İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə126/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   122   123   124   125   126   127   128   129   ...   180

______________Milli Kitabxana_______________

İşığı  yandırmadıq.  Papiros  çəkmədik.  Divar  peçinin  işığında  danışdıq.

Dediyim  kimi,  qərara  gəldik  ki,  dostumuz əvvəlcə kitabını  aparsın.  Nəcəfoğlu

heç cür razılaşmırdı. Əsəbiləşirdi. Deyirdi: "Vərəsə"siz bu kitab heç nədi! Yeddi

yüz əlli  cildi  bir  kitaba  yerləşdirmək  mümkün  deyil.  Bağday  tarixi  SafAğ

Elminin  tarixidi.  SafAğ  elmi  isə Kainatın  özü  qodər  genişdi,  geniş  izahat  tələb

eləyir".  Axırda  razılaşanda  Məhərrəm  kimi  ağır  adam  bir  yandan  hoppandı

qucaqladı,  mon  də bir  yandan.  Uşaq  kimi  sevinirdik.  Tok  "Şeyx  Xorasan"

məqbərəsinin  yox,  bütün  Naxçıvanın,  indi  "Asəf  kəf". deyilən  dağ  içinə -

mağaraya  gedən  adamların  hamısının  nəzarətdə olduğunu  bilə-bilə sevinirdik.

Nəinki Mirqəzəbə, Beriyaya, hətta Stalinə də çatdırılmışdı ki, "kər" deyil o yer,

"KiEv" - OdEvdi, bütün Cənubdan gələn Ağ Türklərin "səfa" - SafAğların görüş

yeridi... Belə miqyasda nəzarəti bilə-bilə sevinirdik, qardaşoğlu. Ömrü faciəynən

keçən  adam  sevinc  hissindən  ya  tamam  məhrum  olur,  ya  da  lap  iynə ulduzu

qədər  ümiddən  də sevinir.  İynə ulduzu  qədər  yox,  böyük  ümid  bəsləyirdik  ki,

Məhərrəmnən  mən  bağdan  aralanandan  sonra  Nəcəfoğlu əlyazmasını  siyirmədə

qoyub, çamadansız, portfelsiz-filansız,  maşinka  yazısını bir şeyə büküb götürüb

çıxacaq,  Müslümnən  gedib  gecə reysiynən  uçacaq,  oxutduracaq,  dərhal  da

qayıdıb, əlyazmasını  qabağına  qoyub  oturacaq.  Ya  da  Moskvadan  sonra  birbaş

"Asəf kəf"ə gedib, orda "şielik əlaməti" kimi tanınan ağ sümük Əl yanına, ocaq

başına  yığışan  batinlərlə şiəlik  haqqında  hədissayağı  şeylər  danışacaq  ki,

Mirqəzəbin nəzarətçilərini çaşdıracaq. "Lapatka adamı" öz işində olacaq. Sultan

Əmirli  isə,  xəstə ürəyinin  kardiaqrammasiynan,  "predpolojilelnıy  diaqnoz"nan

yola düşüb, "Vərəsə"ni Akademik Marra çatdırandan sonra Krem xəstəxanasında

yatacaq.  Beləliklə,  Nocəfoğluynan  Məhərrəmin  Moskvaya  sərbəst  gedib-

gəlməyinə şərait yaranacaq, Mirqəzəb bir də o vaxt ayılacan ki, Moskvada "Posle

potopa" adında kitab çıxıb, Avropa dillərinə tərcümə olunub yayılıb.

Ümidimiz beləydi, qardaşoğlu. Belə ümidnən qucaqladıq dostumuzu.

Qalxdıq ki gedək.

Qapını açanda gördüm Pers dim-dik dayanıb qabağımda. "Lapatka adamı" bir

tərəfində, Çax-çux o biri tərəfində, "Fars qohumlarım" adlandırdığı  köməkçiləri

də arxasında.

Çax-çuxun o dəhşətli kobra gözləri açıqca deyirdi: "Oyun qurtarıb". "Lapatka

adamı" hələ roldaydı: "Bu qardaşlar Nəcəfoğlu qardaşı soruşurlar".




______________Milli Kitabxana_______________

Döndüm Nocofoğluna  baxdım.  "Vərəsə"nin  birinci  cildinin  axırından  bir

vərəq  qopardıb,  dostumuza  yadigar  vermişdim.  İngilislərin  nə vaxtsa  Orta

Asiyadan  apardıqları  gil  yazısının  şəkliydi  o  vərəq,  bir  cümlədən  ibarətdi:  "Biz

Şumərlər

1

Qalamda  qalası  olduq".  Şeyx Xorasan  məqbərəsinə gcdib-gəldiyimiz



vaxtlar  Nəcəfoğlu  məni  məcbur  eləmişdi  ki,  haman  vərəqi  qopardım,  ayrıca

saxlayım.  Çünki  o  cümlə İngiltərədə,  Avropada  çap  olunmuşdu,  bütün  alimlər

yekdilliknon təsdiq eləmişdilər ki, "miladdan min il əvvəl də Qalamda, yəni Orta

Asiyada əhali türkdilli imiş". Daha doğrusu, təhrif dillərdə "Şumer" adlandınlan

Şum Ərlərinin  Orta  Asiyaya ƏrAğdan  (İraqdan)  indi  "Azərbaycan",  "İran",

"Türkiyo" adlanan Bağdaydan gedib, Bağdaya Qrek, Suriya basqınları dövrlərinə

düşdüklərinə görə Qalamda  məskunlaşdığına  heç  bir  şübhə qalmırdı.  Çünki  dil,

ləhcə bizimkinin  eynidi:  "Biz  ŞumƏrlər  Qalamda  qalası  olduq".  Şəklin  qiyməti

bir də bunda idi.

Bir de İsrayıla işıq saçırdı... "Bibliya" da məlumat var ki, hələ yeni tarixdən

əvvəl  bizimkilərdən ƏsƏrƏl  adlanan  icmalar,  Qreklərin  ardıcıl  təziqinə

dözməyib əvvəlcə Qalama  gediblər.  O  zamanlar ƏsƏrƏllər  də OdƏrco

damşırmışlar, Qalamdakı əhali ilə eyni irsdən olduqlarını bilirmişlər. Buna görə

də bir  müddət  orda  Qalamda  qalıblar,  sonra  təhlükəsiz  məkan  saydan  "Beytül

müqəddəs"ə,  "Safa" - SafAğ  dağı ətraflarına  köçüblər.  Məhz  o  vaxtlar ƏsƏrƏl

kəlməsi dəyişib, o səmtdəki ƏrEv - "Ərəb"lərin dilində "İsrayü" şəklinə düşüb...

O  bir  vərəqi – şəklin  arxasında  Nəcəfoğlu  belə bir  məlumat  qeyd  eləmişdi  ki,

sonralar "Bibliyada bir cümlənin həqiqəti" adında kitabça yazıb İsrayıl əfsanələr

röyasından  ayıltsın...  Nəcəfoğlu  hər  dəfə ürəyinin  üstünə sıxırdı  o  şəkli,

qəhərlənirdi. Üzünü çıxartdırmışdı, ramkaya salmışdı. Stolun üstünə qoymuşdu...

Persi  kandarda  görəndən sonra  mən  dönüb  geri  baxanda  Nəcəfoğlu  barmağını

Qalam yazısında iki sözün üstünə tutdu: "qalası olduq".

Gözaltı Məhərrəmə baxdım. Professoruyun sifəti dümağ şama dönmüşdü. Ən

dar gündə də təmkinli, toxtaqlı Məhərrəmim özünü itirmişdi o gecə.

Pers dedi: "Evə keçin. Gözləyin".

Kimi  gözləməliydik?  Məlum  məsələydi:  Cəllad  özü  təşrif  gətirməliydi!..  Nə

Nəcəfoğlu özü dəvət elədi, nə də Pers özü içəri keçdi. Biz

"ŞumƏr" - "şumlamaq", okin, səpin üçün yararlı hala salmaq. "Ər" burada insan mənasındadır.

Şum Ərləri planeti gəzib "şum"a yararlı yerləri qeydə alanlar.



______________Milli Kitabxana_______________

evdə, onlar kandarda, ikicə saat susduq, qardaşoğlu. Kinin dərəcəsini gör: iki saat

sükut!..

Toz  basdı  otaqları.  Avadanlıq,  xah-xalça  batdı,  ağzımız-burnumuz  doldu,

əmma əlimizi  də tərpətmədik  o  iki  saatda.  Məhərrəmnən  mən  divanda

keçinmişdik,  Nəcəfoğlu  stolun  dalında.  Kitab  qabağında, əlinin  altındaydı.

Böyründə divar  peçinin  alovu  eşiyə təpirdi.  Peçin qapağmı  açıb  kitabı  ora

tullamaqdan  ötrü  bircə saniyə də bəsdi. Əmma  nə Məhərrəm  tərpənirdi,  nə də

mən. Aydındı ki, doğrudan da "oyun qurtarıb", belə tozanaqda Pers dəstəsiynən

kandan  kəsdiribsə,  demək,  dilimizdən  nə çıxıb,  qərarımıznan  bir  yerdə,

Mirqəzəbin  ovcundadı,  "Posle  potopa"  adında  kitab  işıq  üzü  görmüyəcək,

"Vərəsə"miz  necə yatır,  kitabımız  da  elə yatıb  qalacaq,  istintaqdan  istintaqa

ortalığa qoyulacaq ki, "İttihadi-İslam"m kitabxanası sizdə deyilsə, bu kitab hansı

məxəz əsasında  yazılıb?!  Başqa  məxəz  yoxdusa,  kitab  "Vərəsə"nin əsasında

yazılıbsa, Cənubda siyasi təxribat üstündə edam olunmuş Şeyxlərin kitabxanasını

belə cidd-cəhdlə gizlədirsinizsə,  onda  necə boyun  qaçıra  bilərsiniz  ki,  siz  də

burda - Sovet  Azərbaycanında  təxribat  məqsədi  güdmürsünüz?!.  Təxminən  bu

məzmunda istintaq görürdüm mən. Bilirdim ki, Məhərrəm də görürdü. Çünki bu

mövzuda söhbətimiz çox olmuşdu. "Vərəsə"nin ətrafındakı hadisələri yada sala-

sala,  kitabın ətrafında  gözlənilən  təhlükənin  variantlarını  düşünüb, əvvəlcədən

müəyyənləşdirmişdik. Ən  qorxunc  variant  elə o  idi  ki,  kitab  Moskvaya

çatdırılmamış ələ keçsin,  istintaq  başlansın.  Elə bir  istintaq  materialını  öz

məqsədinə uyğun şəkildə tərtib elətdirib "şef"inə - Beriyaya göndərəndən  sonra

Mirqəzəb hərtərəfli qalib olurdu, qardaşoğlu. Yeganə çıxış  yolu buydu ki,  kitab

yandırılsın. Əmma bu variant daha pis nəticə verə bilərdi. Beş il "Şeyx Xorasan"

məqbərəsinə gedib-gəlib,  dördcə il  də gecə-gündüz  oturub,  maşinka  yazısıynan

min  səhifə yazandan  sonra  Nəcəfoğlu  qupquru  qurumuşdu. Məndən  kiçikdi.

Cəmi  qrrx  iki  yaşı  vardı.  Saçına  təzə-təzə dən  düşürdü. Əmma  sifətinin,

sinəsinin, əllərinin  dərisi  qansızlıqdan  göyərmişdi.  Burnunun  altında  dırnaq

sədəfi  biçimində bığı  vardı.  Yorulanda  stola  dirsəklənib,  şəhadət  barmağının

ucunu  bığına  sürtərdi - Bu  o  deməkdi  ki,  taqətdən  kəsilib,  yuxudan  yaxasını

qurtarammır.  Elə o  cür,  barmağının  ucunu  bığına  sürtə-sürtə gözlərini  yumub,

stolun dalında daş kimi düşərdi. On-on beş dəqiqə, ən çoxu yarım saat yatandan

sonra birdən dik atılardı, tövşüyərdi. Deyirdim: "Çox təntiyəndə uzan




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə