" - dedi.

Tək buraxmırdıq.

Həftə tamamında  bu  evə gəldik  ki,  paltarımızı  dəyişək.  O  günü  də Cəllad

axırıncı  dəfə zəng  vurdu:  "Vaş  druq  venu  sebe  vsporol.  A  vı  v  vannax

naslajdayetes!  Zakopayte  yeqo.  Da  tak,  çtob  ni  odna  jivaya  duşa  ne  znala  ob

etom pozore!"

1

Arvadını  yaxın  buraxmadılar  meyidə.  Məhərrəmnən  mən  olduq,  üç-dörd



nəfər  "ustanovkayrıan  yazan",  bir  də o  Kişvər - "lapatka  adamı",    sahibsiz  ölü

kimi  apardıq

əzabkeşimizi.  "Fars  qohumları"  uzaqdan-uzağa  müşayiət

eləyirdilər. Maşınlardan düşmürdülər. Qəbrə yaxın  getmədilər. "Ustanovkayrıan

yazanlar" da aralı durdular. "Lapatka adamı" özü qazdı qəbri. Elə qaza-qaza son

dəfə oynadı  orda - qəbrin  içində:  "Sirr  qarnımı  deşir,  ay  qardaşlar.  Dostunuzu

mənim gözümün qabağında öldürdülər, ay qardaşlar..."

Pers  dil-dil  ötür  indi.  Büzüşüb,  meymuna  dönüb,  səsi  də çıxmır.  Mikrafon

qoyublar qabağına ki, xırıltısı eşidilsin zalda. Demə, Qurbandakı qurğuşunlu nalı

vaxtilə "iyli  quyu"dan  çıxardıbmış  Pers,  Yağırın  kəllə sümüyünün  gicgahında

zərbə yerini göstərib sübut eləyibmiş, inandırıbmış Çax-çuxu ki, "Fağır hambal"

- Yağır o nalnan öldürülüb. Mərdəkanda Çax-çuxa diplom verəndə nalı diplomun

üstünə qoyub  deyib:  "Çəki  daşı  kimi  işlət,  həmişə gözüyün  qabağında  dursun,

intiqama çağırsın səni". O vaxtdan "Muğ"lara qənim kəsilib o nal. Axırıncı dəfə

nakamımızın gicgahına çaxılıb. Persin ifadəsinə görə, Cəlladın şəxsi cəlladıymış

Çax-çux, Cənubda da, burda da ancaq Mirqəzəbin

"Dostunuz venasını kəsib. Siz isə hamamda xumarlanırsınız! Basdırın onu! Ozü də elə basdırın ki,

bir nəfər də ins-cins xəbər tutmasın bu biabırçılıqdan!"




______________Milli Kitabxana_______________

özünün  şəxsən  Stalindən,  ya  da  Beriyadan  aldığı  şifrəli  teleqramlar əsasında

işləyirmiş.  Bir  dəfə qırx  altıncı  ildə,  "avariya"dan  sonra  Çax-çuxu  aradan

götürmək  istəyib  Cəllad, nalı  aldırıb əlindən,  "Oformlayte  na  rasstrel"

1

deyib,


əmma Beriya müvəqqeti dayandınb əmri. Bir də Nəcəfoğlunun ölümündən sonra

zəng vurub deyib: "Pora ubrat yeqo".

2

Pers  də "Lapatka  adamı"na  tapşırıq  verib  ki,  qatilin  adını  açsın  bizə.  Başa



düşürsənmi  qurğunu?  Yəni  Çax-çuxun  qanına  bulanıb  Sultan Əmirli  də sıradan

çıxar. Əmma  Sultan  Əmirli  dözdü,  oğul.  "Kitayskiy  termos,  kitayskiy  fanar"

qışqıra-qışqıra, Çax-çux  necə gedib Mərdəkana - bağa, "yaman soyuqdu" deyib

peçin  qabağında  necə çöməlib,  işini  görəndən  sonra  Nəcəfoğlunun  öz

ülgücüynən "vena"nı necə kəsib, qıyma-qıyma danışdı hamısını "lapatka adamı",

dönə-dönə təkrar elədi ki, "Sizi necə görürəm, o termos satan Çax-çuxu da eləcə

görmüşəm,  ay  qardaşlar.  Haqqı  nahaqqa  verməyin,  bu  cür  kişinin  qanını

batırmayın, ay qardaşlar".

Barmağımı naqanın tətiyindən çəkdim. Zornan çəkdim.

Mədədin qanını batırandan sonra Nəcəfoğlunun qanını da belə batırdım. Bir

dəfə dəfndən  sonra  piyada  şəhərə düşəndə gördüm  nakamımızı:  sakit,  qəmli

peyda  oldu  qabağımda.  "Yükün  ağır olacaq,  qardaşım.  Döz!" - dedi,  yox  oldu.

Bir  dəfə də gecə yarısı,  çarpayıdan  uzanıb  tumboçkadan  təzə "Kazbek"  qutusu

götürəndə gördüm, qutunu hirslə çəkib əlimdən alıb, xıncıb yerə çırpdı, yox oldu.

SafAğ İşıq şəkil canlı insandan qat-qat  güclüdü. Bu, adamı həm qorxudur,  həm

de ele gur sevinc, xoş-bəxtlik verir ki, öz əlinnən qəbrə salladığın əziziyin ikinci

həyatının - əbədiyyətinin  sənə də aid  olduğunu  tamam  dərk  eləyib  tamam

başqalaşırsan: qorxudan xali olursan, heç vaxt ümidini itirmirsən.

Şeyx Məhəmməd Əmir yol ayrıcında tək-tənha öləndə də ümidini itirməyib.

Son  nəfəsində bıçaqnan  barmağının  ucunu  deşib,  can  köynəyinin  döşünə

qanıynan vəsiyyət yazmışdı: "Oğullarıma vəsiyyətim ümiddi".

Şeyx Ağ Əmir, Şeyx Boz Əmir admda əzabkeşlərimiz də başları kəsilən günə

qədər  ümidlərini  itirməyiblər  ki,  "qara  bulud"  dağılacaq,  Günəş  doğacaq,

həqiqətimizi car çəkib, Bağdayın qapalı qapılarını açacaqlar.

Mədəd  adında əzabkeşimiz  də Bezobraziye  üfunəti  içində,  heç  vaxt  ümidini

itirmirdi. Dinməz-söyləməz, pambıq əkirdi, taxıl, bağ-bostan

"Sənədləşdirin güllələnsin".

"Onu aradan götürməyin vaxtı çatıb".




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə